Month: November 2024

  • DYP avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti xəbərdarlıq edib

    Bakı şəhər Dövlət Yol Polis İdarəsi avtobus zolağına daxil olan minik avtomobilləri ilə bağlı reyd keçirib.

    Tədbirlər zamanı həmin sürücülər saxlanılıb, onlarla profilaktiki söhbətlər aparılıb və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilib.

    Qeyd edək ki, İdarə tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

    “Xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər həmin zolağa daxil olaraq avtobusların hərəkətinə maneə yaradırlar. Nəzərə almaq lazımdır ki, bu qayda pozuntusu olmaqla yanaşı, həm də öz növbəsində inzibati məsuliyyət yaradır. Bütün bunları nəzərə alaraq, sürücülərdən xahişimiz eyni zamanda tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər. Unutmaq olmaz ki, ani diqqətsizlik arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər”, – İdarədən bildirilib.

  • Посольство Азербайджана обратилось к соотечественникам, проживающим в Украине

    Посольство Азербайджана в Украине обратилось к соотечественникам, проживающим в этой стране.

    В обращении отмечается, что в связи с информацией о повышении рисков безопасности в стране, 21-22 ноября консульский прием проводиться не будет.

    Посольство призывает граждан Азербайджанской Республики, проживающих в Украине, соблюдать необходимые меры безопасности, следовать указаниям местных властей и при объявлении воздушной тревоги незамедлительно укрываться в убежищах.

    “В случаях, требующих срочного вмешательства в указанные дни, гражданам рекомендуется обращаться по телефону +380 95 056 95 57”, – подчеркнули в посольстве.

  • Azərbaycanın Ukraynadakı səfirliyi təhlükəsizliklə bağlı çağırış edib

    Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan həmvətənlərimizə çağırış edib.

    Çağırışda bildirilir ki, ölkədə təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq:

    “Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir. Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57 telefon nömrəsinə zəng vurmağı xahiş edirik”, – səfirlikdən bildirilib.
    //report

  • “Şamaxı” məşqçisi ilə yollarını ayırıb

    “Şamaxı” klubu məşqçisi Ceyhun Rzayevlə yollarını ayırıb.

    Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

  • İranda son 17 ildə ən çox edam bu ilin oktyabrında icra olunub

    İranda oktyabr ayında 166 nəfər edam olunub.

    Median.Az “Voanews”a istinadən xəbər verir ki, məlumatı İran İnsan Hüquqları Təşkilatı yayıb.

    Bildirilib ki, ölkədə 2007-ci ildən indiyədək ən çox edam hökmü bu ilin oktyabr ayında icra olunub.

    Məlumata görə, 166 edamdan 20-si kütlə qarşısında icra olunub. Onların arasında 10-dan çox Əfqanıstan, Almaniya və İranın ikili vətəndaşı da var.

    Təşkilatın açıqlamasına əsasən, bu ilin yanvar-oktyabr aylarında İranda ümumilikdə 651 nəfər edam olunub. 2023-cü il üzrə bu rəqəm 853 olub. Bu isə son səkkiz ildə ən yüksək göstəricidir.

  • ABŞ-dən olan basketbolçu: “Bakı mənə çox doğma gəlir”

    Bakı mənə çox doğma gəlir.

    Bunu “Abşeron”un basketbolçusu Aubri Makalpayn klubun mətbuat xidmətinə müsahibəsində deyib.

    ABŞ-dən olan 35 yaşlı oyunçu komandasında özünü yaxşı hiss etdiyini bildirib:

    “Hər şey yaxşıdır. Hər mənada bu şəhərdə rahatam”.

    Daha əvvəl “Xəzri”də (hazırkı “Naxçıvan”) çıxış edən basketbolçu Bakı şəhərinin təmiz olduğunu söyləyib:

    “Şəhərinizin təmiz olması və sakitliyi çox xoşuma gəlir. Özüm böyük şəhərdə böyüyən biri olaraq, bura mənim üçün möhtəşəm yer kimi gəldi. Bakıda bəyənmədiyim heç nə olmadı desəm, düz olar”.

    Aubri Makalpayn Azərbaycan Basketbol Liqası barədə də danışıb:

    “Çempionatın gedişatını bəyənirəm. Komanda sayının artması və əlavə arenaların olması, xüsusilə ev oyunlarımızı keçirmək üçün öz doğma zalımızın olması liqa üçün çox yaxşı məqamdır. Mən qrup mərhələsinin, yəni komandaların fərqli qruplarda yer almasının erkən olduğunu düşünürəm. Amma bu gedişata da uyğunlaşmağa çalışıram. Azərbaycan Basketbol Liqasının gələcəyi üçün görülən işlərə çox sevinirəm”.

  • Deputat: Məktəb psixoloqları sertifikasiyadan keçirilməlidir

    Məktəb psixoloqları sertifikasiyadan keçirilməlidir.

    Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

    O qeyd edib ki, orta təhsil müəssisələrində psixoloqların xidməti, kadr çatışmazlığı məsələsi gündəmə gətirilir:

    “Psixoloqlar məktəblərə şagird sayına görə qəbul oluna bilər. Lakin burada əsas məsələ peşəkarlıq və stimullaşdırıcı addımların atılmasıdır”.
    //report

  • Robert Levandovski karyerasını bitirəcəyi tarixi açıqlayıb

    İspaniyanın “Barselona” klubunun və Polşa millisinin hücumçusu Robert Levandovski karyerasını bitirəcəyi tarixi açıqlayıb.

    36 yaşlı futbolçu daha 2-3 il oynamaq niyyətində olduğunu deyib.

    “Yaşımı nəzərə alaraq bilirəm ki, 2-3 il ərzində karyeram başa çatacaq. Mən butslarımı mismardan asmaq vaxtının gəldiyini deyəcək yeganə insan olmaq istəyirəm. Bir gün oyanıb məşqə getmək istəmədiyimi hiss edəndə, bu, karyeramı bitirmək üçün ilk siqnal olacaq. Hələlik hər səhər heç bir ağrı hiss etmədən oyanıram. Ümid edirəm ki, belə də davam edəcək. Mən hələ də məşqləri və klubda olmağı sevdiyimi hiss edirəm”, – deyə o bildirib.

    Qeyd edək ki, R.Levandovskinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. O, cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 17 oyunda 19 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Ле Конг Тхань: Вьетнам призывает развитые страны выполнить свои климатические обязательства

    Вьетнам призывает развитые страны выполнить свои климатические обязательства, в частности в вопросе справедливого и доступного финансирования для нуждающихся стран.

    Об этом заявил замминистра природных ресурсов и окружающей среды Вьетнама Ле Конг Тхань на заседании высокого уровня в рамках COP29.

    Ле Конг Тхань отметил, что 2024 год может стать самым теплым за всю историю наблюдений. “Засухи, волны жары, наводнения, тропические циклоны происходят во многих частях нашего мира, включая Вьетнам, и оказывают значительное негативное влияние на мировую экономику. Вьетнам интегрировал меры по реагированию на изменение климата и реализацию своих Определяемых на национальном уровне вкладов (ОНУВ) в Закон об охране окружающей среды и другие правовые документы, долгосрочную стратегическую программу и план социально-экономического развития страны”, – сказал он.

    По его словам, Вьетнам поддерживает тему COP29 “Солидарность во имя зеленого мира”, которая подчеркивает два ключевых столпа: повышение амбиций и обеспечение действий.

    “Вьетнам призывает развитые страны взять на себя ведущую роль и выполнить свои обязательства, достичь нулевых выбросов к 2040 году. Уровень вклада в климатическое финансирование должен достичь 1 триллиона долларов США в год на период до 2030 года, чтобы развивающиеся страны могли реагировать на изменение климата и осуществлять справедливый переход в экономике, обществе и окружающей среде. Финансовые ресурсы для адаптации должны быть адекватными, прозрачными и доступными”, – сказал он.

    Замминистра также поздравил Азербайджан с прекрасной организацией и значимыми результатами на COP29.

  • Vyetnam inkişaf etmiş ölkələri iqlim öhdəliklərini yerinə yetirməyə çağırır

    Vyetnam inkişaf etmiş ölkələri xüsusilə də ehtiyacı olan ölkələr üçün ədalətli və əlçatan maliyyələşdirmə məsələsində iqlim öhdəliklərini yerinə yetirməyə çağırır.

    Bunu Vyetnamın təbii sərvətlər və ətraf mühit nazirinin müavini Le Konq Than COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.

    Onun sözlərinə görə, Vyetnam COP29-un “Yaşıl dünya naminə həmrəylik” mövzusunu dəstəkləyir ki, burada ambisiyaların artırılması və fəaliyyətin təmin edilməsi kimi iki əsas sütun ön plana çəkilir.

    Nazir müavini həmçinin Azərbaycanı COP29-un yüksək səviyyədə təşkili və əhəmiyyətli nəticələrin əldə edilməsi münasibətilə təbrik edib.