Month: November 2024

  • İƏT üzv ölkələrdə “yaşıl iş yerləri”nin yaradılmasını dəstəkləyəcək

    İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrdə “yaşıl iş yerləri”nin yaradılmasını, davamlı və aşağı karbonlu iqtisadiyyat üçün zəruri bacarıq və səriştələrin inkişafını dəstəkləməyi hədəfləyir.

    Bunu İƏT-in Əmək Mərkəzinin baş direktoru Azər Bayramov COP29 çərçivəsində təşkil olunmuş “Yaşıl iş və bacarıqlar” mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.

    O bildirib ki, işçilərə “yaşıl iqtisadiyyat”a uyğunlaşmağa və inkişaf etməyə kömək etmək üçün həm sosial təhlükəsizlik, həm də yenidən ixtisaslaşma imkanları təklif edən maliyyə strukturlarına ehtiyac var: “İƏT Əmək Mərkəzi üzv dövlətlərin əmək, məşğulluq, insan kapitalının inkişafı səylərini möhkəmləndirmək və gücləndirmək məqsədi daşıyan strateji qurumdur. Mərkəzimiz üzvlərimizi gələcəyə yönəlmiş bacarıqların proqnozlaşdırılması mexanizmlərinin qurulmasında dəstəkləməyə sadiqdir. Bundan əlavə, biz həssas əhalinin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmasına kömək edən sosial müdafiə proqramlarının həyata keçirilməsi üçün təbliğat işləri aparırıq”.

    Baş direktor qeyd edib ki, davam edən və gələcək layihələrin bir neçə vacib strategiyalar əsasında formalaşdırılması üçün işlər görülür: “Buraya üzv dövlətlərdə əmək bazarının uyğunlaşma qabiliyyətini artırmaq üçün siyasətin formalaşdırılmasına rəhbərlik, “yaşıl bacarıq”ların inkişafı və bilik mübadiləsi üzrə İƏT daxili əməkdaşlığın təşviqi daxildir. Həmçinin sosial ədalət və ətraf mühitin qorunması, İslam prinsipi ilə uzlaşan inklüziv inkişaf strategiyalarının təşviqi, dövlət və özəl sektor resurslarını birləşdirən innovativ maliyyələşdirmə mexanizmlərini araşdırmaqla iqlim fəaliyyəti kontekstində inkişaf üçün maliyyələşdirmənin artırılması da strategiyalar sırasında yer alır”.

  • Whatsapp”da yeni funksiya

    “Whatsapp” messencerində yeni funksiya yaradılıb.

    Çatlarda qaralama mesajların saxlanması üçün xidmət istifadəyə verilib.

    İndi istifadəçi yazdığı, lakin göndərmiyi mesajlar qaralama qaralama halında saxlanılacaq.

    Tətbiqə daxil olduğunuz zaman qaralama mesajlar söhbət siyahısının yuxarısında yaşıl “Qaralama” etiketi ilə görünəcək.

  • В Баку состоялась встреча министров образования Азербайджана и Турции

    В Баку состоялась встреча министров образования Азербайджана и Турции Эмина Амруллаева и Юсуфа Текина.

    Об этом Median.Az сообщает со ссылкой на Министерство национального образования Турции.

    Встреча состоялась в рамках визита турецкого министра в Баку для участия в климатической конференции COP29.

    “Турция продолжит развивать крепкое сотрудничество с Азербайджаном во всех областях, в том числе в сфере образования. Искренне благодарю своего коллегу Эмина Амруллаева за радушное гостеприимство”, – написал Текин по итогам встречи в соцсети “Х”.

  • Bakıda Azərbaycan və Türkiyənin təhsil nazirlərinin görüşü olub

    Bakıda Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayev ilə Yusuf Təkin arasında görüş olub.

    Bu barədə Türkiyənin Milli Təhsil Nazirliyinə istinadən xəbər verir.

    Görüş türkiyəli nazirin COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya səfəri çərçivəsində baş tutub.

    “Türkiyə Azərbaycanla bütün sahələrdə, o cümlədən təhsil sahəsində sıx əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”, – Tekin görüşdən sonra “X” sosial şəbəkəsində yazıb.

  • İran yeni dronunu təqdim edib

    İran noyabrın 18-də 100 kq-dək yük və adam daşıya bilən yeni dronunu təqdim edib.

    Bunu İmam Rza qoşununun komandanı general Haşem Qiyazi “Bəsic həftəsi”nə həsr olunan mətbuat konfransında bildirib.

    O, yeni dronun ölkənin müxtəlif ərazilərinə yük daşımaq üçün unikal vasitə olduğunu da vurğulayıb.

  • Astarada 47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

    Astarada 47 yaşlı kişini yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

    Hadisə rayonun Kijəbə qəsəbəsi ərazisinddə qeydə alınıb.

    Belə ki, qəsəbə sakini, 1977-ci il təvəllüdlü Akif Maarif oğlu Ramazanovun su hövzəsində balıq ovlamaq üçün atdığı qırmaq yüksək gərginlikli elektrik xəttlərinə toxunub və o, cərəyan vurması səbəbindən ölüb.

    Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Обнародована численность населения Азербайджана

    За январь-сентябрь 2024 года численность населения Азербайджана увеличилась на 33 671 человек или 0,3 процента.

    Как сообщает Median.Az со ссылкой на Госкомстат, по состоянию на 1 октября текущего года численность населения республики достигла 10 млн 214 тыс. 441 человека.

    Согласно информации, 54,5% населения составляют городские, 45,5% – сельские жители, 49,8% – мужчины, 50,2% – женщины.

  • Azərbaycanda əhalinin sayı artıb

    2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin sayı 33 671 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 214 min 441 nəfərə çatıb.

    Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

    Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

  • “Tottenhem”in futbolçusu yeddi oyunluq cəzalandırılıb

    İngiltərə Futbol Assosiasiyası “Tottenhem”in futbolçusu Rodriqo Bentankuru 7 oyunluq cəzalandırıb.

    Buna yarımmüdafiəçinin cənubi koreyalı komanda yoldaşı Son Hın Minə qarşı irqçilik etməsi səbəb olub.

    Uruqvaylı oyunçu həmçinin 100 min funt sterlinq cərimələnib.

    Qeyd edək ki, Bentankur qalmaqallı açıqlama vermişdi. O, Son Hın Min haqqında danışarkən koreyalıları ayırd etməyin çətin olduğunu söyləyib. Yarımmüdafiəçi komanda yoldaşından üzr istəsə də, irqçilikdə ittiham edilib.
    //report

  • Ukraynada müharibədə daha bir azərbaycanəsilli həlak olub

    Ukraynada müharibədə daha bir azərbaycanəsilli həlak olub.

    Bu, Ukrayna vətəndaşı, əslən Azərbaycanın Kürdəmir rayonundan olan, 1998-ci il təvəllüdlü Eminov Teymur Asif oğludur.

    O, ötən həftə Donetsk vilayətinin Revnopol kəndində gedən döyüşlərdə həlak olub.
    //report