Month: November 2024

  • “Qarabağ”ın həndbolçusu: “Rəqib güclü idi”

    Rəqib güclü idi.

    Bunu “Report”a açıqlamasında “Qarabağ”ın həndbolçusu Mədinə Salamova Ukraynanın “Qaliçanka” klubuna uduzduqları Avropa Kubokunun III mərhələsinin oyunları ilə bağlı danışarkən deyib.

    O, matçların gözlənildiyi kimi gərgin keçdiyini bildirib:

    “Əlimizdən gələni etməyə çalışdıq. İlk görüşün birinci hissəsinə kimi hər şey yaxşı idi. Qarşılaşma bərabər səviyyədə gedirdi. Hesab arasında bir və ya iki top fərqi olurdu. Bizim də önə keçdiyimiz vaxt oldu. Amma qeyd etdiyim kimi, rəqib çox güclü idi. Onlarla sonadək rəqabət aparmaq çətin oldu. Təəssüf ki, uğur qazana bilmədik”.

    Qeyd edək ki, “Qarabağ” Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində keçirilən oyunlarda rəqibinə 20:33 və 19:34 hesabı ilə məğlub olub.

  • Azərbaycanın beynəlxalq dərəcəli hakimi təyinat alıb

    Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

    Federasiyadan “Report”a verilən məlumata görə, referi noyabrın 19-da Sloveniyanın Kamnik şəhərində keçiriləcək CEV kubokunun 1/16 final matçını idarə edəcək.

    O, kişi voleybolçulardan ibarət “Kalkit Kamnik” (Sloveniya) və “Benfika” (Portuqaliya) komandalarının qarşılaşmasında ikinci hakim olacaq. Birinci hakim funksiyasını isə Bosniya və Herseqovinadan olan Yasmin Huseynoviç yerinə yetirəcək.

    Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Portuqaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

  • İranın cənub-şərqində iki bəsic öldürülüb

    İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Səravan rayonunda silahlıların hücumu nəticəsində iki bəsic ölüb.

    Məlumatı “Tasnim” agentliyi yayıb.

    Bildirilib ki, bəsiclər şəxsi avtomobillərində işdən evə qayıdırmışlar. Onlara gözlənilmədən silahlılar hücum ediblər.

    Hadisə noyabrın 18-də səhər saatlarında baş verib. İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) silahlıların ələ keçirilməsi istiqamətində əməliyyat keçirir.

    Bəsic yarıhərbi silahlı təşkilatdır. O, Sepahın əsas kadr bazası sayılır.

  • Yeddi min manat cəriməsi olan sürücü saxlanılıb, məhkəmə qərarı ilə həbs edilib

    Astarada narkotik təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Bildirilib ki, Yol Patrul Xidməti Alayının əməkdaşları narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünü ifşa edib.

    Belə ki, Lənkəran rayon sakini Fuad Salayev Ələt-Astara yolunun Səpnəkəran kəndinin ərazisindən keçən hissəsində “VAZ” markalı avtomobillə hərəkətdə olarkən 7 min manata yaxın ödənilməmiş cəriməsi olduğu üçün saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

    Müayinə zamanı Fuad Salayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.

  • МВД: В Ширване сотрудники 4 магазинов продавали табачные изделия несовершеннолетним

    В Ширване привлечены к ответственности сотрудники четырех магазинов, продававшие табачные изделия несовершеннолетним.

    Об этом сообщили в ширванской региональной группе пресс-службы МВД.

    Нарушения были выявлены в ходе мониторингов, проведенных сотрудниками ширванского городского отдела полиции.

    В отношении нарушителей были приняты меры административного взыскания, они привлечены к ответственности в соответствии с законодательством.

  • Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər məsuliyyətə cəlb olunub

    Şirvanda azyaşlılara tütün məmulatları satan şəxslər barəsində tədbirlər görülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı dörd mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

    Məlumata görə, həmin satıcılar barəsində inzibati tənbeh tədbirləri görülüb və onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

  • Türk dövlətlərinin ortaq himni hazırlanacaq

    Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.

    Bunu layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib.

    O bildirib ki, marş artıq yaxın gələcəkdə hazırlana bilər:

    “Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək. Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”.

    E.Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək.

    Həmçinin bildirilib ki, qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.

    Qeyd edək ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb.

    Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.
    //report

  • Медицинская и экологическая грамотность названы основой Бакинской инициативы для климатической устойчивости

    Повышение медицинской и экологической грамотности является одним из главных приоритетов Бакинской инициативы человеческого развития для климатической устойчивости.

    Как сообщает Report, об этом заявил главный переговорщик COP29, заместитель министра иностранных дел Ялчын Рафиев на совместном заседании, посвященном этой инициативе.

    Он сказал, что экологизация образования, интеграция здравоохранения и экологической грамотности в образовательные программы, являются важными направлениями Бакинской инициативы человеческого развития.

    “В сотрудничестве с ЮНЕСКО эта инициатива поможет адаптировать школьные программы, подготовку педагогов и образовательные ресурсы к экологическим вызовам. В рамках этих усилий инициатива также поддержит разработку метрик экологической грамотности, таких как Международная программа по оценке образовательных достижений учащихся (PISA)”, – отметил Рафиев.

  • İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsünün əsas sütunü açıqlanıb

    Səhiyyə və ekoloji savadlılığın artırılması İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsünün əsas sütunlarındandır.

    “Report” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbir çərçivəsində təşkil olunmuş “İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü” mövzusunda birgə iclasda bildirib.

    “Səhiyyə və ekoloji savadlılığın təhsilin əsas məqsədinə çevrilməsi, məktəb infrastrukturunun dayanıqlı, davamlı olmasını təmin etmək üçün təhsilin yaşıllaşdırılması İqlim Dayanıqlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünün əsas sütunlarından biridir. BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO ilə əməkdaşlıq çərçivəsində bu təşəbbüs məktəb proqramlarını, müəllim hazırlığını və təhsil potensialını yaşıllaşdıracaq. Bu səyin bir hissəsi olaraq, təşəbbüs Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramı (PISA) kimi ekoloji savadlılıq metrikalarının inkişafını da dəstəkləyəcək” – o vurğulayıb.

  • В США при стрельбе погибли два человека

    Два человека погибли, еще десять получили ранения в результате двух случаев стрельбы в Новом Орлеане в США.

    Об этом говорится в заявлении на сайте местной полиции.

    “Полиция Нового Орлеана расследует два инцидента, произошедшие днем, – стрельбу и убийство, в результате чего в общей сложности 12 человек получили огнестрельные ранения, двое из которых были признаны мертвыми”, – говорится в пресс-релизе полиции.

    Как отметили правоохранители, первый инцидент произошел около 15.38 по местному времени (23.38 мск), в результате стрельбы девять человек были ранены.

    Спустя 45 минут полиция выехала на второй вызов: в результате стрельбы трое человек получили огнестрельные ранения. Один из пострадавших погиб на месте, а второй скончался по пути в больницу.

    Правоохранители расследуют обстоятельства произошедшего.