Month: November 2024

  • “Tesla”nın səhmləri kəskin bahalaşdı – SƏBƏB

    İlon Maskın rəhbəri olduğu “Tesla” şirkətinin səhmləri kəskin bahalaşıb.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Qeyd olunur ki, səhmlər ötən günün ilk yarısında 8%-dək bahalaşıb.

    Məlumata görə, bahalaşma ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandasının pilotsuz nəqliyyat vasitələrinin tənzimlənməsini ABŞ Nəqliyyat Departamentinin prioritetinə çevirmək planları ilə bağlı xəbərlər fonunda qeydə alınıb.

    Bildirilir ki, ölkədəki mövcud federal qaydalar sükan və pedalları olmayan avtomobil istehsal etmək istəyən şirkətlər üçün ciddi maneələr yaradır.

    Ümumilikdə, ABŞ-də 5 noyabr səsvermə günündən bəri şirkətin səhmləri 28% bahalaşıb.

  • Tanzaniyada bina çöküb: 13 nəfər ölüb, 84 nəfər yaralanıb

    Tanzaniyanın paytaxtı Dar-əs-Salamın mərkəzində bina çöküb.

    Median.Az “The Express Tribune” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Samiya Suluhu Hasan videomüraciətində bildirib.

    Məlumata görə, xilasedicilər binanın dağıntıları altından 13 nəfərin meyitini çıxarıblar. Bundan başqa 84 nəfər xəsarət alan şəxs xilas edilib.

    Çökmüş binanın qalıqları altında hələ də insanların olduğu bildirilir.

    Hələlik qəzanın səbəbləri məlum deyil, lakin şahidlərin sözlərinə görə, buna binanın yeraltı mərtəbələrinin genişləndirilməsi işləri səbəb olub.

  • Алекпер Ясамаллы объявил об уходе из мейханы

    Алекпер Ясамаллы объявил об уходе из мейханы.

    Как сообщает lent.az, об этом он заявил на одной из телепередач.

    “Сейчас я занимаюсь строительным бизнесом. Мы с другом строим и продаем дома. В деградации мейханы виноваты сами мейханщики. Ушли столпы этого жанра. Раньше мы не только зарабатывали деньги, но и по-настоящему любили свое творчество”, – отметил исполнитель.

  • Ələkbər Yasamallı meyxanadan getdi

    Meyxanaçı Ələkbər Yasamallı sənətdən getdiyini bildirib.

    Lent.az xəbər verir ki, o, bu barədə verilişlərin birində məlumat verib.

    “Tikinti işi ilə məşğulam. Bir dostumla ev tikib satırıq. Meyxananın bərbad olmağında meyxanaçılar günahkardırlar. Amma meyxananın sütunları da getdi. Biz həm pul qazanırdıq, həm də sənəti sevirdik” – o qeyd edib.

  • В Нефтчалинском районе утонул трехлетний ребенок

    В Нефтчалинском районе утонул трехлетний ребенок.

    Как сообщает Report, трагический инцидент произошел в селе Баллыджалы.

    Согласно информации, житель Баку Х.Х. (2021 г.р.) приехал вместе с семьей в село, чтобы погостить у родственников.

    Во время катания на велосипеде ребенок упал в наполненную водой яму, вырытую во дворе для уток, и погиб.

    По данному факту проводится расследование.

  • Bakıdan Neftçalaya qonaq gedən üç yaşlı uşaq suda boğularaq ölüb

    Bakıdan Neftçalaya qonaq gedən üç yaşlı uşaq suda boğularaq ölüb.

    “Report”un məlumatına görə, hadisə rayonun Ballıcalı kəndində qeydə alınıb.

    Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gələn Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Meyvə şirəsinin içindən çıxan nədir? – VİDEO

    “Bunu hər gün nə qədər insan içir. Biri izah etsin ki, içində olan nədir? Hər gün körpə uşaqlara alınıb verilir, məktəblərdə satılır. Sadəcə iyrəncdir”.

    “Qafqazinfo” xəbər verir ki, bu sözləri bloqer Əfsanə Fərəczadə sosial şəbəkə hesabında paylaşdığı videoya şərh olaraq yazıb. “Natura” meyvə şirəsi alan xanım onun içməyə yararsız olduğunu deyib. Qadının paylaşdığı videodan görünür ki, şirənin qutusundan kifəbənzər çürüntü çıxır.

    Belə ki, bloqer məhsulun üzərindəki yararlılıq müddətinin keçmədiyini vurğulayaraq bildirib ki, öncə qapağı adi formada açıb, amma şirəni stəkana tökmək istəyəndə normadan az süzüldüyünün fərqinə varıb. Qutunu kəsmək qərarına gələn bloqer onun içindəki məhlulla qarşılaşanda təəccüblənib.

    Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, yayılan görüntü Agentlik tərəfindən nəzarətə götürülüb: “Məsələ qanunvericiliyə uyğun olaraq araşdırılacaq və müvafiq tədbir görüləcək. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın “1003” qaynar xəttinə məlumat versinlər”.

  • Azarkeşlər “Neftçi” və “Turan Tovuz”u ziyana salıblar

    AFFA İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cərimələyib.

    “Ağ-qaralar” “Şamaxı” ilə heç-heçə (2:2) etdikləri Premyer Liqanın XIII turunun matçından sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcəklər.

    Tovuz təmsilçisi isə “Səbail”lə bərabərə qaldığı (1:1) oyunda azarkeşlərin meydana kənar əşya atması ucbatından eyni məbləğdə ziyana düşüb.

  • Netanyahu: “İsrail İranın nüvə proqramına zərbə vurub”

    “İsrail İrana qarşı son zərbəsi zamanı ölkənin nüvə proqramının konkret komponentinə hücum edib”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu parlamentin iclasında deyib.

    “Bu, heç kimə sirr deyil. Hücum zamanı onların nüvə proqramının müəyyən komponentinə zərbə vurulub”, – baş nazir bəyan edib. Netanyahu zərbənin hədəfinin hansı növ obyekt olduğunu açıqlamayıb.

    Eyni zamanda, o qeyd edib ki, İsrail tərəfinin fikrincə, bu zərbə bütövlükdə İranın nüvə proqramının dayandırılmasına gətirib çıxarmayıb.

    “Proqramın özü və onun aktivləşdirilməsi imkanları dayandırılmayıb, biz onun icrasını 10 il ləngitdik, lakin İran uranın zənginləşdirilməsində böyük irəliləyiş əldə edə bilib”, – baş nazir vurğulayıb.

    Netanyahu, həmçinin deyib ki, İsrail İranın ballistik raket istehsal imkanlarına da ciddi zərbə vurub.

  • ОИС будет поддерживать создание “зеленых” рабочих мест в странах-членах

    Организация исламского сотрудничества (ОИС) намерена поддерживать создание “зеленых” рабочих мест и развитие навыков, необходимых для устойчивой и низкоуглеродной экономики в странах-членах.

    Об этом заявил генеральный директор Центра труда ОИС Азер Байрамов на круглом столе “Зеленая работа и навыки” в рамках COP29.

    Байрамов подчеркнул, что для успешной адаптации работников к “зеленой” экономике необходимы финансовые структуры, которые обеспечат социальную защиту и возможности для переквалификации.

    Он отметил, что Центр труда ОИС способствует укреплению усилий стран-членов в области труда, занятости и развития человеческого капитала, а также поддерживает создание механизмов прогнозирования будущих навыков. Кроме того, организация активно работает над внедрением программ социальной защиты для уязвимых групп населения в контексте изменения климата.