Month: December 2024

  • Bakı metrosunda ölüm

    Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov vəfat edib.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    “Səhər saat 5:30-da iş vaxtı bitərək “İnşaatçılar” stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib. Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib”, – deyə məlumatda qeyd olunub.

  • “Viber” Rusiyada bloklandı

    Rusiyada “Viber” messenceri bloklanıb.

    Bu barədə “Roskomnadzor” məlumat yayıb.

    Məlumata görə, buna səbəb messencerin terror və ekstremist məqsədlər üçün istifadə olunmasıdır.

  • Bakıda zəncirvari qəza: “BMW” “Audi”yə çırpıldı

    Bakının Xətai rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

    Hadisə saat 20:00 radələrində baş verib.

    Belə ki, arxadan gələn BMW markalı maşın Audiyə çırpılıb.

    Hadisə nəticəsində BMW

  • Azərbaycan əmək bazarında qeyri-bərabərlik – Dünya Bankının statistikası nə deyir?

    Dünya Bankının Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində hazırladığı “Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması” adlı hesabatda bildirilir ki, əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddur.

    Sənədə əsasən, qadınların 62%-i, kişilərin isə 75 %-i işçi qüvvəsi kimi çıxış edir, qadınların 58%-i, kişilərin isə 71%-i məşğul əhali hesab edilir.

    “Ən kəskin gender fərqi müəyyən sektor və peşələr üzrə müşahidə edilir: qadınlar qeyri-mütənasib olaraq daha az maaş alan sektorlarda və peşələrdə cəmləşiblər. Məsələn, qadınlar təhsil, səhiyyə, sosial iş və digər xidmət sahələrində çalışanların böyük hissəsini təşkil edir ki, bu da bir çox hallarda nisbətən aşağı əməkhaqqı ilə nəticələnir”, deyə hesabatda qeyd olunub.

    Bəs Azərbaycanda əmək bazarında bu cür qeyri-bərabərliyin səbəbi nədir?

    Mövzu ilə bağlı Qaynarinfo-ya danışan “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, hər il dünya bankının bütün ölkələr üzrə hesabatında bu göstəricilər göstərilir:

    “Çünki dünyada qadınlar daha az maaşlı iş yerlərində, kişilər isə daha ağır, riskli sahələrdə işləyirlər. Ona görə də daha çox pul alırlar. Bu bütün dünyada olduğu kimi bizdə də belədir”.

    Sahib Məmmədov bildirib ki, bu qeyri-ciddi bərabərliyin də müxtəlif səbəbləri var:

    “Səbəblərdən biri qadınlara qadağan olunan iş yerləri ilə bağlı idi. Belə ki, Dünya Bankı, BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsi, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin də tələb və tövsiyyələri o idi ki, Azərbaycan Respublikasının qanunvericiliyində qadınlar üçün qadağan olunan iş yerlərinə qoyulan məhdudiyyət götürülməlidir. Əvvəllər Əmək Məcəlləsinin 241-ci maddəsi və Nazirlər Kabinetinin 170 nömrəli qərarı ilə təxminən 650-dən artıq iş yeri var idi ki, qadınlar orda işləyə bilməzdi. Bu qadağaya səbəb kimi həmin iş yerlərinin qadınların reproduktiv sağlamlığına ziyan gətirməsi göstərilirdi. O işlərə ağır fiziki əmək tələb edən, zəhərli qazlarla iş, mədən sənayesi, rəng-boya istehsalı, şaxta işi, neft platformalarında iş və s. daxil idi. Bu yerlərdə qadınlara işləmək qadağan idi. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci ilin noyabrında Əmək Məcəlləsinə bəzi dəyişiklikləri təklif etdi. 2023-cü ilin iyun ayının 1-dən Nazirlər Kabineti 170 saylı qərarı ləğv etdi, dəyişikliklərlə hamilə olmayan və süd verməyən qadınlar üçün 674 iş üzrə bütün məhdudiyyətləri aradan götürüldü. İndi yalnız 240 iş yeri var ki, orda hamiləlik və uşağa süd verdiyi dövürdə işləyə bilməz. Amma işəgötürən onları əməkhaqqını saxlamaqla başqa işlə təmin etməlidir. İndi isə qadınlar ağır iş sahələrində işlədikcə daha yüksək maaş alacaqlar və maaşlar arasında orta fərq nisbətən aradan qaldırılacaq”.

  • Soyuq su səbəbindən idmançı Sumqayıt stadionunda infarkt keçirib – İDDİA

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda idmançılardan biri soyuq suda yuyunduğuna görə infarkt keçirib.

    Fanat.Az-a daxil olan məlumata görə, stadionda isti su problemi olduğuna görə idmançılar soyuq su ilə yuyunurmuş.

    Əməkdaşımız olayla bağlı stadionun direktoru Şahin İmranovla əlaqə saxlayıb. Lakin o məlumatı təkzib edib. Şahin İmranov həmçinin iddia edib ki, stadionda isti su problemi yoxdur.

    Araşdırmalarımız nəticəsində isə məlum olub ki, infarkt keçirən Anar Hümbətovdur. O, boksla məşğuldur. Əməkdaşımız onunla da əlaqə saxlayıb. Şahin İmranovdan fərqli olaraq Anar Hümbətov məlumatı təsdiqləyib. O bildirib ki, hadisə oktyabr ayında baş verib.

    “Məşqdən sonra yuyunmağa getdim. İsti su olmadığnndan məcbur qalıb soyuq su ilə yuyundum və elə oradaca özümü pis hiss etməyə başladım. Xəstəxanaya aparıldım. Məlum oldu ki, infakt keçirmişəm və stend qoydular”, – deyə Anar Hümbətov bildirib.

    İdmançı başına gələn olayla bağlı heç bir yerə şikayət etmədiyini deyib.

  • Çin millisinin sabiq baş məşqçisinə 20 il həbs – 7 milyon dollar rüşvət alıb

    Çin millisin keçmiş baş mışqçisi Li Ti Çin məhkəməsi tərəfindən korrupsiyaya görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

    Qayanrinfo xəbər verir ki, bu barədə “The Paper” məlumat yayıb.

    Mənbənin sözlərinə görə, hökm dekabrın 13-də Hubey əyalətinin Siannin şəhərinin Aralıq Xalq Məhkəməsi tərəfindən çıxarılıb.

    Keçmiş futbolçu Çin futbolunda korrupsiyada təqsirli bilinib. Yerli kəşfiyyat agentlikləri Li Tini 2022-ci ilin noyabrında həbs ediblər. İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs Çin millisinin baş məşqçisi vəzifəsini 360 min avroya alıb, eyni zamanda dəfələrlə aşağı liqalarda danışılmış oyunların həmtəşkilatçısı olub. İstintaqın nəticələrinə görə, 2019-cu ildən 2021-ci ilə qədər Li Ti vəzifə səlahiyyətlərindən istifadə edərək, ümumilikdə 50,89 milyon yuandan (təxminən 7 milyon dollar) çox rüşvət alıb.

    Li Ti 2002-2006-cı illərdə “Everton”da çıxış edib. O, 2019-2021-ci illərdə Çin millisinin baş məşqçisi olub.

    Çində korrupsiyaya qarşı mübarizə 2012-ci ildə Çin prezidenti Si Szinpinin başçılıq etdiyi “beşinci nəsil” liderlərin hakimiyyətə gəlməsi ilə daha da güclənib. Son bir neçə ildə genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində təkcə sıravi məmurlar deyil, yüksək rütbəli məmurlar da tutduqları vəzifələrdən məhrum edilərək həbsə atılıblar.

  • Dünya praktikası Azərbaycanda – Özəl pensiya fondları vətəndaşa nə verəcək?

    Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq. Artıq bununla bağlı “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.

    Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.

    Nədir özəl pensiya fondları?

    Özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır.

    Bu praktika dünyada geniş yayılıb. Belə ki, pensiya təminatın özəl fondlar vasitəsilə həyata keçirilməsi hazırda bir sıra ölkədə, o cümlədən, Almaniya, Böyük Britaniya, İrlandiya və həyata keçirilir.

    Özəl pensiya fondlarının fəaliyyəti ölkələrdən asılı olaraq fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır.

    Mövzu ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, özəl pensiya fondlarının həm dövlət, həm vətəndaşlar, həm də ümumi pensiya fondu üçün üstünlükləri çoxdur:

    “Belə ki, bu fondlar fərdi yığım və gəlir imkanı yaradır. İnsanlar öz gələcəkləri ilə bağlı fərdi şəkildə planlaşdırma apara bilirlər. Bu fondlar daha yüksək səviyyəli pensiya təminatına imkan verir. Eyni zamanda dövlətin əsas pensiya fondunun bir növ yükünü almış olur. Əlavə olaraq da kapitalın qorunması risklərinin idarə olunması, eyni zamanda da təminatın etibarlı şəkildə həyata keçirilməsi üçün fürsətlər yaradır”.

    “Həmin fondlar vətəndaşa hansı fürsətlər verəcək və nəyi dəyişəcək” sualına cavab olaraq Eldəniz Əmirov bildirib ki, bu sualların cavabları fərqli ola bilər. Çünki özəl pensiya fondunun imkanları və müsbət tərəfi çoxdur:

    “Amma fürsətlərin və imkanların yüksək səviyyədə olması bir mənalı olaraq hər ölkə üçün bu layihənin uğurla icra olacağı demək deyil. Bu ölkədən ölkəyə dəyişir. Özəl pensiya fondları yalnız inkişaf etmiş ölkələrdə uğur qazanıb. Bunun da bir çox səbəbi var”.

    Özəl fondlarla dövlət fondlarının fərqi haqqında da danışan iqtisadçı bildirib ki, özəl olduğundan fondla qarşı tərəf arasında könüllü şəkildə müqavilə bağlanır:

    “Bu müqavilənin şərtlərinə uyğun vəsait fonda yatırılır və idarə olunur. Daha sonra isə həmin vəsait sahibinə qaytarılır. Həmin vəsaitin isə neçə müddət sonra, hansı faizlə, hansı şərtlərlə qaytarılması artıq müqavilə şərtləri və digər aspektlərdə həll olunmalı məsələlərdir. Amma dövlət pensiya fondu əsasən insanların gəlirlərindən, əməkhaqqılarından tutulan müəyyən miqdarda vəsait hesabına formalaşır. Əlavə olaraq isə bəzən dövlət büdcəsindən də transferlər olur”.

  • Elza Seyidcahanla Roza Zərgərli məhkəmə qarşısında

    Əməkdar artist Elza Seyidcahanın (Qasımova) müğənni Roza Zərgərliyə (Allahverdiyevanı) qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şikayət icraata qəbul olunub və Roza Zərgərli təqsirləndirilən şəxs kimi tanınıb.

    Məhkəmənin baxış iclası dekabrın 23-nə təyin olunub.

    Qeyd edək ki, Elza Seyidcahan məhkəmədən Roza Zərgərlinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham olunmasını, barəsində həbs qərarı çıxarılmasını xahiş edib.

    İddiaya görə, Roza Zərgərli sosial şəbəkədə Elza Seyidcahanın ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib.//APA

  • Evlərə günəş panellərinin quraşdırılması neçəyə başa gəlir? – QİYMƏTLƏR (VİDEO)

    Son illər günəş panellərinin qiymətlərində ucuzlaşma müşahidə edilir.

    Median.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Azərbaycanda günəş panellərindən istifadə artıb.

    Alternativ enerji üzrə mütəxəssis Sulduz Abbasov bilidirib ki, daha çox böyük müəssisələr və ticarət obyektləri, öz enerji ehtiyaclarını qarşılamaq və xərcləri azaltmaq məqsədilə günəş panelləri quraşdırırlar. Günəş enerjisi sistemi neçə kilovat gücündədirsə, qiymət o qədər yüksək olur.

    Bir ev üçün, adətən, 3-5 kilovat gücündə bir sistem kifayətdir. Kiçik sistemlərin quraşdırılması yalnız avadanlıq və quraşdırmanı əhatə etməklə 2 000 – 3 500 AZN arasında ola bilər. Böyükölçülü sistemlərin quraşdırılması daha yüksək, təxminən 8 000 – 15 000 AZN arasında qiymətləndirilir.

    Ətraflı süjetdə:

  • Сеть Starlink получила лицензию на деятельность в Армении

    Комиссия по регулированию общественных услуг (КРОУ) Армении выдала лицензию на деятельность в республике сети Starlink.

    Как передает Median.Az со ссылкой на “Интерфакс”, об этом заявил министр высокотехнологической промышленности Армении Мхитар Айрапетян.

    “Решениями заседаний, состоявшихся 4 и 13 декабря в КРОУ, заявки компании АО “Starlinkam” по деятельности на территории Республики Армения были удовлетворены”, – написал Айрапетян в соцсети.

    По его словам, заявки касались выдачи лицензии на эксплуатацию сети электронной связи общего пользования, выдачи разрешения на использование радиочастотных диапазонов на вторичной основе для организации сети электронной связи общего пользования, эксплуатируемой глобальными системами спутниковой связи.

    “Таким образом, лицензирование и разрешения обеспечены, и сейчас мы вступаем в этап тестирования, которое, надеюсь, завершится в ближайшие месяцы, и услуга заработает в полную силу”, – отметил Айрапетян.