Month: December 2024

  • Министерство обратилось к населению в связи с ожидаемым усилением ветра

    Министерство экологии и природных ресурсов обратилось к населению в связи с ожидаемыми на территории страны неблагоприятными погодными условиями.

    Как сообщили в министерстве, с вечера 13 декабря до второй половины дня 14-го декабря в Баку и на Абшеронском полуострове, а также в большинстве регионов Азербайджана ожидаются нестабильные погодные условия.

    В связи с прогнозируемым сильным ветром объявлено желтое и оранжевое предупреждение.

    Пресс-секретарь Министерства экологии и природных ресурсов Ирада Ибрагимова рекомендовала гражданам соблюдать осторожность в связи с усилением ветра: “Рекомендуем гражданам отслеживать информацию о погоде, соблюдать осторожность в ветреную погоду, не стоять и не парковать транспортные средства под высокими деревьями, строго соблюдать правила безопасности”.

  • Nazirlik gözlənilən güclü küləklə bağlı əhaliyə çağırış edib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 14-ü gecə və səhər əsəcək güclü külək səbəbilə əhalini ehtiyatlı davranmağa çağırıb.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Qeyd edilib ki, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara görə, dekabrın 13-ü axşam saatlarından 14-ü günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qeyri-sabit və güclü küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova küləyin dekabrın 14-ü gecə və səhər saatlarında daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlardan ehtiyatlı davranmalarını, xəbərdarlıqlarla bağlı məlumatlara və çağırışlara diqqət yetirmələrini tövsiyə edib:

    “Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, küləkli hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər.

    Bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Vətəndaşlarımızın davamlı olaraq hava durumu barədə məlumatlandırılmasının, xəbərdarlıqların verilməsinin də məqsədi budur”.

  • Парламент Грузии запретил носить маски на митингах

    Парламент Грузии принял в третьем, окончательном чтении закон, запрещающий закрывать лицо на митингах масками или другими средствами.

    Предложенную правящей партией инициативу поддержали 82 человека.

    Ранее премьер-министр Ираклий Кобахидзе заявил о том, что в масках ходят все, поэтому полиции трудно определить участников протестов.

  • Gürcüstanda nümayişlər zamanı üzü maska və ya digər vasitələrlə örtmək qadağan edilib

    Gürcüstanda nümayişlər zamanı toplaşan şəxslərin üzlərini maska və ya digər vasitələrlə örtmələri qadağan edilib.

    Bu barədə Gürcüstan parlamenti müvafiq qərar layihəsini təsdiq edib.

    Qadağan olunan əşyalar siyahısına pirotexnika, lazer və hər hansı güclü radiasiya yayan vasitələr də əlavə edilib. Bu vasitələrdən istifadə edən nümayiş iştirakçıları 2000 lari məbləğində cərimələnəcək.

    “Gürcüstan Xəyalı” tərəfindən irəli sürülən qanunvericilik dəyişikliyi paketi yekdilliklə, üçüncü oxunuşda 83 səs ilə təsdiqlənib.

    Nümayişlərdə iştirak edən və üzünü örtmək hüququ olan şəxslərin siyahısı Daxili İşlər Nazirliyi tərəfindən müəyyən ediləcək. Həmçinin, Daxili İşlər Nazirliyi bu şəxslərə müvafiq icazə verilməsi üçün qaydaları və şərtləri müəyyən edəcək.

    Eləcə də Gürcüstanda pirotexnika məhsullarının idxalı, ixracı, istehsalı və satışı xüsusi icazə/lisenziya əsasında həyata keçiriləcək.
    //report

  • “Coca-Cola”ya qarşı uşaqlarda asılılıq yaratdığına görə məhkəmə iddiası qaldırılıb

    “The Coca-Cola Company”yə qarşı istehsal etdiyi məhsullarının uşaqlarda asılılıq yaratdığına görə tarixdə ilk dəfə məhkəmə iddiası qaldırılıb.

    Bu barədə “Morgan & Morgan” hüquq firması məlumat yayıb.

    ABŞ sakini Brüs Martinez “The Coca-Cola Company”, “Mondelez International” və daha 9 alkoqolsuz içki və şirniyyat istehsalçısına qarşı tarixdə ilk dəfə məhkəmə iddiası qaldırıb. İddiaya səbəb onların məhsullarının uşaqlarda asılılıq və xroniki xəstəliklər yarada bilməsidir.

    B.Martinez qeyd edib ki, adı çəkilən şirkətlərin məhsullarının, o cümlədən “Coca-Cola” və “Pepsi” içkilərinin, həmçinin “Mars” şokoladının istifadəsi nəticəsində 16 yaşında olarkən onda II növ şəkərli diabet və qaraciyərində xəstəlik yaranıb. İddiada qeyd olunub ki, qida sənayesi nəhəngləri məhsulları dərin emal prosesindən keçirirlər. Belə məhsullar uşaqlarda asılılıq yarada və xroniki xəstəliklərə səbəb ola bilər.

    “Dərin emal prosesindən keçən qida məhsulları ilə bağlı faktlar şirkətlərin öz məhsullarını alan insanların sağlamlığı və təhlükəsizliyindən daha çox mənfəəti üstün tutmasının bariz nümunəsidir”, – hüquq firmasının tərəfdaşı Mayk Morqan vurğulayıb.

    Onun sözlərinə görə, qazlı içki və şirniyyat istehsalçılarının fəaliyyətinin nəticələri minlərlə uşaq və ailəyə zərər verə bilərdi.

    “Morgan & Morgan”ın hüquqşünasları ABŞ-də uşaqların qida rasionunun təxminən 67 %-nin dərin emal prosesindən keçən məhsullarından ibarət olduğunu göstərən araşdırmalara istinad edirlər. Eyni zamanda, yetkin amerikalıların azı 14 %-də və uşaqların 12 %-də belə qidalanmadan asılılıq əlamətləri müşahidə olunub. İddiada həmçinin belə məhsullarının istifadəsinin xərçəng, ürək-damar xəstəlikləri, demensiya və digər ağır xəstəliklərə səbəb ola biləcəyini göstərən elmi məlumatlar da yer alıb.//report

  • Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib

    Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib.

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”i təsdiqləyib.

    Qeyd edək ki, saziş bu ilin sentyabr ayının 27-də Nyu-York şəhərində imzalanıb.

  • Центробанк Азербайджана аннулировал лицензию “Bakı Sığorta”

    Центральный банк Азербайджана (ЦБА) аннулировал лицензию ОАО “Bakı Sığorta”.

    Об этом сообщает Median.Az со ссылкой на ЦБА.

    Согласно информации, решением правления организации в соответствии со статьей 107.1.1 Закона “О страховой деятельности”, лицензия №000251 от 4 сентября 2009 года, выданная страховой компании, аннулирована на основе добровольного обращения Bakı Sığorta.

    Таким образом, число страховых компаний в Азербайджане, имеющих лицензию на деятельность, сократилось до 16.

  • “Bakı Sığorta”nın lisenziyası ləğv edilib

    Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Sığorta” ASC-nin lisenziyasını ləğv edib.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Bakı Sığorta”ya verilmiş 4 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv olunub.

    Şirkətin maliyyə göstəriciləri onun öhdəliklərini tam və vaxtında icra etməyə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi qanunvericilik çərçivəsində nəzarətdə saxlanılacaq.

    Bununla da, Azərbaycanda lisenziyası olan sığorta şirkətlərinin sayı 16-ya düşüb.

    Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları “Bank Respublika” ASC (93,32 %) və “Ekolizinq” MMC-dir (6,68 %).

  • DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atılıb

    2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

    Tədbir İsveçrənin Sürix şəhərində baş tutub.

    Qruplardakı ilk komandaların adları Millətlər Liqasında pley-off mərhələsinin oyunlarından sonra dəqiqləşəcək.

    A qrupu: Almaniya/İtaliya cütünün qalibi, Slovakiya, Şimali İrlandiya, Lüksemburq
    B qrupu: İsveçrə, İsveç, Sloveniya, Kosovo,
    C qrupu: Portuqaliya/Danimarka cütünün məğlubu, Yunanıstan, Şotlandiya, Belarus
    D qrupu: Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna, İslandiya, Azərbaycan
    E qrupu: İspaniya/Niderland cütünün qalibi, Türkiyə, Gürcüstan, Bolqarıstan
    F qrupu: Portuqaliya/Danimarka cütünün qalibi, Macarıstan, İrlandiya, Ermənistan
    G qrupu: İspaniya/Niderland cütünün məğlubu, Polşa, Finlandiya, Litva, Malta
    H qrupu: Avstriya, Rumıniya, Bosniya və Herseqovina, Kipr, San-Marino
    I qrupu: Almaniya/İtaliya cütünün məğlubu, Norveç, İsrail, Estoniya, Moldova
    J qrupu: Belçika, Uels, Şimali Makedoniya, Qazaxıstan, Lixtenşteyn
    K qrupu: İngiltərə, Serbiya, Albaniya, Latviya, Andorra
    L qrupu: Fransa/Xorvatiya cütünün məğlubu, Çexiya, Monteneqro, Farer adaları, Cəbəllütariq

    Qeyd edək ki, seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. Dörd və beş komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yeri tutanlar pley-offda iştirak hüququ qazanacaqlar. 2026-cı ildə Kanada, Meksika və ABŞ-də təşkil olunacaq dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə gerçəkləşəcək.//report

  • Крикорян: Открытие границ с Азербайджаном и Турцией принесет Армении значительную выгоду

    Открытие границ и развитие взаимной торговли, включая использование транзитных маршрутов, принесет значительную выгоду и Азербайджану, и Армении.

    Об этом Report заявил аналитик, журналист из Великобритании Онник Крикорян, комментируя потенциал Зангезурского коридора в налаживании экономического сотрудничества между Азербайджаном и Арменией.

    Крикорян напомнил о статье нынешнего премьер-министра Армении Никола Пашиняна, опубликованной еще в 2001 году, где он отмечал экономический потенциал транзита грузов через территорию Армении.

    “Еще в 2001 году Пашинян писал в своей газете, что торговля и транзит между Азербайджаном с Нахчываном, а также с другими странами, желающими воспользоваться этим маршрутом, в качестве транзита, могут принести выгоду и Армении”, – добавил аналитик.

    По мнению Крикоряна, основной проблемой для Еревана остается контроль над коридором:

    “Однако для Пашиняна проблема заключается в контроле, так как он не хочет российского контроля. Как и Запад, о чем открыто заявили США. Они [Запад] также не хотят контроля и со стороны Китая. К сожалению, это превратилось в геополитический футбол, и так может продолжаться еще какое-то время”, – сказал британский журналист.

    Он также подчеркнул, что строительство в Армении инфраструктуры для транзитных коридоров, включая Зангезурский, создаст рабочие места и привлечет инвестиции, что уже само по себе является важным шагом.

    В контексте запуска региональных коридоров Крикорян отметил важность для Армении и открытия границы с Турцией. По его мнению, нормализация отношений между Арменией и Азербайджаном тесно связана с процессом урегулирования армяно-турецких отношений.

    “Анкара и Баку видят взаимосвязь этих процессов, что может стать основой для дальнейшего сотрудничества в регионе”, – отметил эксперт.