Month: December 2024

  • “Starlink”in Ermənistanda fəaliyyətinə lisenziya verilib

    Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası “Starlink” şəbəkəsinin respublikada fəaliyyətinə lisenziya verib.

    Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.

    “Dekabrın 4 və 13-də İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasında keçirilən iclaslarda qəbul edilmiş qərarlara əsasən, “Starlinkam” SC şirkətinin Ermənistan Respublikası ərazisində fəaliyyət göstərməsi ilə bağlı müraciətləri təmin edilib”, – M.Ayrapetyan sosial şəbəkədə yazıb.

    Onun sözlərinə görə, müraciətlər ümumi istifadəli elektron rabitə şəbəkəsinin istismarı üçün lisenziya verilməsi, qlobal peyk rabitə sistemləri tərəfindən istismar olunan ümumi istifadəli elektron rabitə şəbəkəsinin təşkili üçün radiotezlik diapazonlarından istifadəyə icazə verilməsi ilə bağlı olub.

    “Beləliklə, lisenziyalaşdırma və icazələr təmin edilib və indi biz test mərhələsinə keçirik. Ümid edirəm ki, bu mərhələ yaxın aylarda başa çatacaq və xidmət tam gücü ilə işləyəcək”, – nazir qeyd edib.

  • “Liverpul”un baş məşqçisi Premyer Liqada noyabrın ən yaxşısı seçilib

    İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot Premyer Liqada noyabrın ən yaxşısı seçilib.

    Bu barədə Premyer Liqanın saytı məlumat yayıb.

    O, Fabian Hyurçeler (“Brayton”) və Qari ONili (“Vulverhempton”) qabaqlayıb.

    Qeyd edək ki, bu, Arne Slotun qazandığı ilk belə mükafatdır.

  • В Азербайджане предупредили суда о штормовой погоде

    Центр управления движением судов при Государственном морском и портовом агентстве предупредил суда о штормовой погоде.

    Об этом сообщила пресс-секретарь Агентства Парвана Иманова.

    Согласно предупреждению, северо-западный и северный ветер будет наблюдаться в акватории Каспийского моря с завтрашнего дня и до утра 15 декабря.

    Ветер усилится до 18-23 м/с, временами порывы ветра будут достигать 25-30 м/с, а в открытом море – до 32-37 м/с. Прогнозируется, что высота волн достигнет 3-4 м, а при дальнейшем развитии событий – 6-8 м.

  • Azərbaycanda fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Bu barədə Agentliyin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

    Xəbərdarlığa əsasən, sabahdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi dekabrın 15-i səhər saatlarına kimi davam edəcək.

    Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-37 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 3-4 m.-ə, sonrakı inkişafda isə 6-8 m.-ə çatacağı proqnozlaşdırılır.

  • Завтра стартует прием заявок в общественный совет Госкомитета по работе с религиозными образованиями

    Государственный комитет по работе с религиозными образованиями объявил о начале процесса приема заявок от кандидатов для формирования нового состава общественного совета при ведомстве.

    Как сообщили в Госкомитете, цель данного процесса – обеспечить участие граждан и институтов гражданского общества в принятии правовых актов по направлениям деятельности и организации общественного контроля за деятельностью комитета.

    Создана специальная избирательная комиссия для организации выборов в общественный совет.

    Процесс выдвижения кандидатур стартует 14 декабря. Желающие принять участие должны до 14 января 2025 года лично представить документы в Госкомитет или отправить на электронную почту dk-public@scara.gov.az.

  • Sabah DQİDK yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulu prosesinə başlanılıb.

    Bu barədə DQİDK-dən məlumat verilib.

    Qedy olunub ki, prosesə başlamaqda məqsəd fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda və komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etməkdir.

    Komitə sədrinin 3-32/3-1-617/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli əmri ilə DQİDK yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Seçki Komissiyası yaradılıb. Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi və İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib.

    Bildirilib ki, Dövlət Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə dekabrın 14-də başlanacaq.

    Müraciətə İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə), namizədin şəxsiyyət vəsiqəsinin surəti və tərcümeyi-halı ilə yanaşı, namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti əlavə olunmalıdır.

    Bundan başqa, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.

    Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyən namizədlər qeyd olunan sənədləri 2025-ci il yanvarın 14-dək (iş günləri saat 10.00-dan 17.00-dək) Dövlət Komitəsinə şəxsən təqdim edə və ya elektron poçt ünvanına (dk-public@scara.gov.az) göndərə bilərlər.

  • “Непокорившаяся Франция” выдвинет вотум недоверия правительству Байру

    Левая партия “Непокорившаяся Франция” объявила о том, что вынесут вотум недоверия новому правительству во главе с премьер-министром Франсуа Байру.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом лидер фракции партии в парламенте Матильда Пано написала в соцсети “Х”.

    Предыдущий кабмин, который возглавлял Мишель Барнье, был вынужден уйти как раз из-за вотума недоверия.

    “Депутатам будет доступно два варианта: поддержка и спасение президента Франции Эмманюэля Макрона или цензура. Мы сделали свой”, – отметила она.

    Отметим, что Макрон решил назначить премьер-министром Франции лидера центристской партии “Демократическое движение” (MoDem) Франсуа Байру.

  • Fransanın müxalifət partiyası hökumətə etimadsızlıq göstərəcək

    Solçu “Əyilməz Fransa” partiyası Baş nazir Fransua Bayrunun başçılıq etdiyi yeni hökumətə etimadsızlıq göstərəcəyini elan edib.

    Bu barədə partiyanın parlament fraksiyasının lideri Matilda Pano “X” sosial şəbəkəsində yazıb.

    Mişel Barnyenin rəhbərlik etdiyi əvvəlki Nazirlər Kabineti məhz etimadsızlıq votumu səbəbindən istefa vermək məcburiyyətində qalmışdı.

    “Deputatların iki seçimi olacaq: Fransa Prezidenti Emmanuel Makronu dəstəkləmək və xilas etmək ya da senzura. Biz öz seçimimizi etmişik”, – o bildirib.

    Qeyd edək ki, Makron mərkəzçi “Demokratik Hərəkat” (MoDem) partiyasının lideri Fransua Bayrunu baş nazir təyin etməyi qərara alıb.

  • АЖД назначил дополнительные рейсы по маршруту Баку-Габала-Баку

    “Азербайджанские железные дороги” (АЖД) назначили дополнительные рейсы по маршруту Баку-Габала-Баку на 3 января.

    Как сообщает Median.Az со ссылкой на АЖД, дополнительные рейсы назначены в обоих направлениях в связи с растущим пассажиропотоком в праздничные дни.

    Отметим, что 30 декабря по этому маршруту будут организованы рейсы поездов в обоих направлениях, 31 декабря дополнительный поезд будет курсировать из Баку в Габалу, а 2 января – в обратном направлении.

  • Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə yanvarın 3-də Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edir.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Xatırladaq ki, dekabrın 30-da bu marşrut üzrə hər iki istiqamətə qatar reysləri təşkil ediləcək.

    Eyni zamanda, dekabrın 31-də Bakıdan Qəbələyə, yanvarın 2-də isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.