Month: December 2024

  • Xarici analitik: Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması Ermənistana əhəmiyyətli fayda verəcək

    Sərhədlərin açılması və tranzit marşrutlarından istifadə də daxil olmaqla qarşılıqlı ticarətin inkişafı həm Azərbaycan, həm də Ermənistan üçün əhəmiyyətli fayda gətirəcək.

    Bu barədə “Report”a Böyük Britaniyadan olan analitik, jurnalist Onnik Krikoryan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulmasında Zəngəzur dəhlizinin potensialını şərh edərkən bildirib.

    Analitik Ermənistanın baş naziri Nikol Paşinyanın 2001-ci ildə dərc olunmuş məqaləsini xatırladıb. Həmin məqalədə baş nazir, Ermənistan ərazisindən yük tranzitinin iqtisadi potensialını qeyd edib.

    “Hələ 2001-ci ildə Paşinyan öz qəzetində yazırdı ki, Naxçıvanla Azərbaycan arasında, həmçinin bu marşrutdan tranzit kimi istifadə etmək istəyən digər ölkələrlə ticarət və tranzit Ermənistana da fayda gətirə bilər”, – analitik vurğulayıb.

    O.Krikoryanın fikrincə, İrəvan üçün əsas problem dəhliz üzərində nəzarətdir:

    “Lakin Paşinyan üçün problem nəzarətdədir, çünki o, Rusiyanın nəzarətini istəmir. ABŞ-nin açıq şəkildə bəyan etdiyi kimi, Qərb də istəmir. Qərb, həmçinin Çinin də nəzarətini istəmirlər. Təəssüf ki, bu, geosiyasi futbola çevrilib və bu, bir müddət davam edə bilər”, – o bildirib.

    O, həmçinin vurğulayıb ki, Ermənistanda Zəngəzur da daxil olmaqla tranzit dəhlizləri üçün infrastrukturun qurulması iş yerləri yaradacaq və investisiyaları cəlb edəcək ki, bu da özlüyündə mühüm addımdır.

    Krikoryan regional dəhlizlərin açılması kontekstində Ermənistan üçün Türkiyə ilə sərhədin açılmasının da əhəmiyyətli olduğunu qeyd edib. Onun fikrincə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesi ilə sıx bağlıdır.

    “Ankara və Bakı bu proseslərin qarşılıqlı əlaqəsini görür ki, bu da regionda gələcək əməkdaşlıq üçün əsas ola bilər”, – deyə ekspert qeyd edib.

  • Песков: Путин не будет встречаться с прибывшим в Москву Пашиняном

    В графике президента России Владимира Путина не запланирована встреча с премьер-министром Армении Николом Пашиняном.

    Как передает Median.Az со ссылкой на росийские СМИ, об этом заявил пресс-секретарь президента РФ Дмитрий Песков.

    Пашинян прибыл в Москву для участия в Евразийском межправительственном совете.

    “Сегодня отдельной встречи не планируется, там идет работа по премьерской программе” – сказал Песков во время пресс-колла. Он добавил, что президент приглашал Пашиняна на встречу лидеров стран СНГ, которая пройдет в конце декабря в Санкт-Петербурге.

    Отметим, что в последний раз Путин и Пашинян встречались в Кремле 8 октября. Тогда в Москве проходил саммит СНГ.

  • Peskov: Putinlə Paşinyanın görüşü planlaşdırılmayıb

    Rusiya Prezidenti Vladimir Putinin qrafikində Ermənistanın baş naziri Nikol Paşinyanla görüş planlaşdırılmayıb.

    Median.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    Qeyd edək ki, N.Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının 41-ci toplantısında iştirak etmək üçün Moskvaya gedib.

    “Bu gün ayrıca görüş planlaşdırılmır”, – D.Peskov mətbuat brifinqində bildirib.

    O vurğulayıb ki, V.Putin Ermənistanın baş nazirini dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin görüşünə dəvət edib.

    Qeyd edək ki, Putin və Paşinyan son dəfə oktyabrın 8-də Kremldə görüşüblər. O zaman Moskvada MDB sammiti keçirilirdi.

  • Турпоток из Азербайджана вырос на 17%

    В январе-ноябре этого года общее число посетивших зарубежные страны граждан Азербайджана увеличилось на 16,9% по сравнению с аналогичным периодом прошлого года и составило 1 млн 998,9 тыс. человек.

    Как сообщает Median.Az со ссылкой на Госкомстат, число посетивших Иран граждан Азербайджана увеличилось на 33%, Российскую Федерацию – на 13,4%, Грузию – на 13%, Турцию – на 9,9%.

    41,4% граждан Азербайджана совершили поездку в Турцию, 20,6% – в Россию, 8,7% – в Грузию, 8,6% – в Иран, 20,7% – в другие страны.

    Мужчины составили 63,9% туристов, женщины – 36,1%.

    За 11 месяцев 69,5% граждан Азербайджана, посетивших зарубежные страны, воспользовались воздушным транспортом, 28,4% – железнодорожным и автомобильным транспортом, 2,1% – морским транспортом.

  • Azərbaycandan turist axını 17 % artıb

    Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1 milyon 998,9 min nəfər olub.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İrana gedənlərin sayı 33 %, Rusiyaya gedənlərin sayı 13,4 %, Gürcüstana gedənlərin sayı 13 %, Türkiyəyə gedənlərin sayı 9,9 % artıb.

    Azərbaycan vətəndaşlarının 41,4 %-i Türkiyəyə, 20,6 %-i Rusiya Federasiyasına, 8,7 %-i Gürcüstana, 8,6 %-i İrana, 20,7 %-i digər ölkələrə səfər edib.

    Gedənlərin 63,9 %-ini kişilər, 36,1 %-ini qadınlar təşkil edib.

    11 ayda xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,5 %-i hava, 28,4 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.

  • В Баку будет расширена территория Центрального парка, объявлен тендер

    В Ясамальском районе Баку готовится к реализации масштабный проект по расширению и благоустройству территории Центрального парка.

    Как сообщает Report со ссылкой на портал государственных закупок Азербайджана, предварительная стоимость работ оценивается в 38 миллионов манатов.

    После расширения территория парка охватит части улиц С.Тагизаде, А.Шаига, Н.Ашурбековой.

    В рамках работ предусмотрен снос зданий общей площадью 36 658 кв. м, включая кирпичные и отапливаемые здания.

    ООО “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” выступает заказчиком проекта. Для участия в тендере поставщики должны внести плату за использование в размере 25 манатов и взнос за участие – 5 700 манатов.

    Плата за использование не подлежит возврату, а взнос за участие возвращается только в случае отмены тендера из-за недостаточного количества участников (менее трех).

    Прием заявок на участие в тендере продлится до 17:00 23 декабря, когда состоится вскрытие конвертов с предложениями.

  • Bakıda yeni park salınacaq, söküntü işlərinin həcmi açıqlanıb

    Bakının Yasamal rayonundakı Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınmasının ehtimal olunan qiyməti 38 milyon manat təşkil edir.

    Bu barədə “Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.

    Görüləcək işlər çərçivəsində ümumi sahəsi 36 min 658 kubmetr təşkil edən binaların uçurulma metodu ilə sökülməsi (kərpic, isidilən binaların) nəzərdə tutulur.

    Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 5 700 manat iştirak haqqı ödəməlidirlər.

    İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.

    Təkliflər dekabrın 23-ü saat 17:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.

  • Bursada məhkəmə binasına silahlı hücum olub, iki nəfər ölüb – VİDEO

    Türkiyənin Bursa şəhərində məhkəmə binasına silahlı hücum olub.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

  • В Измире почтили память Гейдара Алиева

    На площади Алиага в Измире почтили память общенационального лидера Гейдара Алиева.

    Как сообщает турецкое бюро Report, выступивший на церемонии посол Азербайджана в Турции Рашад Мамедов отметил, что совместные транснациональные проекты создают новые возможности для всего региона.

    В мероприятии также приняли участие мэр Измира Джемиль Тугай, заместитель губернатора Измира Камиль Кётен, главный исполнительный директор SOCAR Turkey Эльчин Ибадов и др.

    После выступлений состоялось открытие бюстов общенационального лидера Гейдара Алиева и основателя Турции Мустафы Кемаля Ататюрка.

    В завершение мероприятия была представлена фотовыставка, посвященная жизни и деятельности Гейдара Алиева.

  • İzmirin Aliağa meydanında Heydər Əliyevin xatirəsi yad edilib

    Türkiyədə İzmirin Aliağadakı mərasim meydanında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib.

    “Report”un Türkiyə bürosunun məlumatına görə, mərasimdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iki ölkənin həyata keçirdiyi birgə transmilli layihələrin bütün region üçün yeni imkanlar yaratdığını bildirib:

    “Müasir Azərbaycan dövlətçiliyinin memarı olan Heydər Əliyev Azərbaycan və Türkiyə arasındakı möhkəm münasibətlərin təməlini qoyub. Bu gün iki ölkənin birlikdə həyata keçirdiyi transmilli layihələr yalnız Azərbaycan və Türkiyə deyil, bütün region üçün yeni imkanlar yaradır. Ümummilli lider Heydər Əliyevin anım günündə Azərbaycan və Türkiyənin Ulu öndərləri, iki dahi şəxsiyyət Heydər Əliyev və Mustafa Kamal Atatürkün büstlərinin açılışının edilməsi xüsusilə önəmli bir hadisədir”.

    İzmir böyük şəhər bələdiyyəsinin sədri Cəmil Tuqay qardaş ölkələrin dəyərli şəxsiyyətlərinin büstlərinin açılışında iştirak etməkdən məmnunluğunu bildirərək Azərbaycan-Türkiyə bağlarının sarsılmazlığından söz açıb.

    İzmir valisinin müavini Kamil Kötən Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq ikitərəfli münasibətlərin daim inkişaf etdiyini vurğulayıb və SOCAR Türkiyə şirkətinin fəaliyyətinin qürurverici olduğunu da dilə gətirib.

    SOCAR Türkiyə şirkətinin icraçı direktoru Elçin İbadov Ulu Öndərin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında tarixi roluna toxunaraq onun uzaqgörənliyi və müdrikliyinin ikitərəfli münasibətlər üçün möhkəm təməl olduğunu qeyd edib.

    Protokol çıxışlarının ardından Ümummilli lider Heydər Əliyevin və Türkiyənin banisi Mustafa Kamal Atatürkün büstlərinin açılışı olub. Abidələr önünə gül çələngi qoyulub.

    Tədbir Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərginin nümayişi ilə başa çatıb.