Month: December 2024

  • Azərbaycanda kərə yağı yenə BAHALAŞDI

    Azərbaycanda son bir ayda kərə yağı yenidən bahalaşıb.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, marketlərdə kərə yağının bahalaşması ötən ayla müqayisədə təxminən 10% civarındadır.

    Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan “Belarus” kərə yağı hazırda 23,95 manata qalxıb.

    Müqayisə üçün bildirək ki, sentyabrda “Belarus” kərə yağının bir kiloqramı 18,49 manat idi.

    Dövlət Statistika Komitəsinin ötən gün yaydığı məlumatda da noyabr ayında bahalaşan ərzaq məhsulları sırasında kərə yağının daha çox bahalaşdığı bildirilib.

    Qeyd edək ki, mütəxəssislər bunu dünya bazarında kərə yağının qiymətinin qalxması ilə əlaqələndirirlər. Azərbaycanda kərə yağı əsasən idxal olduğu üçün qiymətlər də dünya bazarındakı vəziyyətdən asılı olur.

  • Лионель Месси поделился публикацией в связи с визитом в Азербайджан – ВИДЕО

    Легендарный аргентинский футболист Лионель Месси на своей официальной странице в Instagram поделился публикацией в связи с визитом в Азербайджан, который состоялся 11 декабря.

    Отметим, что чемпион мира, восьмикратный обладатель “Золотого мяча” Лионель Месси и его товарищи из американского клуба “Интер Майами” – Луис Суарес, Серхио Бускетс и Жорди Альба – сперва посетили Аллею почетного захоронения, где возложили цветы к могиле общенационального лидера Гейдара Алиева. Позже они побывали в Центре Гейдара Алиева.

    Месси и его одноклубников во время их визита в Баку сопровождал известный бизнесмен Аднан Ахмедзаде.

    Легендарный футболист также встретился с поклонниками на мероприятии, организованном в Baku Crystal Hall.

    Напомним, что все собранные от продажи билетов средства будут направлены на благотворительные цели.

  • Messi Azərbaycan səfərindən paylaşım edib – VİDEO

    Dekabrın 11-də Azərbaycanda səfərdə olmuş argentinalı futbol ulduzu Lionel Messi bununla bağlı “Instagram” səhifəsində paylaşım edib.

    Qeyd edək ki, dünya çempionu, 8-qat “Qızıl top” mükafatçısı Lionel Messi və onun ABŞ-nin “İnter Mayami” klubundan olan komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra onlar Heydər Əliyev Mərkəzində olublar. Bakı səfərində Lionel Messi və dostlarını iş adamı Adnan Əhmədzadə müşayiət edib.

    Futbol əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakı Kristal Zalında təşkil olunan tədbirdə pərəstişkarlarla görüşüblər.

    Xatırladaq ki, minlərlə fanatın qatıldığı tədbirdə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

  • В Канаде эвтаназия стала причиной каждой двадцатой смерти

    В 2023 году 15 300 человек в Канаде прибегли к услугам эвтаназии, что составляет 4.7% смертей в стране.

    Как передает Median.Az со ссылкой на ВВС, об этом говорится в отчете Министерства здравоохранения страны.

    Почти всем (96%), запросившим эвтаназию, предсказывали естественную смерть. Оставшимся 4% медицинская помощь для ухода из жизни была оказана из‑за длительного хронического заболевания, но их естественная кончина не была неизбежной.

    Средний возраст обратившихся за помощью при смерти составил 77 лет. Наиболее распространенным сопутствующим заболеванием был рак. Около 96% получателей эвтаназии идентифицировали себя как белых людей, которые составляют 70% населения Канады. Что стало причиной такого неравенства, неясно.

    В Канаде легализовали эвтаназию в 2016 году, и с тех пор эта услуга становится все более популярной. В предыдущие годы средний темп роста составлял 31%, но в 2023-м он снизился до 16%. В Минздраве пока не знают, почему это произошло.

    Канада – одна из немногих стран, которые легализовали эвтаназию за последнее десятилетие. Вместе с ней это сделали Австралия, Новая Зеландия, Испания и Австрия. Сейчас канадские законодатели стремятся расширить доступ к эвтаназии, чтобы охватить людей с психическими заболеваниями.

  • Kanadada 15 min nəfər ölmək üçün evtanaziyanı seçib

    2023-cü ildə Kanadada 15 300 nəfər evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanları həyatdan məhrum etmək – red.) xidmətindən istifadə edib ki, bu da ölkədəki ölümlərin 4,7%-ni təşkil edib.

    Median.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin hesabatında bildirilir.

    Qeyd olunur ki, evtanaziyaya müraciət edənlərin demək olar ki, hamısının (96%) təbii yolla öləcəyi proqnozlaşdırılıb. Qalan 4% uzunmüddətli xroniki xəstəlik səbəbiylə ölmək üçün tibbi yardımdan istifadə edib, lakin onların təbii ölümü qaçılmaz olmayıb.

    Həyatına son qoymaq üçün köməyə müraciət edənlərin orta yaşı 77, ən çox rast gəlinən xəstəlik isə xərçəng olub.

    Evtanaziyadan istifadə edənlərin təxminən 96%-i Kanada əhalisinin 70%-ni təşkil edən ağdərililər kimi müəyyən edilib. Bu qeyri-bərabərsizliyin nədən qaynaqlandığı bəlli deyil.

    Xatırladaq ki, Kanada 2016-cı ildə evtanaziyanı qanuniləşdirib və o vaxtdan bu xidmət getdikcə populyarlaşır.

  • В Азербайджане предлагается снизить верхний предел призывного возраста

    В Азербайджане предлагается снизить верхний предел призывного возраста с 35 до 30 лет.

    Это нашло отражение в проекте поправок в закон “О воинской обязанности и военной службе”.

    Согласно действующему законодательству, призывниками являются граждане Азербайджанской Республики (АР) мужского пола в возрасте от 18 до 35 лет.

    Согласно изменениям, призывниками будут граждане АР мужского пола в возрасте от 18 до 30 лет, поставленные на предварительный воинский учет и не прошедшие действительную военную службу.

  • Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi endirilir?

    Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.

    Bu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır.

    Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaqlar.

  • Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

    Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) məlumatında deyilir.

    Məlumata görə, BŞDYPİ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Chevrolet” markalı, 77-YX-266 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Səbuhi Bəşirov saxlanılıb.

    Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı S.Bəşirovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

    Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Bəşirovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.

  • Bu il müharibə zonalarında 42 jurnalist öldürülüb

    2024-cü ildə azı 68 jurnalist həlak olub ki, onların da 60 %-dən çoxu müharibə zonalarındadır.

    Bu barədə UNESCO-nun təqdim etdiyi məlumatlarda bildirilir.

    Qeyd olunub ki, media işçilərinin öldürüldüyü 68 hadisədən 42-si döyüşlərin getdiyi ölkələrdə baş verib.

    Hadisələrin əksəriyyəti Fələstində (18) qeydə alınıb. Ukraynadakı müharibədə 4 jurnalist həlak olub.

    Sənəddə ölən jurnalistlərin adları və mənşə ölkələri, habelə onların hansı nəşrlərdə çalışdıqları göstərilməyib.

    Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən 2023-cü il dekabrın 31-dək dünyada 162 media işçisi öldürülüb, onlardan 72-si münaqişə zonalarında həlak olub.

  • FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

    Fövqəladə Hallar Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

    Bu barədə qurumdan bildirilib.
    Bildirilir ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
    “Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik”, – FHN bəyan edib.
    Bundan başqa vurğulanır ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
    Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində soyuq və kəskin hava şəraitinin müşahidə olunacağı, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı və ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.