Month: December 2024

  • Keçi pendiri niyə bahadır? (AÇIQLAMA)

    “Azərbaycanda keçi biznesi çox zəifdir. Bunun da səbəbi ölkədə keçi sayının az olmasıdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib.

    Ekspert son vaxtlar xarici ölkələrdən Azərbaycana daha məhsuldar keçilərin gətirildiyini bildirib:

    “Məhsul az olduğu üçün istehsalçılar çalışır ki, yüksək qiymət müəyyən etsinlər. Problem odur ki, bu sahə ilə az adam məşğul olur. Getdikcə həm qoyunların, həm də keçilərin sayı azalır”.

    İqtisadçı keçi südünün faydalı olması barədə deyənləri ictimai rəy adlandırıb:

    “Bundan əlavə keçinin pendiri daha dadlıdır və s. bunun hamısı cəfəngiyyatdır. Düzdür fərq var, amma bu birinin digərində üstünlüyündə deyil. Yalnız təklif azdır. Az həcmdə keçi südü və pendiri istehsal olunur. Bu səbəbdən də bazara az həcmdə süd və pendir çıxarılır. Bundan istifadə edənlər də pendirin qiymətini qaldırır. Əgər alıcı olmasa, istehsalçılar qiyməti artıra bilməz. Digər tərəfdən, əgər istehsalçılar çox olarsa, onların arasında rəqabət olarsa bu halda qiymət aşağı olar”.

    Vahid Məhərrəmli keçi südünün qiymətinin qoyun pendirindən aşağı olduğunu qeyd edək:

    “Ən dadlı pendir qoyun pendiridir. Xüsusi ilə də motal pendiri”.

  • Bu günədək bələdiyyə seçkilərinə neçə şəxs namizəd olub?

    Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə artıq 3 minə yaxın şəxs namizədliyini irəli sürüb.

    Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, təqvim planına uyğun olaraq addımlar atılır:

    “Təbii ki, biz heç vaxt təqvim planından kənara çıxmağa, yaxud da onun pozulmasına imkan verməyəcəyik. Bizim 685 bələdiyyəmiz var və ölkə üzrə 8071 bələdiyyə üzvü seçiləcək. Məndə olan məlumata görə, artıq 3 minə yaxın namizəd var. Artıq onların qeydiyyat mərhələsi başlayıb”.

    M.Pənahov bildirib ki, MSK bütün prosesləri nəzarətdə saxlayır və yerlərlə daim əlaqədədir:

    “İndiyədək hansısa xoşagəlməz halla rastlaşmamışıq”.

    MSK sədri həmçinin vurğulayıb ki, azad edilmiş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək:

    “Bunun üçün insanlar yaşayış məntəqələrinə qayıtmalıdırlar. Hesab edirəm ki, belə bir dövrün gəlib çatmasına az qalıb”.

  • Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Bakıda 200-dən çox qəzalı bina, yəni 7000-dən çox mənzilin təhlilini aparıb.

    Bunu Dövlət Komitəsinin sədri Anar Quliyev deyib.

    “Bakıda və digər şəhərlərdə bir çox qəzalı binalar mövcuddur. Bu binaların müəyyənləşdirilməsi ilə bağlı işlərə Fövqəladə Hallar Nazirliyinin rəyləri və vətəndaşların müraciətləri əsasında əvvəlki dövrlərdə başlanılıb. Hazırda Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Komitə tərəfindən 200-dən çox belə bina, yəni 7000-dən çox mənzil təhlil edilib”, – A. Quliyev bildirib.

    Onun sözlərinə görə, indiyədək bu mənzillərin təxminən yarısının inventarizasiyası başa çatdırılıb və bir neçə ünvanda artıq praktiki işlərə başlanılıb:

    “Bu proses çərçivəsində həm özəl tikinti şirkətləri investor qismində cəlb edilir, həm də dövlət vəsaiti hesabına qəzalı vəziyyət aradan qaldırılır. Hazırda təxminən 1000 mənzildə işlər aparılır, 600-dən çox mənzil sahibinin problemi isə artıq həllini tapıb. Bu istiqamətdə işlər davam etdirilir və yaxın zamanda daha çox mənzilin vəziyyətinin həll olunması gözlənilir”.

    Komitə sədri vurğulayıb ki, işlərə dəqiqliklə yanaşmaq üçün özəl qiymətləndiricilər də prosesə cəlb olunub və məsələlərin ardıcıllıqla həlli planlaşdırılır.

  • Azərbaycanda ən çox əməkhaqqını onlar alır

    2024-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1773,3 min nəfər olub.

    Median.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,4 faizi təhsil, 12,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 15,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

    2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib.

    İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • Argentinanın məşhur kanalı Messinin Bakı səfərini paylaşdı (FOTO)

    Argentinanın məşhur “Fox Sports Argentina” kanalı futbolçu Lionel Messinin Bakıya səfəri barədə paylaşım edib.

    Kanalın X (keçmiş “Twitter”) səhifəsində bununla bağlı paylaşım olunub.

    “Lionel Messi hazırda Azərbaycandadır və xeyriyyə səfəri çərçivəsində ölkəyə gəlib. Səfər zamanı ona üzərində öz portreti toxunmuş xalça hədiyyə edilib. “10 nömrə” bu jestdən çox məmnun qalıb və onun sevincini üzündən oxumaq mümkündür”.

    Qeyd edək ki, ötən gün Argentina millisinin ulduz futbolçusu Lionel Messi və onun ABŞ-nin “İnter Mayami” klubundan olan komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya səfər edib. Əfsanəvi futbolçu və dostları səfər çərçivəsində Qarabağ atlarını izləyiblər, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, Bakı Kristal Zalında fanatları ilə görüşüblər və son olaraq Heydər Əliyev Mərkəzində olublar.

    Onu da qeyd edək ki, Bakı Kristal Zalında baş tutan tədbirə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

    “Fox Sports Argentina” Argentinada fəaliyyət göstərən məşhur idman televiziya kanalıdır. Kanal 1995-ci ildə yaradılıb və 2019-cu ildə Disney tərəfindən alınıb.

    //qaynar.az

  • Azərbaycanda ata oğlunu məhkəməyə verdi – Mandarinə görə

    Astara rayonunda ata bağdakı mandarinlərin yığılıb satılmasına imkan verməyən oğlunu məhkəməyə verib.

    Qaynarinfo-nun məlumatına görə, 1988-ci ildə Astara rayonunun Qapçıməhəllə kəndində anadan olmuş D.F. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün Astara Rayon Məhkəməsində baxılıb.

    Məhkəmədə məlum olub ki, 36 yaşlı D.F. atası S.F.-nın təsərrüfatında olan mandarinlərin yığılıb satılmasına mane olur. Həmçinin, ona qarşı nalayiq ifadələr işlədir.

    Məhkəmənin qərarı ilə, D.F. 5 gün müddətinə həbs edilib.

  • İran sanksiyalar ləğv edilmədən nüvə obyektlərində intensiv yoxlamalara icazə verməyəcək

    İran Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların qüvvədə olduğu müddətdə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) tərəfindən nüvə obyektlərində yoxlamaların intensivliyinin artırılmasına icazə verməyəcək.

    Bu barədə ölkənin xarici işlər nazirinin müavini Kazem Qaribabadi “X” sosial şəbəkəsində yazıb.

    “İran IAEA ilə əvvəllər əldə edilmiş zəmanətlər çərçivəsində öz öhdəliklərinə sadiq qalır. Nə qədər ki, sərt sanksiyalar qüvvədədir, Tehran bu öhdəliklərdən kənara çıxan monitorinqin gücləndirilməsinə icazə verməyəcək”, – XİN başçısının müavini bildirib.//report

  • AZAL в апреле возобновит полеты из Баку в Самарканд

    Авиакомпания “Азербайджанские авиалинии” (AZAL) с 1 апреля 2025 года возобновит прямые рейсы между Баку и Самаркандом.

    Об этом сообщает Median.Az со ссылкой на узбекские СМИ.

    Рейсы будут выполняться два раза в неделю – по средам и воскресеньям.

    Вылет из Самарканда в 2:55 по местному времени. Время в пути составит 2 часа 20 минут.

    “Это открывает новые возможности для путешественников, отправляющихся из Самарканда, и добавляет еще одно направление в сеть международных рейсов из аэропорта Баку им. Гейдара Алиева, включающей более 75 направлений”, – говорится в информации.

  • AZAL apreldə Bakı-Səmərqənd-Bakı uçuşlarını bərpa edəcək

    “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti 2025-ci il aprelin 1-dən Bakı-Səmərqənd-Bakı birbaşa uçuşlarını bərpa edəcək.

    Bu barədə Median.Az Özbəkistan mətbuatına istinadən xəbər verir.

    Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri həyata keçiriləcək.

    Məlumatda qeyd edilib ki, Səmərqənddən uçuş yerli vaxtla saat 2:55-də baş tutacaq. Uçuş müddəti 2 saat 20 dəqiqə təşkil edəcək.

    “Bu, Səmərqənddən səyahət edən sərnişinlər üçün yeni imkanlar açır və Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının 75-dən çox istiqaməti əhatə edən beynəlxalq uçuş şəbəkəsinə daha bir istiqamət əlavə edir”, – məlumatda qeyd olunub.

  • ЕС готов увеличить поставки гумпомощи в Сирию

    ЕС готов увеличивать поставки гуманитарной помощи в Сирию.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом сообщила на брифинге в Брюсселе представитель ЕК Эва Хрнчирова.

    “В связи с гуманитарной ситуацией в Сирии я хочу сказать, что мы готовы усилить нашу помощь… Что касается пунктов пропуска, то некоторые из них открыты, и может поступать гумпомощь. Ситуация очень нестабильная, мы стараемся получать информацию и изучать все возможные опции”, – сказала она.