Month: December 2024

  • Ağdaşda FACİƏ: Kanalda boğulan şagirdin MEYİTİ TAPILDI (YENİLƏNİB)

    Ağdaş rayon Qoşaqovaq kəndində 14 yaşlı oğlan Şirvan Suvarma kanalına düşərək boğulub.

    Kanalda boğulan kənd sakini 2010-cu il təvəllüdlü Zakirli Vüqarın meyiti tapılıb.

    Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

    * * * * *

    Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.

    Median.Az
    “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.

    2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.

    Nəticədə yeniyetmə suda boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • DİN rəhbərliyi Ulu Öndərin məzarını ziyarət etdi – FOTO / VİDEO

    Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

    Ziyarətçilər Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiram anıblar.

  • Vətəndaşların ad-soyadlarını qanunsuz dəyişən rəisə 9 il həbs cəzası verildi

    Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham edilən sabiq şöbə rəisi Elşən Quliyevə hökm oxunub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nazirliyin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin sabiq rəisi E.Quliyevə 9 il həbs cəzası verilib.

    O, Cinayət Məcəlləsinin 311 və 312-1-ci (rüşvətalma və nüfuz alveri) maddələri üzrə təqsirli bilinib.

    Qeyd edilib ki, E.Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb.

    Elşən Quliyevin qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərdən ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində ümumilikdə 4 min manat pul vəsaitini rüşvət qismində alması, habelə həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsi müəyyən edilib.

  • В Азербайджане число желающих стать донорами органов после смерти выросло втрое

    В 2024 году в Азербайджане было проведено рекордное количество операций по трансплантации органов – более 300 различных вмешательств.

    Об этом сообщила председатель Координационного центра по донорству и трансплантации органов Минздрава Егяна Аббасова, отвечая на запрос АПА.

    По ее словам, наибольшее число операций пришлось на пересадку почек и печени. Точное количество людей, которые добровольно изъявили желание стать донорами органов после смерти мозга и обратились при жизни в Координационный центр, является конфиденциальной информацией.

    Аббасова также отметила, что число людей, зарегистрировавшихся в Координационном центре Минздрава для посмертного донорства органов, заполнив специальную форму, выросло в три раза по сравнению с предыдущими годами.

    В ближайшем будущем желающие стать добровольными донорами смогут подавать заявки через платформу mygov.az. Сейчас для поддержки этого процесса и упрощения доступа к донорству на официальном сайте odtkm.gov.az создан специальный раздел “Стань донором”, где каждый желающий может с легкостью подать заявку.

    “Этот шаг предпринят с целью сделать донорство более доступным, основываясь на принципах здоровья нашего общества и гуманизма”, – подчеркнула Егяна Аббасова.

  • Səhiyyə Nazirliyi: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı üç dəfə artıb

    2024-cü il ərzində 300-dən çox müxtəlif orqan transplantasiya əməliyyatları icra olunub. Ən çox böyrək və qaraciyər transplantasiya əməliyyatları üstünlük təşkil edir.

    Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova məlumat verib.

    O bildirib ki, indiyə kimi beyin ölümü keçirdikdən sonra könüllü olaraq donor olmaq istəyib sağlığında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edən şəxslərin sayı məxfidir.

    O, həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində ölümündən sonra orqanlarını bağışlamaq üçün xüsusi formanı doldurub qeydiyyatdan keçən şəxslərin sayı keçən illərə nisbətən 3 dəfə artıb.

    Onun sözlərinə görə, yaxın gələcəkdə könüllü donor olmaq istəyən şəxslər mygov.az platforması üzərindən müraciət edə biləcəklər:

    “Lakin hazırda bu prosesə dəstək olmaq və donor olmaq istəyənlər üçün qurumumuza məxsus odtkm.gov.az rəsmi internet səhifəsində xüsusi olaraq yaradılan “Donor ol” bölməsi fəaliyyət göstərir. Həmin bölmə vasitəsilə könüllü donor olmaq istəyən hər kəs sadə və rahat bir şəkildə müraciət edə bilər. Bu addım, cəmiyyətimizin sağlamlığı və humanizm prinsiplərinə əsaslanaraq, donor olmağı daha əlçatan etmək məqsədilə atılıb”.

  • Sumqayıtda əl qumbarası tapılıb

    Sumqayıt şəhərində əl qumbarası aşkar edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

    Bir ədəd “RQD 5” markalı əl qumbarası aşkar edilərək polisə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • СМИ: Армянские неонацисты намерены построить в республике свой рейх

    18 декабря члены неонацистского политического движения “Хосанк” планируют провести пресс-конференцию в центре Еревана, где расскажут о своих планах по развитию организации. Армянские власти не препятствуют планам радикального объединения.

    Об этом сообщает российский ресурс glavny.tv.

    Отмечается, что “Хосанк” – неонацистское политическое движение, основанное в 2021 году американцем армянского происхождения Айком Назаряном. 1 января 2024 года члены организации прошли парадом по центру Еревана со стилизованными под нацизм флагами и нацистскими приветствиями. Власти страны никак не отреагировали на марш радикалов.

    Движение призывает к созданию “могущественного армянского государства”, включающего в себя части соседних стран, в том числе азербайджанский Карабах. Члены объединения выдвигают идею превосходства белой расы и требуют давать разрешение на получение гражданства в стране только лицам, имеющим полностью армянское происхождение. Также организация поощряет репатриацию из армянской диаспоры.

    Движение поддерживает только европейцев, постоянно проживающих в Армении, называя других людей “временными гостями”. Радикалы призывают к созданию верховного лидера для управления нацией, который избирался бы меньшинством граждан, которые считаются достойными голоса

    Неонацисты в Армении действуют открыто. Организация имеет свой офис, члены объединения ведут сайты, собирают пожертвования и публикуют политические программы, которые практически полностью повторяют изречения руководства Третьего рейха.

  • Erməni neonasistləri ölkədə öz reyxlərini qurmaq istəyirlər

    Dekabrın 18-də “Hosank” neonasist siyasi hərəkatının üzvləri İrəvanın mərkəzində mətbuat konfransı keçirməyi planlaşdırır. Respublika hakimiyyəti radikal birliyin planlarına mane olmur.

    Bu barədə glavny.tv məlumat yayıb.

    Hərəkat Ermənistanın, eləcə də Qarabağın tarixi ərazilərini özündə birləşdirən qüdrətli erməni dövlətinin yaradılmasına çağırır. Birlik üzvləri ağdərililərin üstünlüyü ideyasını irəli sürür və ölkədə yalnız bütövlükdə erməniəsilli şəxslərin vətəndaşlıq almasına icazə verilməsini istəyirlər. Təşkilat, həmçinin erməni diasporunun repatriasiyasını təşviq edir.

    Hərəkat yalnız Ermənistanda daimi yaşayan avropalıları dəstəkləyir və digər insanları “müvəqqəti qonaqlar” adlandırır. Radikallar xalqı idarə etmək üçün səsverməyə layiq sayılan vətəndaş azlığı tərəfindən seçiləcək ali liderin yaradılmasını tələb edirlər.

  • В Москве проходит заседание Совета глав правительств СНГ (ОБНОВЛЕНО)

    В Москве (Россия) проходит очередное заседание Совета глав правительств Содружества Независимых Государств (СНГ).

    Как сообщает российское бюро Report, в мероприятии принимает участие премьер-министр Азербайджана Али Асадов.

    Перед заседанием главы правительств по традиции сделали совместное фото.

    В повестку заседания, проходящего под председательством России, входят вопросы расширения взаимодействия в торгово-экономической и культурно-гуманитарной сферах на пространстве СНГ.

    * * * * *

    В Москве начинает работу заседание премьеров стран Содружества Независимых Государств (СНГ) и Евразийского экономического союза (ЕАЭС).

    Об этом сообщает пресс-служба российского правительства.

    Встреча премьеров стран СНГ пройдет под председательством России. В повестке – вопросы расширения торгово-экономического и культурно-гуманитарного взаимодействия на пространстве Содружества.

    “В ходе заседания Евразийского межправительственного совета будут рассмотрены вопросы дальнейшего углубления Евразийской экономической интеграции. Особое внимание будет уделено расширению сотрудничества в области энергетики, промышленности, развитию электронной торговли”, – уточнили в правительстве РФ.

    В ЕАЭС входят Россия, Армения, Беларусь, Казахстан, Кыргызстан. Они одновременно являются участниками СНГ.

    В составе СНГ сейчас девять стран – это Азербайджан, Армения, Беларусь, Казахстан, Кыргызстан, Россия, Таджикистан, Туркменистан, Узбекистан.

  • Moskvada MDB və Aİİ ölkələrinin baş nazirlərinin iclası keçirilir (YENİLƏNİR)

    Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.

    Median.Az “Report”a istinadən bildirir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edir.

    Görüşdən əvvəl hökumət başçıları ənənəvi olaraq birgə foto çəkdiriblər.

    Rusiyanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə MDB məkanında ticari-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri daxildir.

    * * * * *

    Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin baş nazirlərinin iclası işə başlayır.

    Bu barədə Rusiya hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

    MDB ölkələrinin baş nazirlərinin görüşü Rusiyanın sədrliyi ilə keçiriləcək. Gündəlikdə birlik məkanında ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri var.

    “Avrasiya Hökumətlərarası Şurasının iclasında Avrasiya iqtisadi inteqrasiyasının daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq. Energetika, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə, elektron ticarətin inkişafına xüsusi diqqət yetiriləcək”, – Rusiya hökumətindən bildirilib.

    Aİİ-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Onlar, eyni zamanda, MDB-nin üzvləridir. MDB-nin tərkibində hazırda doqquz ölkə var – Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan.