Month: December 2024

  • Суд непреклонен: вынесено решение по делу об убийстве 20-летней студентки и ее 8-месячной дочери

    В Сумгайытском апелляционном суде завершилось судебное заседание по жалобе на приговор в отношении Фарида Гусейнли, обвиняемого в убийстве супруги и восьмимесячного ребенка.

    Как сообщает pravda.az, на процессе под председательством судьи Рухии Аскеровой было зачитано решение, согласно которому апелляция не была удовлетворена.

    Сумгайытский суд по тяжким преступлениям приговорил Фарида Гусейнли к пожизненному заключению.

    Напомним, трагический инцидент произошел в июне 2023 года в поселке Гобу Абшеронского района. Местный житель Фарид Гусейнли (1993 г.р.) на почве семейного конфликта убил жену Лейлу Гусейнли (2003 г.р.) и их восьмимесячную дочь, нанеся им множественные ножевые ранения.

    В его отношении было возбуждено уголовное дело по статьям 120.2.4, 120.2.7 и 120.2.9 (умышленное убийство двух или более лиц, заведомо для виновного находящихся в беспомощном состоянии, совершенное с особой жестокостью или общеопасным способом) Уголовного кодекса Азербайджанской Республики.

    Напомним, Л.Гусейнли была студенткой III курса биологического факультета Бакинского государственного университета.

  • Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR

    Sumqayıt Apellyasiya Məhkəməsində həyat yoldaşı və 8 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızı İbadovaya və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

    L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

  • Bu ərazilərdə ev və mənzil qiymətləri arta bilər – VİDEO

    Bakının Baş planına əsasən, şəhərin müxtəlif ərazilərində sosial infrastruktur genişləndirilir, əsaslı tikinti və abadlaşdırma işləri aparılır. Davam edən proseslər və görüləcək işlərin fonunda əhalini maraqlandıran əsas məsələlərdən biri də daşınmaz əmlak qiymətləridir.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Ramil Osmanlı deyir ki, ev və mənzillərin dəyərinə təsir göstərən əsas amillər onun yerləşdiyi ərazi, ictimai funksionallığı, sosial infrastruktura yaxınlığıdır. Ekspert deyir ki, zamanla fərdi avtomobillərlə müqayisədə ictimai nəqliyyatdan, xüsusilə metrodan daha kütləvi formada istifadəni müşahidə etmək mümkün olacaq. “Bakı Metropoliteni”nin 4 stansiyası istismarda olan Bənövşəyi xəttinin perspektiv inkişaf planına uyğun olaraq 6-sı keçid olmaqla, 10 yeni stansiyanın inşası nəzərdə tutulur.

    Gələcək layihələrin icrasında “Dərnəgül” stansiyasından sonra 3 stansiyanın “Koroğlu”ya birləşdirilməsi, “Xətai” stansiyasından sonra “Həzi Aslanov”a kimi 4 stansiyanın tikilməsi planlaşdırılır. “İçərişəhər” stansiyasından sonra isə iki stansiyanın inşası nəzərdə tutulub.

    Bakının Baş Planında həmçinin nəzərdə tutulur ki, gələcəkdə metro ilə bağlı dairəvi xətlər yaradılsın. Yaşıl xətt üzrə qatarlar “Koroğlu”dan keçməklə Bakıxanov, Qaraçuxur, Yeni Günəşli qəsəbələrini əhatə etsin və “Həzi Aslanov-2” stansiyasına birləşdirilsin. Belə ki, sözügedən ərazilərdə də daşınmaz əmlak qiymətlərinin müəyyən qədər artacağı proqnozlaşdırılır.

  • Son günlər metroda nə baş verir? – VİDEO

    “Metronun hamını daşımaq imkanı yoxdur. Mövcud texniki imkanlar daxilində intervalı 2 dəqiqədən aşağı müəyyən etmək mümkün deyil”.

    Median.Az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov son günlər metroda yaşanan sıxlıqla bağlı suallara aydınlıq gətirərkən bildirib.

    B.Məmmədov metroda yubanmaların olduğunu təsdiqləyib və bildirib ki, metroda sərnişin sayı durmadan artır.

    Sərnişinlər isə əlverişli nəqliyyat vasitəsi olmasına baxmayaraq, son vaxt vaxtlar metrodan istifadə zamanı çətinliklər yaşadıqlarını bildiriblər.

    Ətraflı videomaterialda:

  • Bakıda 2 qadın faciəvi şəkildə həlak oldu (FOTO)

    Bakıda ölümlə nəticələnən bədbəxt hadisələr baş verib.

    “Qafqazinfo” xəbər verir ki, ötən gecə saat 01 radələrində 1966-cı il təvəllüdlü İbrahimova Vəfa Nəcəf qızı Binəqədi rayonunda yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

    Bundan başqa, paytaxt sakini 32 yaşlı Elnurə Abbasova da yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

  • Azərbaycan neftinin qiyməti 76 dolları ötdü

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,83 % artaraq 76,54 ABŞ dolları təşkil edib.

    Ərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 73,52 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

  • Yaxın qohumlar aldanaraq yarım milyon manata yaxın pulu itirdilər

    Paytaxtda vətəndaşların yarım milyon manata yaxın pulunu mənimsəyən Günay Həziyevanın cinayət işinin məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrlik etdiyi iclasda cinayət işində zərərçəkən kimi tanınan şəxslərin ifadələri dinlənilib. Məlum olub ki, təqsirləndirilən tərəfdən aldadılan şəxslər yaxın qohumlardır.

    Günay Həziyeva müxtəlif bəhanələrlə Sevinc Binnətova, Sevda Əzimova, Nazilə Əzimova və Cəmilə Zeynalovadan ayrı-ayrı vaxtlarda, qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 328 000 manat mənimsəyib.

    Zərərçəkənlərin məhkəmədə verdikləri ifadələrdən məlum olub ki, təqsirləndirilən Günay Həziyeva qurbanlarına qarşı dələduzluq edərkən millət vəkili Zahid Orucun adından da istifadə edib. O bununla da deputatla yaxın münasibətdə olduğunu və ona hər bir işində yaxından kömək göstərdiyini bildirib. Mənimsənilən pulların əksəriyyəti satmaq məqsədilə zərərçəkənlərdən alınan qızıl zinət əşyalarının pulu olub. Günay Həziyeva qızıl alveri ilə məşğul olan zərərçəkənlərdən zinət əşyalarını satmaq adı ilə alaraq mənimsəməkdə təqsirləndirilir. O bundan başqa həyat yoldaşı Səbuhi Həziyevin maşın alveri ilə məşğul olduğunu və bu işdən yaxşı qazanc əldə edə biləcəklərini deyərək zərərçəkənlərdən yatırım etmək üçün müxtəlif məbləğlərdə pullar alaraq mənimsəyib.

    Növbəti məhkəmə prosesi dekabrın 19-na təyin edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı 178.2.4-cü maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

  • Премьер-министр Азербайджана почтил в Москве память Гейдара Алиева

    Премьер-министр Азербайджана Али Асадов, находящийся с рабочим визитом в России, почтил память общенационального лидера Гейдара Алиева.

    А.Асадов возложил цветы к барельефу общенационального лидера в посольстве АР в РФ.

    Визит Али Асадова в Россию начался 11 декабря по приглашению председателя правительства России Михаила Мишустина. Премьер-министр примет участие в заседании Совета глав правительств СНГ.

  • Azərbaycanın Baş naziri Moskvada Heydər Əliyevin xatirəsini anıb

    Rusiyada işgüzar səfərdə olan Azərbaycanın baş naziri Əli Əsədov Heydər Əliyevin xatirəsini anıb.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, Əli Əsədov Azərbaycanın Rusiyadakı səfirliyində ulu öndər Heydər Əliyevin barelyefi önünə gül dəstəsi qoyub.

    Qeyd edək ki, Əli Əsədovun Rusiyaya işgüzar səfəri dekabrın 11-də başlayıb.

    Səfər Rusiya Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə baş tutub. Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.

  • В Агдашском районе найдено тело утонувшего в водоканале подростка (ОБНОВЛЕНО)

    В селе Гошаговаг Агдашского района 14-летний подросток утонул в Ширванском оросительном канале.

    Тело местного жителя Вугара Закирли (2010 г.р.) найдено в водоканале.

    * * * * *

    В селе Гошаговаг Агдашского района утонул 14-летний подросток.

    Как сообщает Report, возвращаясь из школы домой, Вугар Закирли (2010 г.р.) поскользнулся и упал в Ширванский оросительный канал, когда мыл руки у подножия водоканала.

    В результате подросток утонул.

    По данному факту ведется расследование.