Month: December 2024

  • Bakıda şirkətin soyuducularını satıb pulunu “yedilər”

    Bakıda şirkət əməkdaşı mənimsəməyə görə saxlanılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə rayon polis idarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olub.

    Araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15 700 manat pulun mənimsənilməsi müəyyən edilib. Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkəti ekspeditoru, 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Professor: “Səhiyyənin iki qurum tərəfindən idarə olunması işləri korlayır”

    Səhiyyə naziri Teymur Musayev mətbuata açıqlamasında saxta diplomlu həkimlərlə bağlı araşdırma aparıldığını bildirib. Nazir qeyd edib ki, bir ildən artıqdır saxta həkimlərlə bağlı nazirlikdə İşçi qrupu yaradılıb:

    “Saxta həkimlər tibbi təhsili olmadan sosial media vasitəsilə vətəndaşları müəlicəyə cəlb edirlər. Bununla əlaqədar hüququ qiymətləndirmə üçün Baş Prokurorluğa müraciət ünvanlanıb. Təbii ki, yekunda iki qurum bu istiqamətdə tədbirlər planı hazırlayıb”.

    Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, ilk növbədə Səhiyyə Nazirliyinin tərkibində akkeriditasiya mərkəzi yaradılmalıdır:

    “Bütün həkimlər həmin mərkəzdən keçməlidir. Onlar səlahiyyət aldığı konkret bir sahə üzrə lisenziya almalı və həmin lisenziya üzrə də fəaliyyət göstərməlidir. Dünyada bu sistemin mexanizmi belədir. Azərbaycanda da bu sistem belə idarə olunmalıdır”.

    Adil Qeybulla vurğulayıb ki, səhiyyənin iki qurum tərəfindən idarə olunması işi xeyli korlayır:

    “Yəni, prosesə mane olur. Digər tərəfdən isə akkeriditasiya məslələsi həll olunub, sertifikasiya imtahanları ləğv edilməlidir. Bu təkcə ümumi qərarla ola bilməz. Akkeriditasiya və lisensiya sistemi olmadan həkimlər fəaliyyət göstərə bilməz. Biz lizentatura sisteminə keçmişiksə və əgər kimsə ixtisasını dəyişirsə yaşından asılı olmayaraq həmin sahə üzrə lizentatura keçməli və sonra həmin sahə üzrə işə başlaya bilər. Bu mexanizm dünyada belədir”.

  • Azərbaycanda hava kəskin dəyişəcək, sulu qar yağacaq – XƏBƏRDARLIQ

    Azərbaycanda havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də isə yağışın yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.

    Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da, qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir.

    Qeyd edilib ki, dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.

  • “Kartdan-karta” üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilib

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 467 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

    Məlumata görə, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

    “Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”, – deyə məlumatda qeyd olunub.

  • Azarkeşlər “Qarabağ”ı və “Sumqayıt”ı ziyana saldılar

    AFFA İntizam Komitəsi “Qarabağ”və “Sumqayıt” klublarını cəzalandırıb

    Buna Ağdam təmsilçisinin Premyer Liqanın XVI turunda “Sabah”la heç-heçə (1:1) etdiyi matçda yaşananlar səbəb olub.

    “Köhlən atlar” azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat ziyana düşüblər.

    Ağdam təmsilçisi sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsümdə ikinci dəfə yaşanır) üçün daha 500 manat ödəyəcək.

    “Sumqayıt”ın cərimələnməsinə səbəb isə “Neftçi” ilə ev görüşü zamanı azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi və bu halın cari mövsümdə ikinci dəfə yaşanması olub.

    Nəticədə klub 500 manat ziyana düşüb.

  • По каким каналам можно будет посмотреть сегодняшние еврокубковые матчи ? (АНОНС)

    Сегодня состоятся игры VI тура Лиги Европы и V тура Лиги конференций УЕФА.

    Любители футбола могут посмотреть матчи в прямом эфире на каналах CBC Sport, TRT Spor, TRT 1 и Общественном телевидении İTV (по бакинскому времени).

    12 декабря

    Лига Конференций УЕФА

    V тур

    19:30 “Астана” – “Челси” (CBC Sport, TRT Spor)

    Лига Европы УЕФА

    VI тур

    21:45 “Мальмё” – “Галатасарай” (CBC Sport, TRT 1)

    00:00 “Эльфсборг” – “Карабах” (CBC Sport)

    00:00 “Будё – Глимт” – “Бешикташ” (İTV, TRT 1).

  • Bu gün keçiriləcək görüşləri hansı kanallardan izləmək olar? (ANONS)

    Bu gün UEFA Avropa Liqasında VI və Konfrans Liqasında V turun oyunları keçiriləcək.

    “CBC Sport” kanalı saat 19:30-da başlayacaq “Astana” – “Çelsi”, saat 21:45-də start götürəcək “Malmö” – “Qalatasaray” və saat 00:00-da başlayacaq “Elfsborq” – “Qarabağ” matçlarını canlı yayımlayacaq.

    İctimai TV isə saat 00:00-dan etibarən “Budyo Qlimt” – “Beşiktaş” görüşünü canlı yayımlayacaq.

    12 dekabr

    UEFA Konfrans Liqası

    V tur

    19:30. “Astana” – “Çelsi” (“CBC Sport”, “TRT Spor”)

    UEFA Avropa Liqası

    VI tur

    21:45. “Malmö” – “Qalatasaray” (“CBC Sport”, TRT 1)

    00:00. “Elfsborq” – “Qarabağ” (“CBC Sport”)

    00:00. “Budyo Qlimt” – “Beşiktaş” (İctimai TV, TRT 1)

  • Аннулирована лицензия инвестиционной компании Plato Capital and Co.

    Центральный банк Азербайджана (ЦБА) аннулировал лицензию ОАО “Инвестиционная компания Plato Capital and Co”.

    Об этом сообщили в ЦБА.

    Согласно информации, решением правления организации в соответствии со статьей 70.1.6 закона “О рынке ценных бумаг” лицензия инвестиционной компании была аннулирована за невыполнение обязательных к исполнению указаний по устранению недочетов в деятельности.

    В соответствии со статьей 70.3 закона инвестиционная компания, чья лицензия аннулирована, ликвидируется согласно Гражданскому кодексу.

  • “Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyası ləğv olunub

    Azərbaycan Mərkəzi Bankı (AMB) “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin lisenziyasını ləğv edib.

    Bu barədə AMB məlumat yayıb.

    Məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlərə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” qanunun 70.1.6-cı maddəsinə uyğun olaraq investisiya şirkətinin lisenziyası ləğv edilib.

    Qanunun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Mülki Məcəlləyə uyğun olaraq ləğv edilir.

  • Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarıldı – ŞOK QİYMƏT (FOTO)

    Ulduz futbolçu Lionel Messinin Bakıda imzaladığı papaq satışa çıxarılıb.

    Bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.

    Qeyd olunub ki, “Barselona” klubunun emblemi olan papağa dekabrın 11-də Messi öz imzasını çəkib. Satışa qoyulan papaq 10 min manata təklif olunur.

    Xatırladaq ki, Lionel Messi dekabrın 11-də Bakıya gəlib.

    //lent.az