Month: December 2024

  • Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Biz Keniya ilə əlaqələrimizin inkişafına böyük əhəmiyyət veririk. Azərbaycan ilə Keniya arasında diplomatik münasibətlərin qurulmasından ötən iyirmiillik dövr ərzində ikitərəfli əlaqələrimiz genişlənib, müxtəlif sahələrdə əməkdaşlığımız dinamik inkişaf edib.

    İnanıram ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi daha da möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Завтра в Баку на некоторых дорогах движение будет полностью ограничено

    В связи с Днем памяти общенационального лидера Гейдара Алиева движение транспорта на некоторых улицах и проспектах будет ограничено с изменением направлений.

    Об этом сообщили в Управлении государственной дорожной полиции города Баку.

    12 декабря с 08:00 до окончания мероприятия движение автомобилей на улицах, пересекающихся и прилегающих к проспекту Парламента, будет полностью ограничено. Согласно информации, ограничение движения осуществляется с целью обеспечения удобного, бесперебойного и безопасного передвижения людей, пришедших почтить память великого лидера Гейдара Алиева.

    “В связи с этим будет ограничено и изменено направление движения всех транспортных средств от пересечения улицы Микаила Мушфига и проспекта Гусейна Джавида, от пересечения круговой развязки на улице Микаила Мушфига с проспектом Метбуат, от улицы Мехди Гусейна, перед зданием Телетеатра, от пересечения улиц Иззета Набиева и Аббасгулу Аббасзаде (позади административного здания Милли Меджлиса) в направлении проспекта Парламента и Аллеи почетного захоронения. Рекомендуется по возможности меньше использовать личные автомобили в этом направлении и отдавать предпочтение общественному транспорту”, – отмечается в информации.

  • Sabah Bakıda bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

    Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Bildirilib ki, dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Məlumata görə, hərəkətin məhdudlaşdırılması ulu öndər H.Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

    “Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”, – məlumatda qeyd olunub.

  • В трех районах Баку нет света

    Сегодня в Бинагадинском, Сабунчинском и Сураханском районах Баку введены ограничения в подаче электроэнергии в связи с работами по ремонту и реконструкции линий электропередач.

    Об этом Median.Аz сообщает со ссылкой на ОАО “Азеришыг”.

    В связи с ремонтными работами на подстанции “ЭТК 4” 110/35/6 кВ на территории Баладжарского управления энергоснабжения и продаж с 11:00 до 14:00 ограничена подача электроэнергии в поселке Бинагади.

    В связи с ремонтными работами на территории Сабунчинского районного управления энергоснабжения и продаж с 10:00 прекращена подача электричества на улицах Эльшана Мехдиева, Ивана Анашкина, Ингилаба, Лятифа Султанова и Башира Буниятова. Работы продлятся до 14:00.

    В связи с реконструкционными работами на трансформаторной подстанции, входящей в Сураханинское районное управление энергоснабжения и продаж, также с 10:00 нет света на улицах Вокзальная и Керема Исмайылова в поселке Гарачухур. Здесь работы продлятся до 15:00.

    В структуре сообщили, что после завершения реконструкционных и ремонтных работ указанные территории будут обеспечены более качественной электроэнергией.

  • Bakının üç rayonunda işıq olmayacaq

    Bu gün Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında təmir, yenidənqurma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

    Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

    Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK 4” yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar saat 11:00-dan saat 14:00-dək Binəqədi kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində aparılan təmir işləri ilə əlaqədar artıq saat 10:00-dan Elşən Mehdiyev, İvan Anaşkin, İnqilab, Lətif Sultanov və Bəşir Bünyadov küçələrində elektrik verilişi dayandırılıb. İşlər saat 14:00-dək davam edəcək.

    Suraxanı RETSİ-nə daxil olan transformator məntəqəsində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar Qaraçuxur qəsəbəsinin Vağzal və Kərəm İsmayılov küçələrində də saat 10:00-dan etibarən işıq yoxdur. Burada işlər saat 15:00-dək davam edəcək.

    Qurumdan bildirilib ki, yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Pakistan vətəndaşı Bakıda hamamda öldü

    Abşeronda əcnəbi vətəndaş hamamda ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində baş verib.

    Burada ailəsi birgə yaşayan 49 yaşlı Pakistan vətəndaşı Muhammad Şafi oğlu Saqlain hamam otağında ürək çatışmazlığından ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • DİN-də yeni təyinat

    Nəsimi rayon Dövlət Yol Polis Şöbəsinə rəis təyinatı olub

    Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə bilavasitə tabe olan YPX alayının tağım komandiri polis mayoru Əzizadə Məmmədəli Böyükağa oğlu tutduğu vəzifədən azad edilib.

    O, Nəsimi rayon Dövlət Yol Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

  • Bu şəhərlər 2050-ci ilə qədər su altında qalacaq

    Amsterdam, Banqkok, Rotterdam və dünyanın digər şəhərləri 2050-ci ilə qədər su altında qala bilər. 

    Qaynarinfo xəbər verir ki, bu varədə “Climate Central” iqlim tədqiqat mərkəzinin hesabatında deyilir.

    Mərkəzin hesablamalarına görə, 2050-ci ildə ölkənin paytaxtı Amsterdam da daxil olmaqla Niderlandın əhəmiyyətli bir hissəsi dəniz səviyyəsinin qalxması səbəbindən su altında qala bilər. 

    Belçikada Antverpen və Brügge, Fransada Dünkerk və Kale şəhərlərinin qismən su altında qalması proqnozlaşdırlır.

    Asiya qitəsində Tailandın paytaxtı Banqkok, Şanxay və Yanqon su altında qala bilər.

    “Climate Central”ın hesabatına əsasən, su ABŞ-ın şərq və cənub sahillərinin böyük hissələrini, o cümlədən Mendən Floridanın cənubuna və Floridadan Texasa qədər onlarla icmanı əhatə edə bilər.
    UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Florida ştatındakı Everqleyds Milli Parkı (ərazisi 6105 kv.km) tamamilə yox olmaq təhlükəsi ilə üzləşə bilər.

  • Dənizkənarı Milli Parkı idarə edən şirkət ləğv olunur

    Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC ləğv olunduğunu elan edib.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A ünvanına bildirə bilərlər.

    Xatırladaq ki, “Dənizkənari Milli Park” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlqar Cəbrayıl oğlu Sadıqovdur

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu – FOTO

    Azərbaycan Ordusunun əsgəri həlak olub.

    Hadisə odlu silahdan açılmış atəş nəticəsində baş verib.

    Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Tarıverdi Zaur oğlu Cəfərlinin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.

    “Daxil olmuş məlumat əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər. İstintaq üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər zəruri hərəkətlər yerinə yetirilib.

    Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilərək, müxtəlif ekspertizalar təyin edilib və digər istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam edir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək, hər bir fakta və əmələ hüquqi qiymət veriləcək” , – deyə məlumatda qeyd edilib.