Month: December 2024

  • “e-bildiriş”in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

    “e-bildiriş”in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq.

    Bu, Milli Məclisin dekabrın 13-də keçiriləcək iclasının gündəliyinə təklif edilən “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

  • Yol polisindən sürücülərə müraciət

    Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

    Müraciətdə deyilir:

    “Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan və Şamaxı rayonları ərazisindən keçən hissəsində qatı duman müşahidə edilir ki, bu da sürücülər üçün ciddi maneə yaratmaqla yanaşı, qəza riskini də artırır.

    Yolda məhdudiyyətli görünmə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.

    Baş Dövlət Yol Polisi İdarəsi hazırda sözügedən istiqamət üzrə DYP Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparıldığını bildirir, gecə və səhər saatlarında məhdudiyyətli görünmə məsafəsinin daha da artacağı ehtimalını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını xahiş edir”.

  • Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planları açıqlanıb

    Gürcüstanda etiraz aksiyalarının təşkilatçıları dekabrın 14-də prezident seçkilərini pozmağı və bu məqsədlə vəziyyəti maksimum gərginləşdirməyi planlaşdırırlar.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

    “Əldə edilmiş məlumata görə, destruktiv və cinayətkar fəaliyyətlərin təşkilatçıları bu il dekabrın 14-nə təyin edilmiş prezident seçkilərinin baş tutmamasını və bütün vasitələrlə Gürcüstanın altıncı prezidentinin seçilməsinə mane olmağı planlaşdırırlar. Bu da süni şəkildə hakimiyyət böhranına səbəb olacaq”, – bəyanatda vurğulanıb.

    Məlumatda vətəndaşlara etiraz təşkilatçılarının planının iştirakçısı və ya qurbanı olmamaq üçün maksimum ehtiyatlı olmağa çağırış da var.

    “Cinayət əməllərinin təşkilatçıları insanları qurban verməklə etiraz yükünü gücləndirməyə və radikal əhvali-ruhiyyəni təşviq etməyə çalışacaqlar”, – məlumatda bildirilib.

  • Bakıda pullu qulaqsındırma xidməti: Gənclər niyə özünü şikəst edirlər? – QİYMƏTLƏR (FOTO)

    Son günlər Azərbaycanda maraqlı və eyni zamanda təəccüblü bir tendensiya müşahidə olunur.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, gənclər arasında “idmançı görünüşü” əldə etmək üçün qulaqlarını qəsdən zədələtmək dəbə çevrilib.

    Bunun üçün sosial şəbəkələrdə xüsusi səhifələr yaradılıb və burada qulaqsındırma xidməti təklif olunur.

    Sosial şəbəkələrdə bu “xidmət”i təklif edənlər, qulaqlarını qırdıqları şəxslərin videolarını paylaşaraq, yeni müştərilər cəlb etməyə çalışırlar.

    Qiymətlər isə olduqca “əlverişli”dir.

    Bakupost.az-ın əməkdaşı bu “xidmət”i göstərənlərlə əlaqə saxlayıb, qiymətlərlə maraqlanıb.

    Bildiriblər ki, bir qulağın qırılması 50 manat, hər iki qulağın qırılması üçün isə 100 manat ödənilir:

    “Əgər qulaqlar əvvəllər hansısa şəkildə zədələnibsə, xidmətin qiyməti bir qədər də arta bilər”.

    Lor həkimi Elxan Zərgərov isə bildirib ki, qulağın bu cür sındırılması çox təhlükəlidir:

    “Qulağı sındıranda içinə qan yığılır, qığırdaq qidalanmır və öz funksiyasını itirir. Nəticədə çapıq əmələ gəlir. Bu, eşitməyə çox zərər vermir, amma çox təhlükəlidir. Qulaq sındırılanda infeksiya keçə bilər, bu, hətta bəzən qulağın çürüməsiylə belə nəticələnə bilər. Mən bir çox ölkədə olmuşam, belə bir şeyi ancaq Azərbaycanda görürəm”.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Cəlilabad rayonunda 5 minə yaxın abonentin qaz təchizatında fasilə olacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, sabah saat 09:00-dan başlayaraq görüləcək işlər bitənədək Cəlilabad şəhəri üzrə 4 800 abonentin (Heydər Əliyev prospekti, Babək, Şəhriyar, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk və Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

    Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

  • 21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü

    Zaqatalada hamilə qadın özünü evdə abort edib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki ,hadisə ötən gün Zaqatalanın Əliabad qəsəbəsində qeydə alınıb.

    21 həftəlik hamilə olan 27 yaşlı Diana Kazımova yaşadığı evdə hamiləliyini sonlandırmağa qərar verib. Bu məqsədlə o, uşaqsalmada (abort) istifadə olunan xüsusi riskli dərman qəbul edib. Yüksək dozada dərman qəbul edən D. Kazımovanın vəziyyəti qəfil pisləşib. O, dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin vaxtında müdaxiləsi və səyi nəticəsində qadının həyatı xilas edilib.

    Hazırda D. Kazımovanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

  • Ильхам Алиев позвонил Реджепу Тайипу Эрдогану

    10 декабря Президент Азербайджанской Республики Ильхам Алиев позвонил Президенту Турецкой Республики Реджепу Тайипу Эрдогану.

    Об этом говорится в сообщении пресс-службы главы Азербайджанского государства.

    В ходе беседы главы государств еще раз подчеркнули, что братские и дружеские отношения между Азербайджаном и Турцией развиваются на основе стратегического союзничества.

    С удовлетворением отметив активное участие Президента Реджепа Тайипа Эрдогана и Эмине ханым Эрдоган в Саммите лидеров состоявшейся в Азербайджане конференции COP29, глава нашего государства подчеркнул, что представительная турецкая делегация внесла существенный вклад в работу конференции.

    Президент Реджеп Тайип Эрдоган, в свою очередь, поздравил Президента Ильхама Алиева с успешным проведением COP29 и достигнутыми результатами в переговорном процессе.

    В ходе телефонного разговора были затронуты вопросы, касающиеся Южного Кавказа и региона Ближнего Востока, в частности, была обсуждена ситуация, возникшая в Сирии после падения режима Асада.

    Главы государств поздравили сирийский народ по этому случаю, выразили поддержку территориальной целостности и суверенитета Сирийского государства.

    Выразив надежду, что при активной поддержке Турции в Сирии отныне начнется период стабильности, Президент Ильхам Алиев сказал, что Азербайджан вместе с братской Турцией готов оказать содействие устранению гуманитарных проблем, с которыми сталкивается сирийский народ.

    Президент Реджеп Тайип Эрдоган с удовлетворением отметил, что Азербайджан и Турция, как и во всех сферах, будут осуществлять совместную деятельность также в вопросе гуманитарной помощи и поддержки сирийскому народу.

    В ходе беседы состоялся обмен мнениями о перспективах развития братских отношений и стратегического союзничества между Азербайджаном и Турцией.

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

    Bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar.

    Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğan və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb.

    Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

    Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

    Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

    Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

    Prezident Rəcəb Tayyib Ərdoğan, bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

    Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

  • Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 10-da Bakının Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsinin fəaliyyəti barədə Leyla Əliyevaya məlumat verib. Müəssisədə 150-dək uşağın dövlət himayəsində yaşamaqla, reabilitasiya xidmətləri ilə təmin edildiyi qeyd olunub.

    Leyla Əliyeva müəssisədə uşaqların bacarıqlarının artırılması üçün yaradılmış emalatxana, əmək terapiyası, məşğələ, aktiv terapiya, musiqi, idman otaqları ilə tanış olub. Uşaqlar geyim dəfiləsi nümayiş etdirib, rəqslər ifa edib, qonaqlarla birgə kətan üzərində rəsm çəkiblər.

    Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtın Ramana qəsəbəsindəki Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində də olub. Burada Leyla Əliyevaya peşə reabilitasiyasının təşkili işləri barədə məlumat verilib.

    Bu il müəssisədə əlilliyi olan 15-29 yaşlı 500 şəxsə xidmət göstərildiyi, hazırda 143 benefisiarın peşə təlimində olduğu qeyd edilib. Mərkəzə qəbul edilənlərin dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə də təmin olunduğu bildirilib.

    Leyla Əliyeva Mərkəzdə peşə təlimi prosesi ilə tanış olub, əlilliyi olan gənclərin stolüstü oyunlarını izləyib, boççia üzrə milli komandanın üzvləri ilə görüşüb.

    Benefisiarlar Azərbaycanın Dövlət Himnini jest dilində ifa ediblər. Sonra onların əl işlərindən ibarət geyimlərin moda nümayişi olub.

    Təlim kursunda olan gənclər “İnnabı” rəqsini ifa ediblər və Leyla Əliyeva onlarla birgə rəqs edib. Əlilliyi olan şəxslər, həmçinin mahnılar, Leyla Əliyevanın şeirlərini səsləndiriblər.

    Heydər Əliyev Fondunun vitse-prezidenti tərəfindən hər iki sosial xidmət müəssisəsinə hədiyyələr təqdim edilib.

  • В Зангилане, Агдаме и Джебраиле созданы более 100 га новых зеленых зон

    В рамках проектов создания новых зеленых насаждений на освобожденных территориях Азербайджана в Зангиланском районе высажено 55 га, в Агдамском – 11 га, а в Джебраильском – 38 га новых зеленых зон.

    Как сообщает Report, об этом сказал начальник отдела Министерства экологии и природных ресурсов Кянан Керимли на заседании рабочей группы по экологическим вопросам.

    Он отметил, что в настоящее время продолжаются работы по созданию новых зеленых насаждений на территории Джебраильского и Физулинского районов.

    По его словам, в Карабахском и Восточно-Зангезурском экономических районах также проведены работы для переоценки подземных водных ресурсов, мониторинг 142 месторождений минерального сырья, продолжаются геологоразведочные работы по поиску и оценке месторождений цветных и благородных металлов.