Month: December 2024

  • Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb

    “Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində Zəngilan rayonu ərazisində 55.0 hektar (ha), Ağdam rayonu ərazisində 11.0 ha, Cəbrayıl rayonu ərazisində isə 38.0 ha yeni yaşıllıq sahəsi salınıb”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

    O qeyd edib ki, hazırda Cəbrayıl və Füzuli rayonları ərazisində yeni yaşıllıq sahəsinin salınması ilə bağlı işlər davam etdirilir.

    Məlumat verilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi üzrə 170-dən artıq məntəqədə yoxlama təftiş işləri yerinə yetirilib.

    K.Kərimli qeyd edib ki, 142 mineral xammal yatağında monitorinq təftiş işləri aparılıb və işğal dövründə istismar edilmiş həcm müəyyənləşib:

    “Hazırda işğaldan azad edilmiş ərazilərdə əlvan və nəcib metalların axtarışı, qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat işləri davam etdirilir”.

  • “Milan” futbolçusu üçün 50 milyon avro tələb edir

    İtaliyanın “Milan” klubu futbolçusu Teo Ernandes üçün 50 milyon avro tələb edir.

    Fransalı yarımmüdafiəçi ilə bir neçə Avropa komandası ciddi maraqlanır və onun yanvarda klubdan ayrılmaq ehtimalı var.

    27 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Onunla İspaniyanın “Real” və İngiltərənin “Mançester Yunayted” klublarının da maraqlanığı bildirilir.

    Qeyd edək ki, T.Ernandes 2019-cu ildən “Milan”da çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 17 oyunda iki qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
     
    ///report

  • Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsi ələ keçirib

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində daha bir yaşayış məntəqəsi ələ keçirib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Rusiya qoşunları “Donetsk Xalq Respublikası”nın (Ukraynanın Donetsk vilayəti-red) Jeltoye yaşayış məntəqəsini nəzarətə götürüb.

  • İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

  • Pensiya pulunu birdəfəlik almaq mümkün olacaq – 2026-dan

    Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.

    Bu barədə sığorta bazarındakı mənbədən bildirilib.

    Məlumata görə, “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aidiyyatı qurumlarla, o cümlədən Mərkəzi Bankla müzakirə edilir.

    Bildirilib ki, vətəndaşların pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

    Qeyd edilib ki, burada açıq qalan məsələlərdən biri əhalinin böyük qisminin minimum əmək haqqı müqabilində pensiya kapitalının daha aşağı olmasıdır. Bu isə ancaq onların minimal pensiya məbləğini formalaşdırmağa kifayət edir.

    Müzakirə predmeti olan məsələlərdən biri isə özəl pensiya sisteminin özəl pensiya fondu və ya həyat sığorta şirkətləri vəsitəsilə həyata keçiriləcəyidir. Bildirilib ki, özəl pensiya sisteminin həyat sığorta şirkətləri vəsitəsilə həyata keçirilməsi sığorta bazarının inkişafı üçün yeni təkan ola bilər. Sığorta bazarı hər il minimum 400 milyon manat civarında arta bilər. Bu isə sığorta bazarının Mərkəzi Bankın 2028-ci ilə qədər ümumdaxili məhsulun 3%-i civarına çatırılması ilə bağlı hədəfinə uyğundur./APA

  • Bakıda bank kartından 6000 manat oğurlayan şəxs saxlanıldı

    Səbail rayonu ərazisində bir nəfərin bank kartından 6000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 44 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • SOCAR-a yeni səlahiyyət verildi – SƏRƏNCAM

    Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il tarixli “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamına dəyişiklik edilib.

    Bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.

    Sərəncama əsasən, bu layihələrin icrası həvalə edilmiş “Cənub Qaz Dəhlizi” QSC-də dövlətin payı 51 %-dən 49 %-ə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı isə 51 %-ə çatdırılıb.

    Bu qərar “Cənub Qaz Dəhlizi” QSC-nin maliyyə nəticələrinin SOCAR-ın maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan Cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə verilib.

    İqtisadiyyat Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görülməsi tapşırılıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Dövlət Sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı

    Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılmışdır.

    Noyabr ayının 9-da saat 17:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları – 1984-cü il təvəllüdlü Zehioua Mohamed El Amine, 1990-cı il təvəllüdlü Hamdani Hamza, 1993-cü il təvəllüdlü Boumaali Sid Ali, 1999-cu il təvəllüdlü Cherichi Hichem və 2003-cü il təvəllüdlü Nebab Aimen dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.

    Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

    Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq

    “İşğaldan azad edilmiş Şuşa (6 min 43.7 hektar), Xocalı (24 min 824.4 ha), Ağdərə (46 min 606.7 ha) və Kəlbəcər (15 min 181.4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656.2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

    O bildirib ki, bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb:

    “Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanmış, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib”.

    F.Əliyev, həmçinin məlumat verib ki, Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanaraq münasibət bildirilməsi üçün cari ildə müvafiq dövlət qurumlarına göndərilməsi nəzərdə tutulub.

  • Пропавший в Сирии правозащитник был замучен до смерти

    В Сирии в тюрьме было обнаружено тело политического активиста Мазена Хамади, который занимался правозащитной деятельностью во время правления Башара Асада.

    Как сообщает Median.Аz со ссылкой на зарубежные СМИ, Хамади эмигрировал еще в 2012 году из-за преследований.

    Однако после прекращения войны в стране он вернулся в Сирию в 2020 году и возобновил свою деятельность. Через несколько месяцев Мазен Хамади исчез.

    Вчера его тело было обнаружено в сирийской тюрьме Сейдная. Установлено, что М.Хамади умер в результате пыток.