Month: December 2024

  • Əməkdar artist kliniki ölüm keçiribmiş

    Əməkdar artist Firuzə İbadova kliniki ölüm keçirdib.

    Axşam.az xəbər verir ki, müğənni bu haqda “Pərvizə görə” proqramında danışıb. O bildirib ki, çəkiliş zamanı halı pisləşib və yıxılıb:

    “Kliniki ölüm keçirtdim. Çəkiliş idi. Ramazan ayı idi. Xatun dedi ki, yanımızda siz də olun. Ölməyim ani oldu. Stress keçirdirdim, psixoloji düşüncələr yaranmışdı. Çox qapalı insanam. Hər şeyi qapayıram və qapıları örtürəm. Əlimi stola qoymaq istədim, əlim çatmadı və yıxıldım. Yaxşı ki, başım dəmir seyfə dəymədi. Yoxsa öləcəkdim. Təvili yardım çağırdılar. Təxminən 5 dəqiqədən sonra ayıldım. Uşaq, böyük insan ayaqları görürdüm. Otluqda insanlar gəzirdi”.

  • Aİ-nin 16 ölkəsi elektron siqaretlərlə bağlı qanunu dəyişmək istəyir

    Avropa İttifaqının 16 ölkəsi birlikdə Avropa Komissiyasına müraciət edərək, ümumavropa tütün qanunvericiliyinə dəyişikliklər edilməsini və onun elektron siqaretləri də əhatə etməsini tələb edib. Elektron siqaretlər getdikcə daha çox populyarlaşır.

    Qaynarinfo xəbər verir ki, bu təşəbbüsə Niderland rəhbərlik edib və onu Fransa, İspaniya, Almaniya, Belçika, Portuqaliya, İrlandiya, Danimarka, Finlandiya, Estoniya, Latviya, Çexiya, Slovakiya, Bolqarıstan, Xorvatiya və Sloveniya dəstəkləyib.

    Bu ölkələrin maliyyə nazirləri tərəfindən Avropa Komissiyasına göndərilən və agentliyin əldə etdiyi məktubda bildirilir ki, ümumavropa qanunvericiliyinin yenilənməsinə ehtiyac var. Məqsəd, hazırda müxtəlif ölkələrdə fərqli yanaşmalar tətbiq olunan, o cümlədən elektron siqaretlərə aksiz vergisinin tətbiqinə dair fərqlilikləri aradan qaldırmaqdır. Bu isə vahid bazarda təhriflərə səbəb olur.

    “Mövcud direktiv əsasında bu məhsulların əksəriyyətini ənənəvi tütün məhsulları kimi vergiyə cəlb etmək mümkün deyil. Mövcud direktivin müddəaları ya kifayət deyil, ya da çox dar çərçivədədir… Avropa qanunvericiliyinin çatışmazlıqları səbəbindən üzv ölkələr milli səviyyədə uyğun addımlar atıblar. Bu, parçalanmaya, qeyri-bərabər rəqabət şərtlərinə və daxili bazarımızda təhriflərə səbəb olub”, – nazirlər qeyd edib.

    Qeyd edək ki, 2022-ci ildən etibarən Aİ-də tütün qanunvericiliyinə müəyyən dəyişikliklər qüvvəyə minməli idi, lakin bu dəyişikliklər təxirə salınıb.

    Avropa Komissiyası elektron siqaretlər üçün, xüsusən də nikotin miqdarı və siqaret çəkməyən şəxslərin istifadə etməməsi ilə bağlı bəzi standartlar müəyyən edib. Lakin elektron siqaretlərlə bağlı qaydalar ölkələr arasında fərqlənir.

    Xatırladaq ki, Fransanın əvvəlki hökuməti nikotin tərkibli bəzi məhsullar, xüsusilə də nikotin kisələrinin qadağan olunması barədə müzakirələr aparmışdı.

  • Torpaq icarəsinin ƏDV-dən azad olunması sahibkarlara nə verəcək? (ŞƏRH)

    Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqının ƏDV-dən azad olunmasıdır. Yeni ildən torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək.

    Bu güzəştin sahibkarlar üçün üstünlükləri nədir?

    İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, istəlinən vergi güzəştləri müsbətə doğru atılan addımdır:

    “Amma dövlət orqanları rəsmi açıqlama verməlidirlər ki, torpaq icarəsindən əldə olunan ƏDV nə qədərdir. Yəni bu rəqəm açıqlanmalıdır. Nə qədər çox vergi güzəşti tətbiq olunsa, vergilərin azaldılması və eyni zamanda ləğv edilməsi olsa, biznes üçün əlverişli olar. Amma bu sahədə icarə haqqından gələn ƏDV çox cüzi idi. Söhbət bir neçə yüz min manatdan gedə bilər”.

    Natiq Cəfərli vurğulayıb ki, istəliən halda daha başqa sahələrdə də vergi güzəştlərinin tətbiq olunması məqsədəuyğun olardı:

    “Biznesə müsbət təsiredici vergi güzəştlərinin olması daha yaxşı olardı”.

    Milli Məclisin deputatı Vüqar Bayramov isə qeyd edib ki, bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına və gəlirlərinin artmasına səbəb olacaq:

    “Belə ki, torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar ƏDV ödəməkdən azad olunlar. Digər tərəfdən, bu sahibkarların xərcləri ilə yanaşı torpaqların icarə qiymətinə də təsir göstərə bilər. Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18.0 faizlik vergi də nəzərə alınaraq tərəflər razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı. Yeni ildən ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu torpaqların icarə haqqlarının aşağı düşməsinə səbəb ola bilər”.

    Deputat deyib ki, bütövlükdə, bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək.

  • Koreya prezidentinin ölkədən kənara çıxmasına qadağa qoyula bilər

    Bazar ertəsi, dekabrın 9-da Cənubi Koreya polisi bildirib ki, bu yaxınlarda hərbi vəziyyətin elan edilməsi ilə bağlı ittihamların araşdırılması çərçivəsində prezident Yun Suk-Yolun xarici səfərlərinə qadağa qoyulmasını nəzərdən keçirirlər.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

    Qeyd olunur ki, polis Yunun özünün dindirilməsini də istisna etmir.

    “İstintaq mövzusunda heç bir şəxsi və ya fiziki məhdudiyyət yoxdur”, – böyük polis zabiti Vu Çon Su brifinq zamanı bildirib.

    “Associated Press”in məlumatına görə, əsas müxalifətdə olan Demokratik Partiya Yunun hərbi vəziyyət tətbiq etməsini “konstitusiyaya zidd, qanunsuz üsyan və ya çevriliş” adlandırıb və iddia edilən üsyanla əlaqədar Yun və keçmiş müdafiə naziri də daxil olmaqla ən azı doqquz nəfərə qarşı polisə şikayət edib.

    Prezident vəzifədə olarkən, ümumiyyətlə, təqibdən immunitetə malik olsa da, bu, qiyam və ya dövlətə xəyanət ittihamlarına şamil edilmir.

  • Xarici maşınları yoxlamaq üçün yaradılacaq “VİN kod” axtarış sistemi nə vaxtdan işləyəcək? (VİDEO)

    Azərbaycanda da avtomobillər üçün “VİN kod” axtarış sistemi yaradılacaq.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, xarici ölkələrdən avtomobil alan zaman onun istər təmir, istər texniki baxış, istərsə də sığorta keçmişini avtomobilin ban nömrəsini müvafiq sistemə daxil edərək görmək olur. Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, bu sistemin ölkəmizdə də tətbiq olunması üçün təhlillərə başlanılıb və “VİN kod” axtarış sistemi Azərbaycanda da tətbiq ediləcək.

    Assosiasiyanın ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, ölkəmizdə bu sistemin yaradılması üçün Türkiyə modeli və bazar şərtləri araşdırılır.

    Emil Ağabağırovun sözlərinə görə, bu sistemin yaradılması üçün müxtəlif qurum və şirkətlər arasında ortaq baza yaradılmalıdır. Bu həm də sığorta dələduzluğu hallarının qarşısını alacaq.

    Ətraflı süjetdə:

  • Qramla satılan ətirlərin təhlükəsi: Bir çox xəstəliklər yarana bilər

    Ətir gündəlik çoxumuzun istifadə etdiyi vasitədir. O, insanın şəxsiyyətini əks etdirən, ətrafındakıları təsirləndirən və özünə güvən hissi verən vacib bir aksessuar rolunu oynayır.

    Bazarda çox sayda fərqli marka və çeşid olduğundan keyfiyyətli və zərərsiz ətir seçmək çətin ola bilər.

    Ətir Dükanlarında Keyfiyyətli və Zərərsiz Ətiri Necə Seçməli?

    İlk öncə ətirin tərkibi onun keyfiyyəti haqqında vacib məlumat verir. Keyfiyyətli ətirlər təbii maddələrdən hazırlanır və kimyəvi tərkiblərin miqdarı minimum olur. Ətirin etiketində alkol, ftalat və digər kimyəvi maddələrdən qaçınmaq lazımdır. Bu cür ətirlər daha az allergik reaksiya yaratmaqla yanaşı, sağlamlıq üçün də təhlükəsizdir.

    Bazarın tanınmış və nüfuzlu markalarının ətirləri keyfiyyətli və uzun müddət qalıcı olur. Bu markalar tərkibindəki maddələri test edir və yalnız sertifikatlı inqrediyentlərdən istifadə edirlər. Nüfuzlu markaların məhsulları adətən orijinal olur və tərkibində zərərli maddələrə rast gəlinmir. Hər ətirin baş, ürək və əsas notaları olur. Baş notalar ətrini ilk dəfə hiss edəndə duyduğunuz qoxulardır və onlar tez itir. Ürək və əsas notalar isə uzun müddət qalır. Keyfiyyətli ətir bu notaların balanslı qarışımından yaranır və qoxu zamanla dəyişməz qalır.

    Bəzi insanlar ətir tərkibindəki kimyəvi maddələrə qarşı allergik ola bilərlər. Xüsusilə həssas dərisi olan şəxslər üçün hipoallergen ətirlər seçmək daha məqsədəuyğundur. Bu, dəridə qıcıqlanma və digər mənfi təsirlərin qarşısını alacaq.

    Keyfiyyətli ətir uzun müddət qoxusunu saxlayır. Ətirin qalıcı olub-olmadığını yoxlamaq üçün onu bir neçə saat boyunca istifadə edib, necə dəyişdiyini və dərinizdə necə qaldığını müşahidə etmək lazımdır.

    Ətir seçərkən ən vacib amillərdən biri şəxsi zövq və hissiyatdır. Ətir sizin şəxsiyyətinizi əks etdirməlidir və xüsusi bir duyğu yaratmalıdır. Bu səbəbdən, ətir alarkən öz fərdi tərcihlərinizi nəzərə almanız çox önəmlidir.

    Ətir seçərkən bu sadə məsləhətləri nəzərə alaraq, həm keyfiyyətli, həm də sağlamlığa zərərsiz bir məhsul əldə etmək mümkündür. Unutmayın ki, doğru ətir yalnız ətrafınızdakı insanları deyil, sizi də yaxşı hiss etdirməlidir. (Milli.Az)

  • “Milan”ın futbolçusu zədə səbəbindən bu ilin sonuna qədər sıradan çıxıb

    İtaliyanın “Milan” klubunun futbolçusu Kristian Pulişiç zədə səbəbindən 2024-cü ilin sonuna qədər sıradan çıxıb.

    ABŞ millisinin müdafiəçisi A Seriyasının 15-ci turunun “Atalanta” ilə oyununda (1:2) ayaq əzələsini zədələyib.

    O, gələn ilin yanvarında ümumi komanda ilə məşqlərə başlayacaq.

    Qeyd edək ki, Pulişiç cari mövsüm “Milan”ın heyətində 20 oyuna çıxıb və 8 qol vurub.

  • “Time” jurnalı “İlin adamı” adına namizədləri açıqlayıb

    ABŞ-də prezident seçkilərində qalib gələn Donald Tramp, onun müttəfiqi, iş adamı İlon Mask, biznesmen Mark Zukerberq və ABŞ-nin vitse-prezidenti Kamala Harris “Time” jurnalının versiyası üzrə 2024-cü il üçün “İlin adamı” adına namizədlərin qısa siyahısına daxil edilib.

    Bu barədə “NBC News” məlumat yayıb.

    Onlardan başqa, bu ada Böyük Britaniya şahzadəsinin həyat yoldaşı Keyt Middlton, ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauell, məşhur amerikalı komik Co Roqan və vəfat etmiş rusiyalı biznesmen Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da namizəddir.

    Telekanalın məlumatına görə, “İlin adamı” dekabrın 12-də seçiləcək.

  • Действующая в Ходжалы компания оштрафована на 20 тыс. манатов за нарушение трудовых прав

    Компания “Гёкдже”, действующая в городе Ходжалы, оштрафована на крупную сумму за нарушение трудовых прав работника.

    Об этом Report сообщили в Ходжалинской районной прокуратуре.

    Расследование было проведено на основе жалобы сотрудника компании. Было установлено, что сотрудник приступил к выполнению обязанностей до заключения трудового договора.

    Решением Насиминского районного суда города Баку юридическое лицо оштрафовано на 20 тыс. манатов, а директор компании Сонер Сумеркан – на 3 тыс. манатов.

  • Xocalıda əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib

    “Gökce” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş material əsasında Xocalı rayon prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Xocalı Rayon prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin rayon ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

    Faktla bağlı Xocalı rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

    Eyni zamanda Cəmiyyətin direktoru Soner Sumerkan barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.