Month: December 2024

  • На Солнце зафиксировали сильную вспышку

    Сильную вспышку на Солнце высокого класса М зафиксировали ученые 10 декабря.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщает Гелиогеофизическая служба “ИПГ”.

    “10 декабря в 09:48 мск (10:48 по бакинскому времени – ред.) в рентгеновском диапазоне зарегистрирована вспышка M6.4 продолжительностью 19 минут. Вспышка сопровождалась нарушением КВ-радиосвязи”,- говорится в сообщении.

    Солнечные вспышки в зависимости от мощности рентгеновского излучения делятся на пять классов: A, B, C, M и X. Минимальный класс A0.0 соответствует мощности излучения на орбите Земли в 10 нановатт на квадратный метр. При переходе к следующей букве мощность увеличивается в 10 раз. Вспышки, как правило, сопровождаются выбросами солнечной плазмы, облака которой, достигая Земли, могут провоцировать магнитные бури.

  • Günəşdə güclü partlayış qeydə alındı

    Alimlər dekabrın 10-da Günəşdə M yüksəksinifli güclü partlayış qeydə alıblar.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.

    “Dekabrın 10-da Moskva vaxtı ilə saat 09:48-də (Bakı vaxtı ilə 10:48 – red.) rentgen diapazonunda 19 dəqiqə davam edən M6.4 partlayışı qeydə alınıb. Partlayış qısadalğalı radiorabitənin kəsilməsi ilə müşayiət olunub”, – deyə məlumatda bildirilib.

    Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalarının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində kvadratmetrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit fırtınaları yarada bilir.

  • 2 yaşlı uşaq faciəvi şəkildə öldü

    Tovuzda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb. 

    Milli.Az xəbər verir ki, hadisə ötən gün saat 07 radələrində Düz Cırdaxan kəndində baş verib. 

    Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Zəhra Etibar qızı Musayeva yaşadığı evdə pilləkəndən yıxılıb.

    Azyaşlı xəstəxanaya aparılarkən ölüb. 

    Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
     
    ///”Qafqazinfo”

  • Tovuzda azyaşlı yıxılaraq ölüb

    Tovuzda 2 yaşlı uşaq yıxılaraq ölüb.

    Apa-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. 2022-ci il təvəllüdlü Z.M. yaşadıqları evin pilləkənindən yıxılıb. 2 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda keçinib.

    Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

  • Tovuzda azyaşlı yıxılaraq ölüb

    Tovuzda 2 yaşlı uşaq yıxılaraq ölüb.

    Apa-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. 2022-ci il təvəllüdlü Z.M. yaşadıqları evin pilləkənindən yıxılıb. 2 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda keçinib.

    Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

  • KİV: Hökumət Gürcüstanda komendant saatı tətbiq etmək niyyətindədir

    Hökumət Gürcüstanda fövqəladə vəziyyət elan edərək komendant saatı tətbiq etmək niyyətindədir.

    Apa-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Mtavari Arxi telekanalı məlumat yayıb.

    Bildirilib ki, hakim “Gürcü Arzusu” partiyası Mixail Kavelaşvilinin prezident təyin olunmasından sonra ölkədə fövqəladə vəziyyət elan edərək komendant saatı tətbiq etmək niyyətindədir.

    Kanalın məlumatına görə, hakim “Gürcü Arzusu” partiyası Mixail Kavelaşvilini 29 dekabrda yeni prezident təyin etmək niyyətindədir.

  • Azərbaycanda 11 ayda vətəndaşlara 160 mln. manatdan çox ƏDV qaytarılıb

    2024-cü ilin yanvar-noyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 160 milyon 277,7 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Bu barədə “apa-economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

  • Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin edilib

    Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına yeni üzvlər təyin edilib.

    Apa-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılaraq qəbul edilən “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” qərar layihəsində əksini tapıb.

    Layihəyə əsasən, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni üzvləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, deputat Əminə Ağazadə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev olub.

    Qeyd edək ki, Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

    Bundan əvvəl Milli Məclisi tərəfindən təyin olunmuş Komissiya üzvləri Milli Məclis sədrinin sabiq müavini Adil Əliyev, sabiq deputat Elşad Mirbəşir, deputatlar Əminə Ağazadə, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev olub.

  • Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək

    Xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.

    Apa xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Özəl pensiya sisteminin necə işləyəcəyi məlum olub – Detallar

    Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.
    Bu barədə “apa-economics”ə sığorta bazarındakı mənbədən bildirilib.

    Məlumata görə, “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aidiyyatı qurumlarla, o cümlədən Mərkəzi Bankla müzakirə edilir.

    Bildirilib ki, vətəndaşların pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

    Qeyd edilib ki, burada açıq qalan məsələlərdən biri əhalinin böyük qisminin minimum əmək haqqı müqabilində pensiya kapitalının daha aşağı olmasıdır. Bu isə ancaq onların minimal pensiya məbləğini formalaşdırmağa kifayət edir.

    Müzakirə predmeti olan məsələlərdən biri isə özəl pensiya sisteminin özəl pensiya fondu və ya həyat sığorta şirkətləri vəsitəsilə həyata keçiriləcəyidir. Bildirilib ki, özəl pensiya sisteminin həyat sığorta şirkətləri vəsitəsilə həyata keçirilməsi sığorta bazarının inkişafı üçün yeni təkan ola bilər. Sığorta bazarı hər il minimum 400 milyon manat civarında arta bilər. Bu isə sığorta bazarının Mərkəzi Bankın 2028-ci ilə qədər ümumdaxili məhsulun 3%-i civarına çatırılması ilə bağlı hədəfinə uyğundur.