Month: December 2024

  • Запущен новый автобусный экспресс-маршрут Баку – Сумгайыт

    С сегодняшнего дня запущен новый автобусный экспресс-маршрут №594 по направлению Баку – Сумгайыт.

    Как сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта, конечной остановкой автобусов, отправляющихся из Сумгайытского автовокзала, является станция метро “20 Января” (около здания ОАО “Азерсу”).

    Экспресс-автобусы, направляющиеся в Сумгайыт, для посадки пассажиров останавливаются у другого выхода станции метро “20 Января” (со стороны выезда в направлении Сумгайыта) на специально выделенной площадке. Стоимость проезда – 80 гяпиков.

    Отметим, что из Бакинского международного автовокзального комплекса в Сумгайыт также курсируют экспресс-автобусы маршрута №595.

  • Bakı-Sumqayıt istiqamətində yeni ekspres avtobus marşrutu istifadəyə verilib

    Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Məlumata görə, marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir.

    “Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi metronun “20 Yanvar” stansiyası müəyyən edilib. Əks istiqamətə isə avtobuslar “20 Yanvar” stansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında) dayanır. Gedişhaqqı 80 qəpik müəyyən olunub”, – deyə məlumatda qeyd edilib.

    Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar fəaliyyət göstərir.

  • MN-in həbs edilən generalının rütbəsi əlindən ALINA BİLƏR

    Dekabrın 7-də Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxslərinin işi üzrə məhkəmə başa çatıb. 143 milyon manatlıq mənimsəmə işi üzrə Nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov 11 il 6 ay azadlıqdan məhrum edilib.

    O, məhkəmədə özünü qismən təqsirli bilib. General mənimsənilən məbləğlərlə bağlı müəyyən ittihamları qəbul etməyib və qeyd edib ki, ittihamda olan 143 milyon manatlıq məbləğ şişirdilib:

    “Mənə verilən məbləğin üzərimə düşən hissəsini geri qaytarmışam”.

    Nizami Məmmədov və digər zabitlər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham ediliblər. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi üçün Nizami Məmmədov general rütbəsindən məhrum edilə bilər.

    Belə ki, bundan əvvəl Azərbaycanda bir neçə general həbs olunduğu üçün bu rütbədən məhrum edilib. Sonuncu dəfə Prezidentin sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub. Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Mövlam Şixəliyev də eyni aqibətlə üzləşiblər.

    Qeyd edək ki, Nizami Məmmədov Biləsuvar rayonunda anadan olub. O, 2018-ci ildə “Vətən uğrunda”, 2020-ci ildə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

    O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində xidmət edib və 25 iyun 2020-ci ildə ona “general-mayor” ali hərbi rütbəsi verilib.

  • Atmosferə atılan çirkləndirici maddələrin 73%-i Bakının payına düşür – HƏYƏCAN TƏBİLİ

    İl ərzində atmosferə 144 min 432,4 ton çirkləndirici maddə atılıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunun 73%-i və ya 105 min 291,5 tonu paytaxt Bakıya aiddir.

    Bunun isə təxminən yarısı 2 rayonun – Nizami və Səbail rayonlarının payına düşüb.

    Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, Azərbaycanda olan maşınların 85 faizi Bakıdadır, onlardan isə havaya insan boyu hündürlüyündə çirkli tullantılar atılır.

    Ənvər Əliyev bildirib ki, son illər Bakı şəhərinə yağıntılar yağır. Loru dillə desək, şəhər həftədə bir dəfə təbii yolla yuyulur.

  • Sumqayıtdakı partlayışda xəsarət alan şəxslərdən daha biri öldü

    Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri ölüb.

    Median.Az “Report”a istinadən verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib.

    Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.

    A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

    Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

    Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

  • Nazirlik elektrik və qaz təsərrüfatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ

    Məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, habelə ehtiyatsızlıq və nəzarətsizlik yanğın və partlayış hadisələrinin əsas səbəblərindəndir.

    Median.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırması ilə əlaqədar əhaliyə müraciətində qeyd edilib.

    “Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insanların həyat və sağlamlığına, eləcə də əmlaka və infrastruktura ziyan vurur”.

    Qeyd olunanları, xüsusilə ilin soyuq aylarında elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

    Nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə etməməlidir. Elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalıdır, elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməlidir, elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməməlidir.

    Həmçinin qeyd edilib ki, elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı, mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamalı, mənzili tərk edərkən elektrik və qaz cihazlarını işlək vəziyyətdə qoymamalıdır.

    Qeyd olunub ki, mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmamalı, elektrik və qaz cihazlarını işə salmamalı, açıq oddan istifadə etməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələri açmalı, mənzilə qazın girişini bağlamalı və mütəxəssis çağırmalı, tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmamalıdır.

  • Bir yaşlı uşaq qıcolmadan öldü

    Dekabrın 8-də Kürdəmir rayonunda 1 yaşlı uşaq vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saat 13 radələrində 2023-cü il təvəllüdlü Ö.Məlikməmmədov yaşadığı Şüşün kəndindəki evdə dünyasını dəyişib.

    Epilepsiya xəstəliyindən əziyyət çəkən körpənin qıcolmadan vəfat etdiyi bildirilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Trampın komandası Kiyevin işğaldakı torpaqları qaytarmaq təklifinə mənfi cavab verib

    Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak ABŞ-dəki prezident seçkilərində qalib gələn Donald Trampın komandasına ölkə sərhədlərini 2022-ci ildəki vəziyyətə qaytaranadək müharibəni davam etdirməyi təklif edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

    O, həmçinin ölkəsinin NATO-ya daxil olmasının təmin edilməsini təklifi ilə çıxış edib. A.Yermakın təklifləri “soyuq” və mənfi qarşılanıb.

    Bundan başqa, ABŞ cəbhədəki vəziyyətlə bağlı verilən məlumatdan narazılığını ifadə edərək, real vəziyyətlə təqdim olunan durum arasında uyğunsuzluğun olduğunu bildirib.

    Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb

  • Makron, Zelenski və Tramp arasında görüş 20 dəqiqə davam edib

    Parisdə Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-dəki prezident seçkilərində qalib gələn Donald Tramp arasında üçtərəfli görüş baş tutub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, görüş 20 dəqiqə davam edib.

    Görüşdən sonra hər hansı bəyanat verilməyib. Tərəflər arasında görüş barədə razılıq isə əvvəlcədən əldə olunub.

    Qeyd edək ki, seçki kampaniyası zamanı Tramp hələ inauqurasiyadan əvvəl 24 saat ərzində Ukrayna münaqişəsinə son qoyacağını, Kiyevə çoxmilyardlı yardımı dayandıracağını vəd edib.

    Xatırladaq ki, Tramp və Zelenski 2019-cu ildə yanğından sonra yenidən qurulan Notr-Dam Katedralının açılış mərasimində iştirak etmək üçün Fransaya səfər ediblər.

  • Скончался один из пострадавших при взрыве в жилом здании в Сумгайыте

    Скончался один из пострадавших при взрыве в жилом доме в 13-м микрорайоне Сумгайыта.

    Рамин Алиев (1977 года рождения) скончался от полученных ранений спустя четыре дня после инцидента.

    Лечение пострадавших Айхана Алиева (2007 г.р.) и Фамили Алиевой (2010 г.р.) продолжается.

    Напомним, что 3 декабря в доме №19 в 13-м микрорайоне Сумгайыта произошел взрыв. В результате инцидента пострадали шесть человек, трое из них были отпущены на амбулаторное лечение.