Month: December 2024

  • Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb

    Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb.

    Partlayış zamanı xəsarət alan, 1977-ci il təvəllüdlü Ramin Əliyev dünyasını dəyişib.
    2007-ci il təvəllüdül Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.
    Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

  • Сергей Лавров: Россия оказывает военную помощь Сирии

    Россия продолжает оказывать военную помощь Сирии на фоне ситуации в республике.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил глава МИД РФ Сергей Лавров, выступая на сессии Дохийского форума.

    “Россия оказывает военную помощь Сирии с помощью ВКС, которые базируются в Хмеймиме”, – указал он. Министр также добавил, что “мы помогаем сирийской армии противостоять атакам террористов”.

    При этом Лавров не стал прогнозировать развитие ситуации в Сирии. “Прогнозировать – не наше дело”, – отметил глава МИД РФ.

    27 ноября формирования экстремистской группировки “Джебхат ан-Нусра” и ее союзников совершили масштабное нападение на Алеппо и другие населенные пункты на севере Сирии. Позднее командование Вооруженных сил республики сообщило, что армия была вынуждена отступить из Алеппо, чтобы перегруппировать свои подразделения и подготовиться к контратаке.

    5 декабря сирийское командование объявило о проникновении боевиков в несколько кварталов города Хама – административного центра одноименной провинции, расположенной на западе страны. Согласно заявлению армии, удерживавшие Хаму подразделения правительственных сил были передислоцированы за пределы города.

  • Sergey Lavrov: “Rusiya Suriya ordusuna kömək edir”

    “Rusiya Suriya ordusuna kömək edir”.

    Median.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Qətərin paytaxtı Dohada Rusiya, İran və Türkiyə xarici işlər nazirləri arasında Suriyanın nizamlanması üzrə Astana formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Rusiya Aerokosmik Qüvvələrinin köməyi ilə Suriyaya hərbi dəstək verir.

    “Rusiya Xmeymimdə yerləşən Aerokosmik Qüvvələrinin köməyi ilə Suriyaya hərbi yardım göstərir”, – deyə o bildirib.

    “Biz Suriya ordusuna terror hücumlarına müqavimət göstərməkdə kömək edirik”, – deyə nazir əlavə edib.

    Eyni zamanda, Lavrov Suriyada vəziyyətlə bağlı proqnoz verməyib.

    “Proqnoz vermək bizim işimiz deyil”, – deyə Rusiya XİN rəhbəri qeyd edib.

  • Kosmosa göndərilən markalar – Şokolad, idman avtomobili, saat…

    “NASA” mühəndisi Kristina Kox (Christina Koch), 2025-ci il Ay missiyasına hazırlaşarkən Ayda gəzən ilk qadın olmaqla yanaşı, böyük bir dəyişikliyin də daşıyıcısı olacaq kimi görünür. Modanı kosmosa daşıyacaq həqiqi bir “daşıyıcı”.

    Valyuta.az  “HaberTürk”ə istinadla xəbər verir ki, Lüks moda evi “Prada”, yeni dizaynı ilə podyumların sərhədlərini aşaraq kosmik səyahətə hazırlaşıb.

    İtalyan moda nəhəngi Ay missiyasında iştirak edəcək NASA astronavtları üçün, xüsusilə Kristina Kox üçün hazırladığı kosmos geyimlərini yaxın zamanda təqdim edib.

    “Prada” bu dizaynı “Axiom Space” adlı kosmos infrastruktur şirkəti ilə birlikdə hazırlayıb. Geyim, kosmosun sərt şəraitinə dözümlü şəkildə dizayn olunub.

    Dizayn yalnız vizual estetikadan ibarət deyil, həm də qarşıdakı missiya üçün yüksək performans, dayanıqlılıq və uyğunlaşma qabiliyyəti ilə seçilir.

    Yeni nəsil kosmos geyimində “Prada”nın imza xüsusiyyəti olan qırmızı xətli estetikaya yer verilib. Güclü yaradıcılıq elementləri nəzərə çarpır, amma dizayn hələ də 50 il əvvəl “Apollo” astronavtlarının geyindiyi klassik xüsusiyyətləri özündə saxlayır.

    “Prada”nın astronavt geyimi çətin testlərdən uğurla keçdi

    “Prada” tərəfindən dizayn edilən qoruyucu geyimin ağ xarici qatmanı, Cənub Ay Qütbünün ekstremal temperaturlarına qarşı istiliyi əks etdirmək üçün xüsusi olaraq hazırlanıb. Həddindən artıq çətin hava şəraitində tam qoruma təmin etmək məqsədilə yüksək dəqiqliklə dizayn edilən bu geyim test mərhələlərini uğurla tamamlayıb.

    “Prada”, ilk kosmos geyimini hazırlayan “yüksək moda markası” olsa da, kosmosa çıxan ilk marka deyil. Kosmik tədqiqatların və yarışların gələcəyi artıq yalnız hökumət dəstəyi ilə məhdudlaşmır.

    Yenilikçi özəl şirkətlərin yüksəlişi və kosmik turizmin böyük inkişafı kosmosun artıq hamıya açıq olması deməkdir.

    Bəs indiyədək markalar kosmik səfərlər üçün nələr dizayn ediblər?

    1. “Ay saatı”

    “Omega”, kosmosa çıxan ilk marka kimi tarixə düşüb. “Ay saatı” adı ilə tanınan bu marka, kosmosda olmaq üçün “Rolex” və “Longines-Wittnauer” ilə rəqabət aparsa da, qalib “Omega” olub.

    “Apollo” proqramı tərəfdaşlığını hansı markanın qazanacağına qərar vermək üçün saatlar yüksək temperatur, təzyiq, rütubət, cazibə qüvvəsi, sürətlənmə və yavaşıma kimi çətin testlərdən keçirilib. Nəticədə, 1 mart 1965-ci ildə “Omega Speedmaster” astronavtların saatı kimi təsdiqlənib.

    2. Gözəllik serumu

    “NASA”nın Beynəlxalq Kosmik Stansiyasında işgüzar təşəbbüsləri təşviq etmək səylərinin bir hissəsi olaraq, qlobal gözəllik markası “Estee Lauder” cildin qorunması üçün nəzərdə tutulmuş “təkmilləşdirilmiş gecə serumu”nu kosmosa göndərib.

    Kosmik stansiyaya təxminən 10 şüşə “Estee Lauder” brendinə aid dəriyə qulluq serumu göndərilib və “NASA” astronavtları məhsulu stansiyanın mikroqravitasiya mühitində kameraya çəkiblər. Marka, çəkilişi həyata keçirən astronavtlar da daxil olmaqla bütün layihə üçün “NASA”ya cəmi 128 min dollar ödəyib.

    3. İdman avtomobili

    İlon Maskın sahibi olduğu “Tesla” şirkəti 2018-ci ildə istehsal etdiyi idman avtomobilini kosmosa göndərdi. “Falcon 9” raketi ilə kosmosa buraxılan və hələ də kosmosun boşluğunda hərəkət edən “Tesla Roadster” modeli avtomobil, yük kimi “SpaceX” geyimi ilə geydirilmiş və Devid Bovinin (David Bowie) klassik hitinə istinad edilərək “Starman” ləqəbi verilən bir manekenlə birlikdə göndərilib.

    2035-ci ilə qədər heç bir planetin yaxınlığından keçməyəcəyi proqnozlaşdırılan avtomobilin 2047 və 2050-ci illərdə Yerə bir neçə milyon kilometr məsafədən uçacağı ehtimal edilir. Araşdırmalara əsasən, avtomobilin 15 milyon il ərzində Yerə çırpılma ehtimalı təxminən 22 faizdir.

    Avtomobilin ölçüsü və keçdiyi səyahət səbəbindən bu buraxılış “Tesla” və “SpaceX” şirkətlərinin möhtəşəm bir marketinq addımı kimi qiymətləndirilib. Şübhəsiz, Maskın bu iki şirkəti sayəsində kosmos sənayesi ilə əlaqəsi bu cür layihələri həyata keçirməyi asanlaşdırmış kimi görünür.

    4. Paraşütlə tullanma (“Skydiving”)

    Özünü kosmosdan dünyaya tanıdan başqa bir marka isə “Red Bull” oldu. 2012-ci ildə Yer səthindən 39 kilometr yüksəklikdən sərbəst tullanış edən avstriyalı paraşütçü Feliks Baumqartner (Felix Baumgartner), indiyədək ən böyük və uğurlu marketinq kampaniyalarından birinin iştirakçısı oldu.

    “Red Bull”, Baumqartnerin kosmosdan sərbəst tullanış edərək üç dünya rekordunu qırması üçün tibb, elm və mühəndislik sahəsində dünyanın aparıcı mütəxəssislərini bir araya gətirdi. 2005-ci ildə başlayan layihə, 14 oktyabr 2012-ci ildə yalnız 10 dəqiqə davam edən tullanışa qədər 8 il davam edən intensiv iş, yenilik, araşdırma və sınaq mərhələlərini əhatə etdi. Bu müddətdə Baumqartner 833,9 km/saat sürətlə irəliləyərək səs sürətini aşdı və indiyə qədər ən yüksək sərbəst tullanma və ən uzun sərbəst tullanma rekordlarını qırdı.

    “Red Bull Stratos” adlı bu layihə, yalnız “YouTube”da canlı yayım zamanı eyni vaxtda 8 milyon baxış əldə etməklə kifayətlənmədi, həm də aviasiya təhlükəsizliyinin artırılması, yüklərin bərpası üçün yeni standartlar təyin edən helium şarlarının və paraşüt sistemlərinin istifadəsi sahəsində mühüm araşdırmalara səbəb oldu.

    “Red Bull” sübut etdi ki, yenilik yaratmaq və uğur qazanmaq üçün yalnız kosmos sektorunda fəaliyyət göstərən bir şirkət olmaq zəruri deyil.

    5. Şokolad

    Feliks Baumqartnerin tullanışı bir şokolad markasının da kosmosa çıxmasına imkan verdi.

    “KitKat” markası, şokolad barlarından birini Baumqartnerin tullanışından bir neçə saat əvvəl bir meteoroloji şara və “GoPro” kamerasına bağlayaraq kosmosa göndərmək qərarına gəldi.

    Çəkilən görüntülər “YouTube” platformasında yayımlandı. Bu reklam, ideyanın irəli sürülməsindən icrasına qədər yalnız 24 saat keçən uğurlu bir marketinq kampaniyası olaraq tarixə düşdü.

  • İraq Suriya ordusunun mindən çox əsgərini qəbul edib

    İraq sərhədi keçmək üçün icazə istəyən Suriya ordusunun mindən çox əsgərinin müraciətini müsbət cavablandırıb.

    Bu barədə İraqın İNA agentliyi məlumat yayıb.
    Bildirilib ki, döyüşçülər Əl-Qaim sərhəd keçid məntəqəsindən daxil olublar. Onlara lazımi köməklik göstərilib.
    Qeyd edək ki, dekabrın 4-dən etibarən Suriyada vəziyyət gərgindir. Bəzi məlumatlara görə, etirazçılar artıq paytaxt Dəməşqə yaxınlaşırlar.

  • Sumqayıtdakı partlayışın nəticələrinin aradan qaldırılması məqsədilə bərkitmə işləri davam edir

    Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması məqsədilə hazırda bərkitmə işləri davam edir.

    Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev “Report”un yerli bürosuna bildirib ki, təhlükəsizlik tədbirləri tam şəkildə həyata keçirildikdən sonra digər iki blokun sakinlərinin mənzillərdə məskunlaşması məsələlərinə baxılacaq.

    Qəza baş verən girişlə bağlı isə aidiyyəti qurumların mütəxəssislərinin araşdırmaları nəticəsində yekun qərar qəbul ediləcək.

    Qeyd edək ki, bina 6 girişdən ibarətdir. 3 girişdə sakinlərin məskunlaşması artıq təmin olunub.

    Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb. Onlardan üçü ambulator müayinə üçün evə buraxılsa da, digər üçünün müalicəsi davam etdirilir.

  • Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

    Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Sülh prospektində baş verib.

    Yolu keçmək istəyən piyada,1966-cı il təvəllüdlü Yaşar Həsən oğlu Əhmədovu avtomobil vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bundesliqa: “Bavariya” 3 xalı 4 qolla aldı

    Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilir.

    Lider “Bavariya” autsayderlər qrupunda qərarlaşan “Haydenhaym”ı sınağa çəkib.

    Münhendə baş tutan oyunda “Bavariya” 4:2 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Camal Musiala dublla yadda qalıb.

    Bu nəticədən sonra Vinsent Kompaninin yetirmələri 33 xalla turnir cədvəlinə başçılıq edirlər. “Haydenhaym” isə 10 xalla 16-cıdır.

  • Gürcüstanın hakim partiyası prezidentliyə namizədini rəsmən qeydə alıb

    Gürcüstanın Mərkəzi Seçki Komissiyası Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi rəsmi olaraq qeydiyyatdan keçirib.

    “Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

    Hazırda o, hakim partiyanın prezidentliyə yeganə namizədidir. Müxalifət seçkilərdə iştirakdan imtina edir və öz namizədini açıqlamayıb, həmçinin onların seçkilərə qatılıb-qatılmayacağı hələ məlum deyil.

    Namizədlərin qeydiyyatı müddəti dekabrın 8-də başa çatır.

    Gürcüstanda prezident seçkiləri 14 dekabrda keçiriləcək, inauqurasiya mərasimi isə 29 dekabrda baş tutacaq. Ölkədə ilk dəfə olaraq yeni prezident beş illik müddət üçün seçicilər kollegiyası tərəfindən seçiləcək.

  • 15-17 yaşlı yeniyetmələr 122 uşaq dünyaya gətirib – ŞOK RƏQƏMLƏR

    Rəsmi qeydə alınmış nikahda olan anaların yaşına görə 2023-cü ildə diri doğulan uşaqların sayı 96998 nəfər olub. Onlardan 1011-i beşinci (və daha çox) uşaqdır.

    Bizim.Media xəbər verir ki, uşaqların 122 nəfəri 15-17 yaşlı yeniyetmələr tərəfindən dünyaya gətirilib. Onlardan 2-si bu yaşda olan yeniyetmələrin ikinci uşağı olub. Bundan başqa, 50 və daha yuxarı yaşda olan qadınlar tərəfindən 84 uşaq dünyaya gətirilib. Onlardan 1-i beşinci(və daha çox) uşaqdır, 55-i isə ilk uşaqlarıdır.

    Qeyd edək ki, ən çox doğuş 20-24 yaş aralığında olan qadınlarda qeydə alınıb. Onların sayı 31719 uşaq olub. Maraqlısı budur ki, bu yaş aralığında olan analar tərəfindən dünyaya gətirilən 22 uşaq onların beşinci(və daha çox) uşağı olub. 164-ü isə dördüncü uşağı olub.