Month: December 2024

  • ВС РФ продолжили продвижение в глубину обороны ВСУ

    Российские военнослужащие продолжили продвижение в глубину обороны ВСУ.

    Об этом сообщили в Минобороны России.

    “Подразделения группировки войск “Центр” продолжили продвижение в глубину обороны противника и заняли населенный пункт Берестки в Донецке. Нанесено поражение живой силе и технике двух – механизированной и мотопехотной – бригад ВСУ и бригады морской пехоты в районах населенных пунктов Дзержинск, Щербиновка, Петровка и Новоалексеевка”, – говорится в сводке ведомства.

    Также в зоне ответственности группировки отражено 10 контратак Вооруженных сил Украины. Армия противника потеряла до 525 военнослужащих, пять боевых бронемашин, три автомобиля, три 152-миллиметровых орудия Д-20 и две 122-миллиметровые гаубицы Д-30, уточнили в министерстве.

  • Rusiya Silahlı Qüvvələri Donetskin Berestki kəndini nəzarətə götürdü

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Berestki kəndinə nəzarəti ələ keçirib.

    Median.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

    “Mərkəz” qoşun qruplaşmalarının bölmələri Donetskin Berestki kəndini nəzarətə götürdülər. Dzerjinsk, Şerbinovka, Petrovka və Novoalekseyevka yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin iki mexanikləşdirilmiş və motoatıcı briqadasının və bir dəniz piyada briqadasının canlı qüvvəsi və texnikası məğlub edilib”, – deyə məlumatda bildirilib.

  • Cənubi Koreya Parlamentində impiçment səsverməsi keçiriləcək

    Bu gün Cənubi Koreya Parlamentində prezident Yun Sok Yolun impiçmentinə dair səsvermə keçiriləcək.

    Səhər saatlarından etibarən müxalifət tərəfdarları qanunverici orqanın binası qarşısında toplaşıb.

    Qeyd edək ki, bir qədər əvvəl 300 deputatdan 191 nəfəri dövlət başçısının vəzifəsindən uzaqlaşdırılması qərarını dəstəkləyib. Yekun qərar üçün isə 200 parlamentarinin dəstəyinə ehtiyac var.

    Bu isə hakim partiyanı təmsil edən 9 deputatın qərara səs verməməsi və ya əleyhinə çıxması deməkdir.

  • Sumqayıtda yaşayış binasında yanğın: 6 nəfər təxliyə olundu

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın 2-ci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla ümumilikdə 5 nəfər bina sakini təxliyə olunub.

    Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb.

    Mənzillər yanğından mühafizə olunub.

  • Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – BİRGƏ MƏLUMAT

    Qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri birgə məlumat yayıb.

    Birgə məlumatda bildirilir ki, son günlər Azərbaycanda qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı yaranır.

    “Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

    Hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlıgının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır. Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.

    Respirator virus infeksiyalara yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, – birgə məlumatda vurğulanıb.

  • İstanbulda 14 mərtəbəli binada partlayış – ölən və yaralananlar var

    Türkiyənin İstanbul şəhərində Beylikdüzü Adnan Kahveci məhəlləsində 14 mərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

    Bu barədə İstanbul valiliyindən bildirilib.

    Məlumata görə, partlayış binanın girişində olub. Bildirilib ki, binada 84 mənzil var.

    Partlayışa səbəb kimi qaz sızması göstərilir.

  • “S&P”: Manatın dollara qarşı məzənnəsi 2028-ci ilə qədər dəyişməyəcək

    “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün orta illik inflyasiyanı 2 % səviyyəsində proqnozlaşdırır.

    Bu barədə Median.Az agentliyin məlumatına istinadən xəbər verir.

    Ötən il Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.

    Agentliyin yenilənmiş proqnozlarına görə, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 4 %-ə qədər artacaq, lakin 2026-2027-ci illərdə illik 3 %-ə qədər azalacaq.

    Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında orta illik inflyasiya 1,7 % təşkil edib. İqtisadiyyat Nazirliyi ölkədə orta illik inflyasiyanı 2024-cü il üçün 2,7 %, 2025-ci il üçün 4,6 %, 2026-cı il üçün 4 %, 2027-2028-ci illər üçün isə illik 3,8 % səviyyəsində proqnozlaşdırır.

    “S&P” Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9 %-ni (2023-cü ildə ÜDM-in 11,5 %-i) təşkil edəcəyini proqnozlaşdırır.

    Agentliyin hesablamalarına görə, cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə ÜDM-in 2,7 %-ni, 2026-cı ildə ÜDM-in 1,2 %-ni təşkil edəcək, 2027-ci ildə isə hesab ÜDM-in 0,2 %-i səviyyəsində kəsirlə olacaq.

    “S&P” həmçinin hesab edir ki, 2028-ci ilə qədər manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyəcək.

    “Hökumətin valyuta bazarına mütəmadi müdaxilələri ilə Azərbaycanda dollar-manat nisbətinin 1,7 səviyyəsində saxlayacağını proqnozlaşdırırıq. Bununla belə, karbohidrogen qiymətləri kəskin düşərsə və uzun müddət aşağı qalarsa, hakimiyyətin Mərkəzi Bankın valyuta ehtiyatlarını əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəni tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edirik”, – agentlik vurğulayıb.

  • Aygün Kazımovanın hesabı yenidən oğurlandı – FOTO

    Xalq artisti Aygün Kazımovanın “instagram” hesabı yenidən ələ keçirilib.
     
    Onun hesabından edilən paylaşım izləyicilər arasında çaşqınlıq yaradıb.
     
    Ötən gün hesabında çıxışlarını paylaşan Xalq artistinin bu gün paylaşım etməməsi də diqqətdən qaçmayıb.
     
    Bu da hesabın ələ keçirilməsi iddialarını gücləndirib.
     
    Kazımova tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

    //azxeber.com

  • DYP bu sürücülərə MÜRACİƏT ETDİ

    Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinə müraciət edib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    Bildirilib ki, hazırda ölkənin avtomobil yollarında motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrinin sayı sürətlə armaqdadır. Lakin, təəssüf ki, qeyd olunan mexaniki nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına yanaşma birmənalı deyil.

    Son on beş gün ərzində Neftçala, Şəki, Zaqatala, Kürdəmir rayonları ərazisində motosiklet və moped sürücülərinin iştirakı ilə qeydə alınan 5 yol qəzasında 4 nəfərin həyatını itirməsi, 3 nəfərin xəsarət alması, bununla yanaşı, cari ilin 11 ayı ərzində respublika üzrə bu tip nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 46 yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 34 nəfərin xəsarət alması, bu sahədə sürücü intizamının qənaətbəxş olmadığından xəbər verir.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, küləkli, yağmurlu havalarda xüsusilə ehtiyatlı olmağa, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!”,- deyə müraciətdə qeyd edilib.

  • Ağcabədidə qadın qətlə yetirilib, kürəkəni və oğlu şübhəli bilinir

    Ağcabədidə qadın boğazı kəsilərək öldürülüb.

    1982-ci il təvəllüdlü Afət Əsgərovanın meyiti evində aşkarlanıb.

    Hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu, 2008-ci il təvəllüdlü Kamil Bağırov və qadının kürəkəni, 1995-ci il təvəllüdlü Loğman Nəsibov tutulub.

    Faktla bağlı cinayət işi başlanılıb.
     
    ///report