Month: December 2024

  • Külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

    Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

    Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Gürcüstan istiqamətindən “Qırmız Körpü” gömrük postu ilə ölkə ərazisinə daxil olan, mal müşayiət sənədlərində qeyd olunan “kartof” yükündən gizlətmə vasitəsi kimi istifadə edilən yük avtomobilinin qoşqusundan 185729 qutu pirotexniki vasitə və 2485 ədəd fişəng aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda tələbə qəfil vəfat etdi

    Milli Aviasiya Akademiyasının tələbəsi qəfil vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə akademiyanın sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

    Bildirilib ki, “Fizika texnologiyaları” fakültəsinin Elektrik və elektronika mühəndisliyi ixtisasının 2531a qrup tələbəsi Sadiq Səxavət oğlu Xankişiyev dünyasını dəyişib.

    Onun hansı səbəbdən vəfat etdiyi qeyd olunmayıb.

  • İnanıram ki, Avropa İttifaqı ilə konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstəriləcək

    Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə konstruktiv tərəfdaşlığın möhkəmlənməsi üçün birgə səylər göstərəcəklərinə inandığını bəyan edib.

    Bu barədə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya ünvanladığı təbrik məktubunda əksini tapıb.
    Dövlət başçısı məktubunda qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
    “İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik”, – İlham Əliyev məktubunda yazıb.

  • İran Suriyaya hərbi yardım göndərəcək

    İran Suriyaya hərbi yardım göndərəcək.

    Bu barədə yüksək rütbəli İran rəsmisi “Reuters”ə bildirib.

    “Çox güman ki, Tehran Suriyaya hərbi texnika, raketlər və pilotsuz təyyarələr göndərməli olacaq”, – rəsmi bildirib.

    Onun sözlərinə görə, İran Suriyadakı hərbi müşavirlərinin sayını artırmağı da planlaşdırır.
     
    ///apa

  • Dövlət Xidməti: Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcəyi barədə məlumatlar yalandır

    1996-cı ildə tədavülə buraxılan və 2011-ci ildə istifadə müddəti bitərək tədavüldən çıxarılan dövlət özəlləşdirmə çeklərinin yenidən qiymətli kağız kimi tədavül vasitəsi olması, dövriyyəyə qaytarılması barədə heç bir yenilik yoxdur.

    Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) bildirilib.

    “Həmin çeklərin yenidən pul predmetinə çevrilməsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar yanlışdır”, – deyə Dövlət Xidmətindən vurğulanıb.

    ƏMDX vətəndaşları dövlət özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı yayılan şayiələrə inanmamağa çağırır.

    Qeyd edək ki, sosial şəbəkələrdə dövlət özəlləşdirmə çeklərinin əvəzində vətəndaşlara 20 min manat pul vəsaitinin veriləcəyini barədə məlumatları əks etdirən video yayılıb. Sözügedən videoda bir qrup insanın həmin vəsaiti almaq üçün Bakı İnzibati Məhkəməsinin ətrafına toplaşdığı əksini tapıb.

    Dövlət özəlləşdirmə payları (çeklər) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb. Azərbaycan Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.

  • Rusiyanın məşhur futbol klubuna transfer qadağası qoyulub

    FIFA Rusiyanın ÇSKA və “Ximki” klublarına transfer qadağası qoyub.

    Bu barədə yerli mətbuat məlumat yayıb.

    Hər iki komanda 2026-cı ilin yayınadək heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

    ÇSKA-nın kommunikasiya direktoru Kirill Breydo məsələ ilə bağlı açıqlama verib. O, Çidera Ecukenin keçidinə görə Niderland təmsilçisi “Herenven”ə borcları olduğu üçün bu cəza ilə üzləşdiklərini söyləyib.

    Rusiya klubu tələb olunan məbləğin İngiltərə təmsilçisi “Vest Hem” tərəfindən ödəniləcəyini gözləyib. Londonlular Nikola Vlaşiçin transferinə görə Moskva klubuna 20 milyon avro borcludur.
     
    ///report

  • “Ferrari” komandasının fransalı pilotu cəzalandırılıb

    “Ferrari” komandasının fransalı pilotu Şarl Lekler “Formula 1” üzrə Əbu-Dabi Qran-prisinə 10 mövqe geridən başlayacaq.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, pilotun cəzalandırılmasının səbəbi mövsüm ərzində mühərrikin üçüncü akkumulyatorundan istifadə etməsi olub.

    “Formula 1″də qaydalar yalnız iki akkumlyatordan istifadəyə icazə verir. Monakolu sürücü mövsümün final mərhələsinin birinci sıralama turunda 1 dəqiqə 24,321 saniyə göstərici ilə qalib gəlib. Lakin elementin dəyişdirilməsi səbəbindən o, tutduğu mövqeni itirəcək.

    Qeyd edək ki, “McLaren” komandasından Lando Norris birinci sıralama turunda ikinci, “Mercedes” pilotu Lyuis Hemilton isə üçüncü olub. Hazırda “Ferrari” 619 xalla Konstruktorlar Kubokunda ikincidir və lider “McLaren” komandasından 21 xal geri qalır.

  • 18 yaşlı qız faciəvi şəkildə öldü

    Samuxda 18 yaşlı qız faciəvi şəkildə ölüb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Sərkər kəndində qeydə alınıb. 

    İlkin məlumata görə, 18 yaşlı Fidan Abbaszadə hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. 

    Hadisə yerinə Samux rayon Prokurorluq və Polis Şöbəsinin əməkdaşları cəlb olunub. 

    F.Abbaszadə evin tək uşağı olub.

  • В Баку установлены очередные дорожные знаки для автобусных полос

    В Баку на проспектах Азадлыг и Бюльбюля, улицах Шамси Бадалбейли и Рашида Бейбутова установлены дорожные знаки, указывающие время действия ограничений на выезд на автобусную полосу (с 07:00 до 22:00).

    Как сообщает Report со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта, запрет на выезд транспортных средств на эту автобусную полосу действует только в часы, указанные на знаке.

    Водители автотранспортных средств, выехавшие на автобусную полосу в неразрешенное время, штрафуются на сумму 100 манатов и 2 балла.

    В ведомстве отметили, что дорожные знаки с указанием времени действия автобусной полосы будут поэтапно установлены и на других улицах и проспектах.

  • Bakıda daha bir ərazidə avtobus zolağı ilə bağlı yol nişanı quraşdırılıb

    Bakının Azadlıq və Bülbül prospektlərində, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrində təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

    Bu barədə “Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Beləliklə, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.
    Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

    “İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq. Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq”, – deyə agentlik bəyan edib.