Month: December 2024

  • Naxçıvan Sənaye Parkının yaradılmasının məqsədləri açıqlanıb

    Naxçıvan Sənaye Parkı fəaliyyətə başladıqdan sonra ölkədə qeyri-neft-qaz sənayesi məhsullarının istehsalının artmasına, ixrac coğrafiyasının genişlənməsinə, ən əsası bölgədə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töfhə verəcək.

    Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

    “Ölkə Prezidentinin 5 dekabr 2024-cü il tarixli fərmanı ilə ölkədə daha sənaye zonası yaradılır. Naxçıvan Sənaye Parkı ilə birlikdə sənaye zonalarının sayı 13-ə çatacaq. Onlardan 11-nin idarəçiliyi İqtisadi Zonaların İnkişafı Agentliyinə məxsusdur. Naxçıvanda sənaye zonasının yaradılmasında məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Digər sənaye parklarında olduğu kimi Naxçıvan Sənaye Parkının rezidentləri də istehsal prosesini ekoloji tələblərə cavab verməklə həyata keçirəcəklər”,- deyə o qeyd edib.

    Agentlik rəsmisi xatırladıb ki, fərmanla yeni sənaye parkının ərazisi 310 hektar müəyyənləşdirilib: “Ölkəmizdə fəaliyyət göstərən digər sənaye parklarında olduğu kimi burada da sahibkarlar üçün stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, elektrik enerjisi, su, kanalizasiya, fiber-optik internet şəbəkəsi, daxili avtomobil yolları) təmin ediləcək, qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və yaxud mənfəət vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunacaql Parkın qurulmasında təşkilati, infrastruktur işləri tamamlandıqdan sonra sahibkarların sənaye parkının rezidenti kimi qeydiyyata alınması prosesinə başlanılacaq. Parkın rezidenti olmaq istəyən sahibkarlar öz biznes layihələrini Agentliyi təqdim edə bilərlər. Layihələrə baxıldıqdan sonra prioritet fəaliyyət istiqamətlərinə uyğun olan layihələrə rezidentlik statusu veriləcək”.

    S.Adıgözəlovun sözlərinə görə, indiyə qədər sənaye zonalarında investisiya kapitalı 7,88 milyard manat olan 157 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan da 81-i artıq fəaliyyətə başlayıb: “İndiyə qədər sahibkarlar sənaye zonalarına 6,8 milyard manat investisiya yatırılıb və 10 580-dən çox daimi iş yeri yaradıb. Təkcə bu ilin 9 ayında isə sənaye zonalarına 223 milyon manat investisiya yatırılıb, 500-ə qədər daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan atıq investisiyanın yatırılması, 9 400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur”.

    “Agentlik olaraq sahibkarların sənaye zonalarına cəlb edilməsi istiqamətinə mütəmadi olaraq işlər görürük. Bu ilin yanvar-oktyabr aylarında sənaye zonalarında 27 sahibkarlıq subyektinə rezident statusu verilib. Yeni rezidentlərin sənaye zonalarına ümumilikdə 213 milyon manatdan çox investisiya yatırması, 2 600-dən artıq daimi iş yeri yaratması nəzərdə tutulur”, – deyə S.Adıgözəlov vurğulayıb.

    2015-ci ildən 2024-cü il oktyabrın 1-nə qədər sənaye zonalarında 14,5 milyard manatlıq məhsul satılıb, bunun da 4,7 milyard manatlıq hissəsi ixrac edilib. Bu ilin ilin 9 ayında isə sənaye zonalarında 2,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 801,1 milyonluq hissəsi ixracın payına düşüb. Sənaye zonalarında istehsal edilən məhsullar 70-dən çox ölkəyə ixrac edilir. 9 ayda sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,5 %, ixracında isə 26 % təşkil edib.

  • Новым генсеком ОБСЕ стал экс-глава МИД Турции Синирлиоглу

    Новым генсеком ОБСЕ стал экс-глава МИД Турции Феридун Синирлиоглу.

    Как передает Report со ссылкой на ТАСС, заявил действующий председатель ОБСЕ, министр иностранных и европейских дел Мальты Ян Борг.

    “Поздравляем новое руководство ОБСЕ. Феридун Синирлиоглу (Турция) – генеральный секретарь. Мария Телалиан (Греция) – глава Бюро по демократическим институтам и правам человека, Кристоф Камп (Нидерланды) – верховный комиссар ОБСЕ по делам национальных меньшинств, Ян Брату (Норвегия) – представитель по вопросам свободы СМИ”, – написал Борг на своей странице в соцсети “Х”.

  • Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi olub

    Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi olub.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq deyib.

    “ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) – baş katib, Maria Telalian (Yunanıstan) – Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) – ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) – KİV azadlığı məsələləri üzrə nümayəndə seçilib”, – Y.Borq “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

  • “Formula 1”: Çin Qran-prisi ilə müqavilənin müddəti uzadılıb

    “Formula 1” Çin Qran-prisi ilə müqavilənin müddətini uzadıb.

    “Report” xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

    Nəticədə Şanxaydakı mərhələ 2030-cu ilədək yarış təqvimində qalacaq.

    Qeyd edək ki, cari mövsüm Çin Qran-prisi aprelin 19-21-i aralığında baş tutub.

  • В Азербайджане в ближайшие три дня ожидаются проливные дожди

    В Баку и на некоторых территориях Абшеронского полуострова в ближайшие три дня, с сегодняшнего вечера до вечера 9 декабря, прогнозируются дожди.

    Как сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии, местами на полуострове ожидаются проливные дожди.

    С завтрашнего вечера до вечера 9 декабря в ряде районов Азербайджана пройдут дожди. Ливневые осадки прогнозируются в Центральном Аране, Лянкяран-Астаре, Нагорном Ширване, Губа-Гусаре.

    Уровень воды в реках этих районов может подняться из-за осадков.

  • Növbəti üç gün leysan yağacaq – XƏBƏRDARLIQ

    Bu gün axşamdan dekabrın 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

    Azərbaycanın rayonlarında dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan , Quba-Qusarda leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

  • Rusiyanın məşhur futbol klubuna transfer qadağası qoyulub

    FIFA Rusiyanın ÇSKA və “Ximki” klublarına transfer qadağası qoyub.

    Bu barədə yerli mətbuat məlumat yayıb.

    Hər iki komanda 2026-cı ilin yayınadək heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

    ÇSKA-nın kommunikasiya direktoru Kirill Breydo məsələ ilə bağlı açıqlama verib. O, Çidera Ecukenin keçidinə görə Niderland təmsilçisi “Herenven”ə borcları olduğu üçün bu cəza ilə üzləşdiklərini söyləyib.

    Rusiya klubu tələb olunan məbləğin İngiltərə təmsilçisi “Vest Hem” tərəfindən ödəniləcəyini gözləyib. Londonlular Nikola Vlaşiçin transferinə görə Moskva klubuna 20 milyon avro borcludur.

  • В Баку откроется учреждение для трудных детей

    Министерство науки и образования откроет учреждение для трудных детей, которое будет расположено в Сураханском районе столицы.

    Как сообщает Report, об этом заявил начальник отдела организации профилактической работы с несовершеннолетними Главного управления общественной безопасности МВД Хикмет Гулиев на сегодняшнем заседании парламентского комитета по вопросам семьи, женщин и детей.

    По его словам, реализация работ началась еще в октябре, на сегодняшний день подготовка к открытию полностью завершена.

    Замначальника Управления защиты детей Минобразования Гюнель Сафарова уточнила, что данное учреждение открытого типа начнет функционировать в 2025 году.

  • Bakıda çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb

    Bakı şəhərində çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb.

    “Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.

    O qeyd edib ki, Elm və Təhsil Nazirliyi həmin müəssisəni Suraxanı rayonunda təşkil edib: “Bu ilin oktyabr ayında icra prosesi başlasa da, hələlik müəssisənin açılışı olmayıb”.

    Elm və Təhsil Nazirliyinin Uşaqların müdafiəsi idarəsi rəisinin müavini Günel Səfərova isə DİN rəsmisinə cavabında qeyd edib ki, həmin açıq tipli müəssisə 2025-ci ildə fəaliyyət göstərəcək.

  • Азербайджанские экспортеры фруктов несут ущерб от падения курса российского рубля

    Падение курса российского рубля, в том числе по отношению к доллару США, нанесло предпринимателям, экспортирующим фрукты из Азербайджана в Россию, урон в тысячи манатов.

    Дело в том, что российские импортеры фруктов платят за товар в рублях и поэтапно. Изменение курса валюты снижает экспортные доходы азербайджанских бизнесменов в долларах.

    Комментируя данный вопрос, председатель Азербайджанской ассоциации производителей и экспортеров фиников Гадир Юсифов сказал Report, что предприниматели временно сократили экспорт для минимизации ущерба.

    “Бизнесмены хранят финики в холодильных амбарах и ждут стабилизации валютного курса, так как в условиях неопределенности экспорт не выгоден. Они не хотят работать себе в убыток”, – сказал он.

    По его словам, если ситуация не изменится в ближайшее время, могут потребоваться механизмы господдержки.

    Как сообщил председатель совета директоров Азербайджанской ассоциации производителей и экспортеров граната Фархад Гарашов, экспорт гранатов также резко сократился из-за падения курса российского рубля.

    “Если раньше за неделю экспортировали 3-4 тонны гранатов, сейчас продажи в соседнюю страну снизились до 1 тонны. Из-за падения курса рубля гранаты экспортируются по себестоимости. В ближайшее время курс не вернется на прежний уровень, а повысить цену не является целесообразным, так как слишком дорогой товар не будет продаваться”, – сказал он.