Month: December 2024

  • Ətin bahalaşma SƏBƏBLƏRİ – VİDEO

    Son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. Statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında xırda buynuzlu heyvanların sayı təxminən 7 milyondan bir az artıq olub. Bölgələrdə 3-4 aylıq quzuların kəsimə verilməsi, damazlıq genofondunun azalmasına səbəb olur.

    Median.Az “İTV Xəbər”ə istinadən məlumat verir ki, alıcılar da daha çox yaşı az olan quzuların ətini almağa üstünlük verdiklərini deyirlər. Onlar seçimlərini aşağı çəkili quzuların ətinin daha dadlı olması və tez bişməsi ilə əlaqələndirirlər.

    Fermerlər isə bildirirlər ki, heyvanlar kiçik yaşda kəsildikdə onların maya dəyəri iqtisadi baxımdan çox baha başa gəlir.

    Qəssablar isə deyirlər ki, bazarın tələblərinə uyğun davranmağa məcburdurlar:

    “Quzularımız Beyləqan, Ağcabədi və Bərdədən gəlir. Balaca quzulara çox tələb var. Onların çəkisinə, dadına, tamına görə balaca quzular üstünlük təşkil edir”.

    Ətraflı süjetdə:

  • Почему в Азербайджане не открывается охотничий сезон? – ВИДЕО

    Охотничий сезон, который традиционно начинается 15 сентября и продолжается до начала октября, в этом году до сих пор не открыт. Эта ситуация вызывает беспокойство у местных охотников.

    Как сообщает Median.Az со ссылкой на ATV Xəbər, для Эльмара Бабаева, который занимается охотой уже 18 лет, это занятие является хобби и способом отдыха. Каждый год он обращается в Министерство экологии и природных ресурсов за лицензией, после чего отправляется на охоту в леса и горы в регионах страны. Однако в этом году сезон еще не открыт, и он, как и многие другие охотники, с нетерпением ждет этого решения.

    Начальник Службы охраны биологического разнообразия Фирудин Алиев заявил, что окончательное решение по этому поводу будет принято на очередном заседании Научного координационного совета по охоте на 2024-2025 годы. Однако пока дата мероприятия не определена. Отмечается, что охотникам придется набраться терпения.

    Подробнее – в сюжете:

  • Ov mövsümü niyə açılmır? – VİDEO

    Hər ilin sentyabr ayının 15-də açılan ov mövsümü adətən oktyabrın əvvəllərinə qədər davam edirdi. Bu il isə artıq dekabrın 5-i olmasına baxmayaraq, hələ də ov mövsümü açılmayıb. Təkcə onlarla yox, yüzlərlə, bəlkə də minlərlə ovçu bu gecikmədən narahatdır.

    Median.Az “ATV Xəbər”ə istinadən bildirir ki, Elmar Babayev artıq 18 ildir ki, ovçuluqla məşğul olur. Ovçuluğu həm hobbi, həm də istirahət üsulu kimi qəbul edən E.Babayev deyir ki, hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək, qanuni ov üçün lisenziya alır. Bundan sonra ölkənin müxtəlif yerlərində – meşələrə, dağlara, ova çıxır. Ötən il olduğu kimi, bu il də səbirsizliklə gözləsə də, hələlik mövsüm açıq elan olunmur.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib ki, ov mövsümünün nə üçün açılmadığı və nə vaxt icazə veriləcəyi ilə bağlı 2024-2025-ci illər üçün Ov Elmi Koordinasiya Şurasının növbəti iclası keçirilməlidir. Həmin iclasda mövsümün açılıb-açılmayacağı barədə qərar veriləcək. Ancaq həmin iclasın nə vaxt keçiriləcəyi də hələ məlum deyil. Qısacası, ovçular bir az daha səbir etməlidir.

    Ətraflı süjetdə:

  • Президент Ильхам Алиев поздравил финского коллегу

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Финляндской Республики Александру Стуббу.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    От своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и Ваш народ с национальным праздником – Днем независимости Финляндской Республики.

    Верю, что мы и впредь будем прилагать совместные усилия на пути развития отношений между Азербайджаном и Финляндией в дружественном ключе в интересах наших народов. С хорошими впечатлениями вспоминаю Ваш визит в Азербайджан для участия в COP29 и нашу с Вами встречу.

    В этот праздничный день желаю Вам крепкого здоровья, успехов в делах, Вашему народу – благополучия и процветания”.

  • Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubba təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Hörmətli cənab prezident, Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan ilə Finlandiya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi və Sizinlə keçirdiyimiz görüşü xoş təəssüratla xatırlayıram.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Расширен перечень технических средств, используемых для получения негласной информации

    Расширен перечень технических средств, предназначенных для негласного получения информации в процессе оперативно-розыскной деятельности.

    В связи с этим премьер-министр Азербайджана Али Асадов подписал постановление.

    Постановлением в указанный перечень добавлены пункты 17-24.

    Расширенный список технических средств, используемых в оперативно-розыскной деятельности, включает: многоканальные регистраторы для записи психофизических реакций человека; многофункциональные устройства для обнаружения передаваемой информации и скрытых технических средств, включая радиооборудование для определения местоположения и контроля радиовещательных устройств; технические средства для передачи, обработки, усиления и изменения акустической информации на расстоянии; малогабаритные устройства (размером менее 50×50×50 мм) для усиления, обработки, записи, хранения и воспроизведения видео- и аудиоинформации; устройства для передачи изображения с использованием оптического или оптико-электронного преобразования; радиооборудование для приема и передачи, работающее вне диапазонов радиовещательных частот; средства и программное обеспечение для многоканальной (от двух и более линий) записи телефонных разговоров; скрытные переносные радиопеленгационные и радионавигационные устройства, используемые для контроля и поиска в радиоэфире.

  • Gizli informasiya almaq üçün texniki vasitələrin siyahısı genişlənib

    “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı”nda dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Qərarla “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı” genişləndirilib.

    Belə ki, sözügedən siyahıya aşağıdakı məzmunda 17-24-cü hissələr əlavə edilib:

    – İnsanın psixofiziki reaksiyalarının qeydi üçün çoxkanallı registratorlar;

    – Radioyayım qurğularının olduğu yerin müəyyən edilməsi və nəzarətdə saxlanılması üçün nəzərdə tutulmuş radioavadanlıq daxil olmaqla, ötürülən məlumatın və gizli yerləşdirilmiş texniki vasitələrin aşkar edilməsi üçün çoxfunksiyalı texniki vasitələr;

    – Akustik məlumatın məsafəyə ötürülməsi, işlənilməsi, gücləndirilməsi və dəyişdirilməsi üçün texniki vasitələr;

    – Video və (və ya) audioməlumatın gücləndirilməsi, işlənilməsi, yazılması, saxlanılması və əks etdirilməsi üçün kiçik ölçülü (50x50x50 mm-dən az) texniki vasitələr;

    – Təsvirin ötürülməsi, optik və ya optik-elektron dəyişdirilməsi üçün texniki vasitələr;

    – Radioyayım tezlik diapazonlarından kənarda işləyən ötürücü-qəbuledici radioavadanlıq;

    – Telefon danışıqlarının çoxkanallı (2 və daha çox xətlərdən) qeydini (yazılmasını) aparan texniki vasitələr və proqram təminatları;

    – Radioefirdə nəzarət və axtarış həyata keçirilməsi üçün gizli daşınan radiopelenqasiya və radionaviqasiya vasitələri.

  • 35 saniyəyə 544 mənzil satıldı

    Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başa çatıb.

    Milli.Az xəbər verir ki, bu saata olan məlumata görə seçilmiş 544 mənzilin 544-ü vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

    Ümumilikdə mənzillərin satış prosesi 35 saniyə çəkib.

    Qeyd edək ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

    Xatırladaq ki, mənzillərin seçimi “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında aparılıb.

  • Yeni tikilən binalarda mənzillər ucuzlaşacaq

    “Vergi Məcəlləsinə təklif edilən son dəyişiklik tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalmasına gətirib çıxaracaq”.

    Median.Az x
    əbər verir ki, bu sözləri iqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

    Onun sözlərinə görə, bu, xüsusən də inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək: “Çünki nəzərə alsaq ki, gəlirlərə satılan mənzilin müqavilə üzrə tam dəyəri daxil deyil. Misal üçün, mənzilin qiyməti 100 min manatdırsa, işin yerinə yetirilmə həcminə uyğun 70 min manat götürülübsə, o zaman 70 min manat gəlir bəyan ediləcək.

    Həmin bəyan edilən gəlirdən faktiki xərc bütövlükdə çıxılacaq. Nəticədə bu imkan verəcək ki, bütövlükdə inşaat şirkətinin mənfəət üzrə vergi yükü azalsın və bu da onun sərəncamında daha çox vəsaitin qalmasına imkan yaradacaq”.
    Deputat söyləyib ki, bu xüsusən də inşası tam başa çatmayan mənzillər üzrə vergi yükünün və vergi ödənişlərinin azalmasına imkan yaradacaq: “Bu konteksdə götürdükdə dəyişiklik bütün inşaat sektorunda canlanmaya xüsusi təsir göstərəcək. Bu eyni zamanda inşa edilən binalarda tikintisi başa çatmamış mənzillərdə də qiymətin azalmasına gətirib çıxara bilər, həmin mənzillərin daha optimal qiymətə təklif edilməsinə imkan yarada bilər. Çünki əvvəlki illərdən fərqli olaraq 2025-ci ildən faktiki yerinə yetirilən iş nəzərə alınmaqla vergi hesablanacaq. Bu da inşa edilən binalrda sahibkarların vergi yükünün və xərclərinin azalmasına gətirib çıxaracaq”.       
    Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisin 27 noyabrda keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilib. Dəyişikliyə əsasən, bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşir.
    Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.
    Layihəyə əsasən, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi qaydasının tənzimlənməsi məqsədilə Vergi Məcəlləsinin 130.6-cı maddəsinə tənzimləmə əlavə edilir. Beləliklə, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılacaq:
    – tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;
    – həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə aid edilir;
    – faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.

  • İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndərib

    Azərbaycan Prezidenti İlham Əliyev finlandiyalı həmkarı Aleksandr Stubba təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan ilə Finlandiya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi və Sizinlə keçirdiyimiz görüşü xoş təəssüratlarla xatırlayıram.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.