Month: December 2024

  • Необычное самоубийство в Сабирабадском районе

    Необычное самоубийство произошло в селе Нариманкенд Сабирабадского района.

    Как сообщает lent.az, в полночь Мамедхан Гахраманлы завел двигатель своего автомобиля ВАЗ-2106, стоявшего во дворе его дома, и подсоединил шланг к глушителю автомобиля. Затем он, поместив шланг через стекло задней двери в салон, сел в машину, закрыв все двери и окна. Мужчина задохнулся дымом, заполнившим автомобиль.

    По данному факту в районной прокуратуре ведется расследование.

  • Azərbaycanda kişi özünü qeyri-adi üsulla öldürdü

    Azərbaycanda qeyri-adi intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə gecəyarısı Sabirabad rayonu Nərimankənd kəndində baş verib.

    Məmmədxan Şamo oğlu Qəhrəmanlı yaşadığı evin həyətində saxladığı, özünə məxsus olan VAZ-2106 markalı avtomobilin mühərrikini işə saldıqdan sonra avtomobilin səsboğucusuna şlanq birləşdirib. Şlanqı arxa qapının şüşəsindən içəri salıb, özü də içəridə oturaraq, bütün qapı və pəncərələri bağlayıb. O, içəri dolan tüstüdən zəhərlənərək ölüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • На Мальте прошла встреча глав МИД Азербайджана и Казахстана

    В рамках 31-го заседания Совета министров иностранных дел стран Организации по безопасности и сотрудничеству в Европе (ОБСЕ), проходящего на Мальте, состоялась двусторонняя встреча министра иностранных дел Азербайджана Джейхуна Байрамова и его казахстанского коллеги Мурата Нуртлеу.

    Об этом сообщается на официальном сайте МИД Казахстана.

    В ходе переговоров стороны обсудили актуальные вопросы двустороннего сотрудничества и взаимодействия в рамках ОБСЕ. Министры провели обмен мнениями по региональным и глобальным вопросам, стоящим на повестке дня. Были достигнуты договоренности о дальнейшем развитии сотрудничества в областях, представляющих взаимный интерес.

  • Maltada Azərbaycan və Qazaxıstan XİN rəhbərləri arasında görüş keçirilib

    Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və qazaxıstanlı həmkarı Murat Nurtleu arasında ikitərəfli görüş baş tutub.

    Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

    Məlumata görə, müzakirələr zamanı ikitərəfli əməkdaşlığın və ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə olunub. Gündəmdə olan regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı razılıqlar əldə olunub.

  • Cənubi Koreya prezidenti qiyam cəhdində şübhəli bilinir: Araşdırmalara başlanıldı

    Koreya Respublikasında Prezident Yun Sok Yolun hərbi vəziyyət tətbiq etmə qərarı ətrafında siyasi qalmaqal alovlanır. Belə ki, ölkənin polis və prokurorluğu dövlət başçısının hərbi vəziyyət tətbiq etmək qərarına görə qiyam şübhəsi ilə bağlı araşdırma aparmaq üçün iki ayrı qrup yaradıb.

    Median.Az bu barədə “Yonhap”a istinadən məlumat verir.

    Bundan əvvəl deputatlar və fəallar bu hüquq-mühafizə orqanlarına prezidenti dövlət quruluşuna qarşı cinayət törətməyə cəhddə ittiham edən ərizələrlə müraciət ediblər.

    Polis və prokurorluq bununla bağlı araşdırmaya başladıqlarını təsdiqləyiblər.

  • В Клинический медцентр в ноябре с отравлением поступили 104 человека, 5 скончались

    В ноябре в токсикологическое отделение Клинического медицинского центра (КМЦ) поступили 104 человека с отравлением, пятеро из них скончались.

    Об этом сообщили в КМЦ.

    Отмечается, что 38 пациентов отравились лекарственными средствами, 34 – уксусной кислотой, 14 – угарным газом.

    “Также в отделение поступили восемь человек с ботулизмом, три – с аллергической реакцией, четыре – с отравлением грибами, по одному – этанолом, крысиным ядом (родентицидом) и едким раствором. Всем им была оказана необходимая медицинская помощь, 99 человек в удовлетворительном состоянии были отпущены домой на амбулаторное лечение.

    Несмотря на усилия врачей, пятеро пострадавших скончались (трое мужчин и две женщины)”, – подчеркивается в сообщении.

    Случаи смерти были зарегистрированы от отравления уксусной кислотой и этанолом, а также от ботулизма.

  • Zəhərlənmə ilə KTM-ə yerləşdirilən beş nəfər dünyasını dəyişib: Noyabrın statistikası

    Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib.

    Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

    Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 14 nəfər dəm qazından zəhərlənən şəxslərdir.

    “Həmçinin, səkkiz nəfər botulizm, üç nəfər allergik reaksiya, dörd nəfər göbələkdən, bir nəfər etanoldan, bir nəfər siçan dərmanından (rodentisid), bir nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. Onların hər birinə zəruri tibbi yardım göstərilib, 99 nəfər kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

    Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (üç nəfər kişi cinsli, iki nəfər qadın cinsli) dünyasını dəyişib”, – məlumatda vurğulanıb.

    Qeyd edilir ki, ölüm halları sirkə turşusu, botulizm və etanol zəhərlənmələrindən qeydə alınıb.

  • Həyat yoldaşını öldürmək istəyən şəxslə bağlı QƏRAR

    Ali Məhkəmədə Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Xalid Hüseynovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Hüseynov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

    Qeyd edək ki, 2022-ci il sentyabrın 12-də saat 22 radələrində paytaxtın Binəqədi qəsəbəsi, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Xalid Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Xalid Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

  • Регионы vs заграница: где бакинцы предпочитают встречать Новый год? – ЦЕНЫ

    Большинство жителей столицы Азербайджана стремятся встретить Новый год за пределами Баку, чтобы сделать праздник более веселым и запоминающимся. Те, кому позволяет бюджет, отправляются в зарубежные страны, а часть выбирает поездки по регионам республики.

    Однако большинство людей предпочитает снимать жилье в районах, нежели останавливаться в отелях. Главная причина – более высокие цены на гостиничные номера. Так во сколько же обойдется аренда жилья в регионах Азербайджана в этом году? И сколько в целом стоят внутренние туры?

    Эксперт по туризму Джейхун Ашуров в комментарии Bizim.Media отметил, что количество людей, отправляющихся на отдых в регионы во время праздников, растет с каждым годом.

    “С большой долей вероятности наши граждане планируют поездки как по стране, так и за пределы Азербайджана в праздничные дни. Особенно высоким будет спрос на короткие поездки в регионы. Поэтому отели в регионах сейчас готовятся к презентациям и кампаниям в связи с этим”, – отметил он.

    По словам Джейхуна Ашурова, стоимость туров по стране начинается от 100-120 манатов и доходит до 500 манатов. “Если будут новогодние торжества, то туристические пакеты предлагаются по цене 1 000 манатов и выше. Правда, одни считают это дорогим, другим кажется приемлемым. Часть думает, что за эти деньги можно отдохнуть за границей. Это тоже верно. Но дело в том, что есть спрос и соответствующие ему покупатели”, – добавил он. В то же время, отметил специалист, организуются туры за границу в различных направлениях, есть возможность организовать зарубежные поездки за 300-400 манатов.

    Эксперт считает, что по сравнению с прошлым годом цены на отели и арендное жилье остались стабильными. “Я бы не сказал, что цены выросли. Наоборот, количество мест увеличилось. Каждый год открываются новые места, отели. Выросло число арендных домов, вилл. В домах можно остановиться с семьей по более приемлемой цене. Эта сумма может варьироваться от 50-60 манатов в день до 500 манатов”, – пояснил он.

    Джейхун Ашуров также отметил, что те, кто выбирает регионы для отдыха, в основном едут в близкие к Баку районы, в места, куда легче добраться.

  • Yeni il tətilində dincəlmək İSTƏYƏNLƏR – Bölgələrdə kirayə evlər NEÇƏYƏDİR?

    Paytaxt sakinlərinin əksəriyyəti Yeni il bayramını daha əyləncəli keçirmək üçün Bakıdan kənara can atır.

    Büdcəsi imkan verənlər xarici ölkələrə, bir qisim isə bölgələrə üz tutur.

    Amma daha çox insan rayonlara və əsasən də kirayə evlərə üstünlük verir. Bunun da başlıca səbəbi hotellərin qiymətinin daha yüksək olmasıdır.

    Bəs bu il bölgələrdə kirayə evlərin qiyməti neçəyədir? Ümumiyyətlə, daxili turlar neçəyə başa gəlir?

    Mövzu ilə bağlı Bizim.media-ya açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, hər il bayramlarda bölgələrə istirahətə gedənlərin sayı artır:

    “Böyük ehtimalla bu il də vətəndaşlarımız bayram günlərində həm ölkə daxilinə, həm də Azərbaycandan kənara səyahətlər planlaşdırırlar. Xüsusən, bu qısa müddətdə regionlara tələbat daha çox olacaq. Ona görə hazırda regionlardakı hotellər bununla bağlı təqdimatlara, kampaniyalara hazırlaşırlar. Eyni zamanda, xaricə müxtəlif istiqamətlərdə turlar təşkil olunur. 300-400 manata xarici səfər imkanları olduğunu görürük”.

    Ekspert deyir ki, ölkə daxilində isə bu səfərlər 100-120 manatdan başlayaraq 500 manat arasındadır:

    “Hətta Yeni il şənlikləri olarsa, 1 000 və ya ondan daha yuxarı qiymətə turistik paketlər təklif olunur. Düzdür, bəzi insanlar deyirlər, bu, bahadır, bəzilərinə isə uyğun görünür. Bir qisim də hesab edir ki, bu məbləğə xaricdə dincəlmək olar. Bu da doğrudur. Amma məsələ odur ki, tələbat və ona uyğun da alıcı var”.

    C.Aşurovun fikrincə, ötən illə müqayisədə hotel və kirayə evlərdə qiymətlər qalxmayıb:

    “Deməzdim ki, qiymətlər qalxıb. Əksinə, məkanlar çoxalıb. Hər il yeni məkanlar, hotellər açılır. Kirayə evlərin, villaların sayı artıb. Evlərdə daha uyğun qiymətə ailə ilə qalmaq mümkündür.

    Bu məbləğ günü, yaxud sutkası 50-60 manatdan başlayaraq, 500 manatadək dəyişə bilir”.

    Ceyhun Aşurov onu da bildirib ki, dincəlmək üçün bölgələri seçənlər, əsasən, Bakıya yaxın bölgələrimizə, yolu daha asan məkanlara üz tuturlar.