Month: December 2024

  • Ужасающий инцидент в Баку: мужчина пытался сбросить 8-летнюю дочь с 10-го этажа – ФОТО

    Ужасающий инцидент произошел в Баку.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал Report.

    По информации, 4 декабря около 13:00 Эльнур Шалыев (1991 г.р.), ранее судимый за незаконный оборот запрещенных веществ, пытался броситься вместе с дочерью (2016 г.р.) с балкона своей квартиры на 10-м этаже.

    Сотрудники полиции предотвратили суицид.

    По данному факту ведется расследование.

  • Bakıda DƏHŞƏT: Kişi 8 yaşlı qızını 10-cu mərtəbədən atmaq istədi – FOTO

    Ata özünü və azyaşlı qızını eyvandan atmağa cəhd edib.

    Bu barədə “Report”un “Telegram” kanalından məlumat yayılıb.

    Məlumata görə, dekabrın 4-ü saat 13 radələrində əvvəllər qeyri-qanuni maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunan 1991-ci il təvəllüdlü Elnur Əli oğlu Şalıyev yaşadığı evin eyvanından (10-cu mərtəbə) özünü və 2016-cı il təvəllüdlü qızını atmağa cəhd göstərib.

    Polis əməkdaşları tərəfindən bu cəhdin qarşısı alınıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Огузском районе учителя пострадали в аварии по дороге в школу

    В результате дорожно-транспортного происшествия, произошедшего на территории села Керимли Огузского района, пострадали три человека.

    Как сообщает Qafqazinfo, водитель автомобиля Hyundai, житель района Шахин Мамедов (1963 г.р.) потерял управление, в результате чего транспортное средство съехало с дороги и врезалось в дерево.

    В результате водитель, его супруга Эсмира Мамедова (1963 г.р.) и еще одна пассажирка получили травмы различной степени тяжести. Они были госпитализированы в Центральную районную больницу.

    Отмечается, что Э.Мамедова и другая женщина, пострадавшая в ДТП, работают учителями в одной из школ. Согласно предварительным данным, авария произошла, когда Ш.Мамедов отвозил свою супругу на работу.

    По данному факту проводится расследование.

  • Oğuzda dərsə gedən müəllimlər qəzaya düşüblər

    Oğuzda baş verən qəzada üç nəfər xəsarət alıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Oğuz rayon sakini, 1963-cü il təvəllüdlü Şahin Qəzənfər oğlu Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil yoldan çıxaraq ağaca dəyib.

    Nəticədə sürücü, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Esmira Fikrət qızı Məmmədova və avtomobildə olan daha bir qadın sərnişin xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Məlumata görə, qəzada xəsarət alan Esmira Məmmədova və avtomobildə olan digər qadın məktəblərin birində müəllim işləyirlər. Qəzanın Şahin Məmmədovun həyat yoldaşını məktəbə apararkən baş verdiyi bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев поздравил короля Таиланда

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо королю Таиланда Махе Вачиралонгкорну Пхра Вачираклаочаоюхуа.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше величество,

    От своего имени и от имени народа Азербайджана рад передать Вам и в Вашем лице всему Вашему народу самые искренние поздравления и наилучшие пожелания по случаю национального праздника Королевства Таиланд.

    Начало деятельности посольства Азербайджана в Бангкоке в 2024 году является наглядным примером того, что наши двусторонние отношения перешли в новую плоскость. Верю, что в интересах наших дружественных народов мы и впредь будем успешно продолжать совместные усилия, направленные на укрепление связей между Азербайджаном и Таиландом в сферах, представляющих взаимный интерес, расширение сотрудничества в двустороннем порядке и на многосторонних платформах.

    В этот радостный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, дружественному народу Королевства Таиланд – постоянного благополучия и процветания”.

  • İlham Əliyev Tailand Kralına təbrik məktubu göndərib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    2024-cü ildə Azərbaycanın Banqkokda səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Tailand arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Qıza görə düşən dava qanla nəticələndi – HÖKM

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nurlan Tapdıqovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Nurlan Tapdıqov 3 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 6 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Nar bağları” adlanan ərazidə qeydə alınıb.

    Belə ki, zərərçəkmiş Kamal Həsənov tanışı, 2001-ci il təvəllüdlü Nurlan Tapdıqovu görüşə çağırıb. Buna səbəb isə təqsirləndirilən şəxsin onun tanışı olan qıza “TikTok”da mesaj yazması olub. Görüş zamanı Kamal beysbol dəyənəyi ilə ona qəsdən bir neçə dəfə zərbə vuraraq. Sonra Nurlan hadisə yerinə gəldiyi avtomobilin salonunda saxladığı bıçaqla ona qəsdən bir neçə dəfə zərbə endirib.

    Daha sonra Nurlan Tapdıqov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

  • Azərbaycan Prezidenti: “Uşaqlar cəmiyyətin sabahıdır”

    “Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, bu Forumun ənənəvi şəkil alması Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir.

    “Builki Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər”, – deyə Azərbaycan Prezidenti müraciətində vurğulayıb.

  • Президент направил обращение участникам VI Общереспубликанского форума детей Азербайджана

    Президент Азербайджана Ильхам Алиев направил обращение участникам VI Общереспубликанского форума детей Азербайджана.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “Уважаемые участники Форума!

    Дорогие дети!

    Сердечно приветствую вас по случаю начала работы VI Общереспубликанского форума детей Азербайджана, желаю всем вам здоровья и счастья.

    Дети – завтрашний день общества. Наша главная задача – подарить им надежное будущее под ясным небом. Всесторонняя забота о детях является неотъемлемой частью государственной политики в нашей стране, и это одна из неоценимых заслуг великого лидера Гейдара Алиева. В этом направлении проделан и проводится ряд важных работ. Наши дети имеют все возможности получать качественное образование, развивать свои способности и раскрывать таланты. Одним из наглядных проявлений внимания к правам детей в Азербайджане является то, что ваш форум приобрел традиционный характер.

    Нынешний форум проводится в рамках “Года солидарности во имя зеленого мира”. Тема детей и экологии, которой он посвящен, отличается своей актуальностью и представляет особое значение с точки зрения жизни наших детей в безопасной окружающей среде. Недавно Азербайджан принял международное мероприятие грандиозного масштаба – очередную, 29-ю сессию Конференции сторон Рамочной конвенции ООН об изменении климата. На конференции широко обсуждались влияние факторов окружающей среды на здоровье детей, вопросы усиления климатической деятельности во имя детей, потому что все дети на Земле нуждаются в здоровом и чистом мире, зеленом будущем. И они заслуживают этого.

    Дорогие участники!

    Здесь вы представляете новейшее поколение, ставшее свидетелем дней, когда в летопись нашей независимости были вписаны славные страницы. В вашем лице я обращаюсь ко всем азербайджанским детям: вы счастливы, что являетесь детьми древнего и великого народа, создавшего блестящую культуру. Вы также гаранты нашего будущего. Именно вам мы доверим могучий Азербайджан. Вы очень ценны для нас.

    Верю, что всесторонний обмен мнениями, который вы проведете в рамках Форума, и принятые вами решения будут способствовать успешной реализации нашей государственной политики, связанной с детьми”, – говорится в сообщении.

  • İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

    President.az xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli Forum iştirakçıları!

    Əziz uşaqlar!

    Sizi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

    Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər. Forumunuzun ənənəvi şəkil alması da Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir.

    Builki Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər.

    Əziz iştirakçılar!

    Siz müstəqillik salnaməmizə şanlı səhifələrin yazıldığı günlərin şahidi olan ən yeni nəsli burada təmsil edirsiniz. Sizin şəxsinizdə Azərbaycan uşaqlarının hamısına üz tutub deyirəm: xoşbəxtsiniz ki, parlaq mədəniyyət yaratmış qədim və böyük bir xalqın övladlarısınız. Siz həm də gələcəyimizin təminatısınız. Qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəyik. Siz bizim üçün çox dəyərlisiniz.

    İnanıram ki, Forum çərçivəsində aparacağınız əhatəli fikir mübadiləsi və qəbul edəcəyiniz qərarlar uşaqlarla bağlı dövlət siyasətimizin bundan sonra da uğurla gerçəkləşdirilməsi işinə öz töhfəsini verəcəkdir”.