Month: December 2024

  • Azərbaycan Prezidenti: “Xalqımız ədalətsizliklə heç vaxt barışmayıb”

    “Azərbaycan xalqı ədalətsizliklə heç vaxt barışmayıb, haqq səsini dünyaya çatdırmağa çalışıb”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində ifadə edib.

    Dövlətimizin başçısı əlavə edib ki, 2020-ci ildə Azərbaycanın şanlı Qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı:

    “Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir”.

  • Gəncədə taksi sürücüləri arasında mübahisə düşüb, biri bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Natavan 2” yaşayış massivi adlanan ərazisində qeydə alınıb.

    Hadisə zamanı 1991-ci il təvəllüdlü C.Həsənov bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

    Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini C.Həsənova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Azər İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Xatırladaq ki, hər iki şəxs taksi sürücüsü olub.

  • Президент наградил группу лиц за вклад в распространение реалий о Западном Азербайджане – СПИСОК

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев подписал распоряжение о награждении группы лиц, отличившихся в сфере пропаганды реалий Западного Азербайджана.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктами 23 и 32 статьи 109 Конституции АР, постановляю:

    За плодотворную деятельность в сфере защиты прав коренного населения Западного Азербайджана, изгнанного со своих родных земель в результате проведенной Арменией политики этнической чистки, противоречащей правам и основным свободам человека, и пропаганды созданного им на этих территориях материально-культурного наследия:

    1. Наградить следующих лиц:

    орденом “Шохрат”

    Алиева Фикрета Ахмедали оглу

    “Почетным дипломом Президента Азербайджанской Республики”

    Сеидзаде Диляру Багир гызы

    Шадлинского Вагифа Билас оглу

    2. Предоставить Гасану Зал оглу Гасанову персональную пенсию Президента Азербайджанской Республики”.

  • İlham Əliyev bir qrup Qərbi azərbaycanlını təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, İnsan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

    “Şöhrət” ordeni ilə

    Əliyev Fikrət Əhmədəli oğlu

    “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

    Seyidzadə Dilarə Bağır qızı

    Şadlinski Vaqif Bilas oğlu.

    Bundan başqa, Həsən Zal oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

  • Ильхам Алиев: Армения уничтожила культурное наследие, создаваемое нашим народом

    Армения всячески пытается отрицать тот факт, что азербайджанский народ веками жил и создал богатое культурное наследие на земле своих предков. Армения уничтожила культурное наследие, на протяжении тысячелетий создаваемое нашим народом в Западном Азербайджане – исторические памятники, кладбища, мечети, исторические поселения, нанесла серьезный ущерб азербайджанскому ашугскому искусству, признанному ЮНЕСКО общечеловеческой культурной ценностью.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в обращении Президента Азербайджана Ильхама Алиева к участникам II международной конференции “Право на возвращение: обеспечение справедливости для азербайджанцев, насильственно изгнанных из Армении”.

    Глава государства отметил, что среди этих историко-культурных памятников сохранилась только Голубая мечеть – один из ярких образцов азербайджанской архитектуры и исламской культуры. “Однако Армения, намеренно изменив оригинальный историко-архитектурный стиль Голубой мечети, пытается представить ее под другим названием. Подобные деструктивные шаги, преследующие цель исказить, переписать историю и культурную панораму региона, являются не чем иным, как нетерпимостью и расизмом”, – подчеркнул Президент Азербайджана в обращении.

  • Prezident: “Ermənistan xalqımızın əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması faktını danır”

    “Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.

  • Məhkəmə liseyin həbs edilən keçmiş direktoru ilə bağlı qərarı ləğv etdi

    Ali Məhkəmədə Tovuz Peşə Liseyinin keçmiş direktoru Tanrıverdi Tanrıverdiyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

    İttihama görə, T.Tanrıverdiyev təhsil nazirinin müvafiq əmri ilə 6 iyun 2016-cı il tarixdə həmin liseydə direktor vəzifəsinə təyin olunub. O, qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus 69 418 manat pulu talayıb, tamah və şəxsi niyyətlə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Həmin hərəkətləri Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirməyib və təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub. T.Tanrıverdiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək dərs yüklərini ixtisas fənləri üzrə bölünməsinin direktor müavinin yazdığını, dərs saatlarının bölünməsi isə direktorun əmri ilə rəsmiləşdirildiyini bildirib. Pandemiya dövründə müəyyən müəllimlərin işsiz qalmaması üçün bir neçə müəllimə dərnək məşğələsi kimi 100-150 saat əlavə dərs saatının verilməsini tapşırıb.

    Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, apellyasiya protestini isə qismən təmin edib. Hökmdən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib və o, 6 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınıb.

  • ИИ поможет врачам выявлять опасные заболевания мозга

    Разработанный технологическим партнером Ростеха NtechLab алгоритм поможет врачам анализировать МРТ-снимки головы на признаки рассеянного склероза.

    Как передает Median.Az, об этом говорится в сообщении госкорпорации.

    “Решение интегрировано в онлайн-платформу для анализа медицинских изображений “Третье мнение”. С ее помощью российские врачи, загрузив исследования прямо в интернете, могут получить диагностическую поддержку искусственного интеллекта (ИИ). По итогам исследования искусственный интеллект предложит врачу гипотезы, с которыми он может согласиться или скорректировать их. Ответственность и принятие решений о диагнозе останется за медиком”, – отмечается в сообщении.

    Платформа работает в пилотном режиме с начала октября 2024 года. Также в ближайшее время в платформу планируется интегрировать решения NtechLab для диагностики новообразований и проведения рутинных измерений на основе МРТ-снимков головного мозга.

    “С помощью 12 других ИИ-сервисов, размещенных на платформе, врачи могут обнаружить возможные признаки патологий грудной клетки, позвоночника, костей, суставов, черепа, головного мозга, молочной железы и кожи на различных видах медицинских изображений, включая фотоснимки”, – добавили в Ростехе.

  • Diaqnostikada yeni era: Süni intellekt qorxulu xəstəlikləri aşkar edəcək

    Rusiyada həkimlər təhlükəli beyin xəstəliklərini aşkar etmək üçün süni intellektin dəstəyindən istifadə edəcək.

    Median.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın “Rostex” dövlət korporasiyası xəbər verib.

    Bildirilir ki, şirkətin texnoloji tərəfdaşı “NtechLab”la birlikdə hazırlanmış alqoritm həkimlərə başın MRT şəkillərini dağınıq skleroz əlamətləri üçün təhlil etməyə kömək edəcək.

    “Onun köməyi ilə həkimlər tədqiqatları birbaşa internetə yükləyərək süni intellektin diaqnostik dəstəyini ala bilərlər. Tədqiqatın nəticələrinə əsasən, süni intellekt həkimin razılaşa və ya düzəliş edə biləcəyi fərziyyələr təklif edəcək. Diaqnoz haqqında məsuliyyət və qərar qəbulu həkimdə qalacaq”, – deyə məlumatda qeyd olunur.

    Platformanın 2024-cü ilin oktyabr ayının əvvəlindən pilot rejimdə işlədiyi vurğulanıb.

    “Yaxın vaxtlarda platformaya beyinin MRT şəkilləri əsasında yeni törəmələrin diaqnostikası və adi ölçmələrin aparılması üçün “NtechLab” həllərinin inteqrasiyası planlaşdırılır. Platformada yerləşdirilmiş digər 12 süni intellekt xidmətinin köməyi ilə həkimlər döş qəfəsi, onurğa, sümüklər, oynaqlar, kəllə, beyin, süd vəzi və dərinin fotoları daxil olmaqla müxtəlif tibbi görüntülərdə mümkün patologiya əlamətlərini aşkar edə bilərlər”, – deyə elm adamları bildiriblər.

  • В Польше нашли личный штандарт Гитлера

    Национальный музей в польской Познани обнаружил в своей коллекции личный штандарт главы нацистской Германии Адольфа Гитлера.

    Об этом сообщило агентство РАР.

    Артефакт идентифицировала искусствовед Александра Парадовская. Штандарт представляет собой полотно размером метр на метр, украшенное золотой вышивкой: в центре расположена свастика, обрамленная дубовыми листьями, а в углах – изображения орлов. Польские эксперты предполагают, что это может быть единственный сохранившийся штандарт, созданный специально для Гитлера.

    “Тот факт, что это может быть единственное знамя такого рода, не вызывает у нас особой гордости, мы не планируем его демонстрировать”, – сказал представитель музея Павел Осес.

    По его словам, дальнейшие исследования находки не планируются, штандарт будет отправлен на хранение в музейный архив. Если заинтересованные лица или организации захотят увидеть знамя, мы предоставим доступ к объекту, добавил Осес.

    Парадовская наткнулась на этот артефакт в ходе поиска экспонатов для выставки “Иллюзии всемогущества”, посвященной архитектуре и быту в годы немецкой оккупации. Изначально искусствовед предполагала, что штандарт принадлежал рейхсфюреру СС Генриху Гиммлеру, который в октябре 1943 года выступал в Познани с речами, где открыто говорил об уничтожении евреев. Однако в ходе изучения материала стало ясно, что Гиммлер использовал другое знамя. Парадовская пришла к выводу, что найденный артефакт принадлежал именно Гитлеру.