Month: December 2024

  • Mingəçevirdə 46 yaşlı qadını avtomobil vuraraq öldürüb

    Mingəçevirdə 46 yaşlı qadını avtomobil vurub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, 1978-ci il təvəllüdlü İradə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Atasını döyərək öldürən oğul cinayət məsuliyyətindən azad edildi

    Şəki Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Kamal Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə K.Əhmədovun cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib. Kamal Əhmədova ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunub. Qərarın icrası Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

    Qeyd edək ki, rəsmi məlumata əsasən, bu aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

    Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

  • Кто он, новый посол Турции в Азербайджане?

    Согласно информации, распространенной в турецких СМИ, глава МИД страны Хакан Фидан объявил о назначении нового посла в Азербайджан. Сообщается, что новым главой дипломатической миссии стал Бирол Акгюн, ранее возглавлявший Турецкий фонд образования.

    Median.Az представляет краткую биографическую информацию о нем.

    Академический профессор, политический аналитик, публицист Бирол Акгюн родился 25 марта 1968 года в Манисе. В 1993 году окончил факультет политических наук (отделение государственного управления) Анкарского университета. В 1994 году в качестве стипендиата Министерства национального образования продолжил учебу в Университете Case Western Reserve США, где в 1996 году получил степень магистра, а в 2000 году – ученую степень доктора философии по политологии.

    Вернувшись на родину, работал в отделении международных отношений факультета экономики и управления Сельчукского университета, где в 2004 году получил ученое звание доцента, в 2009 – профессора.

    До последнего времени возглавлял отделение международных отношений факультета политических наук Университета имени Йылдырыма Баязита и Совет директоров фонда образования.

    Бирол Акгюн – автор ряда статей, опубликованных в ведущих научных изданиях.

    Женат, имеет двоих детей.

  • Türkiyənin Azərbaycana təyin edilən yeni səfirinin DOSYESİ

    Türkiyə mediasında yayılan məlumata görə, ölkənin XİN rəhbəri Hakan Fidan Azərbaycana yeni səfirin təyinatını açıqlayıb. Bildirilir ki, diplomatik missiyanın yeni rəhbəri əvvəllər Türkiyə Maarif Vəqfinin sədri olan Birol Akgün olub.

    Median.Az onun dosyesini təqdim edir:

    Professor Birol Akgün 1968-ci ildə Manisa vilayətinin Soma şəhərində anadan olub. O, Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1994-2000-ci illərdə Təhsil Nazirliyi adından rəsmi təqaüdlə tələbə olaraq “Case Western Reserve” Universitetində magistratura və doktoranturasını tamamlayıb. 2000-2011-ci illərdə Selcuk Universitetində, 2011-2014-cü illərdə isə Necmeddin Erbakan Universitetində işləyib. Hazırda Ankara Yıldırım Beyazıt Universiteti siyasi elmlər fakültəsi beynəlxalq münasibətlər kafedrasının müdiridir.

    Bir çox inzibati vəzifələr tutan Birol Akgünün ixtisas sahələri müqayisəli siyasət, beynəlxalq münasibətlər, xarici siyasət və beynəlxalq təşkilatlardır.

    Siyasət sosiologiyası, diaspor və miqrasiya siyasəti, inkişaf etməkdə olan ölkələr, qlobal miqrasiya axını və yüksələn güclər, beynəlxalq təşkilatlar və Türkiyə mövzularında çoxsaylı akademik nəşrləri var, “11 Sentyabr, dəyişən dünya tarazlığı və Türkiyə” adlı əsəri ilə “Milliyyet 2002 Sosial Elmlər Birincilik Mükafatı”nı qazanıb.

    Birol Akgün evlidir və iki övladı var.

    Əsərləri

    “21. Yüzyılın Eşiğinde Türk Dış Politikası” (2001), “Türkiyede Seçmen Davranışı-Partiler Sistemi ve Siyasal Güven “(2002), “Küresel Sistemde Siyaset Yönetim ve Ekonomi” (2002), “Modern Türkiyede Siyasi Düşünce: Milliyetçilik” (2002), “Terörün Görüntüleri – Görüntülerin Terörü” (2004), “Modern Türkiyede Siyasi Düşünce: İslamcılık” (2004), “11 Eylül Sonrasında Dünya”, “ABD ve Türkiye” (2006), “Cumhuriyetten İmparatorluğa – Amerikan Başkanlığı” (Şaban Tanıyıcı ile, 2008), “Uluslararası Örgütler ve Türkiye” (Şaban H.Çalış ve Önder Kutlu ile, 2006).

  • Azərbaycana qanunsuz giriş etmək istəyən 27 şəxs saxlanılıb: Onlarla kiloqram narkotik aşkarlanıb

    Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin noyabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri keçirilib.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, bu ay ərzində dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb. Onların 10-u Azərbaycan, 8-i Əlcəzair, 3-ü İran, 3-ü Mərakeş, 2-i Banqladeş və 1-i Pakistan vətəndaşı оlub.

    Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 6 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

    Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 934 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

    Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 337 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 440 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

    Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 177 kiloqram 299 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 6 018 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

    Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 738 min 172 manat оlan qaçaqmal, о cümlədən gecəgörmə cihazı, dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, “Makarov PM” silahının darağı və ona məxsus patronlar aşkar olunaraq götürülüb.

  • Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşının cəzası artırıldı

    Şəki Apellyasiya Məhkəməsində adam oğurluğu, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Pakistan vətəndaşı, 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvabın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib. Apellyasiya protesti isə qismən təmin olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli hökmü əsas cəzaya aid hissədə dəyişdirilib. Ullah Naeem Xan Navvabın 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 ilə qaldırılıb.

    Rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilib. Məlumata əsasən, araşdırmalar zamanı müəyyən olunub ki, Pakistan vətəndaşı, 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvab digərləri ilə cinayət əlaqəsinə girib qabaqcadan sövdələşməklə, həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammadı Kanada dövlətinə getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaraq Azərbaycan Respublikasına gəlməsinə nail olub, mütəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən evə aparıb, qollarını və ayaqlarını bağlayaraq orada saxlayıb və azad edilməsi müqabilində onun Pakistan İslam Respublikasında olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti tələb edib. Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törədən şəxslər Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlanılıblar, Şeraz Muhammad Afzal Muhammad isə azad edilib.

    Həbs olunan Ullah Naeem Xan Navvab və digərləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə cinayət işi başlanılıb.

  • KİV: “Türkiyə Azərbaycana yeni səfir təyin edib”

    Türkiyə Azərbaycana yeni səfiri təyin edib.

    Bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadla xəbər verib.

    Bildirilir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bəzi səfirlik və daimi nümayəndəliklər üçün yeni təyinatları elan edib.

    Bu məlumata əsasən, əvvəllər Türkiyə Maarif Vəqfinin sədri olan Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

  • DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı

    Bakı Apellyasiya Məhkəməsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    Pravda.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

    Məhkəmədə bildirilib ki, T.Adiyeva oğlu Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olaraq onun tanışı, DSMF-nin əməkdaşı Fərhad Əhmədova yalan vəd verərək ona qarşı dələduzluq ediblər. Onlar beynəlxalq bazarlarda qızıl alış-verişi və qazanc əldə etmək vədi ilə Fərhad Əhmədovdan 161 649 manat alaraq ələ keçiriblər.

    Bundan başqa, T.Adiyeva oğlu vasitəsilə tanıdığı E.Tağıyevə 12 min, T.Ağakişiyevə 6 min, T.Süleymanova 8 min, İ.Əlixanova 7 min, S.Qədirova 52 min, A.İbrahimovaya 7 min, G.Rəhimovaya 6 280, S.Zeynalzadəyə 8 500, A. Əliyevaya 10 870 manat məbləğində zərər vurmaqla dələduzluq edib.

    Onlar özlərini bəzi şəxslərə şirkət əməkdaşı kimi təqdim ediblər, beynəlxalq birjalarda neft-qaz, qiymətli metal alış-verişi ilə məşğul olduqlarını deyərək inam qazanıblar, bəzi hallarda onlara müəyyən məbləğlərdə “gəlir” ödəyərək şirnikləndiriblər.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda T.Adiyevaya 7 il həbs cəzası təyin edilib. T.Adiyevanın oğlu Kəmaləddin barəsindəki iş isə ayrıca icraata verilib.

  • В Сабунчинском районе Баку ожидаются перебои в водоснабжении

    Завтра в Сабунчинском районе Баку возникнут перебои в подаче питьевой воды.

    Как передает Report, об этом сообщили в Объединенной службе водоснабжения крупных городов при Государственном агентстве водных ресурсов Азербайджана.

    Причиной отключения воды станут ремонтные работы на трубопроводе, снабжающем часть территории района. Точные сроки и границы отключения не уточняются.

  • Bakının Sabunçu rayonunda su kəsiləcək

    Sabah Bakının Sabunçu rayonuna içməli suyun verilməsində fasilə yaranacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

    Bildirilib ki, buna səbəb rayonun ərazisinin bir hissəsini su ilə təchiz edən boruda təmir işlərinin aparılmasıdır.