Month: December 2024

  • Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır

    “Azərbaycan Dəmir Yolları “QSC (ADY) bayram günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayını artırır.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Belə ki, 31 dekabrda Qəbələdən Bakıya, 2 yanvarda isə Bakıdan Qəbələyə səfər etmək mümkün olacaq.

    “30 dekabr-5 yanvar bayram günlərində Bakı-Qəbələ-Bakı qatarları hər gün (1 yanvar istisna olmaqla) hərəkətdə olacaq”,- deyə məlumatda qeyd edilib.

  • Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur

    Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

    Hazırda yollardakı vəziyyət:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

    3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    4. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

    7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    10. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

    11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

    12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    14. Zərifə Əliyeva küçəsində;

    15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    16. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    17. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    18. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında sıxlıq müşahidə olunur.

  • Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb

    Bu il Bakıda və Abşeron yarımadasında maksimal temperatur 39 dərəcə (avqustun 5-i), bölgələr üzrə isə Hacıqabulda 43.5 dərəcə (iyulun 5-i) qeydə alınıb.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    N.Mahmudov deyib ki, cari il ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında fevralın 28-də 3.4 dərəcə şaxta qeydə alınıb.

    Xidmət rəisi əlavə edib ki, bölgələr üzrə isə Şahdağda dekabrın 14-ü 22 dərəcə şaxta müşahidə olunub.

  • Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar “Bakı metropoliteni” QSC-nin iş rejiminə və qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Bildirilib ki, 2025-ci il yanvarın 1-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 2:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

    Dekabrın 31-də və 2025-ci il yanvarın 1-də saat 7:00-dan 21:00-dək “28 May”-“Əhmədli” xəttində qatarlar 2.5 dəqiqə intervalla hərəkət edəcək.

    Yanvarın 2-dən 5-dək “28 May”-“Əhmədli” xəttində qatarlar saat 7:00-21:00 aralığında 3 dəqiqə intervalla hərəkət edəcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xətlərə buraxılacaq.

    “Bakmil” istiqamətində sərnişinlər dekabrın 31-də və 2025-ci il yanvarın 1-də şənbə günü qrafiki, yanvarın 2-dən 5-dək isə bazar günü qrafiki ilə hərəkət edə biləcəklər.

    Dekabrın 31-də gecə saatlarında sərnişin axınının çoxalacağı gözlənilən stansiyalarda, xüsusilə “Sahil”, “İçərişəhər” və “28 May” stansiyalarında tənzimləmə tədbirləri və nəzarət mexanizmləri gücləndiriləcək, təhlükəsizlik tələblərinə uyğun xüsusi giriş qaydaları tətbiq ediləcək. Sıxlığın qarşısını almaq üçün sərnişinlərdən platforma boyunca bərabər paylanmaya üstünlük verilməsi xahiş olunur.

    “Bayram günlərinin xoş ovqatda keçməsi üçün neqativ hallara yol verilməməsi vacibdir. “Bakı Metropoliteni” sərnişinlərdən metronun istifadə qaydalarına, ictimai asayişə və sanitar-gigiyenik normalara ciddi riayət etməyi xahiş edir”, – deyə məlumatda qeyd olunub.

  • Казахстан направил черные ящики разбившегося близ Актау самолета AZAL в Бразилию

    Комиссия по расследованию авиационного происшествия вылетела в Бразилию. Черные ящики будут доставлены в Центр расследования и предотвращения авиационных происшествий Бразилии (CENIPA).

    Об этом сообщили в Минтранспорта Казахстана.

    Ранее сообщалось, что в соответствии со стандартами Приложения 13 Чикагской конвенции, государство, проводящее расследование, обеспечивает считывание записей бортовых самописцев и принимает решение о выборе страны для считывания и расшифровки черных ящиков.

    Казахстан ратифицировал данную конвенцию в 1992 году и является членом Международной организации гражданской авиации (ИКАО).

    На месте катастрофы обнаружены оба черных ящика.

    Напомним, что 25 декабря пассажирский самолет AZAL, следовавший из Баку в Грозный, потерпел крушение вблизи казахстанского города Актау. На борту находились 62 пассажира и 5 членов экипажа. В результате катастрофы погибли 38 человек, выжили – 29.

  • Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib

    Aviasiya hadisəsini araşdıran komissiya Braziliyaya yola düşüb. Qara qutular Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) çatdırılacaq.

    Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

    Daha əvvəl bildirilib ki, Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına uyğun olaraq, araşdırmanı aparan dövlət uçuş məlumat qeydedicilərinin oxunmasını təmin edir və qara qutuların oxunması və deşifrə edilməsi üçün ölkə seçimi barədə qərar qəbul edir.

    Qazaxıstan bu konvensiyanı 1992-ci ildə ratifikasiya edib və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür.

    Qəza yerində hər iki qara qutu tapılıb.

    Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

  • Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı

    Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 6 nəfər xəsarət alıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aza kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “NAZ-Lifan” markalı avtomobillə “Lada” markalı avtomobil toqquşub. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

    Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

    Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.

  • Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb

    Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    Onun sözlərinə görə ki, bu il Bakıda və Abşeron yarımadasında müşahidə olunan orta illik temperatur iqlim normasından 1.8 dərəcə yuxarı olub:

    “İlin ayrı-ayrı günlərində hava şəraiti qeyri-sabit keçib, leysan xarakterli intensiv yağış yağıb, şimşək çaxıb, dolu düşüb. Düşən yağıntılar nəticəsində ölkənin çaylarında ümumilikdə 110 sel hadisəsi qeydə alınıb. İl ərzində düşən yağıntı əksər bölgələr üzrə normadan yuxarı olub və ən çox yağıntı Bakı və Abşeron yarımadasında (normanın 147 faizi), Quba-Qusar bölgəsində (normanın 136 faizi), Lənkəran-Astara zonasında (normanın 134 faizi) qeydə alınıb.”

    N.Mahmudov bildirib ki, ilin ayrı-ayrı günlərində ölkə ərazisində əsasən şimal-qərb və cənub-qərb küləkləri müşahidə olunub, küləyin maksimal sürəti Bakıda fevralın 6-da 40 m/s-dək, bölgələrdə isə iyunun 20-də Gəncədə 35 m/s-dək güclənib.

    Xidmət rəisi qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2024-cü ildə ildırım-dolu proseslərinin intensivliyi artıb. Nəticədə bu il ölkə ərazisində 167 dəfə dolu hadisəsi baş verib:

    “Ən böyük ölçülü dolu Zaqatalada mayın 18-də 25-30 mm qeydə alınıb. İl ərzində düşən qar örtüyünün maksimal hündürlüyü martın 26-da Şahdağda 54 sm olub”.

  • İmtahan qrafiki bayramdan sonra açıqlanacaq

    “Dövlət İmtahan Mərkəzi tərəfindən demək olar ki, hər il yeni növ imtahanlar təşkil olunur və bizim ümumilikdə imtahanların sayı artıq əlliyə yaxınlaşır”.

    Bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ilin yekunları ilə bağlı danışarkən deyib
    .
    O qeyd edib ki, il ərzində demək olar, hər həftə müxtəlif kontingentə aid şəxslər üçün imtahan keçirilir: “İmtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən çoxdur. Bu il həmçinin Mərkəzin elektron imtahanlar korpusu istifadəyə verildi və biz kompüterlər vasitəsilə daha çox imtahan keçirməyə müvəffəq olduq”.

    M.Abbaszadənin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən istifadə sayı da 12 milyon dəfədən çox olub: “Gələcək imtahan iştirakçılarına da yeni ildə zehin açıqlığı, uğurlar arzu edirəm. Bilirəm, hər birinizi 2025-ci ilin imtahan təqvimi maraqlandırır. Məlumat üçün bildirirəm ki, bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur”.

  • Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi – VİDEO

    Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarə barədə yeni təfərrüat məlum olub.

    Qroznıda uğursuz enişi koordinasiya edən dispetçer Əli İdrisov, AZAL-ın qəzaya uğrayan təyyarəsinə görə Qroznıda Rusiya İstintaq Komitəsinin müstəntiqləri tərəfindən dindirilib.

    Dindirilmə zamanı Əli İdrisov bildirib ki, o, təyyarənin enişi zamanı PUA hücumu və ya hava hücumundan müdafiə tədbirləri ilə bağlı məlumatlı olmayıb, “Kovyor” planı barədə isə faciə baş verəndən beş dəqiqə sonra məlumat alıb.

    AzTV-nin bununla bağlı sujetini təqdim edirik: