Month: December 2024

  • На Солнце произошли две мощнейшие вспышки

    Две вспышки высочайшего класса произошли на Солнце в понедельник.

    Как передает Median.Az, об этом сообщили ТАСС в Институте прикладной геофизики (ФГБУ “ИПГ”).

    “30 декабря в 07:14 по московскому времени (08:14 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 3936 (N10W46) зарегистрирована вспышка X1.5 продолжительностью 37 минут. В 07:32 мск (08:32 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 3932 (S18W50) зарегистрирована вспышка X1.1 продолжительностью 5 минут”, – говорится в сообщении.

    Кроме того, на Солнце произошло еще шесть вспышек класса М.

    Солнечные вспышки в зависимости от мощности рентгеновского излучения делятся на пять классов: A, B, C, M и X. Минимальный класс A0.0 соответствует мощности излучения на орбите Земли в 10 нановатт на квадратный метр. При переходе к следующей букве мощность увеличивается в 10 раз. Вспышки, как правило, сопровождаются выбросами солнечной плазмы, облака которой, достигая Земли, могут провоцировать магнитные бури.

  • Günəşdə iki güclü partlayış baş verib

    Günəşdə ən yüksək sinif partlayışlar qeydə alınıb.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

    “Dekabrın 30-da Moskva vaxtı ilə saat 7:14-də (Bakı vaxtı ilə 8:14) 3936 (N10W46) ləkə qrupunda rentgen diapazonunda 37 dəqiqə davam edən X1.5 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə 7:32-də (Bakı vaxtı ilə 8:32) 3932 (S18W50) ləkə qrupunda rentgen diapazonunda 5 dəqiqə davam edən X1.1 partlayışı qeydə alınıb”, – deyə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    Bundan əlavə, Günəşdə M sinfinə aid daha altı partlayış baş verib.

    Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yerin orbitində bir kvadratmetrə 10 nanovatt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, bir qayda olaraq, günəş plazmasının atılması ilə müşayiət olunur ki, onun buludları Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.

  • Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb

    2024-cü ildə dünya əhalisi əvvəlki illə müqayisədə təxminən 82 milyon nəfər artıb.

    Bu barədə Almaniya Dünya Əhalisi Fondu (“Deutsche Stiftung Weltbevölkerung”, DSW) məlumat yayıb.

    Təşkilatın hesablamalarına görə, 2025-ci il yanvarın 1-nə dünya əhalisi 8.156 milyard nəfər olacaq.

    Əhali artımı əsasən Afrikada müşahidə olunur. Fondun ekspertlərinin fikrincə, növbəti iki onillikdə bu qitədə yaşayan insanların sayı iki dəfədən çox arta bilər.

    BMT-nin hesablamalarına görə, 2037-ci ildə planet əhalisi ilk dəfə olaraq 9 milyard nəfəri keçə bilər.

  • Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? – VİDEO

    Qonaqlar çox, hotellər dolu…

    Xezerxeber.az xəbər verir ki, yeni ilin gəlişi ilə əlaqədar bölgədə otellərdə lazımı hazırlıq işləri aparılıb. Bu il yerli turistlərlə yanaşı xarici qonaqlar da var. 4 ulduzlu otellərdə 2 nəfər lik standart otaq qiyməti 100-140 manat, 5 ulduzlu otellərdə isə otaqların minimal qiyməti 220 manatdan başlayır. Keçən ilin müvafiq dövrü ilə müqayisıdə qiymətlər təxminən 5-10 faiz arasında artıb.

    Lənkəranda yeni illə əlaqədar istirahət mərkəzlərində bütün yerlər dolub. Yeni il gecəsi istirahət mərkəzlərində şou proqramlar təşkil ediləcək, canlı müsiqilər ifa olunacaq.

    İsmayıllı rayonunda fəliyyət göstərən otel və otel tipli kotejlərdə də bayram tətili ilə əlaqədar bütün yerlər bron edilib. Qiymətlərdə bu il bahalaşma var. Otel sahibləri deyir ki, səbəb bazarlarda qiymətlərin kəskin qalxmasıdır.

    Bayramla əlaqədar olaraq qonaqlar üçün xüsusi əyləncə proqramları da təşkil olunacaq.

  • İlin son gününün havası açıqlandı – PROQNOZ

    Azərbaycanda dekabrın 31-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.

    Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət isə 70-80% olacaq.

    Azərbaycanın rayonlarında havanın ayrı- ayrı yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

  • Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib

    Lənkəran, Kürdəmir, Yevlax, Ağdaş, Şamaxı, Ucar, Cəlilabad, Tovuz və Ağsu rayonlarında ümumilikdə 150 mənzil və fərdi ev şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

    Median.Az xəbər verir ki, bu barədə report-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə iştirak ediblər.

    Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə əlaqədar icra olunan genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatıdır. Onlara postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.

    Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il 90-a yaxın, postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7,8 min avtomobil təqdim edilib və növbədə dayanan bu kateqoriyadan olan şəxslərin avtomobillə təminatı yekunlaşıb.

  • Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb

    Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, paytaxtın Sabunçu, Nərimanov, Xətai, həmçinin Abşeron, Saatlı və Beyləqan rayonlarında keçirilən tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

    Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

  • Litva prezidenti İlham Əliyevə zəng etdi

    Litva Respublikasının Prezidenti Gitanas Nauseda dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Litva Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb, xalqımızla həmrəyliyini bildirib.

    Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.

    Dövlət başçıları Cənubi Qafqaz regionunda sülhün və sabitliyin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

    Telefon söhbəti zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib, bu xüsusda Azərbaycan ilə Litva arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri vurğulanıb.

  • Sumqayıtda dəniz kənarından körpə meyiti tapıldı

    Sumqayıtda dəniz kənarından körpə meyiti tapılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, meyit Xəzər dənizinin Corat qəsəbəsi hissəsində aşkarlanıb.

    Meyitin 5-6 aylıq oğlan uşağına aid olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü

    Bakıda avtomobil kişini vurub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.

    Minik avtomobili 54 yaşlı Ədalət Kərəm oğlu Həsənovu vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.