Month: December 2024

  • İsrail aviaşirkəti mart ayına qədər Moskvaya uçuşları dayandırıb

    İsrailin “El Al” aviaşirkəti Təl-Əvivdən Moskvaya uçuşları 2025-ci ilin mart ayının sonuna qədər dayandırıb.

    Bu barədə “RIA Novosti” agentliyinə aviaşirkətin nümayəndəsi bildirib.

    Aviaşirkət bu addımı Rusiyanın hava məkanının təhlükəli olması ilə əlaqələndirib.

    Xatırladaq ki, Qroznıya yollanan Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yağınlığında qəzaya uğramasından sonra “El Al” aviaşirkəti Moskvaya uçuşları bir həftəlik dayandırmışdı.

  • Rusiya xüsusi təyyarəsi ABŞ-a niyə uçub? – Zaxarova açıqladı

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova izah edib ki, “Rusiya” xüsusi uçuş dəstəsinin təyyarəsi diplomatik missiya əməkdaşlarının rotasiyasını həyata keçirmək üçün ABŞ-a uçub. 

    Qaynarinfo xəbər verir ki, “FlightRadar24” xidmətinin məlumatına görə, sonuncu belə uçuş dekabrın 28-də baş tutub.

    “FlightRadar24” saytındakı məlumatdan belə çıxır ki, dekabrın 25-də İl-96 təyyarəsi Moskvadan Sankt-Peterburqa qalxıb, dekabrın 26-da oradan Nyu-Yorka, daha sonra Vaşinqtona gedib. Dekabrın 28-də layner Nyu-Yorka və elə həmin gün Moskvaya qayıdıb.

    “Diplomatların növbəti rotasiyası həyata keçirilib”, deyə Zaxarova “RİA Novosti”yə şərhində bildirib.

    Oktyabrda Rusiyanın ABŞ-dakı səfiri, 2017-ci ildən bu vəzifədə olan Anatoli Antonov Vaşinqtonda fəaliyyətini başa çatdırıb. “Kommersant” öyrənib ki, səfir postuna ən çox ehtimal olunan namizəd Aleksandr Darçiyevdir. Əvvəllər o, Rusiyanın Kanadadakı səfiri olub və Şimali Amerika departamentinə rəhbərlik edib

  • “BakuBus” Naxçıvana sərnişin daşıyacaq

    “BakuBus” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı-Naxçıvan istiqamətində avtobusla sərnişin daşınmasına dair elan etdiyi müsabiqədə qalib gəlib.
     
    Median.Az bu barədə AYNA-ya istinadən xəbər verir.

    Məlumata görə, yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər “Neoplan” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.

    Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 manatdır və “biletim.az” portalı üzərindən onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə olunur.

    Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. Bu il Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.

    “Şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması daim diqqətdə saxlanılır. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır”, – deyə AYNA bəyan edib.

  • İstanbuldan Bakıya gələn sərnişindən külli miqdarda narkotik götürülüb

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildiriib ki, dekabrın 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı, Ağdaş rayon sakini, 1986-cı il təvəllüdlü Fərdi Rövşən oğlu Ramazanov gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.

    Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı, Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov müəyyən edilərək saxlanılıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • “Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

    Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, bayram günlərində İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsi fəaliyyət göstərəcək. Xidmət Qaradağ, Xəzər və Sabunçu xidmət sahələrində təşkil olunacaq. Departamentin inzibati binasında isə (Nizami rayonu, Babək pr. 21/24) bu proses daim diqqətdə saxlanılmaqla yarana biləcək problemlər dərhal aradan qaldırılacaq.

    BRQSD-nın inzibati binasında 30.12.2024 – 03.01.2025, həmçinin 05.01.2025-ci il tarixlərində saat 10:00-dan 16:00-dək, Sabunçu və Xəzər Xidmət sahələrində 30.12.2024 – 04.01.2025-ci il tarixlərində saat 10:00-dan 15:00-dək, Qaradağ Xidmət sahəsində isə 30.12.2024 – 05.01.2025-ci il tarixlərində saatı 10:00-dan 15:00-dək abonentlərə xidmət göstəriləcək.

    Bölgələrdə də eynilə növbəlilik tətbiq etməklə “Azəriqaz”ın müvafiq sayda əməkdaşları iş başında olacaq.

    “Abonentlər qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlarını göndərə bilərlər”, – deyə məlumatda qeyd olunub.

  • Azneft-Bilgəh-hava limanı marşrutu üzrə 185 məlumat lövhəsi quraşdırılıb

    Azneft-Bilgəh-hava limanı marşrutu üzrə 125 məntəqədə 185 yeni məlumat lövhəsi quraşdırılıb.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    “Yollarda təhlükəsizliyi və məlumatlılığı artırmaq üçün istiqamətlərin ilkin göstəricisi olan yol nişanları quraşdırılır. Bu, sürücülərin öncədən qərar verməsinə kömək edir və nəticədə qəfil manevrların qarşısı alınmaqla yol hərəkəti təhlükəsizliyi artırılır, səyahət məsafələri və müddəti azalır. Bununla yanaşı, bu lövhələr sürücülər üçün daha rahat və stressiz səyahət imkanı yaradır”, – deyə məlumatda qeyd olunub.

  • У летевшего из Баку в Актау самолета возникла проблема

    В редакцию tengrinews.kz поступила информация, что с одним из самолетов в аэропорту казахстанского Актау возникла проблема.

    Произошедшее прокомментировали в пресс-службе Министерства транспорта Казахстана, передает Median.Az.

    Оказалось, что проблема возникла с самолетом, летевшим в Актау из Баку. Пассажиров на борту не было.

    “Посадка была в штатном режиме, после посадки у воздушного судна возникла проблема с носовой стойкой (маршрут Баку – Актау)”, – сообщили в ведомстве.

    Аэродромные и наземные службы отбуксировали воздушное судно с взлетно-посадочной полосы.

    Аэропорт открыт, работает в штатном режиме, добавили в министерстве.

    По сведениям tengrinews.kz, речь о частном джете Gulfstream.

    В пресс-службе Комитета гражданской авиации дополнили, что инцидент произошел в 09:04.

    “Произвело посадку воздушное судно G450 авиакомпании ASG Business Aviation LLC. Посадка прошла в штатном режиме. При развороте на площадке разворота на ИВПП 11/29 экипаж испытывал проблемы с управлением носовой стойки шасси. Был вызван аэродромный буксировочный тягач. Судно отбуксировано на место стоянки”, – отметили в комитете.

    Напомним, утром 25 декабря пассажирский самолет типа Embraer 190 ЗАО Azerbaijan Airlines (AZAL), выполнявший рейс Баку – Грозный №J2-8243, потерпел крушение вблизи казахстанского города Актау. На борту находились 67 человек, включая 5 членов экипажа (37 граждан Азербайджана, 16 – России, шесть – Казахстана и три – Кыргызстана).

    По последним данным, в катастрофе погибли 38 человек, выжили – 29. В числе погибших – три члена экипажа, включая обоих пилотов.

  • Bakıdan Aktauya uçan təyyarədə problem yarandı

    Bakıdan Qazaxıstanın Aktau şəhərində uçuş həyata keçirən təyyarədə problem yaşanıb.

    Məlumatı Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti də təsdiq edib.

    “Eniş ştat rejimində həyata keçirilib, enişdən sonra təyyarənin burun mexanizmində problem yaranıb. Təyyarədə sərnişin olmayıb” – deyə məlumatda qeyd olunur.

    Qazaxıstanın Tengrinews.kz portalı isə məlumat verir ki, söhbət şəxsi “GulfStream” təyyarəsindən gedir.

    Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

    Qeyd edək ki, qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub.

  • Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə atəşfəşanlıq olacaq

    Sabah Bakıda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək.

    Şəhər sakinləri və qonaqlar atəşfəşanlığı seyr etmək üçün dekabr 31-i saat 00:00-da Dənizkənarı Milli Parka, Saat qülləsinin ətrafına gələ bilərlər.

  • Тело Рены Езнаевой, погибшей в авиакатастрофе, передано семье

    Тело последнего пассажира из Балакенского района, погибшего в авиакатастрофе в городе Актау, Казахстан, передано семье.

    Как сообщает Report, тело Рены Аббас гызы Езнаевой (1969 г.р.), жительницы села Ени Шериф Балакенского района, было доставлено в район и передано семье сегодня утром.

    Она будет похоронена на кладбище села Ени Шериф.

    Отметим, что среди пассажиров самолета, потерпевшего крушение в Актау, было 15 жителей Балакенского района, 9 из которых погибли.