Month: December 2024

  • Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb

    2023-cü ildə 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri 632 milyard dollara çatıb ki, bu da real ifadədə 2022-ci illə müqayisədə 4,2% artım deməkdir.

    Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) qlobal silah ticarəti ilə bağlı son hesabatında məlumat verib.

    Ekspertlər qeyd ediblər ki, silah satışından əldə edilən gəlirlərin artımı bütün regionlarda, xüsusən də Rusiya və Yaxın Şərqdə nəzərə çarpır.

    “Kiçik istehsalçılar Qəzza və Ukraynadakı münaqişələr, Şərqi Asiyada artan gərginlik və geniş yayılmış hərbi yenidən silahlanma proqramlarından irəli gələn yeni tələbatdan faydalanıblar. Top 100 şirkət artan tələbata cavab olaraq 2023-cü ildə istehsalını artırıb və gəlirlər 2022-ci ildə azaldıqdan sonra yenidən yüksəlib. Firmaların təxminən dörddə üçü illik gəlirlərini artırıb. 2023-cü ildə silah satışından əldə edilən gəlirdə nəzərəçarpacaq artım olub və bu, 2024-cü ildə də davam edəcək”, – hesabatda deyilir.

    Üç Türkiyə şirkəti, əsasən, Ukraynadakı münaqişə və hökumətin silah istehsalında özünü təmin etmək üçün davam edən səylər nəticəsində gəlirlərini 24% artaraq 6 milyard dollara çatdırıb.

    Beləliklə, Baykar İHA şirkətinin məhsullarının satışı 2023-cü ildə hərbi satış gəlirlərinin təxminən 90%-ni təşkil edib ki, bu da 25% artaraq 1,9 milyard dollara çatıb.

  • Количество циклонов в Атлантике существенно превысило прогнозы

    Фактическое количество штормов в 2024 году в Атлантике существенно превысило их прогнозируемое число.

    Как передает Median.Az, об этом рассказал ТАСС научный руководитель Гидрометцентра России Роман Вильфанд.

    “В Атлантике в 2024 году количество циклонов было существенно больше, чем это бывает по норме, по климатическим характеристикам. ВМО (Всемирная метеорологическая организация) выпустила информацию о том, что в 2024 году зафиксировано 18 штормов, вместо 14, это заметное превышение, на четверть. 11 из них были ураганами со скоростью ветра 33 м/с и более, а 5 усилились до очень сильных ураганов со скоростью ветра 50 м/с и более”, – сообщил он.

    Метеоролог пояснил, что предполагалось, что в этом сезоне сформируется 14 штормов, 7 ураганов и 3 очень сильных урагана. Фактически зарегистрировано 18 штормов, 11 ураганов и 5 очень сильных ураганов. ВМО, по словам Вильфанда, подсчитала, что это уже девятый сезон подряд, когда количество ураганов превосходит их климатические показатели.

    “Исследователи связывают повышенное количество ураганов и штормов с очень высокой температурой в Атлантике. Количество тропических циклонов, ураганов, очень сильных ураганов увеличивается с каждым десятилетием”, – добавил он.

  • Atlantik okeanda siklonların sayı proqnozları xeyli üstələyib

    2024-cü ildə Atlantika okeanda fırtınaların faktiki sayı proqnozlaşdırılan rəqəmi xeyli üstələyib.

    Bu barədə “TASS”a Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

    Onun sözlərinə görə, 2024-cü ildə 14 qasırğanın baş verəcəyi proqnozlaşdırılsa da, 18 qasırğa baş verdiyi qeydə alınıb. Onlardan 11-də küləyin sürəti 33 m/s, 5-də isə küləyin sürəti 50 m/s və daha çox olub.

    Meteoroloq izah edib ki, bu mövsümdə 14 tufan, 7 qasırğa və 3 çox güclü qasırğa gözlənilsə də, faktiki olaraq 18 tufan, 11 qasırğa və 5 çox şiddətli qasırğa qeydə alınıb. Bu, ardıcıl doqquzuncu mövsümdür ki, qasırğaların sayı onların iqlim göstəricilərini üstələyib.

    O qeyd edib ki, tədqiqatçılar qasırğa və tufanların sayının artmasını Atlantik okeanında mövcud olan çox yüksək temperaturla əlaqələndiriblər: “Tropik siklonların, qasırğaların və çox güclü tufanların sayı hər on ildən bir artır”.

  • В жилом массиве Биня Атчылыг временно ограничат подачу электроэнергии

    С 3 по 5 декабря в жилом массиве Биня Атчылыг Хазарского района Баку будет временно ограничена подачи электроэнергии.

    Как сообщает Median.Az со ссылкой на ОАО “Азеришыг”, ограничение будет действовать с 9:00 до 15:00 в названные дни.

    В ведомстве отметили, что отключение связано с работами по обновлению электрических проводов в поселке Биня.

  • Binə Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

    Dekabrın 3-5-də saat 9:00-dan saat 15:00-a qədər Bakının Xəzər rayonundakı Binə Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Median.Az bu barədə “Azərişıq” ASC-yə istinadən xəbər verir.

    Məlumata görə, məhdudiyyət Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılması ilə bağlıdır.

  • Bloqer Nail Kəmərlinin evindən oğurluq edildi – VİDEO

    Bloqer Nail Kəmərli (Nail Babayev) evindən oğurluq etmək istəyən şəxsin görüntülərini yayıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, Kəmərli qeyd edib ki, naməlum şəxs binaya daxil olaraq qonşulardan birinin çöldə olan ayaqqabısını oğurlayıb. Daha sonra onu öz ayaqqabısı ilə dəyişərək bloqerin evinə yaxınlaşıb.

    Sözügedən şəxsin siması da videoda görüntülənib.

    Bloqer bu barədə paylaşım edərək vətəndaşları diqqətli olmağa çağırıb:

    “Qapılarınızı açıq qoymayın, evlərinizin önünə kameralar yerləşdirin, tanımadığınız şəxslərə qapını açmayın”.

    Daxili İşlər Nazirliyi (DİN) Nail Kəmərlinin evindən oğurluq etmək istəyən şəxslə bağlı açıqlama verib.

    DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, görüntülər yenidən izlənilib və bununla bağlı araşdırmalara başlanılıb:

    “Məlumat üçün bildirək ki, məsələ ilə bağlı artıq polis əməkdaşları araşdırmalara başlayıblar. Kamera görüntüləri təkrar izlənilib. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”.

  • Azərbaycanda gəlin toy gecəsi ata evinə qaytarıldı – Bəy CƏZALANDIRILDI

    Oğuz rayonunda toy gecəsi gəlinlə bəyin arasında yaşanmış hadisələrə görə cinayət işi açılıb.

    Publika.az-ın əldə etdiyi məlumata görə, Şəki rayon sakini Vahidə Məmmədova (ad və soyadlar şərtidir) Oğuz rayon sakini Səxavət Yusifov barəsində məhkəməyə xüsusi ittiham qaydasında müraciət edib.

    O, nişanlısı olmuş Səxavətin Cinayət Məcəlləsinin 147.1-ci, yəni böhtan maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

    İş icraata qəbul edilib və araşdırma aparılıb. Şikayətçi qız bildirib ki, el adəti ilə Səxavətlə nişanlanıb, Şəkidə qız toyu, Oğuzda oğlan toyu keçirilib. Bu ilin 28 aprel tarixində keçirilən oğlan toyundan sonra Səxavət və qohumları Vahidəni Oğuzda yaşadıqları evə gətiriblər. Lakin gecə saatlarında Səxavət və ögey anası qızın bakirə olmadığını bildiriblər və onun atası evinə qayıtmasını tələb ediblər.

    Tərəflər arasında ekspertiza keçirilməsi ilə bağlı, həmçinin barışıq əldə edilməsinə dair təkliflər baş tutmayıb.

    Nəticədə tərəflər arasındakı ailə-qohumluq əlaqələri pozulub. Vahidə barəsində digər şəxslər arasında da söz-söhbətin yayılmasından sonra qız qarşı tərəfi məhkəməyə verib.

    Oğuz Rayon Məhkəməsində keçirilən prosesdə Səxavət Yusifov bildirib ki, o, Vahidə barəsində heç bir söz danışmayıb. Təqsirləndirilən şəxs ögey anasının bakirəliklə bağlı digər şəxslərin yanında danışdığını bildirib.

    Vahidə Məmmədova isə baş verənlərin onda psixoloji zədə yaratdığını, bakirəliklə bağlı deyilənlərin böhtan olduğunu deyib.

    Məhkəmə baş verənlərə görə Səxavəti günahkar hesab edib və onun Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən cəzalandırılmasına qərar verilib. Hökmə əsasən Səxavət Yusifov qazancınınn 20 faizinin tutulması ilə 1 il islah işləri cəzasına məhkum edilib.

  • Bakıda hərbçi qəfil vəfat etdi

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon Şöbəsinin baş zabiti mayor Namiq Orucov qəfil vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hərbçi şənbə günü ürəktutmadan dünyasını dəyişib.

    Bildirilib ki, həmin gün N.Orucov şəhidlərlə bağlı tədbirdə iştirak edib. Bir neçə saat sonra o, ürəktutmadan vəfat edib.

  • Bu “iPhone”larda “Whatsapp” öz fəaliyyətini dayandıracaq

    WhatsApp dəstəyi sona çatacaq iPhone modellərinə yeni cihazlar da əlavə edilib.

    Bəzi iOS istifadəçiləri WhatsApp-a daxil olduqda dəstəyin dayandırılacağına dair mesaj aldıqlarını bildiriblər.

    Uzun illər həm Android, həm də iOS cihazlarını dəstəkləyən WhatsApp, 2025-ci ilə qədər bir çox telefon dəstəyini dayandıracaq.

    Siyahı yalnız ötən həftələrdə açıqlansa da, maraqlısı odur ki, bəzi istifadəçilər artıq WhatsApp-dan xəbərdarlıq mesajları almağa başladıqlarını bildirdilər.

    Müvafiq olaraq, iOS 15.1-dən əvvəl iOS versiyalarından istifadə edənlər, tətbiqə daxil olmaq istəsələr belə, gələn ildən etibarən WhatsApp-ı işlədə bilməyəcəklər.

    WhatsApp hazırda iOS 12 və sonrakı versiyaları dəstəkləyir. Bununla belə, tətbiqin gələn il işləməsi üçün ən azı iOS 15.1 olmalıdır.

    WhatsApp tərəfindən göndərilən xəbərdarlıq mesajında bu modellərə dəstəyin 5 may 2025-ci il tarixində dayandırılacağı bildirilib. Bu dəyişiklik əsasən köhnə iOS versiyaları olan iPhone 5s, iPhone 6 və iPhone 6 Plus istifadəçilərinə təsir edəcək.
    //azxeber.com

  • Bakıda daha bir söküntü başladı: Kvadratı 2200-dən – Sakinlər narazıdır

    Bakının Yasamal rayonu Abdulla Şaiq küçəsində söküntü işləri aparılır.

    Median milli.Az-a istinadən xəbər verir ki, artıq ərazidə yerləşən həyət evlərinin bir çoxu sökülüb. Onların yerində hündür mərtəbəli binanın tikilməsi nəzərdə tutulur.

    Sakinlərin sözlərinə görə, sökülən evlərin hər kvadrat metri üçün 2200-2500 manat təklif olunub. Razılıq əldə olunan sakinlərin evləri artıq sökülüb.

    Bəzi sakinlər isə bu təklifdən narazı qaldıqlarına görə imtina ediblər. Hazırda şirkət və sakinlər arasında danışıqlar aparılır.

    Narazı sakinlər aparılan söküntünün onların evlərinə də zərər vurduğundan da şikayətçidirlər.