Month: December 2024

  • Тренер погибшего в авиакатастрофе футболиста: Это большое горе для нас

    Магомедали Еганов, погибший в авиакатастрофе в Казахстане, был очень воспитанным, культурным мальчиком, он заслужил уважение тренеров и товарищей по команде.

    Об этом Report заявил Васиф Рзаев, главный тренер футбольного клуба “Гянджлик”, в котором 13-летний Еганов тренировался с 2023 года.

    Он сказал, что в команде были шокированы известием о случившемся.

    “Как только узнали об авиакатастрофе, мы связались с его отцом и выразили соболезнования. Магомедали направлялся в Грозный, чтобы встретить там Новый год. Его отец сейчас находится в Актау, куда отправился, чтобы забрать тело сына. Это большое горе для нас”, – отметил тренер.

    Васиф Рзаев сказал, что Магомедали присоединился к тренировкам в прошлом году.

    “Он участвовал во многих контрольных матчах в составе нашей команды. На тренировках вел себя очень дисциплинированно. Был очень воспитанным, культурным мальчиком, заслужил уважение тренеров и товарищей по команде. У него был талант, мы делились видеозаписями с тренировок с его участием. Я слышал, что он получал высокие оценки в школе. Мы очень опечалены тем, что потеряли его в этой авиакатастрофе. Это большое горе для нас”, – рассказал он.

    Напомним, 25 декабря самолет Embraer авиакомпании Azerbaijan Airlines (AZAL), следовавший из Баку в Грозный, упал недалеко от казахстанского города Актау.

  • Təyyarə qəzasında ölən futbolçunun baş məşqçisi: “Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi”

    “Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi”.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında vəfat edən “Gənclik” futbol klubunun üzvü Məhəmmədəli Eqanovun baş məşqçisi Vasif Rzayev deyib.

    O, tələbəsinin qəza xəbərini oxuyanda şoka düşdüyünü bildirib:

    “Qəza xəbərini oxuyandan sonra atası ilə əlaqə saxladıq və başsağlığı verdik. Məhəmmədəli yeni ili Qroznı şəhərində qarşılamaq üçün yollanıbmış. Atası hazırda Aktau şəhərindədir və oğlunun nəşini gətirmək üçün ora gedib. Bizim üçün ağır dərddir. Təyyarə qəzasında dünyasını dəyişən insanlara Allahdan rəhmət diləyirəm. Yaralılara şəfalar diləyirəm”.

    Baş məşqçi Məhəmmədəlinin ötən ildən məşqlərə qoşulduğunu söyləyib:

    “2023-cü ildən bizim məşqlərə qatılırdı. Komandamızın heyətində bir çox yoxlama görüşlərində iştirak edib. Məşqlərdə özünü çox intizamlı aparırdı. Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi. Məşqçi-müəllimlərin və komanda yoldaşlarının rəğbətini qazanmışdı. İstedadı var idi, məşqlərdən olan video görüntülərini paylaşmışdıq. Orta məktəbdə dərslərindən yüksək qiymətlər aldığını eşitmişdim. Onu belə bir qəzada itirdiyimiz üçün çox üzgünük”.

    Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

  • Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq

    “Rusiya və Azərbaycanın Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcək”.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini, qəzanı araşdıran xüsusi komissiyanın rəhbəri Kanat Bozumbayev Aktauda keçirdiyi brifinqdə bildirib.

    “Qadağaya gəlincə, söhbət məhkəmə-tibbi ekspertizadan gedir. Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına araşdırmanın bu mərhələsində iştirak etməyə icazə verilməyəcək, lakin qəzanın birbaşa araşdırılmasında iştirak edəcəklər.

    Bu gündən Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları bizim əməliyyat-istintaq qrupunun üzvü deyil və istintaq hərəkətləri həyata keçirmir. Bütün bunları Qazaxıstanın istintaq-əməliyyat qrupu – polis və prokurorluq həyata keçirir” , – Bozumbayev bildirib.

  • Türkiyə Bosfor boğazında tranziti bərpa edib

    Türkiyə Rusiyaya gedən “Cordelia Moon” tankerində yaranmış nasazlıq səbəbindən dayandırılmış gəmilərin Bosfor boğazı ilə hərəkətini bərpa edib.

    “Report” xəbər verir ki, bu barədə Avropa KİV məlumat yayıb.

    Daha əvvəl Panama bayrağı altında üzən gəminin mühərrikində problemlər yarandığına görə boğazın tranzit üçün bağlandığı bildirilmişdi.

    Türkiyə Nəqliyyat Nazirliyindən vurğulanıb ki, hadisə yerinə yedək gəmilər göndərilib və problem yaranmış gəminin təhlükəsizliyi təmin edilib.

  • Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş

    Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Aktauda qəzaya uğramış AZAL-a məxsus təyyarənin naməlum sərnişini ilə bağlı təfərrüatları paylaşıb.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, Mangistau vilayətində keçirdiyi brifinqdə Bozumbayev hazırda Aktau xəstəxanasında 6 yaralının olduğunu bildirib.

    “Onlardan 3-ü Qırğızıstan, 3-ü isə Azərbaycan vətəndaşıdır. Bu gün daha əvvəl şəxsiyyəti müəyyən edilə bilməyən qadının şəxsiyyəti müəyyən edilib. Onun 20 yaşı var. Ümid edək ki, tezliklə sağalacaq”, – o söyləyib.

  • İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)

    “Məzuniyyətdən işə geri çağrılan işçi buna razılıq verməyə borclu deyil”.
     
    Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov işçilərin məzuniyyətdən yarımçıq geri çağrılmasının hüquqi tərəflərini izah edərkən deyib. 

    Vəkil vurğulayıb ki, işçinin razılığı olmadan əməkdaş geri çağırıla bilməz:

    “Hətta qanunvericiliyə əsasən işçi istəsə razılıq verməyə də bilər. Bu onun haqqıdır. Buna görə ona heç bir cəza tədbiri tətbiq oluna bilməz”.

    Əkrəm Həsənov qeyd edib ki, Əmək Məcəlləsinin 137-ci maddəsinə görə, yəni müstəsna hallarda yalnız əmək məzuniyyətindən geri çağırıla bilər:

    “İstehsalatda baş vermiş qəzanın nəticəsini aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda işçi geri çağırıla bilər”.

  • Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi

    Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarədə sağ qalan sərnişinlər Bakıya gətiriləndən sonra xəstəxanaya yerləşdiriliblər.

    Median.Az Baku.tv-yə istinadən xəbər verir ki, yaralılar “Yeni Klinika”ya yerləşdiriliblər.

    Daha ətraflı sujetdə:

  • Ramiz Tatarov azadlığa BURAXILDI

    Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarov cəzasının çox hissəsini çəkməsi ilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxılıb.

    Median.Az APA-ya istinadən məlumat verir ki, Nizami Rayon Məhkəməsi belə qərar qəbul edib.

    Hakim məhkumun 6 illik azadlıqdan məhrum etmə cəzasının çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini, dövlətə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq müraciəti təmin edib.

    Qərara əsasən, Ramiz Tatarov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Onun məhkumluğu gələn ilin dekabrında başa çatacaq.

    Qeyd edək ki, R.Tatarov və mərhum sabiq icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatların birincisində – 2019-cu ilin dekabrında həbs edilib.

    Vəzifə cinayətlərində təqsirli bilinən N.Quliyevin cinayət işinə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib. R.Tatarova isə yekun qərarla 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.

  • Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub

    Azərbaycan vətəndaşı Vüsal Şahmalı oğlu Məmmədovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib.

    Bu barədə Azərbaycan Baş Prokurorluğundan məlumat verilib.

    Bundan başqa, “Ekstradisiya haqqında” Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Elşən Ələddin oğlu Yusifovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

    V.Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə qəsdən adam öldürmə, E.Yusifovun isə xuliqanlıq və qanunsuz olaraq odlu silah saxlama cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

    Gürcüstan ərazisində saxlanılan E.Yusifov və Vüsal Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

  • AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb

    Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə iki göyərtə registratoru (qara qutu) aşkar ediblər.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev brifinqdə məlumat verib.

    “Hadisə yerinə baxış zamanı iki registrator aşkar edilib .Onlar aviasiya qəzasının təhqiqat şöbəsinə təhvil veriləcək, daha sonra onlara tam baxış keçiriləcək”, – deyə Ordabayev bildirib.