Month: December 2024

  • Транзит судов через Босфор приостановлен

    Транзит судов через пролив Босфор временно перекрыт в обе стороны в связи с неполадками у танкера, следовавшего в Россию.

    Об этом сообщает РИА Новости со ссылкой на Министерство транспорта Турции.

    По данным ведомства, технические неполадки возникли у 274-метрового танкера Cordelia Moon под флагом Панамы. Он следовал из турецкого порта Ялова в Новороссийск.

    Подробности произошедшего и сроки возобновления транзита не уточняются.

  • Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı

    Bosfor boğazından gəmilərin hər iki istiqamətdə keçidi müvəqqəti olaraq bağlanıb.

    Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat verib.

    Bildirilir ki, Panama bayrağı altında üzən 274 metrlik “Cordelia Moon” tankerində texniki nasazlıq yaranıb. Gəmi Türkiyənin Yalova limanından Novorossiyskə (Rusiya) hərəkət edirdi.

    Hadisənin təfərrüatı və tranzitin bərpa olunacağı vaxt açıqlanmayıb.

  • Мировые лидеры выражают соболезнования Президенту Ильхаму Алиеву (ОБНОВЛЯЕТСЯ)

    Президент Объединенных Арабских Эмиратов (ОАЭ) Шейх Мухаммед бен Зайед аль-Нахайян направил Президенту Азербайджанской Республики Ильхаму Алиеву письмо с соболезнованиями в связи с многочисленными жертвами в результате крушения самолета Azerbaijan Airlines в казахстанском городе Актау.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент.

    С глубокой скорбью и печалью восприняли известие о многочисленных человеческих жертвах и ранении людей в результате крушения пассажирского самолета “Азербайджанских авиалиний” в Республике Казахстан.

    С глубокой скорбью выражаем соболезнования в связи с этой тяжелой утратой, желаем скорейшего выздоровления раненым”.

    В письме вице-президента, премьер-министра ОАЭ и эмира Дубая Шейха Мухаммеда бен Рашида аль-Мактума говорится:

    “Уважаемый господин Президент.

    С глубокой скорбью и печалью восприняли известие о многочисленных человеческих жертвах и ранении людей в результате крушения пассажирского самолета “Азербайджанских авиалиний” на территории Казахстана.

    С глубокой скорбью выражаем соболезнования в связи с этой тяжелой утратой, желаем скорейшего выздоровления раненым”.

    АЗЕРТАДЖ публикует также письмо президента Мальдивской Республики Мохамеда Муиззу:

    “Ваше превосходительство.

    Глубоко опечален и потрясен известием о трагической авиакатастрофе близ казахстанского города Актау, приведшей к гибели и ранению большого количества людей.

    Выражаю глубокие соболезнования Вашему превосходительству, Правительству и народу Азербайджана, в том числе семьям погибших в результате этого происшествия, желаю выздоровления пострадавшим. В столь скорбный день наши молитвы особенно с выжившими, столкнувшимися с последствиями трагедии”.

    * * * * *

    Генеральный секретарь Организации тюркских государств Кубанычбек Омуралиев направил Президенту Азербайджанской Республики Ильхаму Алиеву письмо с соболезнованиями в связи с многочисленными жертвами в результате крушения самолета Azerbaijan Airlines в казахстанском городе Актау.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше превосходительство.

    Глубоко опечален известием о крушении вблизи казахстанского города Актау самолета “Азербайджанских авиалиний”, выполнявшего рейс по маршруту Баку – Грозный. Этот инцидент, в результате которого погибло большое количество людей, является большой утратой для Азербайджана.

    Выражаю глубокие соболезнования Вашему превосходительству и азербайджанскому народу, семьям и близким погибших, желаю скорейшего выздоровления раненым.

    Эта трагедия глубоко потрясла весь тюркский мир и напомнила о важности единства и поддержки в минуты скорби. Мы солидарны с азербайджанским народом и разделяем Вашу скорбь в связи с этим печальным происшествием”.

    В письме генерального секретаря Шанхайской организации сотрудничества Чжана Мина говорится:

    “Ваше превосходительство,

    Я был потрясен известием о том, что пассажирский самолет компании “Азербайджанские авиалинии” разбился на территории Казахстана, что привело к серьезным жертвам среди пассажиров и членов экипажа.

    Выражаю глубокие соболезнования семьям погибших и искренние пожелания скорейшего выздоровления всем пострадавшим”.

    * * * * *

    Член Президиума Боснии и Герцеговины Денис Бечирович направил Президенту Азербайджанской Республики Ильхаму Алиеву письмо с соболезнованиями в связи с многочисленными жертвами в результате крушения самолета Azerbaijan Airlines в казахстанском городе Актау.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент.

    Глубоко опечален известием об авиакатастрофе близ казахстанского города Актау, в которой погибло много людей.

    От имени граждан Боснии и Герцеговины и от себя лично выражаю глубокие соболезнования Вам, семьям погибших, народу Азербайджана, желаю скорейшего выздоровления пострадавшим”.

    Президент Республики Сербской Боснии и Герцеговины Милорад Додик также направил письмо с соболезнованиями:

    “Уважаемый Президент Азербайджанской Республики, дорогой друг.

    Позвольте выразить глубокую печаль и скорбь в связи с крушением самолета Azerbaijan Airlines на территории Казахстана.

    Смерть человека – это всегда тяжелейшая утрата. Выражаем глубокие соболезнования семьям, потерявшим родных, желаем скорейшего выздоровления пострадавшим.

    Уважаемый Президент, еще раз выражая глубокую симпатию Вашему народу, желаю Вам терпения в эти трудные моменты”.

    Кроме того свои соболезнования выразил премьер-министр Исламской Республики Пакистан Мухаммад Шахбаз Шариф.

    Ваше превосходительство, мой дорогой Брат.

    “От имени народа и Правительства Пакистана, от себя лично выражаю глубокие соболезнования Вам, нашим азербайджанским братьям и сестрам в связи с трагической катастрофой пассажирского самолета Azerbaijan Airlines 25 декабря близ казахстанского города Актау.

    Народ Пакистана с чувством глубокой скорби воспринял известие об этом печальном событии, в результате которого погибли люди. В это печальное время выражаем солидарность с Вашим превосходительством и народом Азербайджана.

    Наши мысли и молитвы с семьями погибших, желаем скорейшего выздоровления пострадавшим. Верю, что стойкость и единство храброго народа Азербайджана помогут преодолеть этот трудный период.

    Ваше превосходительство, прошу принять мое высочайшее почтение”.

  • Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər (YENİLƏNİR)

    Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

    Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram”.

    * * * * *

    Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim.

    Bu faciə ilə əlaqədar kədərinizi bölüşərək, qardaş Azərbaycan xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, sağ qalan insanlara görə Uca Allaha şükür edir, yaralıların tezliklə sağalmalarını diləyirəm.

    Allah Sizi və xalqınızı qorusun”.

    * * * * *

    Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərini dərin hüzn və kədərlə qarşıladıq.

    Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik”.

    Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan da dövlətimizin başçısına başsağlığı verib.

    Məktubda deyilir:

    “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

    Bu faciəvi hadisə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını diləyirik”.

    Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.

    Məktubda deyilir:

    “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbərini dərin kədər hissi ilə qarşıladıq.

    Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq”.

    Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu insan tələfatına və yaralanmasına səbəb olan faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi və sarsıtdı.

    Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına, o cümlədən bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Belə bir kədərli gündə dualarımızın xüsusilə də faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu bildirirəm”.

    * * * * *

    Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Çoxlu sayda insanın həyatına son qoymuş bu hadisə Azərbaycan üçün böyük itkidir.

    Zati-alinizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzu edirəm.

    Bu faciə Türk dünyasında hər kəsi dərindən təsirləndirdi, kədərli anlarda birliyin və dəstəyin önəmini xatırlatdı. Bu hüznlü hadisə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik və kədərinizi bölüşürük”.

    Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min də dövlətimizin başçısına başsağlığı verib.

    Məktubda deyilir:

    “Azərbaycan Hava Yolları”nın təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin həlak olması xəbərindən sarsıldım.

    Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram”.

    * * * * *

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu sayda insanın həlak olduğu təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi.

    Bosniya və Herseqovina vətəndaşları adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

    Bundan başqa, Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik də dövlətimizin başçısına başsağlığı verib.

    Məktubda deyilir:

    “Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz dost.

    İcazə verin, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar dərin kədərimi və hüznümü ifadə edim.

    İnsan ölümü hər zaman çox ağır itkidir. Əzizlərini itirən ailələrə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmalarını diləyirik.

    Möhtərəm Prezident, xalqınıza dərin rəğbətimi bir daha ifadə edərək, bu çətin anlarda Sizə səbir arzulayıram”.

    Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması ilə əlaqədar Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə, azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verirəm.

    Pakistan xalqı insanların həyatını itirməsi ilə nəticələnən bu hüznlü hadisə barədə xəbəri dərin kədər hissi ilə qarşıladı. Biz bu kədərli vaxtda Zati-aliniz və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.

    Düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin yanındadır, yaralananların tezliklə sağalmalarını diləyirik. İnanıram ki, cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcəkdir.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb

    NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

    Bu barədə o, “X” platformasındakı paylaşımda bildirib.

    “Fikirlərimiz və dualarımız Azərbaycan Hava Yolları J28243 təyyarəsinin qurbanları və onların ailələri ilədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayır və hərtərəfli araşdırmaya çağırırıq”, – paylaşımda qeyd edilib.

    Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

    Qəzanın səbəbləri araşdırılır.

  • Daha 2 “tiktok”er həbs edildi

    Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Vüqar Zeynalzadə (Vaqa) və Nuh Məmmədov da həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəllər inzibati qaydada həbs edilmiş tiktokerlər bu dəfə cinayət məsuliyyətində cəlb ediliblər.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Vaqa” və Nuh barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır. Ötən gün aparıcı Azər Zahid barəsində də cinayət ittihamı ilə həbs qərarı verilib.

  • Meyxanaçı Balaəli məhkəməyə verildi

    Tanınmış meyxanaçı Balaəli Rzayevin sürücülük hüququ məhdudlaşdırıla bilər.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, meyxanaçı barədə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

    Bu maddəyə görə, Balaəli yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməyib.

    İşə Sabunçu rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, protokol təsdiq edilərsə, meyxanaçının sürücülük hüququ 6 aydan 1 ilə qədər məhdudlaşdırılacaq.

  • Pezeşkian İlham Əliyevə başsağlığı verdi

    İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

    “Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    İran Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların ailə üzvlərinə başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib.

    Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq bildirib

  • Əməkdar artist Almaz Mustafayevanın anım günüdür

    Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı Əməkdar artist Almaz Mustafayevanın anım günüdür.
     
    Əməkadar artist 26 dekabr 2020-ci ildə dünyasını dəyişib.
     
    Almaz Mustafayeva 01 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. Azərfilm kinostudiyasının nəzdində 3 illik «kinoaktyorluq» kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır.

    O, 1997-ci ildə «Qızıl Dərviş» mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülüb. 2014-cü ildə Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.

    O səhnədə canlandırdığı bir çox rolları ilə tamaşaçıların sevgisini qazanıb. Sadıx – «Mənim nəğməkar bibim», Ə.Əylisli, Qaraca qız – «Qaraca qız», S.S. Axundov, A.Şaiq, Bahar – «Ana laylası», İ.Coşğun, Ramo – «Əlvida Hindistan», Q.Rəsulov, Əhməd – «Tamahkar», S.S.Axundov, Aycan, Sevinc gülü – «Aycan», X.Əlibəyli, Gəlincik – «Gəlincik», A.Şaiq, Qadın – «Ah, qadınlar, qadınlar», M.Haqverdiyev, I Xanım – «Yatmış gözəl» B.Marvin və başqa qəhrəmanları xüsusən də balacalar tərəfindən böyük maraqla qarşılanıb.
    //azxeber

  • Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq – SABAHIN HAVASI

    Dekabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2°-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaq.