Month: December 2024

  • Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb

    Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalı da daxil olmaqla keçirdiyi antiterror əməliyyatı nəticəsində son bir həftədə 62, ilin əvvəlindən isə 3 min 21 terrorçu öldürülüb.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.

    Məlumata görə, 2024-cü il başlayandan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan 13 min 830 nəfər saxlanılıb. Son bir həftədə ölkə ərazisinə qanunsuz yolla sızmaq istəyən 85 nəfər tutulub, onlardan səkkizi PKK terror qruplaşmasının üzvüdür.

    “Suriyalıların təhlükəsiz şəkildə qayıdışı istiqamətində fəaliyyətimiz davam edəcək”, – nazirlikdən qeyd olunub.

    Qurumun açıqlamasında vurğulanıb ki, PKK/YPG-PYD terror qruplaşması “yaxşı vəziyyətdə” olduqlarına dair yalan məlumatlar yayır: “PKK/YPG terror qruplaşması ya silahları təhvil verəcək, ya da məhv olacaq”.

  • “Aqrarkredit” Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb

    Ana Vətən Partiyasının (AVP) sədri, sabiq deputat Fəzail Ağamalı, övladları – deputat Günay Ağamalı, Elçin Ağamalı, Yalçın Ağamalı və nəvələri Samirə Ağamalı, Kamran Ağamalı, Orxan Ağamalıya qarşı kommersiya iddiası üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Məlumata görə, iddiaçı tərəf – “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ərizəsini geri götürüb. Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərar çıxarıb.

    “Aqrarkredit” QSC-nin iddia ərizəsində Fəzail Ağamalı və övladları ilə yanaşı, “Agricola” şirkəti və İmanova Suğra Sevindik qızı cavabdeh qismində tanınıblar.

    Götürülmüş kreditin hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunduğu bildirilib.

  • На работу аэропортов Москвы и Калуги ввели временные ограничения

    Временные ограничения введены на работу столичных аэропортов Шереметьево, Домодедово, Внуково и Жуковский, а также аэропорта Калуги.

    Об этом сообщили в пресс-службе Росавиации.

    “Для обеспечения безопасности полетов гражданских воздушных судов (ВС) временные ограничения введены на работу аэропортов Шереметьево, Домодедово, Внуково, Жуковский и Калуга. Воздушные гавани временно не принимают и не отправляют авиарейсы”, – говорится в сообщении.

    Экипажи воздушных судов, авиадиспетчеры и службы аэропортов принимают все необходимые меры для обеспечения безопасности полетов.

  • Moskvanın hava limanları bağlandı

    Moskva şəhərinin Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

    Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat verib.

    Məlumata görə, məhdudiyyətlər PUA hücumu təhlükəsi səbəbindən tətbiq edilib. Qeyd olunur ki, hazırda Moskvanın yuxarıda adı qeyd olunan hava limanlarında təyyarələrin uçuşu və qəbuluna icazə verilmir.

  • Председатель КНР Си Цзиньпин выразил соболезнования в связи с крушением самолета AZAL

    Председатель Китайской Народной Республики (КНР) Си Цзиньпин выразил соболезнования в связи с крушением самолета ЗАО Azerbaijan Airlines (AZAL) близ Актау (Казахстан).

    Как передает Median.Az со ссылкой на Xinhua, председатель Китая направил соответствующие соболезнования президентам Азербайджана Ильхаму Алиеву, России Владимиру Путину и Казахстана Касым-Жомарту Токаеву. Си Цзиньпин отметил, что был шокирован, когда услышал эту печальную новость.

    От имени правительства и народа Китая председатель КНР с глубокой скорбью почтил память погибших в авиакатастрофе. Он также выразил искренние соболезнования семьям погибших и пожелал скорейшего выздоровления пострадавшим.

  • Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

    Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstanda “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

    Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

    Bildirilir ki, Çin sədri Azərbaycan Prezidenti İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş verən insan ölümləri ilə bağlı başsağlığı mesajları göndərib.

    O, xəbəri eşidəndə şok olduğunu bildirib.

    Si həmçinin Çin hökuməti və xalqı adından qəzada həlak olanların xatirəsini dərin hüznlə yad edib.

    Mesajlarda o, həmçinin həlak olanların ailələrinə səmimi başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

  • Завтра в Сумгайыте 105 000 абонентов останутся без газа

    Завтра в городе Сумгайыт будет приостановлено газоснабжение для 105 000 абонентов.

    Об этом сообщили в Сумгайытском газоэксплуатационном управлении производственного объединения “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    Согласно информации, в связи с подключением газовых линий к новому коллектору на магистральном газопроводе Şəhər-4 с 09:00 27 декабря и до завершения работ планируется приостановка газоснабжения.

    На указанный период будет прекращено газоснабжение 105 000 бытовых и небытовых абонентов города Сумгайыт.

  • Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq

    Sabah Sumqayıt şəhərində 105 000 abonentin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar İdarəsindən məlumat verilib.

    Məlumata görə, Sumqayıt şəhərinin qaz təchizatının gücləndirilməsi məqsədilə Sumqayıt qazpaylayıcı stansiyasından (QPS) qidalanan “Şəhər-4” daşıyıcı qaz kəmərində “Azəriqaz”ın təmir planına əsasən icra olunmuş qaz xətlərinin yeni quraşdırılmış kollektora qoşulması ilə əlaqədar dekabrın 27-də saat 09:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

    Qaz təchizatının dayandırılması müddətində Sumqayıt şəhəri üzrə 105 000 əhali və qeyri əhali abonentlərinin qaz təchizatında fasilə yaranacaq.

  • Kişi ona çay süzməyən arvadını döydü

    Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Qabil Həsrətovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    İttihama görə, hadisə 23 oktyabr 2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsində qeydə alınıb.

    Belə ki, Qabil Həsrətov evdə arvadı, zərərçəkmiş Səbinə Həsrətova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının ərinə çay süzməməsi olub. Bu zaman Qabil sağ əli ilə iki dəfə Səbinənin sol gözünün alt nahiyəsinə qəsdən yumruq zərbəsi vuraraq, ona sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirib.

  • Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

    “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb”.

    Bu barədə Caliber.Az redaksiyası etibarlı hökumət mənbələrindən məlumat əldə edib.

    Bildirilir ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.

    “Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların, həmçinin dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib.

    Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır.

    Məlum olduğu kimi, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib.

    HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.

    Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır”, – deyə nəşrdə vurğulanıb.

    Bildirilir ki, Rusiya KİV-lərində yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məqsədyönlü dezinformasiyadır.

    “Təyyarənin salonundan olan videogörüntülər iki sərnişinin qəlpələrdən yaralandığını göstərir. Bütün şahid ifadələri, o cümlədən təyyarə xaricində eşidilən partlayışlarla bağlı ifadələr HHM-in işinə dəlalət edir.

    Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə aydındır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və bütün günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparmasını gözləyir”.