Month: December 2024

  • AZAL təyyarə qəzası ilə bağlı brifinq keçirib – VİDEO

    Bu gün səhər saatlarında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.

    Hadisə ilə əlaqədar AZAL mətbuat nümayəndələri üçün brifinq keçirib:

  • Шестеро погибших в авиакатастрофе уроженцы Загатальского района

    Сегодня утром пассажирский самолет ЗАО Azerbaijan Airlines (AZAL), следовавший из Баку в Грозный, потерпел крушение при аварийной посадке в аэропорту Актау (Казахстан).

    Как сообщает lent.az, среди пассажиров рейса были 8 жителей села Даначи Загатальского района. Шестеро из них погибли, двое получили ранения.

    Список погибших:

    Джараев Ариф

    Джараев Махир

    Джараев Гаджи

    Джееров Хизри

    Джеерова Г.

    Сираджова Муслумат.

    Пострадавшие:

    Сираджов Нурулла

    Джалилов Низами.

    Согласно информации, на борту воздушного судна находились 67 человек. Согласно последним данным, 32 человека выжили после авиакатастрофы.

  • Qəzaya uğrayan təyyarədə həlak olanlardan altısı Zaqataladandır

    AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində Zaqataladan səkkiz nəfər olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, onlardan altısı həlak olub, ikisi yaralanıb.

    Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.

    Həlak olanlar:

    Carayev Arif

    Carayev Mahir

    Carayev Hacı

    Ceerov Xizri

    Ceerova G.

    Siracova Müslümət

    Yaralılar:

    Siracov Nurulla

    Cəlilov Nizami

    Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərkən qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.

  • Kriştianu Ronaldunun komandası “Fənərbağça”nın futbolçusu üçün 35 milyon avro təklif edib

    Kriştianu Ronaldunun çıxış etdiyi “Ən-Nəsr” klubu “Fənərbağça”nın futbolçusu Youssef Ən-Nəsiri üçün 35 milyon avroluq təklif göndərib.

    “Fənərbağça” forması ilə 24 oyunda meydana çıxan Ən-Nəsiri ümumilikdə 10 qol, üç məhsuldar ötürmə edib.

    Futbolçunun satışında söz sahibi isə “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo olacaq.

    Qeyd edək ki, “Fənərbağça” klubu Youssef Ən-Nəsirini bu mövsüm “Sevilya” klubundan 19.5 milyon avro qarşılığında transfer edib.

  • Эрдоган выразил соболезнования Азербайджану

    Президент Турции Реджеп Тайип Эрдоган с большой печалью воспринял информацию о крушении самолета AZAL на территории Казахстана.

    Об этом он сообщил во время своего выступления.

    “От имени нашего народа выражаю соболезнования обеим братским странам”, – отметил он.

  • Ərdoğan Azərbaycana başsağlığı verdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana aid təyyarənin qəza xəbərini böyük üzüntü ilə öyrəndiklərini bildirib.

    Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.

    “Hər iki qardaş ölkəyə millətimiz adına başsağlığı və keçmiş olsun diləklərimi ifadə edirəm”, – o qeyd edib.

  • Bakı və Sumqayıtda vətəndaşlara qarşı 41 min manatdan çox dələduzluq edilib

    Bakı və Sumqayıtda vətəndaşlara qarşı 41 min manatdan çox dələduzluq edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, polis əməkdaşları Bakı şəhər sakini olan bir nəfərin 24 min manatını, digər şəxsin isə 12 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı A.Qasımov, 48 yaşlı R.Əliyev və 50 yaşlı E.Vəliyevi müəyyən edərək saxlayıblar.

    Sumqayıt şəhərində isə bir nəfərin 5 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı N.Abdullayeva və 26 yaşlı S.Abdullayev saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Rəşad İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 10 sentyabr 2023-ci il tarixdə, saat 21 radələrində paytaxtın Səbail rayonu, Salyan şosesi, dalan 3 ünvanında qeydə alınıb.

    Belə ki, 2005-ci il təvəllüdlü Rəşad İsmayılov qonşusu, zərərçəkmiş Fərid Mehman oğlu Abıyevi onun anası ilə birgə yaşadığı evin həyətinə bir neçə dəfə səbəbsiz baxmasına aydınlıq gətirmək qərarına gəlib. O, Fəridi həyətə çağırıb, bununla bağlı irad bildirib. Sonra onların arasında mübahisə yaranıb. Bu zaman Rəşad cib bıçağı ilə zərərçəkmiş şəxsə zərbələr vuraraq, ona xəsarət yetirib.

    Bundan başqa, təqsirləndirilən şəxs 27 dekabr 2023-ci il tarixdə, saat 23:30 radələrində həmin ərazidə Fəridin dayısı, zərərçəkmiş Rahim Salamovla rastlaşarkən, yuxarıda qeyd edilən zəmində ailələr arasında yaranmış ədavətlə bağlı onunla mübahisə edib. Daha sonra Rəşad yerdən götürdüyü daş parçası ilə Rahimin baş nahiyələrinə zərbələr vuraraq, ona qəsdən sağlamlığa yüngül zərər yetirib.

    Hadisədən sonra Rəşad İsmayılov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

  • Şəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu

    Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah-sursat saxlayan, əvvəllər də məhkum olunmuş 35 yaşlı Rafiq Əhmədov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, ondan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanıb. R.Əhmədov odlu silahı rayon ərazisindən tapdığını və polisə təhvil verməyərək müxtəlif yerlərdə gizlətdiyini bildirib. Araşdırmalarla həmin şəxsin sosial şəbəkə hesablarında cinayətkarlığı təbliğ edən videogörüntülər paylaşdığı da müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, R.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Qar uçqunu daha bir idmançının ölümünə səbəb olub

    İsveçrəli snoubordçu Sofi Hediger qar uçqununda həlak olub.

    Məlumatı İsveçrə Xizək Federasiyasının mətbuat xidməti yayıb.

    Faciəli hadisə dekabrın 23-də İsveçrənin Aroza şəhərində qeydə alınıb.

    Xatırladaq ki, 26 yaşlı idmançı 2008-ci il Pekin Olimpiadasında iştirak edib və 2023-cü il Qış Universiadasında snoubordun kross növündə qızıl medal qazanıb.

    Qeyd edək ki, daha öncə Türkiyənin Ərzurum şəhərində də qar uçqunu 16 yaşlı cüdoçunun ölümünə səbəb olmuşdu.