Month: December 2024

  • Azərbaycanda matəm elan olundu

    Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

    Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

  • İlham Əliyev: “Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır”

    “Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirədə deyib.

    Dövlətimizin başçısı, həmçinin bildirib:

    “Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır”.

  • Реджеп Тайип Эрдоган позвонил Ильхаму Алиеву в связи с авиакатастрофой

    25 декабря президент Турецкой Республики Реджеп Тайип Эрдоган позвонил Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Об этом сообщает пресс-служба главы азербайджанского государства.

    Реджеп Тайип Эрдоган выразил соболезнования Президенту Азербайджана и семьям погибших в связи с авиакатастрофой, пожелал скорейшего выздоровления пострадавшим.

    Ильхам Алиев выразил благодарность за проявленное внимание и соболезнования.

  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Rəcəb Tayyib Ərdoğan baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidentinə, həlak olanların ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

    Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

  • Казахстанского блогера задержали после съемки места крушения самолета AZAL – ФОТО

    Полиция Казахстана арестовала блогера Азамата Сарсенбаева, который снимал место крушения самолета AZAL близ Актау.

    Как передает Median.Az со ссылкой на nur.kz, об этом сообщает Департамент полиции (ДП) Мангистауской области.

    Блогер на своей странице в Facebook рассказал о своем задержании.

    “Меня задержали. Еду в Управление полиции города Актау. Скорее всего, за съемку места крушения самолета. На данный момент все мировые СМИ используют мои фотографии”, – говорится в публикации Сарсенбаева.

    В ДП Мангистауской области прокомментировали задержание блогера.

    “Полицией задержан гражданин С.А. за нарушение общественного порядка. Он осуществлял запуск дрона на месте происшествия, создавая препятствия для работы спасательных служб и следственных действий, а также не подчинился законным требованиям сотрудников полиции. В настоящий момент правонарушитель доставлен в управление полиции, где в его отношении будут приняты меры в соответствии с действующим законодательством”, – отметили в ведомстве.

  • AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanıldı – FOTO

    Qazaxıstan polisi Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə çəkiliş aparan bloqer Azamat Sarsenbayevi həbs edib.

    Median.Az-ın Nur.kz nəşrinə istinadən xəbərinə görə, bu barədə Manqistau vilayətinin polis idarəsindən məlumat verilib.

    Azamat Sarsenbayev özü də “Facebook” səhifəsində həbsindən danışıb.

    “Məni saxladılar. Aktaunun polis idarəsinə gedirəm. Çox güman ki, təyyarənin qəzaya uğradığı yerdə çəkilişlərə görə. Hazırda bütün dünya KİV-i mənim fotolarımdan istifadə edir”, – deyə o, paylaşımda bildirib.

    Manqistau polis idarəsi bloqerin saxlanması ilə bağlı açıqlama verib.

    “Vətəndaş S.A. polis tərəfindən ictimai asayişi pozduğuna görə saxlanılıb. O, hadisə yerində drondan istifadə edib ki, bununla da xilasetmə xidmətlərinin işinə və istintaq tədbirlərinə maneə törədib, o cümlədən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Hazırda qanun pozucusu polis idarəsinə aparılıb və orada barəsində mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək”, – deyə qurumdan bildirilib.

  • Азербайджанские чиновники прибыли на место авиакатастрофы в Актау

    Азербайджанские чиновники находятся в Казахстане, где потерпел крушение пассажирский самолет ЗАО Azerbaijan Airlines (AZAL), выполнявший рейс Баку – Грозный.

    Как сообщает Report, это – министр цифрового развития и транспорта Рашад Набиев, а также министр по чрезвычайным ситуациям Кямаледдин Гейдаров.

    По поручению Президента Азербайджана Ильхама Алиева они проводят расследование авиакатастрофы совместно с местными официальными лицами в Актау.

    Министры посетили место крушения воздушного судна.

  • Azərbaycan rəsmiləri Qazaxıstanda təyyarə qəzasının baş verdiyi əraziyə gediblər

    Azərbaycanın hökumət rəsmiləri “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstandadırlar.

    “Report” xəbər verir ki, bunlar rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

    Onlar Prezident İlham Əliyevin tapşırığı əsasında Aktauda yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar.

    Rəsmilər, həmçinin, qəza yerinə də baş çəkiblər.

  • Казахстанцы несут цветы к посольству Азербайджанской Республики

    Казахстанцы несут цветы к посольству Азербайджана в Астане.

    Жители казахстанской столицы чтят память погибших в авиакатастрофе и выражают свои соболезнования.

    Отметим, что в среду, 25 декабря, самолет авиакомпании Azerbaijan Airlines, выполнявший рейс Баку – Грозный, потерпел крушение вблизи Актау.

  • Astana sakinləri Azərbaycan səfirliyinə gül dəstələri gətirirlər

    Astana sakinləri Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarının (AZAL) “Embraer 190” təyyarəsinin qəzası zamanı həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycan səfirliyinin qarşısına gül dəstələri gətirirlər.

    Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

    Bildirilir ki, Qazaxıstan paytaxtının sakinləri həlak olanların yaxınlarına dəstəklərini də ifadə ediblər.

    Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan və Qazaxıstan vətəndaşı olan bir qrup şəxs Mangistau vilayətində yerləşən regional xəstəxanaya axın edərək yaralılara yardım məqsədilə qanvermə aksiyası keçiriblər.