Month: December 2024

  • Bakıda 37 yaşlı kişi özünü asdı

    Bakıda intihar hadisəsi baş verib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

    37 yaşlı Mayıl Məmmədəli oğlu Xudaverdiyev yaşadığı evdə özünü asıb. Məlumata görə, mərhum ailəli olub.

    Onun hansı səbəbdən özünü öldürməsi isə məlum deyil.

  • В Азербайджане почти половина купленной гражданином рыбы оказалась льдом – ВИДЕО

    Житель Хачмазского района приобрел замороженную скумбрию в одном из местных магазинов, однако после разморозки вес продукта сократился на 30-40%.

    Как сообщает гражданин, на многих торговых точках существенная часть общего веса этого морепродукта приходится на лед. В частности, при покупке 5 кг рыбы потери достигают 1.6-1.7 кг. По словам мужчины, он сталкивается с подобными случаями на протяжении последнего месяца.

    В связи с этим в Агентстве продовольственной безопасности Азербайджана (АПБА) заявили, что данный вопрос взят под контроль, информация проверяется.

    Подробнее – в репортаже AРА TV:

  • Vətəndaş balıq aldı, yarısı buz çıxdı – İDDİA (VİDEO)

    Xaçmaz sakini rayonda fəaliyyət göstərən marketlərin birindən dondurulmuş skumbriya balığı alır.

    Lakin evdə balığın buzu açıldıqda, məhsulun çəkisi 30-40%-ə qədər azalıb.

    Vətəndaş bildirib ki, buzun çəkisində artım var. Məsələn, 5 kiloqram balıq alanda 1 600-1 700 qram itki olur. Son 1 ayda belə hallarla tez-tez rastlaşır. Dondurulmuş balıqların üzərindəki buz qatı həddindən artıq qalın olur.

    Digər marketlərdə də vəziyyət eyni olub.

    Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, fakt nəzarətə götürülüb, araşdırılır.

    Ətraflı Apa TV-nin süjetində:

  • Təyyarə qəzasından sağ çıxanlara qan vermək istəyən azərbaycanlılar xəstəxanalara axın edirlər – VİDEO

    Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərə yardım məqsədilə qanvermə aksiyası keçirilir.

    Azərbaycan və Qazaxıstan vətəndaşı olan bir qrup şəxs Mangistau vilayətində yerləşən regional xəstəxanaya axın edərək yaralılara yardım məqsədilə qanvermə aksiyası keçiriblər.


    Həmin görüntüləri təqdim edirik:
    //oxu.az

  • Стала известна еще одна возможная причина крушения самолета AZAL

    На борту самолета “Азербайджанских авиалиний”, упавшего в аэропорту Актау в Казахстане, мог взорваться баллон.

    Об этом сообщает Управление здравоохранения области.

    Отмечается, что в 09:58 по бакинскому времени в скорую помощь поступил вызов первой категории срочности.

    “На борту самолета взорвался балон”, – говорится в информации.

    До этого сообщалось, что самолет “Азербайджанских авиалиний” Embraer 190, совершавший рейс из Баку в Грозный, мог упасть из-за столкновения с птицами.

  • Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində sağ qalan sərnişin baş verənlər DANIŞDI

    Qazaxıstanda Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “Embraer 190” təyyarəsində sağ qalan sərnişinlər faciənin dəhşətli təfərrüatını bölüşüblər. Onların sözlərinə görə, göyərtədə partlayış olub.

    Bu barədə Gazeta.ru xəbər yayıb.

    Şahidlərdən birinin sözlərinə görə, mühərrikə quş düşüb, bundan sonra göyərtədə oksigen balonunun partlaması baş verib. Bunun nəticəsində insanlar huşlarını itiriblər.

    Yeri gəlmişkən, Manqistau vilayətinin səhiyyə departamenti də təyyarənin göyərtəsində balonun partladığını bəyan edib. Təfərrüat açıqlanmayıb.

    Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Təyyarədə 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub.

  • Aktauda qəzaya uğrayan Bakı-Qroznı təyyarəsinin sərnişinlərinin SİYAHISI

    Aktauda qəzaya uğrayan Bakı-Qroznı reysinin sərnişinlərinin siyahısı açıqlanıb.

    Media.Az AZAL-a istinadən həmin siyahını təqdim edir:

    1. Ağayev Ramin

    2. Əhmədov Rəşad

    3. Əlimirzəyeva Xədicə

    4. Əlimirzoyev Əli

    5. Əliyev Zamin İdris

    6. Anqbazova Maleyka

    7. Arsbayeva Ceyran

    8. Arsbayeva Madina

    9. Asanov Rinat

    10. Atsayeva Zaira

    11. Babayev Anar

    12. Bayramova Leyla

    13. Bayramzadə Ayhan

    14. Bislieva Cəmilə

    15. Devrişov Samir

    16. Devrişov Tofik

    17. Cünüşaliyev Erlan

    18. Ediev Uvais

    19. Eqanov Məhəmmədəli

    20. Evstiqneeva Kristin

    21. Filiyev Ramazan

    22. Qədirov Heydər

    23. Qistarov İbrahim

    24. Qistarov Rəşid

    25. Qoqamova Möminat

    26. Qurbaxov Həmzət

    27. İandarov Arbi

    28. İbrahimov Ramin

    29. İgidova Nərminə

    30. İsmayılov İsmayıl

    31. İsmayılov Həbib

    32. Cəfərov Toğrul

    33. Cəlilov Nizami

    34. Carayev Arif

    35. Carayev Hacibrahim

    36. Carayev Mahir

    37. Ceerov Xızrı

    38. Ceerova Salihət

    39. Cüməqulov Bauyrcan

    40. Cütayeva Salima

    41. Xalayeva Hafisət

    42. Kostiyev İbrahimxan

    43. Maxsudova Qalina

    44. Məmedov Zaur

    45. Mehdiev Yadigar

    46. Mustafayev Faiq

    47. Omarova Leyla

    48. Osmonov Tilek

    49. Papaxov Mahəmməd

    50. Rəximov Subxonkul

    51. Sadıqov Qoşqar

    52. Səidullayev Zinatul

    53. Şabanova Vafa

    54. Şaimərdanova Qauk

    55. Siracov Nurullah

    56. Siracova Müslimat

    57. Tuleşsinov Sandibek

    58. Tutunçiyev Mahmud

    59. Ubaev Arbi

    60. Yeznayeva Rana

    61. Cəməlullail Medin

    62. Cumaqat Eldar

  • İlham Əliyev təyyarə qəzasının səbəblərinin araşdırılması üçün komissiya yaratdı – SİYAHI

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiya yaradılıb.

    Bununla bağlı Median.Az AZƏRTAC-a istinadən xəbər yayıb.

    Komissiyanın tərkibini təqdim edirik:

    Sədr – Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri

    Üzvlər:

    Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

    Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

    Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

    Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

    Kamran Əliyev – Azərbaycan Respublikasının baş prokuroru

    Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

    Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

    Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

    Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

    Arif Məmmədov – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.

  • Президент Ильхам Алиев возвращается в Азербайджан в связи с крушением самолета AZAL

    Президенту Ильхаму Алиеву, направлявшемуся в Российскую Федерацию для участия в неформальном саммите глав государств СНГ, который должен был состояться сегодня в Санкт-Петербурге, во время нахождения в воздушном пространстве России было доложено об авиакатастрофе, и глава государства немедленно дал указание вернуться.

    Как сообщает АЗЕРТАДЖ, находясь на борту самолета, глава государства дал необходимые поручения соответствующим государственным органам для расследования причин аварии и принятия неотложных мер.

    Вопросы, связанные с произошедшей авиакатастрофой, находятся под контролем главы государства.

  • Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

    Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

    Bu barədə Prezientin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunur ki, təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verib.

    Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır.

    Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan, AZAL-a məxsus təyyarə qəzaya uğrayıb.