Month: December 2024

  • Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində olan Azərbaycan vətəndaşlarının sayı BİLİNDİ

    Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı olub.

    Median.Az-ın məlumatına görə, bununla bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyi bildirib.

  • Мехрибан Алиева выразила соболезнования семьям погибших в авиакатастрофе в Актау – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась публикацией на своей официальной странице в Instagram в связи с крушением самолета авиакомпании ЗАО Azerbaijan Airlines (AZAL).

    “Глубоко потрясена известием о трагической гибели людей в результате крушения самолета вблизи Актау. Выражаю глубокие соболезнования родным и близким погибших. Сил и терпения им! Желаю скорейшего исцеления раненым. Пусть Великий Аллах хранит наш народ от всех бед и несчастий!” – говорится в посте.

    Отметим, самолет Embraer 190 авиакомпании AZAL, выполнявший рейс Баку – Грозный № J2-8243, потерпел крушение в Актау (Казахстан).

  • Mehriban Əliyeva Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

    Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”

  • Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL-ın təyyarəsinin hansı şəraitdə qəzaya uğradığına aydınlıq gətiriləcək

    Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

    Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən APA-ya məlumat verilib.

    Bildirilib ki, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarə Azərbaycan Hava Yollarına məxsusdur.

    “Hadisənin hansı şəraitdə baş verdiyinə aydınlıq gətiriləcək. Xüsusi araşdırma aparılacaq”, – nazirlikdən bildirilib.

  • AZAL-ın qəzaya uğrayan təyyarəsində 14 nəfər sağ qalıb

    “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

    Median.Az-ın APA-ya istinadən xəbər verir ki, Aktauda qəzaya uğrayan təyyarədə 14 nəfər sağ qalıb.

    Məlumata görə, 14 yaralı Manqistau regional xəstəxanasına çatdırılıb, onlardan 5-i ağır vəziyyətdədir.

  • TƏBİB о состоянии отравившихся студентов в Товузском районе

    4 декабря в 15:00 в Республиканский центр скорой и неотложной медицинской помощи поступил вызов о подозрении на отравление в Товузском районе. На место происшествия были направлены бригады скорой помощи.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    “В результате 8 человек были госпитализированы в центральную районную больницу с диагнозом “дисфункция желудочно-кишечного тракта”. Всем пострадавшим была оказана необходимая медицинская помощь.

    5 человек были выписаны домой, лечение еще троих продолжается в отделении инфекционных заболеваний. В настоящее время их состояние оценивается как удовлетворительное”, – говорится в информации.

  • Tovuzda zəhərlənən tələbələrin SON DURUMU açıqlandı

    “Tovuz rayonunda baş verən zəhərlənmə nəticəsində beş nəfər ambulator müalicə almaq üçün evə buraxılıb, üç nəfərin isə müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir”.

    Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq verilib.

    “Dekabrın 24-ü, saat 15:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

    Səkkiz nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

    Beş nəfər ambulator müalicə almaq üçün evə buraxılıb, üç nəfərin müalicəsi isə Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.

  • Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Doğum gününüz münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuruq. Sizə möhkəm cansağlığı, sonsuz xoşbəxtlik və bütün işlərinizdə davamlı uğurlar arzulayırıq.

    Azərbaycanın tərəqqisi naminə mühüm fədakarlığınızı yüksək ehtiramla alqışlayırıq. Sizin uzaqgörən rəhbərliyiniz təkcə ölkənizin vətəndaşlarını deyil, həm də daha parlaq və firavan gələcək üçün göstərdiyiniz mühüm səylərin şahidləri olaraq hamımızı ruhlandırır.

    Fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Mərkəzə olan inam və etimadınız ona bu gün dünyanın üzləşdiyi ən çətin problemlərdən bəzilərini həll edən mühüm platformaya çevrilməsinə imkan yaratmaqda önəmli rol oynamışdır.

    Əlamətdar gün münasibətilə Zati-alinizi bir daha təbrik edir, ən səmimi arzularımızı bildiririk. Sizə və yaxınlarınıza uğurlu Yeni il diləyirik. Bəşəriyyətə xidmət işində daha böyük uğurlara nail olmaq üçün əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik.

    Ən dərin hörmət və ehtiramla,

    Kiril Qaburiçi

    2015-ci ildə Moldovanın Baş naziri

    Çaba Koroşi

    BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti

    Coys Banda

    2012-2014-cü illərdə Malavinin Prezidenti

    Maimuna Mohd Şərif

    2018-2024-cü illərdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru”.

    Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım da dövlətimizin başçısını təbrik edib.

    Təbrik məktubunda deyilir:

    “Doğum gününüz münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.

    Ali Baş Komandan kimi qətiyyətli və uzaqgörən rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi və 24 saat davam edən antiterror tədbirləri nəticəsində Can Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etməklə Siz həm Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini, həm də xalqınızın arzusunu yerinə yetirdiniz.

    Zati-alinizin müdrik və humanist siyasəti sayəsində Azərbaycan Respublikası beynəlxalq aləmdə ona olan etimadı gündən-günə gücləndirir. Azərbaycanın sabitliyi, firavanlığı, gələcək nəsilləri üçün göstərdiyiniz dəyərli səyləri qürurla və sevinclə izləyirik.

    Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə rəhbərliyinizlə Türkiyə və Azərbaycanın reallaşdırdığı böyük layihələrə və qarşıdakı ideyalara görə hər iki ölkənin xalqları olaraq gələcəklə bağlı ümidli və qürurluyuq.

    Hörmətli Prezident, fürsətdən istifadə edərək, Sizi Yeni il münasibətilə də ürəkdən təbrik edir, Can Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə və vəzifələrə uğurla çatmasını arzulayır, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bildirirəm”.

    Eyni zamanda Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq və bütün işlərinizdə uğurlar, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

    Sizin səmərəli fəaliyyətiniz sayəsində bütün dünya Azərbaycanın nailiyyətləri haqqında məlumatlıdır.

    Məni Azərbaycan xalqı ilə birləşdirən bağlar təkcə mənəvi qohumluq və ortaq köklər deyil, həm də Sizin ölkənizin görkəmli nümayəndələri ilə çoxillik münasibətlərdir. Onların arasında atanız – böyük Heydər Əliyev də var.

    O, müdrik siyasi xadim idi və Siz ölkəni yeni zirvələrə apararaq atanızın işini layiqincə davam etdirirsiniz.

    Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm.

    Qoy qardaşlığımız, dostluğumuz daha da möhkəmlənsin və başımızın üzərində həmişə aydın səma olsun!”

  • СМИ: ХАМАС не дал список оставшихся в живых израильских заложников

    Переговоры о прекращении огня на территории сектора Газа буду продолжаться.

    Как передает Median.Az со ссылкой на издание The Jerusalem Post, об этом заявили израильские чиновники.

    Чиновник добавил, что за непредоставление списка выживших израильтян посредники оказывают на ХАМАС давление. Уточняется, что младший брат убитого в октябре лидера ХАМАС Яхьи Синвара – Мохаммед Синвар отказывается назвать пленных израильтян.

    По словам собеседников газеты, достичь взаимного соглашения невозможно, если ХАМАС не предоставит список выживших пленных израильтян.

    Издание также напомнило, что 21 декабря палестинский чиновник рассказал о готовности соглашения по заложникам. По словам представителя палистинской власти, переговоры касаемо заложников и прекращения огня завершены на 90%.

  • HƏMAS İsrailin razılaşma üçün tələbini yerinə yetirmədi: Girovları buraxmayacaq?

    Qəzza zolağında atəşkəslə bağlı danışıqlar davam edəcək.

    Median.Az-ın “The Jerusalem Post” nəşrinə istinadən xəbərinə görə, bu barədə İsrail rəsmiləri məlumat veriblər.

    Məlumata görə, sağ qalan israillilərin siyahısını təqdim etmədikləri üçün vasitəçilər HƏMAS-a təzyiq göstəriblər. Bildirilib ki, oktyabrda öldürülən HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvar əsir götürülən israillilərin adını çəkməkdən imtina edir.

    Nəşrin həmsöhbətlərinin fikrincə, HƏMAS sağ qalan israilli əsirlərin siyahısını təqdim etməsə, qarşılıqlı razılaşmanın əldə edilməsi mümkün olmayacaq.

    Nəşr onu da xatırladıb ki, dekabrın 21-də Fələstin rəsmisi girovlarla bağlı razılaşmaya hazır olduqlarını demişdi. Fələstin rəsmisinin sözlərinə görə, girovlar və atəşkəslə bağlı danışıqlar 90% nisbətində tamamlanıb.

    Qeyd edək ki, İsrail rəsmilərindən verilən daha əvvəlki xəbərlərə görə, İsrail girovların azad edilməsinə dair mümkün razılaşma üzrə danışıqlarda irəliləyiş əldə edilməsi üçün Fələstinin HƏMAS qruplaşmasından Qəzza zolağında saxlanılan və həyatda olan girovların siyahısını gözləyir. Radikalların azad etməyi planlaşdırdıqları canlı girovların siyahısı olmadan danışıqlarda irəliləyiş əldə etmək son dərəcə çətin olacaq.
    //oxu.az