Month: December 2024

  • СРОЧНО: Пассажирский самолет, летевший из Баку в Грозный, разбился в Казахстане – ВИДЕО (ОБНОВЛЯЕТСЯ)

    По предварительным данным, на борту самолета авиакомпании ЗАО Azerbaijan Airlines (AZAL), потерпевшего крушение в Актау (Казахстан), находились 60 граждан России.

    Как передает Median.Az со ссылкой на Orda, об этом сообщил министр здравоохранения Казахстана Акмарал Алназаровf.

    * * * * *

    Из-за тумана в Грозном (Россия) самолет из Баку сначала был направлен в Махачкалу, а затем в Актау (Казахстан).

    Об этом сообщила пресс-служба аэропорта столицы Чечни.

    По предварительным данным, есть выжившие.

    * * * * *

    Самолет Embraer 190 авиакомпании ЗАО Azerbaijan Airlines (AZAL), выполнявший рейс Баку – Грозный № J2-8243, совершил вынужденную посадку в 3 км недалеко от города Актау.

    Как передает Median.Az со ссылкой на пресс-службу AZAL, по предварительной информации, причиной инцидента стало столкновение самолета со стаей птиц.

    Дополнительная информация о происшествии будет предоставлена общественности.

    * * * * *

    В Актау на месте крушения самолета прибыли 52 человека личного состава и 11 единиц техники МЧС Казахстана.

    Об этом сообщают казахстанские СМИ.

    Отмечается, что самолет принадлежит AZAL.

    “По прибытии обнаружено горение воздушного судна. Спасательные подразделения приступили к тушению пожара. Уточняется информация о пострадавших, предварительно сообщается, что имеются выжившие”, – заявили в МЧС.

    * * * * *

    Пассажирский самолет AZAL разбился вблизи казахстанского города Актау.

    Об этом сообщает новостной портал Tengrinews.

    По предварительным данным портала, борт c 67 пассажирами и пятью членами экипажа следовал из Баку в Грозный.

  • AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər sağ qalıb (YENİLƏNİB/VİDEO)

    Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.

    Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət göstərdiyi Komanda Mərkəzində respublika operativ qərargah yaradılıb.

    Məlumata görə, qəza nəticəsində 10 nəfər sağ qalıb.

     * * * * *

    AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

    Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.

    Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.

    İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

    AZAL-dan verilən açıqlamaya görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

    İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

    Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

  • Bu şəxslərin maaşı artırıldı

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15% artırılıb.

    Bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.

    Əmrə əsasən, əmək haqqı artımı fevralın 1-dən tətbiq olunub, həm üzən, həm də sahil heyətin məvaciblərinə şamil edilib.
     
    ASCO-nun mətbuat katibi Mehman Mehdiyev faktı təsdiq edib.
     
    ///Report

  • Meymunçiçəyi indi də Belçikada

    Belçikada ilk dəfə meymunçiçəyi virusunun yeni ştammı aşkar edilib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Belçikanın səhiyyə institutu açıqlama yayıb.

    Qeyd edilib ki, virusun yeni variantı ölkənin fransızdilli Valon bölgəsində bir xəstədə aşkar edilib.

    Açıqlamada xəstənin Afrikada virus əlamətləri göstərən şəxslə kontakt nəticəsində yoluxduğu və həmin şəxsin izoliyasiya olunduğu bildirilib.
    Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun 14-də virusla bağlı fövqəladə vəziyyət elan edib.

    Xəstəlik əvvəllər Almaniya, İsveç, İngiltərə, ABŞ və bəzi Asiya ölkələrində müşahidə edilib.

  • Gəncədə motosiklet maşınla toqquşdu – Xəsarət alan var

    Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində olub.

    Belə ki, 2009-cu il təvəlludlü Vəliyev Cahangir Sultan oğlu idarə etdiyi motosikletlə “VAZ 21099” markalı maşınla toqquşub.

    Qəza zamanı yeniyetmə ağır bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

    Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
    Faktla bağlı arasdırma başlanılıb.

  • Gündə 12 saatdan çox günəş: Qış tətili üçün dünyanın ən isti 10 yeri

    Qışı qarlı və şaxtalı olan ölkələrdən bir çox turist ilin ən soyuq dövründə isti bölgələrə getməyə üstünlük verir.

    Qaynarinfo “The Daily Express”ə istinadən xəbər verir ki, “LA Travel”in son araşdırmasında noyabrdan mart ayına qədər gözəl isinmək üçün dünyanın ən günəşli 10 yerinin siyahısını dərc edib.

    Reytinq bu ölkələrin hər birində gündə günəşli saatların sayına əsaslanır. Qışda gündə 12 saatdan çox günəş işığının olduğu Tanzaniyadakı Zanzibar arxipelaqı reytinqə başçılıq edir.

    Qış tətili üçün dünyanın ən günəşli 10 ölkəsi:

    1. Zanzibar, Tanzaniyada gündə orta hesabla 12,06 saat günəş işığı düşür
    2. Male, Maldiv adaları – 11.88 saat
    3. Keyptaun, Cənubi Afrika – 11.47 saat
    4. Bali, İndoneziya – 10.71 saat
    5. Qahirə, Misir – 10.65 saat
    6. Çianq Mai, Tayland – 10.53 saat
    7. Mayami, Florida – 10.53 saat
    8. Tenerife, Kanar adaları, İspaniya – 10.35 saat
    9. Fuerteventura, Kanar adaları, İspaniya – 10.35 saat
    10. Mərakeş, Mərakeş – 10.06 saat

  • “Qarabağ”ın oyununun yeri dəyişdirildi

    Azərbaycan Premyer Liqasında 3-cü dövrənin “Şamaxı” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

    Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

    “Qarabağ” klubunun müraciəti, “Şamaxı” klubunun razılığı, Peşəkar Futbol Liqasının qərarı ilə “Qarabağ” klubunun Avropa Liqasının Liqa mərhələsindəki vacib qarşılaşmaya daha yaxşı hazırlaşması məqsədilə 3-cü dövrənin “Şamaxı” – “Qarabağ” oyunu ilə 4-cü dövrənin “Qarabağ” – “Şamaxı” oyunlarının yeri dəyişdirilib.

  • Завтра в ряде районов Баку возникнут перебои в электроснабжении

    Завтра в ряде районов Баку, входящих в Сабунчинское районное управление энергоснабжения и сбыта, будет приостановлено электроснабжение.

    Об этом сообщили в “Азерэнерджи”.

    Согласно информации, в связи с ремонтными работами с 10:00 до 14:00 будет ограничена подача электроэнергии в поселке Балаханы, на улицах Гасана Алиева, Уста Баба Пирмамеда, Пиргусейна Гусейнова, Гаджи Султана, Одлар юрду, Имадеддина Насими.

  • Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

    Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə təmir işləri ilə əlaqədar dekabrın 25-də elektrik xətləri sifarişə əsasən açılacaq.

    Bu barədə “Azərenerji”dən bildirilib.

    Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Balaxanı qəsəbəsində, Həsən Əliyev, Usta Baba Pirməmməd, Pirhüseyn Hüseynov, Hacı Sultan, Odlar yurdu, İmadəddin Nəsimi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Azərbaycanlı güləş hakimi karyerasını başa vurdu

    Azərbaycanlı güləş hakimi Hicran Şərifov karyerasını başa vurub.

    Median.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 25 illik hakimlik karyerasını bitirib.

    Təcrübəli mütəxəssis son olaraq Azərbaycan çempionatında 55 kq-da Elmir Əliyevlə Rəşad Məmmədov arasında baş tutan final görüşünü idarə edib.

    Referi qarşılaşmadan sonra güləş ənənələrinə uyğun olaraq, fitini və qolçaqlarını xalça üzərinə qoyub və həmkarlarının gur alqışı ilə karyerasını başa vurduğunu rəsmən elan edib.

    Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası H.Şərifova xatirə hədiyyəsi təqdim edib.

    Qeyd edək ki, H.Şərifov Pekin-2008, London-2012 və Rio-2016 Olimpiya Oyunlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, dəfələrlə dünya və Avropa çempionatlarında və digər mühüm beynəlxalq yarışlarda ədaləti qoruyub. Azərbaycan güləş tarixində 3 Olimpiadada iştirak etmiş yeganə hakim ünvanına sahib H.Şərifov London-2012-nin ən ədalətli referisi qismində “Qızıl fit” mükafatına layiq görülüb. O, “Şöhrət” və “Olimpiya” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, “Tərəqqi” medalı, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar məşqçi” fəxri adları ilə təltif olunub.