Month: December 2024

  • Eyfel qülləsində texniki nasazlıq baş verib

    Parisin Eyfel qülləsi liftin elektrik relsindəki qısaqapanmadan sonra texniki qəza səbəbindən təxliyə edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

    Məlumata görə, texniki problem qüllənin ikinci mərtəbəsi ilə yuxarı hissəsi arasında baş verib. Yanğın siqnalı işə salındıqdan sonra qüllə boşaldılıb. Eyfel qülləsinin gün ərzində tədricən açılacağı bildirilib.

  • “Liverpul” ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir

    İngiltərənin “Liverpul” klubu Portuqaliya təmsilçisi “Portu”da çıxış edən Niko Qonsalesi heyətinə qatmaq istəyir.

    Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

    Mersisayd təmsilçisi 22 yaşlı ispan yarımmüdafiəçi üçün qarşı tərəfə təzminat ödəməyə də hazırdır.

    Premyer Liqa klubu bu keçid üçün 60 milyon avrodan keçməli olacaq. Oyunçu “Barselona”nın yetirməsi olduğundan həmin məbləğin 40 faizi İspaniya təmsilçisinə çatacaq.

    Qeyd edək ki, Niko Qonsales cari mövsüm 24 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb

    Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

    “Report”un yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

    2007-ci il təvəllüdlü Qurbanov İslam Vahid oğlu hamamda dəm qazından boğularaq ölüb.

    Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.

  • “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik təsdiq olunub

    Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

    Yeni qanunla “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.3-cü maddəsinə dəyişiklik edilib.

    Qanuna dəyişikliyə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

    Qanuna edilən əlavəyə görə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

  • Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.

    Bu barədə qurumdan məlumat verilib.

    Bildirilib ki, yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək (Bakıdan Balakənə 8 saat 20 dəqiqə, Balakəndən Bakıya 8 saat 40 dəqiqə).

    Marşrut üzrə Şəki, Zaqatala, Qax və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.

    Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.

  • Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə zəng edib

    İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə President.az məlumat yayıb.

    Əbdüllətif Camal Rəşid dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    İraq prezidenti COP29-un uğurla təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik edib.

    Dövlətimizin başçısı təbrikə görə təşəkkürünü bildirib, Əbdüllətif Camal Rəşidə COP29-da iştirakı ilə bağlı bir daha minnətdarlığını ifadə edib.

    Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

  • Gürcüstanın baş naziri Prezident İlham Əliyevi təbrik etdi

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə President.az məlumat yayıb.

    İrakli Kobaxidze dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bundan sonra da müxtəlif sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və qarşıdan gələn ildə yeni təmaslar barədə fikir mübadiləsi aparılıb.

  • В Азербайджане продажа автобусов местного производства освобождена от таможенных пошлин

    Продажа автобусов местного производства и импорт запчастей для их производства в Азербайджане освобождены от таможенных пошлин.

    Об этом говорится в подписанном Президентом Ильхамом Алиевым законе о внесении изменений в закон “О таможенном тарифе”.

    Согласно документу, продажа автобусов, произведенных на территории Азербайджана, а также импорт запчастей для автобусов юридическими лицами в производственных целях на основании подтверждающего документа соответствующего органа исполнительной власти освобождаются от таможенных пошлин сроком на 8 лет с 1 января следующего года.

  • Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir

    Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad edilib.

    Bu barədə Prezident İlham Əliyevin “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə imzaladığı qanunda deyilir.

    Qanuna əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı gələn il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumundan azad edilir.

  • Патриарх Московский и Всея Руси Кирилл позвонил Президенту Ильхаму Алиеву

    24 декабря патриарх Московский и Всея Руси Кирилл позвонил Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает АЗЕРТАДЖ, патриарх Кирилл поздравил главу государства с днем рождения.

    Президент Ильхам Алиев поблагодарил за проявленное внимание и поздравление.

    В ходе беседы было подчеркнуто успешное развитие сотрудничества между Азербайджаном и Россией, отмечен вклад в это дело наших связей в гуманитарной сфере.

    Была подчеркнута роль визитов патриарха Кирилла в Азербайджан в укреплении гуманитарного сотрудничества.

    В ходе телефонного разговора было отмечено успешное осуществление работ, связанных с сохранением религиозно-духовных ценностей в наших странах.