Month: December 2024

  • DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi

    Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş işçisi Oqtay Məsmalıyev qurumu məhkəməyə verib. 

    Qaynarinfo-nun məlumatına görə, tərəflər arasındakı mübahisə pensiya təminatı ilə əlaqədardır. 

    Oqtay Məsmalıyevin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq. Yanvarın 5-nə işüzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək. 

    Bundan əvvəl DGK-nın keçmiş işçisi Nəzakət Qazıbəyova məhkəmə vermişdi. Onunla da qurum arasındakı mübahisə pensiya təminatı ilə bağlı idi.

    Bu məsələni araşdırarkən məlum olmuşdu ki, Səfər Mehdiyev DGK-nın sədri olduğu dönəmdə bir qrup gömrük əməkdaşının pensiya hüququ pozulub. 

    DGN-nın sədri Şahin Bağırovdur. O,2023-cü ildən quruma rəhbərlik edir.

  • Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU

    İki gün əvvəl Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı həlak olan polis mayoru Ceyhun Axundov ilə bağlı yeni məlumatlar yayılıb.

    Median.Az xəbər verir ki, publika.az-ın məlumatına görə, C.Axundov Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi vəzifəsində çalışırmış.

    Qeyd edək ki, hadisə rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

    İlkin ehtimala görə, hadisəyə KİA markalı avtomobilin aşması səbəb olub. Sürücü Zəfər Cəfərovun idarə etdiyi avtomobilin aşması ilə özü və polis mayoru olan dostu Ceyhun Axundov həyatlarını itiriblər.

  • Yaradıcı, inamlı, xarizmatik… – Ən uğurlu 5 BÜRC

    Astrologiyanın ən uğurlu bürcləri məlum olub.
     
    Median.Az bu dəfə həmin məlumatı təqdim edir.
     
    Oğlaq – İntizamlı, iddialı və qətiyyətli xarakterə malikdirlər. Onlar qarşılarına yüksək məqsədlər qoyur və buna çatmaq üçün çox çalışırlar. Oğlaq bürclərinin ən böyük xüsusiyyətlərindən biri də uğursuzluqlar qarşısında belə təslim olmadan strateji olaraq irəliləmələri və hər şəraitdə yaşaya bilmələridir. Buna görə də onlar tez-tez biznesdə və rəhbər vəzifələrdə uğur qazanırlar. Uzunmüddətli planlar qurmaqda və məsuliyyət götürməkdə əladırlar.
     
    Şir – Özlərinə tam inamları var və bu onlara ətrafdakıların üzərində güclü təsir buraxmağa imkan verir. Yaradıcılıqları, xarizması və insanlarla münasibətlərindəki uğurları onları iş dünyasında və sənət kimi sahələrdə zirvələrə apara bilər. Şirlər komandalarını ruhlandıran və motivasiya edən, uğur qazanmaq üçün bütün qabiliyyətlərini işə salan liderlərdir.
     
    Əqrəb – Güclü intuisiya, qətiyyət və strateji düşünmə qabiliyyətləri ilə tanınırlar. Onlar yüksək emosional zəkaya malikdirlər və vəziyyətləri təhlil etməkdə çox müvəffəqiyyətlidirlər. Əqrəblər böhran anlarında belə soyuqqanlılığını qoruyub saxlayaraq, ən yaxşı nəticələrə nail olurlar. Onlar biznesdə, elmi araşdırmalarda və ya istənilən sahədə həvəslə çalışaraq uğur qazana bilərlər.
     
    Buğa – Səbir və qətiyyətlə uzunmüddətli uğura nail olurlar. Onlar təbiətcə sabitdirlər və təhlükəsizlik axtarışları onları çox işləməyə sövq edir. Buğalar nə istədiklərini bilirlər və ona çatmaq üçün lazım olan hər addımı atırlar. Onlar yavaş-yavaş, lakin əminliklə irəliləyirlər. İş intizamı sayəsində onlar tez-tez maliyyə sahəsində və karyeralarında uğur qazanırlar.
     
    Qız – Detallara diqqəti və mükəmməlliyi ilə seçilir. Hər hansı bir layihəyə başlayanda onu ən yaxşı şəkildə bitirməyə çalışırlar. Qızlar təşkilatçılıq bacarıqları və həll yönümlü yanaşmaları ilə çox uğurludurlar. Onların vasvası və analitik perspektivləri həm iş dünyasında, həm də elmi sahədə çox uğurlu olmalarına səbəb olur.

  • В двух населенных пунктах Имишлинского района будут перебои в газоснабжении

    В двух населенных пунктах Имишлинского района будут перебои в газоснабжении.

    Как сообщает муганское бюро report, в связи с запланированными монтажно-установочными работами 23 декабря с 14:00 будет приостановлено газоснабжение поселка Бахрамтепе и села Гарагювендикли Имишлинского района.

    Ограничения в целом охватят 1 467 абонентов.

    Абонентов просят держать под контролем газовое оборудование и соблюдать меры безопасности.

  • İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək

    İmişli rayonunun iki yaşayış məntəqəsində qaz kəsiləcək.

    “Report”un Muğan bürosunun məlumatına görə, rayonun Bəhrəmtəpə qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi məqsədilə yeni çəkilmiş qaz kəmərinin təbii qaz təchizatı mənbəyinə qoşulması ilə əlaqədar olaraq, 23 dekabr saat 14:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi və Qaragüvəndikli kəndində (ümumi 1467 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
    Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

  • 2024-cü ildə quqlda ən çox onları axtardılar

    2024-cü ildə quqlda axtarışa verilən ən populyar sorğular açıqlanıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda şirkət məlumat dərc edib.

    Belə ki, axtarış sistemi istifadəçiləri 2024-cü ildə ən çox ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Uels şahzadəsi Keyt Middleton haqqında məlumat axtarıb.
    İstifadəçilər tez-tez təbii fəlakətlər, xüsusən də ABŞ-də Milton qasırğası və Yaponiyada tayfun haqqında məlumat axtarışa veriblər. Üçüncü yeri Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı axtarış sorğusu tutub.

  • Mahmud Qurbanov: “Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır”

    “Juninyonun “Sevilya”ya keçidi “Qarabağ”a ciddi problem yaratsa da, Azərbaycan futbolunun güclənməsinə töhfə verəcək”.

    Median.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan millisinin və “Neftçi” klubunun sabiq futbolçusu Mahmud Qurbanov deyib.

    “Azərbaycan klublarında çıxış etmiş hansısa bir futbolçunun “Top 5″likdə olan ölkələrin komandalarına keçidi futbolumuz üçün çox müsbət haldır. Juninyonun “Sevilya”ya keçidi ölkəmizdə oynayan futbolçular üçün əlavə stimul olacaq. “Yarasalar” İspaniyanın ən nəhəng və köklü klublarından biridir. Məhz Juninyonun bu kluba keçidi də artıq göstərir ki, Azərbaycan futbolu Avropa bazarına çıxıb. Düzdür, “Qarabağ” hazırda Avropa Liqasında çıxış etdiyi halda belə bir keyfiyyətli futbolçu ilə yolları ayırsa, komandanın işi çətinləşəcək. Amma bu, Azərbaycan çempionatına diqqətin artmasına səbəb olacaq. Bəzən hadisələrin mənfi tərəflərinə kökləndiyimiz üçün müsbət olanı görmürük. Amma bu keçid futbolumuzun keyfiyyətini artıracaq”.

    Qeyd edək ki, Juninyo qış transfer pəncərəsində “Sevilya”ya keçəcək. İspaniya klubu “Qarabağ”a hücumçu üçün 3+1 milyon avro ödəyəcək.

  • Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama

    Ötən gün Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

    Median.Az xəbər verir ki, Qaynarinfo 60 yaşlı sabiq metro rəisinin bundan sonra hansı işlə məşğul olacağını öyrənmək üçün ona zəng edib.

    Zaur Hüseynov sualları cavablandırmaqdan imtina edib.
    “Allah canınızı sağ eləsin. Mənə suallar verməyin. Bütün sualları Bəxtiyar Məmmədova (“Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi) ünvanlayın. Sağ olun”, – deyərək telefonu söndürüb.

  • Yeni COVID epidemiyası başladı: təhlükəlidir

    Rusiyada “yüngül COVID” epidemiyası başlayıb.

    Median.Az-ın xarici mediaya istinadla xəbərinə görə, ilk hallar noyabr ayında qeydə alınıb və o vaxtdan bəri yoluxmaların sayı artmaqdadır.

    “Yüngül COVID”i necə tanımaq olar? olar?
    Allerqoloq-immunoloq Vladimir Bolibokun verdiyi məlumata görə, “yüngül  COVID” “Omicron”un variantlarından biridir.

    Həkimin sözlərinə görə, xəstəlik kəskin respirator virus infeksiyası kimi, yəni yumşaq formada irəliləyir.
    Aşağıdakı əlamətlər müşahidə edilə bilər: temperatur 37,5 dərəcəyə qədər, boğaz ağrısı, baş ağrısı, ümumi pozğunluq, ağır zəiflik.

    Mütəxəssis qeyd edib ki, “yüngül COVID” əlamətləri kəskin respirator virus infeksiyasından fərqlənmir.
    Onun sözlərinə görə, “yüngül COVID”ə yoluxanların sayında artım normal həddədir.

    Pandemiya aradan qalxmayıb, davam edir”, – Bolibok qeyd edib.

    O, “yüngül COVID”in yaşlı insanlar üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib.

    Həkimin izah etdiyi kimi, xəstələrin bu kateqoriyasında xəstəlik enterit və qastroenterit kimi bir həzm pozğunluğu ilə müşayiət olunur.

    “Yüngül COVID” diaqnozuna gəlincə, Bolibokun sözlərinə görə, testlər onu yalnız ilk 3-5 gündə aşkar edə bilər. /Lent.az

  • Не менее 16 солдат погибли при атаке террористов на северо-западе Пакистана

    По меньшей мере 16 пакистанских военнослужащих убиты, 5 тяжело ранены в результате нападения боевиков антиправительственных группировок на охраняемый военными контрольно-пропускной пункт в северо-западной провинции Хайбер-Пахтунхва.

    Как передает Median.Az со ссылкой на The Times of India, инцидент произошел в ночь на субботу в районе Макин в 40 км от границы с Афганистаном. В атаке участвовали 30 боевиков, бой с ними продолжался несколько часов. По имеющимся данным, террористам удалось овладеть КПП, уничтожить находившееся там коммуникационное оборудование и захватить оружие.

    За первые 11 месяцев этого года число погибших в результате 856 нападений боевиков в Пакистане составило 1 082. В ноябре произошел резкий рост насилия, который привел к гибели по всей стране 245 человек, включая 68 пакистанских военнослужащих и полицейских. В боестолкновениях были убиты 127 боевиков радикальных и экстремистских формирований. Самое большое число нападений террористов в этом году произошло в провинции Хайбер-Пахтунхва. Экстремисты осуществили в регионе 50 терактов и атак, в результате которых 71 человек погиб и 85 получили ранения.