Month: December 2024

  • Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ

    Azərbaycanın Gürcüstandakı Səfirliyinin nəzdində Dövlət Gömrük Komitəsinin Nümayəndəliyinin rəhbəri (attaşe) polkovnik Fuad Qasımov vəzifəsindən azad edilib.
     
    Median.Az qaynarinfo-ya istinala xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov polkovnik Fuad Qasımova yeni vəzifə verib.
     
    Şahin Bağırovun müvafiq əmri ilə Fuad Qasımov komitənin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini və rəis vəzifəsinin müvəqqəti əvəzedicisi təyin edilib.
     
    Fuad Qasımov attaşe vəzifəsinə təyin edilməzdən əvvəl uzun müddət Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə çalışıb.
     
    O, hazırda Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi olan general-mayor Sevda Şirinovanın adamı kimi tanınıb. Fuad Qasımov Dövlət Gömrük Komitəsi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyində də yüksək vəzifələrdə çalışıb.
     
    Xatırladaq ki, daxili işlər nazirinin sabiq müavini polis general-leytenantı Oruc Zalovun polkovnik oğlu Rəşad Zalov bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

  • Bu ölkə Ukraynaya 3 helikopter verdi

    Polşa Ukraynaya iki ədəd Mi-8 helikopteri və bir ədəd Bell 412-HP təhvil verib.
     
    Median.Az xəbər verir ki, bu barədə Polşanın Strateji Ehtiyatlar üzrə Dövlət Agentliyi məlumat yayıb.
     
    Məlumata görə, texnikaları birbaşa qəbul edən Xarkov Milli Daxili İşlər Universiteti olub. Orada bu texnikalar gələcək pilotların hazırlanması üçün istifadə olunacaq.

  • Futbol hakimi müharibədə öldü

    Ukraynalı futbol hakimi Andriy Şepotyev 30 yaşında həyatını itirib.

    Median.Az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.

    Referi ölkəsinin Rusiya ilə müharibəsində həlak olub. “Unikal”

  • Çətin günlər geridə qaldı – 2025 bu bürclərin ili olacaq

    2025-ci il astroloji baxımından bəzi bürclər üçün dönüş nöqtəsi olacaq.

    Median.Az xəbər verir ki, bu dövr xüsusilə Əqrəb, Oğlaq və Oxatan bürcləri üçün həm şəxsi, həm də peşəkar sahədə mühüm irəliləyişlərlə yadda qalacaq. Keçmişdəki çətinlikləri geridə qoyan bu bürclər yeni imkanlarla qarşılaşacaq və özlərini yenidən kəşf edəcəklər.

    Əqrəb:

    Əqrəblər üçün 2025 böyük dəyişikliklər ili olacaq. 1 yanvar tarixindən etibarən, onlar çətin dövrlərin təsirindən çıxaraq yeni fürsətlərlə üzləşəcəklər. Xüsusilə iş və şəxsi həyatda böyük uğurlar onları gözləyir. Keçmişin yükündən azad olan Əqrəblər üçün bu il yenilənmə və inkişaf ili olacaq.

    Oğlaq:

    Oğlaq bürcü uzun illər ərzində göstərdiyi səbrin və zəhmətin bəhrəsini 2025-ci ildə görəcək. Onlar üçün bu il, xüsusi ilə iş həyatında böyük sıçrayış dövrü olacaq. Hədəflərinə doğru irəliləyərək böyük uğurlar əldə edəcəklər.

    Oxatan:

    Oxatan bürcü üçün 2025-ci il azadlıq və yeniliklərlə dolu bir dövr olacaq. Uzun müddətdir davam edən qeyri-müəyyənliklər sona çatacaq və Oxatanlar özlərini daha güclü və müstəqil hiss edəcəklər. Bu il, onların həyatında böyük dəyişikliklər və nailiyyətlərlə dolu bir mərhələnin başlanğıcı olacaq.

    2025, bu bürclər üçün yalnız dəyişiklik ili deyil, həm də onların həyatlarında yeni bir dövrün başlanğıcı olacaq.

  • İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu

    İranın Loristan əyalətinin Əndimeşk-Poldoxtar yolunda avtobus qəzası nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.
     
    Median.Az xəbər verir ki, bu barədə İranın “Tasnim News” agentliyi məlumat yayıb.
     
    Məlumata görə, Palaam rayonunda sərnişin avtobusu dərəyə düşüb.
     
    “Qəzaya düşən avtobusda olan bütün sərnişinlər Xuzistandan Kirmanşah qarnizonuna köçürülən hərbçilərdir”, – regional Fövqəladə Hallar İdarəsinin baş direktoru bildirib.
     
    Onun sözlərinə görə, yaralanan 17 nəfər xəstəxanalara yerləşdirilib.
     
    Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin detallarını müəyyənləşdirirlər.

  • Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO

    Sosial şəbəkələrdə “VAZ 2105” markalı, 10-EC-357 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücünün görüntüləri yayılıb.
     
    Baş Dövlət Yol Polisi İdarəsindən Sfera.az-a verilən məlumata görə, hadisənin paytaxtın Maştağa qəsəbəsi ərazisində qeydə alındığı müəyyən edilib.
     
    Qaydaları kobud şəkildə pozan sürücü isə Elvin Nəcəfovdur. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

    İdarə bir daha sürücülərə müraciət edərək ictimai qınaq obyektinə çevrilməmək üçün onları intizamlı olmağa, diğər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırıb.

  • Yaponiyada qrip epidemiyası yayılıb

    Yaponiyada 94 mindən çox qripə yoluxma qeydə alınıb.

    Apa xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə 5000 xəstəxana və klinikada 94 259 qrip xəstəsi qeydə alınıb.

    Bildirilib ki, cari mövsümdə ölkədə ümumi qriplə xəstələnmə halların sayı 718 000-ə çatıb.

    Məlumata görə, epidemiyanın yanvar ayında pik həddə çatacağı gözlənilir. Buna görə, qurumlar əhalini ehtiyat tədbirləri görməyə çağırıb.

  • Lənkəranda ikimərtəbəli ev yanıb

    Lənkəranda ikimərtəbəli evdə yanğın baş verib.

    Apa-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın axşam saatlarında rayonun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.

    Qəsəbə sakini Səxavət Rzayevə məxsus ikimərtəbəli yaşayış evində yanğınla bağlı FHN Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.
    Dərhal hadisə yerinə iki texnika və şəxsi heyət cəlb olunub. Ümumi sahəsi 360 kvadratmetr sahəsi olan yaşayış evinin dam örtüyü və ikinci mərtəbədə bir otaq yanıb. Alovun qarşısı alınıb, binanın qalan sahəsi yanğından mühafizə olunub.

    Hazırda yanğın lokallaşdırılıb.

    Yanğının baş vermə səbəbi araşdırılır.

  • Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb

    Qəzzada son sutkada 21 fələstinli ölüb, 61 nəfər yaralanıb.

    Apa xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

    Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 45 220 nəfərə, yaralananların sayı 107 570 nəfərə çatıb.
    Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

  • Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub

    Kazana hücum edən səkkiz pilotsuz uçuş aparatından üçü müdafiə sənayesi obyektlərinə, qalanları isə yaşayış binalarına yönəlib. Apa-nın Rusiya bürosu xəbər verir ki, bunu Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov bildirib.

    Onun sözlərinə görə, bəzi PUA-lardakı partlayıcılar işə düşməyib.

    Respublika rəhbəri PUA-ların törətdiyi dağıntıların aradan qaldırılması istiqamətində işlərin aparıldığını vurğulayıb.
    Qeyd edək ki, bu gün Kazan şəhəri Ukrayna PUA-larının hücumuna məruz qalıb. PUA-lardan ikisi Tatarıstan paytaxtındakı hündürmərtəbəli yaşayış binasına çırpılıb və nəticədə yanğın baş verib.