Month: December 2024

  • Aqrar ixracdan əldə olunan daha 70 milyon manatdan çox vəsait Azərbaycana qaytarıldı

    Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumat yayıb.

    Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

    Hazırkı vaxtadək Ağdaş, Kürdəmir, Astara, Ucar, Abşeron, Xaçmaz, Beyləqan, Xızı, Sabirabad, Goranboy, Ağstafa rayon və Mingəçevir şəhər prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 41.3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 70.2 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

    Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.

  • Пожар в жилом доме в поселке Сарай: есть пострадавшая

    Стали известны подробности пожара, произошедшего в многоэтажном жилом доме в поселке Сарай Абшеронского района.

    По словам очевидцев, инцидент произошел из-за утечки газа.

    “Как только открыли газ, произошел взрыв, у девушки обгорели лицо и волосы”, – сказал сосед в комментарии Baku TV.

    Подробнее – в видеоматериале.

  • Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan var: Qızın üzü, saçı yanıb – VİDEO

    Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı yanğının təfərrüatı məlum olub.

    Şahidlərin sözlərinə görə, hadisə qazsızma səbəbindən baş verib.

    “Qazı açan kimi partlayıb, qızın üzü, saçı yanıb”, – deyə qonşu Baku TV-yə açıqlamasında deyib.

    Daha ətraflı videomaterialda:

  • Azərbaycan mədəniyyətinə ağır itki – FOTO + YENİLƏNDİ

    Azərbaycanın Xalq rəssamı Tofiq Ağababayev dəfn olunub.
     
    Median.Az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
     
    *** 
     
    Azərbaycan Respublikasının Xalq rəssamı Tofiq Ağababayev 96 yaşında vəfat edib.
     
    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
     
    Xalq rəssamı ilə vida mərasimi bu gün Təzəpir məscidində olacaq.
     
    Qeyd edək ki, “Şöhrət” ordenli Tofiq Ağababayev Bakı şəhərinin ilk baş rəssamı olub.

  • Məşhur aparıcının qızı xəstəxanalıq oldu – FOTO

    Aparıcı Cavid Gülün qızı Sofiya xəstəxanalıq olub.
     
    Median.Az xəbər verir ki, bu haqda aparıcının xanımı Nərgiz məlumat yayıb.
     
    “Sofiya bu gün anamgildə evdə yıxılıb. Evə gəldik qızım dedi ki, qolum məni incidir. Gedirik xəstəxanaya. İnşallah qızımın qolunda sınıq olmaz” deyə paylaşımında yazıb. 

  • Həyat yoldaşı Bəşər Əsəddən BOŞANIR

    Suriyanın devrilmiş lideri Bəşər Əsədə daha bir zərbə də həyat yoldaşından gəlib.
     
    Median.Az bildirir ki, bu barədə Səudiyyə Ərəbistanında çıxan “Slaati” qəzetində xəbər dərc olunub. İddialara görə, Rusiyaya qaçan Britaniya əsilli Əsma Əsəd 24 illik həyat yoldaşı Bəşər Əsəddən boşanmaq üçün ərizə verib.
     
    Məlumata görə, Londonda məskunlaşmaq istəyən Əsma Esad Rusiya məhkəməsinə müraciət edərək Moskvadan çıxmaq üçün xüsusi icazə istəyib. Bildirilib ki, 1975-ci ildə İngiltərənin paytaxtı Londonda anadan olan Əsma Fəvvaz Əsəd Moskvadakı həyat şəraitindən razı qalmadığı üçün bu qərarı verib.
     
    Qeyd olunub ki, Əsma Əsədin ərizəsi Rusiya hakimiyyəti tərəfindən nəzərdən keçirilir.

  • “Ata çağırılır əsgərliyə, iki uşaq qalır anası ilə evdə”

    “Keçmişdə iki uşağı olan hərbi xidmətə çağırılmırdı. Sonra 3 uşağı olan hərbi xidmətə çağırılmadı”.  

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

    “Nəzərə alaq ki, bir şəxsin 2 övladı var, onu hərbi xidmətə çağırırıq. İki övladın saxlanılmasının özü dövlətə köməkdir. Valideyn çağırılır hərbi xidmətə, iki uşaq anası ilə evdə qalır. Ola bilər, uşaqların anası işləyir və ya işləmir. 

    Hesab edirəm ki, bu məsələyə gələcəkdə baxılmalıdır. Bunun mənəvi tərəfi də var. Hamı üçün şərəfdir ki, valideyni hərbi xidmət keçsin. Amma iki uşaq 18 ay öz atasını görmür. Belə olan halda həmin uşağın böyüməsində gələcəkdə müəyyən problemlər yarana bilər. Bunların sayı elə də çox deyil. Gələcəkdə buna diqqət etməliyik. Üç uşaq məsələsini iki uşağa endirsək, daha məqsədəuyğun olar”, – deyə S.Novruzov bildirib. 

    Millət vəkili qeyd edib ki, həqiqi hərbi xidmətkeçmədə son yaş həddinin 30-a endirilməsi təqdirəlayiqdir: “35 yaşında ancaq həvəskarlar, istəyənlər xidmət edə bilər. 18 yaşındakı çağırışçı ilə 35 yaşında olan çağırışçının eyni zamanda xidmət keçməsi hərbi nizamnaməyə uyğun gələn prosedur deyil”.

  • Rus komandirin öldüyü partlayışla bağlı həbs edilən var

    Rusiyalı komandirin ölümünə görə bir nəfər həbs edilib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı, general-mayor İqor Kirillov və müavininin həyatını itirdiyi partlayışla bağlı saxlanılan şübhəli həbs edilib.

    Kremldən verilən yazılı açıqlamada Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin telefonla danışdığı və hücumla bağlı inkişafları müzakirə etdiyi bildirilib.

    Şübhəli Özbəkistan vətəndaşı Əhməd Kurbanov həbs olunması xahişi ilə paytaxt Moskvanın Basmannı məhkəməsində hakim qarşısına çıxıb.

    Kirillov və onun köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən partlayışı törətməkdə təqsirləndirilən Qurbanov məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.

    Qeyd edək ki, Kirillov və onun müavini Polikarpov çərşənbə axşamı, dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazan küçəsindəki yaşayış binasının girişində baş verən partlayışda həyatını itirib.
    //azxeber.com

  • D-8-in 12-ci sammitinə ev sahibliyi edəcək ölkə açıqlandı

    Misirdə keçirilən D-8 Təşkilatının dünənki sammitində  2025-ci il zirvə toplantısına İndoneziyanın ev sahibliyi edəcəyi açıqlanıb.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, yekun bəyanat Qahirədə keçirilən 11-ci İnkişaf etməkdə olan 8 Ölkə (D-8) Zirvə Toplantısından sonra dərc edilib.
    Liderlər D-8 Təşkilatına üzv dövlətlərə qarşı qlobal iqtisadi sabitliyə xələl gətirəcək, beynəlxalq hüquq prinsiplərini pozacaq hər hansı birtərəfli iqtisadi sanksiyalara qarşı olduqlarını bildirib və bu sanksiyaların ləğvini tələb ediblər.
    Qeyd edək ki, Sammitdə iştirak edən ölkələrin liderləri və nümayəndə heyətləri Qahirə Bəyannaməsi vasitəsilə D-8 Təşkilatının genişlənməsini dəstəkləyərək Azərbaycanın təşkilata tamhüquqlu üzvlüyünü alqışlayıblar.
     //azxeber.com

  • Bu ərazilərdə mənzillər bahalaşdı

    Daşınmaz əmlak bazarında nisbi qiymət artımı müşahidə olunur.

    Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.

    O qeyd edib ki. aylıq göstəricilərə nəzər salsaq 1-2% aralığında dəyişən qiymət artımları olduğunu görə bilərik:

    “Hesab edirəm ki, bu daşınmaz əmlak bazarı üçün elə də əhəmiyyətli qiymət dəyişməsi deyil. Bütün hallarda qiymət artımı görülür. İllik qiymət artımı isə cari il üzrə maksimum 10% ətrafında ola bilər. Daha dəqiq desək artım 10%-i çox cüzi ötə bilər. Yəni 15-20% aralığında artım gözlənilmir. Ümumiyyətlə daşınmaz əmlak bazarı üçün aktiv mövsüm hesab olunsa da hazırda ciddi aktivlik müşahidə olunmur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan statistikaya baxsaq, burada ciddi azalmaların olduğunu görərik. Güman edirəm ki, il ərzində əqdlərin qeydiyyatı üzrə ötən illə müqayisədə 15%-dən çox azalma qeydə alınıb. Bu da bazar üzrə dinamikanın, aparılan əməliyyatların həcminin azalması və bazara müraciətlərin aşağı düşməsi deməkdir”.

    Müsahibimiz qeyd edib ki, qiymət dəyişmələrində əsasən əraziyə, ictimai infrastrukturun, nəqliyyatın təmin olunma, sənədləşmə və digər amillər rol oynayır:

    “Dəyişikliklər daha çox mərkəzdən kənar hissələrdə qiymət artımı müşahidə olunur. 28 may və Gənclik əraziləri istisna olmaqla digər ərazilərdə bu artım gözə çarpır. Həzi Aslanov, Əhmədli, Günəşli ərazilərində qiymət artımları daha çoxdur”. (modern.az)