Month: December 2024

  • Müəllimlərin orta aylıq maaşı açıqlandı

    Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1000 manata yaxındır.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

    Qeyd olunub ki, 2024-cü təqvim ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 527 manat təşkil edib.

  • Gecə bu ərazilərdə işıq olmayacaq

    Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə 110 kV-luq 6,7-ci Xırdalan hava xəttində həyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 20-də elektrik xətləri sifarişə əsasən açılacaq. 

    Median.Az xəbər verir ki, “Azərişıq” ASC məlumat yayıb.

    Bununla əlaqədar olaraq saat 01:00-dan saat 05:00-dək 110/35/10 kV-luq “Qobu” yarımstansiyasından qidalanan Qobu və Hökməli qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Пашинян: Армения согласна не размещать силы третьих стран на границе с Азербайджаном

    Ереван согласен не размещать силы третьих стран на армяно-азербайджанской границе после ее делимитации.

    Об этом сообщил премьер-министр Армении Никол Пашинян в интервью агентству Арменпресс.

    “Мы предлагаем распространить положение о неразмещении сил третьих стран на делимитированные участки армяно-азербайджанской границы, и это логично, поскольку риск эскалации на этих участках значительно снижается за счет делимитации, если не сказать, снижается до минимума, – сказал он. – Таким образом, после полной делимитации границы не будет необходимости в присутствии третьих сил на каком-либо участке армяно-азербайджанской границы, и Республика Армения предлагает такую логику”.

  • Paşinyan: “Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır”

    “İrəvan delimitasiya prosesi başa çatdıqdan sonra üçüncü ölkələrin qüvvələrini Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməməyə razıdır”.

    Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

    “Biz üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik və bu, məntiqlidir, çünki delimitasiya nəticəsində sərhədin bu hissələrində eskalasiya riski xeyli azalır, hətta, deyərdim, minimuma enir. Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan belə yanaşmanı təklif edir”, – o bildirib.

  • Ереван отправил Баку предложение по возобновлению ж/д сообщения

    Армения отправила Азербайджану предложение по возобновлению железнодорожного сообщения, которое прекратилось в начале 90-х прошлого века.

    Об этом заявил агентству Арменпресс премьер-министр Армении Никол Пашинян.

    “По нашей оценке, мы нашли решение, как возобновить железнодорожное сообщение, которое было бы полностью приемлемо и для Армении, и для Азербайджана. Предложение этого решения в письменном виде мы отправили Азербайджану и ждем его положительной реакции. Когда эта реакция будет получена, необходимо будет быстро подписать договор и приступить к строительству железной дороги”, – отметил он.

  • Paşinyan: “Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik”

    “Ermənistan Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda münaqişə başlayandan sonra dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib”.

    Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

    “Bizim qiymətləndirməmizə görə, biz dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olan həll yolu tapmışıq. Həll yolunu yazılı formada Azərbaycan tərəfinə göndərmişik və müsbət reaksiya gözləyirik. Bu reaksiya alınan zaman qısa müddətdə müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”, – o bildirib.

  • Гафар Демирчи освобожден из-под стражи

    Вице-президент AQA Group Гафар Демирчи, обвиняемый в нанесении значительного ущерба окружающей среде из-за незаконной вырубки лесов в Шекинском районе, освобожден из следственного изолятора.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, предприниматель полностью возместил ущерб в размере 8 000 000 манатов, что стало основанием для отмены меры пресечения в виде заключения под стражу в отношении него и сотрудников его компании.

    Отметим, что Г.Демирчи и его работники были задержаны неделю назад Главным управлением по борьбе с организованной преступностью МВД.

    По данным следствия, возглавляемая бизнесменом компания Monte Ferro незаконно вырубала различные породы деревьев в лесных массивах, охватывающих два села Шекинского района. Г.Демирчи было предъявлено обвинение по статье 259.3 (незаконная порубка деревьев, совершенная группой лиц по предварительному сговору или организованной группой) Уголовного кодекса Азербайджана.

  • Qafar Dəmirçi azadlığa buraxıldı

    Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi azadlığa buraxılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Dəmirçi 8 milyon manatlıq ziyanı tam ödəyib.

    Bu səbəbdən Qafar Dəmirçi və işçiləri barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onlar istintaq təcridxanasından sərbəst buraxılıblar.

    Qeyd edək ki, Qafar Dəmirçi və şirkətinin işçiləri bir həftə əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdilər.

    İttihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib.

  • İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

    Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

    “Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm.

    Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.

    Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.

    Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir”.

  • Azərbaycanda polis mayoru faciəli şəkildə həlak oldu

    Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

    İlkin ehtimala görə, hadisəyə KİA markalı avtomobilin aşması səbəb olub. Sürücü Zəfər Cəfərovun idarə etdiyi avtomobilin aşması ilə özü və polis mayoru olan dostu Ceyhun Axundov həyatlarını itiriblər.