Month: December 2024

  • Azərbaycanda itkin düşmüş şəxsin meyiti transformatorda tapıldı

    İmişlidə itkin düşmüş şəxsin meyiti tapılıb.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Oruclu kənd sakini 59 yaşlı Şükürov Rasim Pəsi oğlu dekabrın 18-i saat 08 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Onun yaxınları polisə müraciət edərək, R.Şükürovun itkin düşməsi barədə məlumat verib və axtarışlara başlanılıb.

    Dekabrın 19-da Rasim Şükürovun meyiti kənd ərazisində yerləşən transformatorda tapılıb.

    Onun cərəyan vurmasından öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 18-də İmişli rayon sakini 1965-ci il təvəllüdlü Rasim Şükürovun rayonun Oruclu kəndindən keçən transformatorun üzərindəki 10 kv-luq elektrik xəttini kəsərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi

    “Prezidentə yalnız məhkumların deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə məsuliyyətdən azad etmək səlahiyyəti verən amnistiyaları əldə etmək haqqında qanun qəbul etməyi təklif edirəm”.

    Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

    Deputat çıxışında bu məsələ ilə bağlı hökümətə çağırış edib:

    “Dünən böyük D-8 təşkilatına üzv olmağımız münasibətilə xalqımızı təbrik edir və daha böyük təşkilat olan ÜTT-yə üzv olmaq üçün höküməti yubanmadan zəruri qərarlar qəbul etməyə çağırıram. Avropa İttifaqının son qətnaməsini, Qərbdən gələn təzyiq və təhdidləri qətiyyətlə pisləməklə yanaşı, ölkəmizin maraqları naminə Şərq müdrikliyi nümayiş etdirib, Qərb ölkələri ilə münasibətdə yaranmış gərginliyin hansısa möcüzə nəticəsində aradan qalxacağını gözləmədən, gərginliyin azaldılması istiqamətdə qarşı tərəflə ciddi danışıqlar aparmağı təklif edirəm. Nəzərə almalıyıq ki, zorun meydan suladığı dünyada yaşayırıq. Bu gün regionun böyük dövlətləri qardaş Türkiyə, Rusiya, İran kollektiv Qərb tərəfindən onlara münasibətdə təyin olunmuş sanksiyaların yumşaldılması üçün ciddi səylər göstərirlər”.

  • General-leytenant təqaüdə göndərildi

    Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini – Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

    General-leytenantın yerinə hələ ki təyinat yoxdur.

    Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.

  • Şəhid anası vəfat etdi

    Şəhid anası vəfat etdi

    Vətən müharibəsi şəhidi Elgün Xıdırovun anası vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xumar Xıdırova xəstəlik səbəbindən dünyasını dəyişib.

    Mərhum Goranboyun Xoylu kəndində oğlunun yanında dəfn edilib.

    Qeyd edək ki, Azərbaycan ordusunun baş leytenantı, ali təhsilli hərbçi olan 1989-cu il təvəllüdlü Elgün Xıdırov Vətən müharibəsinin ilk günündə Füzuli istiqamətində şəhid olub.

  • Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı

    Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən, özünü “12-ci imam” kimi təqdim edən Aqil Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Qeyd edək ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. O özünü zühur etmiş “12-ci imam” kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 3 ay azaldıb.

    Aqil Babayev kassasiya şikayəti verərək müsadirə edilmiş əmlakını geri istəyib. Onun yaxınları hesab edirlər ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır. Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və “Hyundai Santa Fe” minik avtomobilindən gedir.

  • Началось очередное пленарное заседание Милли Меджлиса

    Началось очередное пленарное заседание Милли Меджлиса.

    В повестку заседания, проходящего под председательством спикера парламента Сахибы Гафаровой, включено 11 вопросов.

    Парламентарии обсудят законопроект “Об эффективном использовании энергетических ресурсов и энергоэффективности”, изменения в Налоговый кодекс, а также в законы “О библиотечном деле” и “О музеях”.

  • Milli Məclisin növbəti plenar iclası başlayıb

    Milli Məclisin növbəti plenar iclası başlayıb.

    İclasa parlamentin sədri Sahibə Qafarova rəhbərlik edir.

    İclasın gündəliyinə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, Vergi Məcəlləsində və “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişikliklər daxil olmaqla, ümumilikdə 11 məsələ daxil edilib.

  • İngiltərə klubunun qapıçısı faciəvi şəkildə həlak olub

    İngiltərənin “Barton Taun” klubunun qapıçısı Ceyms Hiçkok ötən həftəsonu faciəvi şəkildə həlak olub.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bazar günü York şəhərinin dəmir yolu stansiyasında baş verib.

    30 yaşlı qapıçı ölümlə nəticələnən ciddi baş travmaları alıb. Futbolçunun həyat yoldaşı və uşağı qalıb. Cinayətlə bağlı qətl və soyğunçuluqda ittiham olunan 22 yaşlı Makke
    nzi Dikiçço həbs edilib.
    Qeyd edək ki, “Barton Taun” İngiltərənin 9-cu divizionunda çıxış edən yarıpeşəkar klubdur.

  • İmtahan qaydalarını pozan abituriyent 3 il müddətinə azadlıqdan məhrum edilib

    Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarını qaydalarla bağlı diqqətli olmağa çağırıb.

    Median.Az DİM-ə istinadən xəbər verir ki, imtahanlarda əsasən mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, öz yerinə başqasını göndərmək, köçürməyə cəhd və digər hallara rast gəlinir.

    Qeyd olunub ki, istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları DİM əməkdaşları, zərurət olduqda isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır:

    “Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Xatırlayırsınızsa, bir neçə il bundan öncə saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmə faktları aşkar olunub və cinayət işi başlanılaraq həmin şəxslər barədə müvafiq qərarlar qəbul olunub. Bu yaxınlarda isə ötən il keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında baş verən qayda pozuntuları ilə bağlı Dövlət İmtahan Mərkəzinin hüquq mühafizə orqanlarına müraciəti əsasında başlanılan cinayət işinə lazımi hüquqi qiymət verilib.

    Belə ki, 2023-cü ilin iyul ayında keçirilən qəbul imtahanlarında bir imtahan iştirakçısında binanın girişində yoxlama zamanı komplekt halda xüsusi ötürücü qurğu (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkar olunub. Abituriyent imtahandan kənarlaşdırılandan sonra həmin qurğular hüquq mühafizə orqanlarına təqdim olunub və aparılan araşdırmalar nəticəsində həmin cihazların satışını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Onun müxtəlif sosial şəbəkə hesablarında imtahanlarda istifadə etmək üçün satışı qadağan olunmuş mikroqulaqlıqlarla bağlı iştirakçılara çoxsaylı müraciətlər etdiyi müəyyən olunub. Həmin şəxs artıq cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunub və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib”.

    Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək.

  • Dərmandan zəhərlənən qadın öldü

    Bakıda 63 yaşlı qadın dərmandan zəhərlənib.

    Dekabrın 19-u saat 11 radələrində 1961-ci il təvəllüdlü Əkbərova Minəxanım Hacı qızı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə çatdırılıb.

    Yaşadığı Nəsimi rayonu 4-cü mikrorayon Mircəlal küçəsindəki evdən tibb müəssisəsinə aparılan qadın az sonra vəfat edib.

    M.Əkbərovanın hansı dərmandan və hansı şəraitdə zəhərlənməsi hələlik açıqlanmayıb.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.