Month: December 2024

  • İmişlidə elektrik cərəyanının vurduğu 59 yaşlı kişi ölüb

    İmişli rayonunda elektrik cərəyanının vurduğu 59 yaşlı kişi ölüb.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişlinin Oruclu kəndi ərazisində qeydə alınıb. Adıçəkilən kənd sakini Rasim Şükürov ötən gün evdən çıxıb, daha sonra ondan bir xəbər olmayıb. Ailə üzvləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət daxil olduqdan sonra şəxsin axtarışlarına başlanılıb. Bu gün günorta saatlarında Rasim Şükürovun kənd ərazisində olan transformatorun ətrafında cəsədi aşkarlanıb. İlkin ehtimallara görə, onu cərəyan vurub.

    Faktla bağlı araşdırma aparılır.

  • Rəsmi Bakıdan Fransa və ABŞ-yə CAVAB

    “Xanım səfir Ann Buayon, hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir”.

    Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın ölkəmizdəki səfiri Ann Buayona cavabında bildirib.

    “Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi, görünür ki, yeni üsuldur. Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir.

    Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir.

    Real göstəricisi isə əslində budur: Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb (2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər)”, – deyə XİN rəsmisi qeyd edib.

    ***

    Ayxan Hacızadə, həmçinin ABŞ-nin Azərbaycandakı Səfirliyinə də cavab verib:

    “Unutmayaq ki, əsl “namərdlik” ABŞ-nin “məşhur, dürüst və qərəzsiz” kimi təqdim edilən qurumları tərəfindən yalanın həqiqət kimi göstərilməsi və sırf geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə olunmasıdır. 

    Özünü beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəçisi kimi qələmə verən və bir çox insan hüquqlarını heçə sayan ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir.

    Tənqid təzyiq kimi o zaman effektli ola bilər ki, tənqid edənin niyyəti saf, əxlaqı isə üstün olsun.

    Keçmişdəki səhvlərdən dərs çıxarmaq gələcək uğurlu addımlar üçün əsas şərtdir”

  • Bakı sakininə qarşı 60 min dollar dələduzluq edilib

    Bakı sakininə qarşı 60 min dollar dələduzluq edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakininin 60 000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Haqverdiyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Некоторым лицам НДС будет возвращен полностью

    Согласно поправкам в Налоговый кодекс Азербайджана, туристы, пользующиеся медицинскими услугами в стране, смогут полностью вернуть уплаченный налог на добавленную стоимость (НДС).

    Об этом на своей странице в Facebook написал депутат Милли Меджлиса Вугар Байрамов.

    Парламентарий отметил, что возврат НДС в режиме tax-free предусмотрен только для безналичных платежей за медицинские услуги, оказанные иностранцам и лицам без гражданства.

    “Основная цель изменений – предоставление налоговых стимулов для медицинского туризма. Это означает, что если турист пользуется медицинскими услугами в Азербайджане, то при выезде из страны он сможет вернуть уплаченный НДС”, – пояснил Байрамов.

    По словам депутата, это нововведение может также увеличить доходы медицинских учреждений, так как после изменений не исключено повышение спроса туристов на медицинские услуги. А это означает больше доходов для сектора здравоохранения. Кроме того, это может создать стимул для дальнейшего повышения качества в данной сфере.

    Ожидается, что указанное изменение вступит в силу со следующего месяца.

  • Bəzi şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq

    “Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən turistlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər”.

    Bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

    Deputat qeyd edib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “tax-free” rejimində ƏDV-nin geri qaytarılması nəzərdə tutulur:

    “Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərinin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə, o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək.

    Bu dəyişiklik, eyni zamanda, tibb müəssislərinin gəlirlərini də artıra bilər. Çünki yeni dəyişiklikdən sonra turistlərin tibbi xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Eyni zamanda, səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər”.

    Parlamentarinin sözlərinə görə, sözügedən dəyişikliyin növbəti aydan qüvvəyə minəcəyi gözlənilir.

  • По маршруту Баку – Агстафа назначены дополнительные ж/д рейсы

    “Азербайджанские железные дороги” (АЖД) назначили на 28 и 29 декабря дополнительные рейсы по маршруту Баку – Агстафа – Баку.

    Как сообщает Median.Az со ссылкой на АЖД, данный шаг предпринят в целях удовлетворения повышенного спроса на пассажирские перевозки в праздничные дни.

    С 30 декабря по 5 января поезда по данному маршруту будут курсировать ежедневно в обоих направлениях.

    Подробную информацию о расписании и билетах можно получить в кассах железнодорожных вокзалов, на официальном сайте АЖД (www.ady.az), через мобильное приложение ADY Mobile, а также по номеру 1822.

  • Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günləri ərəfəsində sərnişin tələbatını təmin etmək məqsədilə 28 və 29 dekabr tarixlərində Bakıdan Ağstafaya və Ağstafadan Bakıya əlavə qatar reysləri təyin edib.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

    Xatırladaq ki, 30 dekabr-5 yanvar bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.

  • Bayram ərəfəsində AQTA-dan MÜRACİƏT: Saxta spirtli içki qurbanı olmayın

    Bəzi xarici ölkələrlə yanaşı, ölkəmizdə də bayram ərəfəsində qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazid hallarla bağlı ən sərt tədbirlər görülür. Bununla yanaşı, istehlakçıların da bu məsələdə daha diqqətli olmaları tövsiyə olunur.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur.

    “Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir. Həmçinin, vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduqlarından onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var.

    Vətəndaşlardan belə qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, o cümlədən agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. Eyni zamanda, ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirmələri, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələb etmələri tövsiyə olunur”, – deyə məlumatda bildirilir.

  • TƏBİB прояснил ситуацию со сбоями в системе электронной регистрации некоторых медучреждений

    Сегодня с утра из-за технической неисправности у одного из провайдеров, обеспечивающих интернет-услуги по стране, были зафиксированы перебои в работе системы электронной регистрации некоторых медицинских учреждений.

    Об этом сообщили в Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Отмечается, что интернет-провайдер проводит работы по устранению проблемы в кратчайшие сроки.

  • TƏBİB bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan fasilələrə aydınlıq gətirib

    Bu gün səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub.

    Bildirilib ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.