Month: December 2024

  • В Азербайджане подготовят предложения по механизмам господдержки рыболовства

    Кабинет министров Азербайджана представит главе государства предложения по механизму государственной поддержки сферы рыболовства.

    Как сообщает Report, это нашло свое отражение в подписанном сегодня Президентом Ильхамом Алиевым указе о дополнительных мерах по развитию рыболовства и аквакультуры и внесении изменений в некоторые указы и распоряжения в связи с этим.

    Согласно документу, данные предложения подготовят министерства сельского хозяйства и экономики. Свои предложения ведомства должны представить в Кабинет министров.

  • Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək

    Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, balıqçılığın kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid edilməsi, habelə bu sahədə dövlət dəstəyi mexanizmlərinin tətbiqi barədə təkliflər hazırlayaraq ölkə Prezidentinə təqdim edəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.

    Bundan başqa, hökumətə Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifləri əsasında, akvakultura təsərrüfatlarının qurulması üçün uyğun torpaq sahələri və su obyektləri, habelə balıqçılıq sahəsində normativ hüquqi aktların, o cümlədən akvakultura təsərrüfatlarının uçotu və fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq sahəsində funksiyalarının həyata keçirilməsi üçün maddi-texniki təminat məsələlərinin həll edilməsi, digər dövlət orqanlarının (qurumlarının) Kənd Təsərrüfatı Nazirliyinin bu Fərmanda müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin əmlakın Kənd Təsərrüfatı Nazirliyinin balansına verilməsi ilə bağlı təkliflər hazırlamaq, Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək, vahid büdcə təsnifatı üzrə balıqçılığın (o cümlədən balıq ovunun) kənd təsərrüfatı bölməsinə daxil edilməsi, habelə dövlət büdcəsinin layihəsi hazırlanarkən dövlət büdcəsinin xərc istiqamətləri üzrə balıqçılıq (o cümlədən balıq ovu) ilə bağlı müəyyən edilmiş vəsaitin Kənd Təsərrüfatı Nazirliyinə ayrılması ilə əlaqədar tədbirlər görmək tapşırılıb.

  • “İki diplomlu müəllimi aldatdı” – Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Əşrəf Əliağa oğlu Əşrəflinin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, təhsil eksperti kimi tanınan Əşrəf Əşrəfli 4 nəfərə qarşı dələduzluqda ittiham olunur. İlk olaraq təqsirləndirilən və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxs Əşrəf Əşrəfli cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Həmçinin Nəsib Həsənova 900 manat ziyan vurulub və cəlbetmə müddəti keçdiyi üçün həmin epizoda xitam verilməsini istəyib. Özünü isə heç bir epizodda təqsirli bilməyib.

    Hakimlər müşavirədən qayıtdıqdan sonra məhkəmə prosesini dekabr ayının 26-na kimi təxirə salınıb.

    İttiham aktına görə, Əşrəf Əşrəfli Soner Kuçker adlı vətəndaşdan 34 min manat alıb ki, onu Tibb Universitetinə tələbə kimi qəbul edəcək. Digər zərərçəkən Səbinə Abdullayeva isə övladını İspaniyada universitetə qəbul etdirmək üçün Əşrəf Əşrəfliyə 5100 manat pul verib. Səbinə Abdullayeva çıxış edərək bildirib ki, Əşrəf orta ixtisas təhsili ilə 2 diplomlu müəlliməni aldatdı, naxçıvanlı olmaqla deyil.

    Xatırladaq ki, Əşrəf Əşrəfli bundan qabaqda Yasamal rayonu ərazisində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 12 nəfərin 35 min manat pulunu ələ keçirib.

    Belə ki, o, yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında yaratdığı “set.az”, “ashrafli.az”, “xaricde.com” saytları və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “Ş.Group”, “AConsalting.az”, “Press.Legal”, “İHA.AZ”, “SET” xaricdə təhsil şirkətlərinin rəhbəri kimi təqdim edib.

  • Aydın Dəmirçi üzr istədi – VİDEO

    “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi üzr istəyib.

    Median.Az APA TV-yə istinadən xəbər verir ki, iş adamı bu addımı ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə atıb.

    “Yaranmış diqqətsizliyi işçilərimizin qeyri-peşəkar və məsuliyyətsiz davranmağı ilə əlaqələndiririk. Bununla bağlı olaraq mən ölkə ictimaiyyətindən üzr istəyirəm. Və söz verirəm ki, bu torpaqlarda meşə ağacları əkiləcək və meşə örtüyü tam şəkildə bərpa ediləcək. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu işə artıq başlamışıq. Görülən tədbirlər, aparılan işlər barədə ölkə ictimaiyyətini mütəmadi olaraq xəbərdar edəcəyik”, – A.Dəmirçi bildirib.

    Qeyd edək ki, Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib.

    Xatırladaq ki, “AQA Şirkətlər Qrupu”na çoxsaylı plazalar – “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqaları daxildir. Bundan əlavə, şirkətdə “AGA Group” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı (“AGA Agro”, “Monte Ferro”), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və hotelçilik (“Da Vinci” və “Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.

  • Vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq

    Azərbaycanda vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılması nəzərdə tutulur.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.

    Fərmanla “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Dəyişikliyə görə, qurum daxili su obyektlərindən səmərəli istifadə etməklə, artırılması və yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılmasına və qorunub saxlanılmasına dair təkliflər hazırlamalıdır.

    Bundan başqa, nazirlik balıqçılıq haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması və yetişdirilməsi nəzərdə tutulan nərə cinsli, keçici, yarımkeçici balıqların törədicilərinin tədarükü məqsədilə balıq və digər su bioresurslarının ov vətəgələrinin yaradılması barədə təkliflər hazırlamalıdır.

    Həmçinin nazirlik balıqartırma müəssisələrində balıqçılıq haqqında texniki normativ hüquqi aktlara uyğun olaraq törədici balıqların, balıq körpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasını aparacaq, balıq və digər su bioresursları körpələrinin su obyektlərinə buraxılışı aktı tərtib edəcək.

  • Azərbaycanda “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişib

    Prezident İlham Əliyev “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.

    Dəyişikliyə əsasən, bundan sonra sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarında müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaqlar və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.

    Bundan başqa, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilməyəcək, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul edəcəklər.

    Eyni zamanda, gömrük orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanacaq.

  • На трассе Баку-Газах перевернулся автомобиль: есть погибшие

    В Гёранбойском районе произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как передает АПА, инцидент произошел на трассе Баку – Газах.

    Автомобиль KIA съехал с дороги и перевернулся. В результате два человека погибли на месте происшествия.

    По данному факту проводится расследование.

  • Bakı-Qazax yolunda maşın aşıb, ölənlər var

    Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.

    Hərəkətdə olan KIA markalı minik maşını yoldan çıxaraq aşıb.

    Qəza zamanı iki nəfər hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

  • Задержан “Лимончик”: похищал автомобильные номера – ФОТО

    Полиция задержала лиц, похищавших государственные регистрационные номера с автомобилей в Наримановском, Абшеронском и Сураханском районах.

    Как сообщает manset.az, в 18-й отдел полиции Наримановского районного управления полиции (РУП) поступила информация о краже госномеров с автомобилей Toyota и Jeep на территории Наримановского района.

    В результате мероприятий, поведенных сотрудниками полиции, были задержаны подозреваемые в совершении краж 20-летний Ф.Гусейн, его брат-близнец Я.Гусейн, 20-летний Ш.Керимли, 19-летний Р.Агаев и один подросток.

    Они звонили владельцам украденных номерных знаков с казахстанских номеров и требовали деньги.

    Выяснилось, что они также похитили государственные регистрационные номера еще с 5 автомобилей Toyota, Hyundai, Range Rover и Mercedes-Benz на территории города Хырдалан Абшеронского района.

    Сотрудники 33-го отделения полиции Сураханского РУП задержали 24-летнего А.Исмайыллы, подозреваемого в краже госномеров с автомобиля Opel в автомастерской в жилом массиве AB поселка Ени Гюнешли.

    По данным фактам ведется расследование.

    Отметим, что А.Исмайыллы известен под прозвищем “Лимончик”. Он прославился в социальных сетях тем, что ранее продавал лимоны в России.





  • Maşın nömrələri oğurlayanlar saxlanıldılar: Qazaxıstan nömrəsi ilə pul tələb edirlərmiş – FOTO

    Polis Nərimanov, Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxsləri müəyyən edərək saxlayıb.

    Median.Az Manset.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində “Toyota” və “Jeep” markalı iki avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 20 yaşlı F.Hüseyn, əkiz qardaşı Y.Hüseyn, 20 yaşlı Ş.Kərimli, 19 yaşlı R.Ağayev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

    Onlar oğurladıqları dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.

    Onların Abşeron rayonu Xırdalan şəhəri ərazisində “Toyota”, “Hyundai”, “Range Rover” və “Mercedes-Benz” markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub.

    Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində yerləşən avtomobil təmiri sexində “Opel” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən 24 yaşlı Ə.İsmayıllı saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar aparılır.

    Qeyd edək ki, Ə.İsmayıllı “Limonçik” ləqəbi ilə tanınır. O, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşmışdı.