Month: December 2024

  • Rusiyada “An-2” təyyarəsi radarlardan itib

    Rusiyanın Kamçatka diyarında yükdaşıma həyata keçirən “An-2” təyyarəsi radarlardan yoxa çıxıb.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, məlumatı regionun fövqəladə hallar naziri Sergey Lebedyev də təsdiqləyib.

    Qeyd olunub ki, “An-2” təyyarəsində üç ekipaj üzvü olub. Hələlik onların taleyi haqqında məlumat verilmir.

  • Азербайджанская блогерша Нармин Мехдиева скончалась после пластической операции

    Скончалась блогерша Нармин Мехдиева.

    Согласно данным oxu.az, ее состояние ухудшилось после операции по коррекции фигуры.

    Через два дня женщина отправилась в аптеку, а позже ее тело было обнаружено в собственной квартире.

    Согласно информации, Н.Мехдиева не завершила среднее образование и воспитывалась в многодетной семье, где росли пять сестер. Она была разведена и имела дочь.

  • Azərbaycanda bloqerin estetik əməliyyatdan sonra evində MEYİTİ TAPILDI

    Bloqer Nərmin Bəylər qızı Mehdiyeva vəfat edib.

    Onun bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib.

    Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb.

    Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar. N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.
    //oxu.az

  • Tovuzda orta məktəbdə 10-dan çox şagird zəhərlənib

    Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində qeydə alınıb.

    Məktəbin 10-dan artıq şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub.

  • Громкое дело “Шляпы Захида”: новые подробности из зала суда

    В Бакинском суде по тяжким преступлениям под председательством судьи Новруза Керимова прошло очередное заседание по делу бывшего старшего офицера Управления внутренней безопасности, образования и научных исследований Министерства обороны Захида Нифталиева, обвиняемого в присвоении 42 234 000 манатов.

    Как сообщает Report, на процессе выступили свидетели.

    Свидетель Шахла Абдурахманова сообщила, что в настоящее время занимает пост в Фонде страхования вкладов, а ранее работала в Atabank.

    “Я хорошо помню договор с компанией Şahin-CO (согласно обвинительному акту, компания создана Захидом Нифталиевым – ред.), так как сумма кредита составляла около 40 млн”, – заявила она.

    Ш.Абдурахманова сообщила, что подписала договор с председателем правления Atabank Даянатом Гулиевым после того, как были подготовлены протокол и выписка.

    “Председатель Наблюдательного совета дал мне полномочия подписать договор после подготовки необходимых документов. Без протокола, выписки и решения я не могла сделать этого”, – сказала гражданка.

    Государственный обвинитель отметил, что существуют противоречия между показаниями свидетеля на предварительном следствии и в суде. Поэтому были зачитаны ее показания, данные на предварительном следствии.

    Выяснилось, что компании Şahin-CO был выдан кредит в день ее создания. Когда свидетель сказала об этом председателю правления Atabank Даянату Гулиеву, он ответил: “Не вмешивайся, делай то, что говорят”.

    Договор подписали Захид Нифталиев, Даянат Гулиев и Ш.Абдурахманова. Последняя подтвердила свои показания.

    Следующее судебное заседание состоится 15 января.

    Отметим, Захид Нифталиев был арестован Главным следственным управлением Службы государственной безопасности (СГБ). В ходе следствия Гянджинский апелляционный суд удовлетворил протест прокуратуры в отношении приговора Тертерского военного суда. З.Нифталиев был признан виновным в служебном подлоге и получении крупной взятки и приговорен к 8 годам и 6 месяцам, а оправданный Эльсевер Нифталиев – к 8 годам лишения свободы.

    Кроме того, он обвиняется в присвоении 42 млн манатов. Согласно обвинительному акту, З.Нифталиев с целью получения кредита создал ООО Şahin-CO, представил в ОАО Atabank ложные сведения о производственном и финансовом положении компании. В 2016 году он получил кредит сроком на 12 месяцев на сумму 42 470 885 манатов и, не использовав его по назначению, причинил крупный ущерб финансовой организации. По полученному кредиту путем лжепредпринимательства заработал значительную сумму денег и не исполнил решения суда о выплате кредита находящемуся в процессе ликвидации ОАО Atabank.

    В отношении З.Нифталиева было возбуждено уголовное дело по статье 179.3.2 (присвоение или растрата в крупном размере) Уголовного кодекса, собранные материалы были направлены в Бакинский суд по тяжким преступлениям для рассмотрения.

    Отметим, что старший офицер Захид Нифталиев, имевший прозвище “Шляпа Захид”, считался близким человеком экс-начальника генштаба Наджмеддина Садыкова.

  • “Şlyapa Zahid”in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb

    Müdafiə Nazirliyinin 42 milyon 234 min manatlıq mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

    Şahid Şəhla Abdurəhmanova bildirib ki, hazırda Əmanətlərin Sığortalanması Fondunda çalışır. O bundan əvvəl “Atabank”da işlədiyini deyib.

    “Şahin-CO” şirkəti (ittiham aktına görə, Zahid Niftəliyevin yaratdığı şirkət – red.) ilə olan müqaviləni dəqiq xatırlayıram. Çünki kreditin məbləği 40 milyona yaxın olub”.

    O bildirib ki, “Şahin-CO” şirkəti üçün də protokol və ondan çıxarış olub, sonra şirkətin cari hesabına kredit köçürülüb.

    Ş.Abdurrahmanova İdarə Heyətinin sədri Dəyanət Quliyevlə həmin müqaviləni imzaladığını deyib:

    “Müşahidə Şurasının sədri protokol və çıxarış hazırlandıqdan sonra müqaviləni imzalamaq səlahiyyətini mənə verib. Protokol, çıxarış, qərar olmadan mən heç nəyi imzalaya bilmərəm”, – deyə şahid bildirib.

    Dövlət ittihamçısı bildirib ki, şahidin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədəki ifadələrində ziddiyyət var. Buna görə də onun ibtidai istintaqa verdiyi ifadə elan olunub.

    Məlum olub ki, “Şahin-CO” şirkəti təsis olunan gün ona kredit verilib. Şahid bunu İdarə Heyətinin sədri Dəyanət Quliyevə dedikdə ona: “Sən qarışma, nə deyilir, onu da et”, – deyilib.

    Müqaviləni Zahid Niftəliyev, Dəyanət Quliyev və Ş.Abdurəhmanova imzalayıb. Şəhla Abdurrahmanova ifadəsini təsdiq edib.

    Məhkəmənin növbəti prosesi yanvarın 15-də davam edəcək.

    Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib. Daha sonra o, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yenidən həbs edilib.

    Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək, Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

    Bundan başqa, Zahid Niftəliyev “Atabank ASC”dən götürdüyü 42 milyon manat kredit vəsaitinin və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli olaraq icra etməyib.

    Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

  • Gələn şənbə və bazar tam iş günüdür – 7 gün isə ardıcıl iş olmayacaq

    Daha əvvəl xəbər verdiyimiz kimi, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

    Median.Az xəbər verir ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

    28 və 29 dekabr tarixlərində istirahət günləri olmasına baxmayaraq tam iş günü olacaq. Yeni ildə ardıcıl 7 gün iş olmayacaq. Belə ki, 30-31 dekabr, 1- 5 yanvar tarixləri qeyri-iş günü olacaq. 

    Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.

  • Naxçıvanda 32.5 milyon manatlıq yeyinti üzə çıxdı – Materiallar prokurorluqda

    “Bu ilin yanvar-noyabr aylarında Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 7 audit keçirib, hamısının nəticələri artıq rəsmiləşdirilib”.

    Median.Az Palataya istinadən xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov bu gün Naxçıvan şəhərində keçirilmiş Maliyyə Forumunda bildirib.

     
    “Auditlər nəticəsində 32.5 milyon manat vəsaitin pul, natura və əvəzləşmə formasında bərpa edilməsinə dair qərar qəbul olunub. Eyni zamanda, 5 auditin nəticələri üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Həmçinin səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi üçün 5 auditin nəticələri yerli Nazirlər Kabinetinə təqdim olunub”, – deyə o qeyd edib.

    Sədrin sözlərinə görə, pozuntulara səbəb olan faktların araşdırılması göstərir ki, qurumların daxili nəzarət mexanizmlərində zəiflik var: “Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi, eləcə də sahə üzrə kifayət qədər bacarıqlara və biliklərə malik olmaması nöqsanların yaranması ilə nəticələnir. Hesab edirik ki, müxtəlif dövlət orqanlarının, o cümlədən Maliyyə Nazirliyi və Hesablama Palatasının Naxçıvanda dövlət sektoru üzrə sağlam maliyyə idarəetməsinə dəstək göstərməsi vacibdir. Bu, maliyyə intizamının yüksəldilməsinə də səbəb olacaq. Məhz bunlar diqqətə alınmaqla, bu kimi görüşləri, bəzi hallarda işçi qaydada seminarların keçirilməsi üçün təşəbbüsləri dəstəkləyirik”, – V.Gülməmmədov deyib.

  • Bakı sakinləri gecə ilə küçəyə axışdı – “Təhlükəli vəziyyətdəyik”

    Bakının Xətai rayonu Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, sürüşmənin gecə saatlarında baş verməsi səbəbindən sakinlər küçədə yığışmalı olublar.

    “Təhlükəli vəziyyətdəyik. Gecə qorxudan yata bilmirik. Daşlar o qədər böyükdür ki, binaya doğru tökülsə, buradan keçən hər kəsin həyatı üçün təhlükə yarada bilər”, – deyə sakin narahatlığını ifadə edib.

    Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müracət etsələr də, heç bir tədbir görülməyib.

    “Bir müddət əvvəl burada daha böyük torpaq sürüşməsi olmuşdu. Xətai Rayon İcra Hakimiyyətindən sürüşən torpaq kütləsini təmizləyəcəklərini bildirsələr də, iki aydan çox vaxt keçməsinə baxmayaraq, deyilənə əməl etməyiblər”, – başqa bir sakin deyib.

  • Premyer Liqa klubları qış fasiləsini harada keçirəcək? (SİYAHI)

    Misli Premyer Liqası təmsilçilərindən “Turan Tovuz” qış fasiləsini Türkiyədə keçirəcək.

    Bu barədə “Report”a Tovuz təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

    Digər klubların hazırlıq planının dəqiq vaxtı, proqramı tam məlum olmasa da, əksəriyyətinin Azərbaycanda qalacaqları müəyyənləşib.

    Anar Hacıyev (“Qarabağ”ın mətbuat katibi): “Toplanış Azərbaycanda olacaq. Toplanışın dəqiq vaxtı, hazırlıq oyunları və digər detallarla bağlı yaxın günlərdə açıqlama veriləcək”.

    Mahal Məmmədov (“Araz-Naxçıvan”ın mətbuat katibi): “Komanda təlim-məşq toplanışını Bakıda keçirəcək. Yanvarın 5-də və ya 6-da yığışacaqlar. Ən azı bir yoldaşlıq görüşü nəzərdə tutulub, ancaq rəqib müəyyənləşməyib”.

    Süleyman Tağıyev (“Turan Tovuz”un mətbuat katibi): “Komanda təlim-məşq toplanışını yanvarın 4-13-ü aralığında Türkiyədə keçirəcək. Digər detallarla bağlı açıqlama veriləcək”.

    Elmar Abdullazadə (“Zirə”nin mətbuat katibi): “Hələ ki, toplanışla bağlı yekun qərar yoxdur. Müəyyənləşdikdən sonra bu barədə klub tərəfindən açıqlama veriləcək”

    Elnur Həmidov (“Sabah”ın mətbuat katibi): “Komanda qış təlim-məşq toplanışını Bakıda, öz bazasında keçirəcək. Hazırlıq yanvarın 4-də başlayacaq. Toplanış müddətində keçiriləcək yoxlama oyunları ilə bağlı qarşıdakı günlərdə dəqiq məlumat veriləcək”.

    Zaur Xudiyev (“Sumqayıt”ın mətbuat katibi): “Hələ hazırlıqla bağlı dəqiq qərar verilməyib. Bununla əlaqədar müvafiq məlumat klub tərəfindən elan olunacaq”.

    Asəf Zeynallı (“Neftçi”nin mətbuat katibi): “Toplanış Bakıda, öz bazamızda olacaq. Komanda yanvarın əvvəlində bir araya gələcək”.

    Yusif Hüseyn (“Şamaxı”nın mətbuat katibi): “Toplanış Azərbaycanda olacaq. Komanda yanvarın 3-də yığışacaq. Hazırlıq müddətində 2 yoxlama oyunu planlaşdırılıb”.

    Azad Mustafayev (“Kəpəz”in mətbuat katibi): “Komanda mövsümün qalan hissəsinə Gəncədə hazırlaşacaq. Yoxlama görüşləri üçün digər bölgələrə gedə bilərik. Toplanışın başlama vaxtı hələ ki, dəqiq deyil. Çox güman, yanvarın 2-si və ya 3-də başlayacaq”.

    Rəşad Məmmədov (“Səbail”in mətbuat katibi): “Komanda təlim-məşq toplanışını öz bazasında keçəcək. Yanvarın 3-də toplanışa start veriləcək. Bir yoxlama matçı nəzərdə tutulub. Rəqib isə hələ məlum deyil”.

    Qeyd edək ki, Misli Premyer Liqasında 2024-cü ilin son oyunları XVIII turda dekabrın 20-22-də keçiriləcək. III dövrəyə isə yanvarın 17-19-da start veriləcək.