Month: December 2024

  • Keşlə bazarında işləyənlərə növbəti xəbərdarlıq- Yanvarın 1-nə qədər bazarı tərk edin! VİDEO

    Keşlə bazarında fəaliyyət göstərən icarədarlara yanvarın 1-nə qədər bazarı tərk etmələri bildirilib.  

    Bazarda fəaliyyət göstərən icarədarlar verilən qərardan narazıdırlar. Onlar 13 gün müddətin bazardan çıxmaq üçün kifayət etməyəcəyini bildirir və bu müddətin ən azı 4 ay uzadılmasını istəyirlər.

    İcarədarlar deyirlər ki, 4-5 ay öncədən bazarın yeni ildə söküləcəyinə dair məlumat verilsəydi, satmaq üçün əlavə mal almazdılar, həmçinin əllərindəki malları da satıb qurtarmış olardılar.

    “Keşlə” bazarının ərazisinə nəzarət edən şəxs bildirdi ki, onlara da məlumat elə bu gün verilib.

    Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib. Rəhbərlik özü məsələni gecikdirib. Son xəbərdarlıq isə yaxın zamanda edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, tikinti başlasın.

    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

  • Bəşər Əsəd dövrünün foto və sənədləri maşınlarla daşınır – FOTO

    Suriyanın bütün şəhərlərində dövlət müəssisələri, məktəblər və ofislər 50 ildən sonra devrilən Əsəd rejiminin qalıqlarından təmizlənir.

    Median.Az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, ölkədə rejimə aid hər şey zibil maşınları ilə daşınır.

    Qeyd edək ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hazırda Moskvadadır və Rusiyadan siyasi sığınacaq alıb.

  • Tom Kruza fəxri mükafat verildi

    Amerikalı aktyor Tom Kruz hərbi rollarına görə ABŞ Hərbi Dəniz Qüvvələrindən fəxri mükafat alıb.
     
    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun kinolarda hərbi xidmətin populyarlaşmasında xidmətləri qeyd edilib.
     
    Kruz Hərbi Dəniz Qüvvələrində mülki şəxslərə verilən ən yüksək mükafat olan medala layiq görülüb.
     
    Ehtimal olunur ki, Tom Kruz belə filmlərə çəkildikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin ictimaiyyət qarşısında nüfuzu xeyli artıb. Xüsusən də “Top Gun” filminin ekranlara çıxmasından sonra hərbi pilot olmaq istəyənlərin sayı kəskin artıb.//sfera.az

  • Azərbaycanda magistr tələbəsi vəfat etdi

    Odlar Yurdu Universitetinin magistrantı Eyvazov Yunus Aydın oğlu vəfat edib.

    Bu barədə universitetin feysbuk hesabında paylaşım edilib.

    Y.Eyvazovun vaxtsız vəfat səsəbi açıqlanmayıb.

  • Nazir direktorlara tapşırıqlar verdi

    Elm və Təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirib.

    Görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, eləcə də Səbail və Nizami rayonlarının məktəb direktorları iştirak ediblər.

    Emin Əmrullayev görüş iştirakçılarını salamlayaraq təhsil sahəsində həyata keçirilən islahatlar, cari ildə əldə olunan nailiyyətlər və gələcək planlar barədə danışıb. Nazir təhsil sahəsində islahatların davamlı olaraq aparıldığını və idarəetmənin bu prosesin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O, məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrin əhəmiyyətini xüsusi qeyd edib.

    Nazir görüşdə məktəblərin qarşısında duran müasir çağırışlar, məktəb-icma əməkdaşlığının inkişafı, təhsilverənlərin sertifikatlaşdırılması prosesi, təhsil müəssisələrində psixoloji xidmətlərin gücləndirilməsi və inklüziv təhsilin təşviqi məsələlərinə diqqət çəkib. O, həmçinin elektron xidmətlərdən daha geniş və effektiv istifadənin zəruriliyini vurğulayıb. Təhsilin keyfiyyətinin artırılması, öyrənmə mühitinin təkmilləşdirilməsi və idarəetmənin modernləşdirilməsi istiqamətində davam edən fəaliyyətlərin əhəmiyyətindən bəhs edib.

    Görüş çərçivəsində mövcud problemlər və onların həlli yolları müzakirə olunub, müvafiq məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Daha sonra təhsil müəssisələrinin rəhbərlərinin sualları cavablandırılıb, təkliflər dinlənilib və müvafiq tapşırıqlar verilib.

  • Эмомали Рахмон переизбран лидером правящей партии Таджикистана

    Президент Таджикистана Эмомали Рахмон снова избран председателем Народной демократической партии Таджикистана (НДПТ), его кандидатуру поддержали участники 15-го съезда правящей партии республики, который прошел в Душанбе.

    Об этом говорится в сообщении на сайте главы государства.

    “При поддержке делегатов съезда уважаемый Эмомали Рахмон был избран председателем НДПТ. Маликшо Нематзода был избран первым заместителем, Абдуллозода Умеда Бекмурод и Каримзода Мирзокосим – заместителями председателя НДПТ”, – говорится на сайте.

    Помимо этого, съезд утвердил новый состав Центрального исполнительного комитета партии, его руководство и состав других партийных органов и структур.

    Отмечается, что, открывая съезд, Рахмон поздравил его участников и всех членов НДПТ с 30-й годовщиной ее создания, а также проанализировал деятельность партии за последние пять лет.

    Съезд также выдвинул кандидатуры 28 членов партии для участия в выборах депутатов Маджлиси намояндагон Маджлиси оли (нижнюю палату парламента) Таджикистана по единому общереспубликанскому округу, которые пройдут 2 марта будущего года. “В ходе съезда была утверждена предвыборная программа Народной демократической партии Таджикистана, которая охватывает важнейшие направления экономического и социального развития страны на 2025-2030 годы, и создан Центральный избирательный штаб партии”, – добавили в пресс-службе президента.

    НДПТ – крупнейшая политическая партия Таджикистана – образована в 1994 году. В марте 1998 года в эту партию вступил Рахмон, с тех пор является ее лидером.

  • Emoməli Rəhmon Tacikistanın hakim partiyasının lideri seçildi

    Tacikistan Prezidenti Emoməli Rəhmon yenidən Tacikistan Xalq Demokratik Partiyasının (TXDP) sədri seçilib. Onun namizədliyi partiyanın Düşənbədə keçirilən 15-ci qurultayında dəstəklənib.

    Bu barədə Tacikistan prezidentinin rəsmi saytında məlumat verilib.

    “Qurultay nümayəndələrinin dəstəyi ilə Emoməli Rəhmon Tacikistan Xalq Demokratik Partiyasının sədri seçilib. Malikşo Nematzoda birinci müavin, Umeda Abdullozoda və Mirzokosim Kərimzoda sədrin müavinləri seçiliblər”, – deyə məlumatda bildirilib.

    Bundan əlavə, qurultay zamanı partiyanın Mərkəzi İcraiyyə Komitəsinin yeni tərkibi, onun rəhbərliyi və digər orqanlarının strukturu təsdiq edilib.

    Tacikistanın ən böyük siyasi partiyası olan TXDP 1994-cü ildə yaradılıb. Emoməli Rəhmon isə 1998-ci ilin martında bu partiyaya qoşulub və o vaxtdan bəri onun lideridir.

  • 100 min suriyalı qaçqın vətəninə qayıdıb

    Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə keçən həftə 250 min insanın evlərinə qayıtdığını və onlardan 100 mininin ölkə xaricində yaşayan suriyalı olduğunu açıqlayıb.

    Bu barədə qurum bəyanat verib.

    Bəyanatda deyilir: “Suriyada 17 milyon insanın hələ də yardıma ehtiyacı var və bütün əhalinin 90 faizi yoxsulluq həddinin altında yaşayır. Müharibədən qaçan minlərlə suriyalı qaçqın indi evlərinə qayıdır, digərləri isə yerli şəraitin təhlükəsizliyə imkan verib-verməyəcəyini qiymətləndirir. Keçən həftə geri qayıt.” “250 min insan evlərinə qayıtdı, onlardan 100 mini ölkə xaricində yaşayır”.

    Suriyalıların müharibə zamanı inanılmaz dərəcədə şiddət və dağıntılara şahid olduqları vurğulanan bəyanatda bütün şəhərlərin xarabalığa çevrildiyi qeyd edilib.

    Bəyanatda fikirləri yer alan və hazırda Suriyada təmasda olan BMqT-nin baş direktoru Amy Pope Suriyanın böyük humanitar ehtiyaclarını ödəmək, bərpa prosesini təşviq etmək və əhalinin sabitləşməsi üçün həyati dəstək verəcəklərini bir daha bəyan edib.

  • Valideynlərin nəzərinə! – Qeydiyyat başladı

    Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində özəl bağçaların boş qalmış yerlərinə uşaqların qeydiyyatına start verilib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Qeyd edilib ki, özəl məktəbəqədər təhsil müəssisələrinin boş qalan yerlərinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməlidir. Özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsil haqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır.

    Məlumat üçün bildirək ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir.

  • Avropa Komissiyası Ukraynaya 4 milyard avrodan çox tranş köçürüb

    Avropa Komissiyası (AK) Kiyevə Ukraynaya Dəstək Fondundan 4,1 milyard avro məbləğində tranş köçürüb.

    Bu barədə AK-nın mətbuat xidməti məlumat yayıb.

    Beləliklə, fondun xətti ilə verilən makromaliyyə kreditinin həcmi 16,1 milyard avroya çatıb.